Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-105/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Yevlax rayonu Köyük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Köyük kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının ortalarında Yevlax rayonu, Köyük kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xeyli miqdarda, yəni 07 ədəd, ümumi təmiz çəkisi 294,58 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib becərərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayon polis şöbəsininəməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkisi onun Yevlax rayonu, Köyük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının ortalarında Yevlax rayonu Köyük kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində satış məqsədi olmadan, öz istifadəsi üçün sərib qurutduğu şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,23 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayon polis şöbəsininəməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun Yevlax rayonu, Köyük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ağrıları olduğu üçün son zamanlar narkotik vasitədən istifadə edir. 2018-ci ilin avqust ayının ortalarında Yevlax rayonu Köyük kəndində meşədə gəzərkən çətənə ağacları görmüş, həmin ağacların narkotik ağacları olduğunu bilərək toxumlarını götürüb əkmək üçün özündə saxlamış, təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində həmin toxumları yaşadığı kənddəki evinin həyətyanı sahəsində əkmiş, həmin vaxt əkdiyi çətənə kollarından toxum tuta bilmiş, həmin toxumları əkmək üçün evində saxlamışdır. 2020-ci ilin yanvar ayının ortalarında evinin həyətində yerləşən böyürtkən kollarının arasında çətənə kollarıəkməyə qərar vermiş, həmin yerdə böyürtkən kollarını təxminən 5-6 metr uzunluğunda, 1,5-2 metr enində təmizləmiş, sonra çətənə kollarını əkmək üçün həmin yerə dibçəklər gətirmiş, dibçəklərə torpaq tökmüşdür. Təxminən 2020ci ilin may ayının ortalarında evdə saxladığı 9 ədəd toxumu həmin dibçəklərdə əkərək onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq etmiş, əkdiyi toxumların 7 ədədi çıxmış və böyümüşdür. Bundan başqa həmin sahədə 2020-ci ilin may ayının ortalarında arabir istifadə etmək üçün marixuananın yarpaqlarını sərib qurutmuş, xx xxxx 2020-ci il tarixdə saat təxminən 16:45 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evin həyətyanı sahəsinə baxış keçirəcəklərin bildirmiş, onlara etiraz etməmiş və evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə və videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı 7 ədəd narkotik tərkibli çətənə kolları və istifadə etmək üçün sərib qurutduğu marixuananın yarpaqları aşkar edilərək götürülmüş, sonra isə 7 ədəd çətənə kolları və sərib qurutduğu marixuana ekspertizaya təqdim olunmaq üçün qablaşdırılmışdır. Törətdiyi əməllərdən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, Qarabağ müharibəsi veteranı olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalist vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu, Köyük kəndində yaşayarı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərməsi və narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 Yevlax rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Yevlax rayon polis şöbəsinin rəhbərliyinin icazəsi alındıqdan sonra saat təxminən 16:45 radələrində əməliyyat müvəkkilləri Şahid1, Şahid2, təhqiqatçı Səddam Əsgərov və aqronom Vüqar Mahmudovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Köyük kəndinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 7 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kolları və həmin ərazidə yerə sərib qurutduğu marixuanaya bənzər kütlə aşkar edilmiş, sonra həmin 7 ədəd narkotik tərkibli çətənə kolları və marixuana maddi sübut əhəmiyyətli olduğundan ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra Yevlax rayon polis şöbəsində bu barədə protokol tərtib edilmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmişşahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Köyük kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərməsi və narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün Yevlax rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Yevlax rayon polis şöbəsinin rəhbərliyinin icazəsi alındıqdan sonra saat təxminən 16:45 radələrində əməliyyat müvəkkili Şahid1, təhqiqatçı Səddam Əsgərov, kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 və aqronom Vüqar Mahmudovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Köyük kəndinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 7 ədəd əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kolları və həmin ərazidə yerə sərib qurutduğu marixuanaya bənzər kütlə aşkar edilmiş, sonra həmin 7 ədəd narkotik tərkibli çətənə kolları və marixuana maddi sübut əhəmiyyətli olduğundan ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra Yevlax rayon polis şöbəsində bu barədə protokol tərtib edilmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Yevlax rayonu Köyük kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsidir. Baxış zamanı, həyətyanı sahənin daxilində olan çəpərin yanında böyürtkən kollarının bitdiyi, uzunluğu 4 metr, eni 2 metr olan ərazinin böyürtkən kollarından təmizləndiyi, təmizlənmiş torpaq sahəsində olan 9 ədəd dibçəyin 7 ədədinin içərisində aqrotexniki qaydada qulluq edilib yetişdirilmiş, 30 sm-dən 120 sm-dək uzunluqda narkotik tərkibli bitkiyə bənzər 7 ədəd bitki kolları və həmin ərazidə, yerdə sərib qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər.7-9); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 22-23); məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Köyük kəndində yerləşən həyətyanı sahəsində aşkar edilmiş... bitki kolları...” sözləri yazılmış sintetik kisənin içərisindəki 07 (yeddi) ədəd hündürlükləri 30 sm-dən 120 sm-dək, ümumi təmiz çəkisi-294,58 qram olan bitkilər əkiilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqronom Vüqar Mahmudov tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyin əsasən təqdim olunumuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərinin ümumi təmiz çəkisi-294,58 qram, tədqiqata sərf edildi 0,35 qram (hər birindən -0,05 qram), qalıq- 294,23 qram. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədə...əldə etdiyi qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış zərfin içərisində, təmiz çəkis-11,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd çətənə bitkiləri ilə 01 (bir) ədəd zərfdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildi - 0,005 qram, qalıq 11,18 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər.34-36); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 59-60); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 294,23 qram olan 30 sm-dən 120 sm-dək uzunluqda 7 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri (kannabis) və 11,18 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 62); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 554 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 92 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 94); AZ-İİ seriyalı 626803 nömrəli, AZ-İİ seriyalı 626804 nömrəli və AZ-İİ seriyalı 626805 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-cü il təvəllüdlü Xanım, 02.01. 2010-cu il təvəllüdlü Səbuhi və xx.xx.2011-ci il təvəllüdlü Türkan adlı uşaqları var. ( iş vər.78-80); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddəlləri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını (CM- 59.1.4), törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı,təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 7 ədəd çətənə bitkiləri və 11,18 qram qurudulmuş marixuana məhv edilməli(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut -7 ədəd çətənə bitkiləri və 11,18 qram qurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 17 (on yeddi) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, 78 (yetmiş səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-105/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-105/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver