Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-105/2023 13.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.2003-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2005-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qəsdən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına catmayan Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndində yaşayan X5 məxsus Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən ərzaq mağazasına pəncərənin metal barmaqlığı istintaqla müəyyən edilməyən alətlə kəsməklə və şüşəsini isə sındırmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən mağazanın içərisindən bir ədədinin qiyməti 2 manat 40 qəpik olan cəmi 4 manat 80 qəpik dəyərində olan 2 ədəd “Baltika 9” pivələrini, 1 ədəd 2 manat 50 qəpik dəyərində “Baltika 7” pivəsini, 1 ədəd 2 manat 40 qəpik dəyərində “Baltika 12” pivəsini, 1 ədəd 2 manat dəyərində “Baltika 0” pivəsini, 1 ədəd 2 manat 50 qəpik dəyərində “Tuborg” pivəsini, bi r ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla ümumi dəyəri 14 manat 40 qəpik olan 08 ədəd “Jağuar” enerji içkisini, 1 ədəd 1 manat dəyərində “Hell” enerji içkisini, hər biri 3 manat dəyərində olmaqla ümumi dəyəri 30 manat olan 10 ədəd sim danışıq konturları, hər biri 2 manat dəyərində olmaqla ümumi dəyəri 20 manat olan 10 ədəd sim danışıq konturları, hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 20 manat olan 20 ədəd cin danışıq konturları, hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 10 manat olan 10 ədəd sim danışıq konturları, hər biri 2 manat 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 27 manat olan 10 qutu “Rothmans” markalı siqaretləri, hər biri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu “Linex” markalı siqaretləri, hər biri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 27 manat olan 10 qutu “Vinchester” markalı siqaretləri, hər biri 3 manat 20 qəpik olmaqla ümumi dəyəri 64 manat olan 20 qutu nazik çeşidli “LD” markalı siqaretləri, hər biri 3 manat 60 qəpik olmaqla ümumi dəyəri 54 manat olan 15 ədəd nazik çeşidli “Vinston” markalı siqaretləri, hər biri 3 manat dəyərində olmaqla ümumi dəyəri 66 manat olan 22 ədəd qalın çeşidli “LD” markalı siqaretləri, hər biri 3 manat 60 qəpik dəyərində olmaqla ümumi dəyəri 36 manat olan 10 ədəd qalın çeşidli “Vinston” markalı siqaretləri, hər biri 2 manat 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 27 manat olan 10 ədəd qalın çeşidli “Vinchester” markalı siqaretləri, hər biri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 54 manat olan 20 ədəd nazik çeşidli “Pallmall” markalı siqaretləri, hər biri 4 manat olmaqla ümumi dəyəri 60 manat olan 15 ədəd qalın çeşidli “Kent-4” markalı siqaretləri, hər biri 4 manat olmaqla ümumi dəyəri 60 manat olan 15 ədəd nazik çeşidli “Kent-4” markalı siqaretləri, 1 kiloqramı 12 manat olan ümumi dəyəri 36 manat dəyərində olan 3 kq çəkidə “Servelat” çeşidli kolbasanı, hər biri 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 13 manat olan 10 ədəd “Snickers” markalı şokalatları, hər biri 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 26 manat olan 20 ədəd “Bounty” markalı şokalatları, hər biri 1 manat 33 qəpik olmaqla ümumi dəyəri 20 manat olan 15 ədəd “Ozmo” markalı şokalad kremlərini, hər biri 50 qəpik olmaqla ümumi dəyəri 3 manat olan 6 ədəd “Ozmo” markalı şokalat yumurtalarını, hər biri 1 mnat 70 qəpik olmaqla ümumi dəyəri 81 manat 60 qəpik olan 48 ədəd “Orbit” markalı saqqızları, hər biri 70 qəpik olmaqla ümumi dəyəri 16 manat 80 qəpik olan 24 ədəd “Dirol” markalı saqqızları, hər biri 50 qəpik olmaqla ümumi dəyəri 10 manat olan 20 ədəd “Caffino” markalı birdəfəlik kofeləri, hər biri 1 manat olmaqla ümumi dəyəri 10 manat olan 10 ədəd “Ozmo” markalı şokolatlı kremləri və hər biri 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 7 manat olan 10 ədəd “Ozmo” markalı şirniləri qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs X5 cəmi 832 (səkkiz yüz otuz iki ) manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Yevlax şəhərində olarkən xərcləməyə pulları olmamış, Əftun ona yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Hacının mağazası olduğunu və həmin mağazadan oğurluq edib, oğurladıqları malları satıb pul əldə edib xərcləməyi təklif etmiş, o, da razı olmuşdur. Əftun Hacının mağazasının pəncərəsinə metal marmaqlıq olduğunu, metal barmaqlığı kəsmək üçün dəmir kəsən mişar lazım olduğunu və ona görə bir ədəd dəmir kəsən mişar almışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Əftunla birlikdə piyada Yuxarı Qarxun kəndində yaşayan Hacının mağazasının qarşısına getmişlər. Orada adam olmadığından əmin olduqdan sonra özləri ilə götürdükləri papaqdan düzəldikləri maskanı tanınmamaları üçün başlarına keçirmişlər. O, mişarla mağazanın pəncərəsinə vurulmuş metal barmaqlığı kəsmiş, sonra pəncərənin şüşəsin sındırıb mağazaya girmişlər. Mağazadan götürdükləri sellofan torbaya xeyli çeşidli siqaretlər, pivələr, konturlar, enerji içkiləri və kalbasa götürərək mağazaya girdikləri qaydada mağazan çıxaraq piyada Yevlax şəhərinə gedərkən Əftun Yevlax şəhəri B.İmanov küçəsində yaşayan nənəsi Adilənin evdə tək olduğunu və malları orada gizlətsə bilən olmayacağını demiş və onlar Adilə xala gilə getdmişlər. Yolda gedəndə maskaları atmışlar. Bundan başqa enerji içkiləri və şokaladanda yeyib içmişlər. Evə daxil olanda Adilə nənənin yatdığın görmüşlər. Oğurladıqları kalbasanı birlikdə yemişlər. Sonra o, oğurladıqları şokaladlardan, sudan siqaretdən və konturdan istifadə etmək üçün götürmüş, qalan malları isə Şahin nənəsigilin evinin zirzəmisində gizlətmişdir. O, çıxıb evlərinə getmişdir. Gecəni yatmış səhəri gün polis əməkdaşları onların oğurluq etdiyini bilmişlər. Onu Yevlax şəhərində saxlayıb polis şöbəsinə aparmışlar. O, Hacının mağazasından Əftunla birlikdə oğurluq etdiyini etiraf etmiş və oğurladıqları mallardan qalanların Əftunun nənəsi Adilənin yaşadığı evin zirzəmisində gizlətdiyini etiraf etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onun barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, 24 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Yevlax şəhərində olarkən xərcləməyə pulları olmamış, o, Şahinə yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Hacının mağazasından oğurluq edib, oğurladıqları malları satıb pul əldə edib xərcləməyi təklif etmiş, Şahində razı olmuş və Hacının mağazasının pəncərəsinə vurulmuş metal barmaqlığı kəsmək üçün dəmir kəsən mişar lazım olduğunu və ona görə bir ədəd dəmir kəsən mişar almışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Şahinlə birlikdə piyada Yuxarı Qarxun kəndində yaşayan Hacının mağazasının qarşısına getmişlər. Orada adam olmadığından əmin olduqdan sonra özləri ilə götürdükləri papaqdan düzəldikləri maskanı tanınmamaları üçün başlarına keçirmişlər. Şahin mişarla mağazanın pəncərəsinə vurulmuş metal barmaqlığı kəsdikdən sonra pəncərənin şüşəsin sındırıb mağazaya girmişlər. Mağazadan götürdükləri sellofan torbaya xeyli çeşidli siqaretlər, pivələr, konturlar, enerji içkiləri və kalbasa götürərək mağazaya girdikləri qaydada mağazan çıxaraq piyada Yevlax şəhəri B.İmanov küçəsində yaşayan nənəsi Adilə gilə getmişlər. Yolda gedəndə maskaları tulamışlar. Bundan başqa enerji içkiləri və şokaladanda yeyib içmişlər. Evə daxil olanda nənəsinin yatdığın görmüşdür. Oğurladıqları kalbasanı yemişlər. Sonra Şahin oğurladıqları şokaladlardan, sudan siqaretdən və konturdan istifadə etmək üçün götürmüş, qalan malları isə nənəsigilin evinin zirzəmisində gizlətmişdir. Sonradan Şahin çıxıb evlərinə getmişdir. O, isə evdə yatmışdır. Səhəri gün polis əməkdaşları onların oğurluq etdiyini bilmişlər. Onu Yevlax şəhərində saxlayıb polis şöbəsinə aparmışlar. O, Hacının mağazasından Şahinlə birlikdə oğurluq etdiyini etiraf etmiş və oğurladıqları mallardan qalanların nənəsi Adilənin yaşadığı evin zirzəmisində gizlətdiyini etiraf etmiş və sonra həmin malları polis əməkdaşları ilə birlikdə gedərək təqdim etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, o həmçinin qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan olmasını və hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində mağazası var. Mağazada gündəlik tələbat malları satmaqnan məşğuldur. O, mağazanı səhər saat 08 radələrindən açır axşam saat 21 radələrində bağlayır. 25 fevral 2023-cü il tarixdə səhər saatlarında mağazanı açıb içəriyə daxil olanda mağazanın pəncərəsinin şüşəsinin sındırıldığını və pəncərəyə vurulmuş metal barmaqlığını kəsildiyini görmüşdür. Onda bilmişdir ki, mağazaya oğru girib. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Az sonra oraya polis əməkdaşları gəlmişdir. O, mağazaya baxarkən mağazadan 2 ədəd 4 manat 80 qəpik dəyərində Baltika 9 pivələrinin, 1 ədəd 2 manat 50 qəpik dəyərində Baltika 7 pivəsinin, 1 ədəd 2 manat 40 qəpik dəyərində Baltika 12 pivəsinin, 1 ədəd 2 manat dəyərində Baltika 0 pivəsinin, 1 ədəd 2 manat 50 qəpik dəyərində Tuborg pivəsinin, 8 ədəd 14 manat 40 qəpik dəyərində Jağuar enerji içkisinin, 1 ədəd 1 manat dəyərində Hell enerji içkisinin, 10 ədəd 3 manat dəyərində sim konturların, 10 ədəd 2 manat dəyərində sim konturların, 20 manat dəyərində 20 ədəd 1 manat dəyərində cin konturların, 10 ədəd 10 manat dəyərində 1 manatlıq sim konturların, 1 paçka 27 manat dəyərində 10 ədəd Rothmans markalı siqaretlərin, 1 paçka 24 manat dəyərində 10 ədəd Linex markalı siqaretlərin, 1 paçka 27 manat dəyərində 10 ədəd Vinchester markalı siqaretlərin, açıq vəziyyətdə vitirinə yığılmış 64 manat dəyərində 20 ədəd qutu nazik LD markalı siqaretlərin, 54 manat dəyərində 15 ədəd qutu nazik Vinston markalı siqaretlərin, 66 manat dəyərində 22 ədəd qutu qalın LD markalı siqaretlərin, 36 manat dəyərində 10 ədəd qutu qalın Vinston markalı siqaretlərin, 27 manat dəyərində 10 ədəd qalın qutu Vinchester markalı siqaretlərin, 54 manat dəyərində 20 ədəd nazik qutu Pallmall markalı siqaretlərin, 60 manat dəyərində 15 ədəd qalın qutu Kent-4 markalı siqaretlərin, 60 manat dəyərində 15 ədəd nazik qutu Kent-4 markalı siqaretlərin, 35 manat dəyərində 3 kq çəkididə Servelat markalı kalbasanın, 10 ədəd 13 manat dəyərində Snickers markalı şokalatların, 20 ədəd 26 manat dəyərində Bountu markalı şokalatların, 20 manat dəyərində 15 ədəd Ozmo markalı şokalad kremlərin, 3 manat dəyərində 6 ədəd ozmo markalı şokalat yumurtaların, 33 manat 60 qəpik dəyərində 2 paçka içərisində 48 ədəd olan Orbit markalı saqqızların, 16 manat 80 qəpik dəyərində 1 paçka içərisində 24 ədəd olan Dirol markalı saqqızların, 10 manat dəyərində 20 ədəd Caffino markalı coffeelərin, 10 manat dəyərində 10 ədəd ozma markalı kremlərin, 10 ədəd 7 manat dəyərində ozma markalı şirnilərin oğurlandığını görmüşdür. Ona görə o, polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan o, bilmişdir ki, mağazasından oğurluğu həmkəndlisi Məhərrəmin oğlu Əftun və onun tanışı Şahin etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən onların barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Yevlax şəhəri B.İmanov küçəsi 130 saylı evdə yaşayır özüdə xəstədir. Ona kömək üçün nəvəsi Təqsirləndirilən şəxs1 yanında qalır. O, axşamlar tez yatsada Əftun ondan gec yatdığı üçün onun nə işlə məğul olmasından xəbəri olmur. xx.xx.2023-cü il tarixdə səhər yuxudan durduqdan sonra ev işləri görmüş, Əftunun isə evdə yatmışdır. Sonra Əftun şəhərə getmiş, həmin gün saat 17 radələrində Əftun polis əməkdaşları ilə onun evinə gəlmiş və gecə tanışı Şahinlə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndindəki mağazadan oğurluq edib onun evinin badvalında gizlətdiyini bildirmişdir. O, polis əməkdaşlarına Əftunun oğurladığı əşyaları götürməyə icazə vermiş və polis əməkdaşları evin zirzəmisindən xeyli siqaret, enerji içkiləri, saqqız və digər malları aşkar edib aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer X3 məxsus olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən mağazasından oğurlanmış ərizaq malları oğurlandığı yeri göstərmişdir (iş vər.06-09); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.41); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.59); Əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılan cinayət işi üzrə əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilsin və cinayət işi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə davam edilməsi qərara alınmışdır. (iş vər. 66); Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. (iş vər. 68-69); Qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayan nəzərət altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. ( iş vər. 82-83); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 93-94); Maddi sübut kim tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, X4 mağazasından oğurlanaraq götürülmüş 2 ədəd Baltika 9 pivələri, 1 ədəd Baltika 7 pivəsi, 1 ədəd Baltika 12 pivəsi, 1 ədəd Baltika 0 pivəsi, 1 ədəd Tuborg pivəsi, 8 ədəd Jağuar enerji içkiləri, 1 ədəd Hell enerji içkisi, 3 ədəd 3 manatlıq sim konturları, 2 ədəd 2 manatlıq sim konturları, 12 ədəd 1 manatlıq cin konturları, 10 ədəd 1 manatlıq sim konturları, 10 qutu Rothmans markalı siqaretləri, 10 qutu Linex markalı siqaretləri, 10 qutu Vinchester markalı siqaretləri, 15 qutu nazik formada LD markalı siqaretləri, 14 ədəd qutu nazik formada Vinston markalı siqaretləri, 16 qutu qalın formada LD markalı siqaretləri, 8 qutu qalın formada Vinston markalı siqaretləri, 14 qutu qalın vinchester markalı siqaretləri, 18 qutu nazik pallmall markalı siqaretləri, 10 qutu qalın Kent-4 markalı siqaretləri, 12 qutu nazik Kent-4 markalı siqaretləri, 2 ədəd snickers şokalatları, 1 ədəd bounty markalı şokaladları, 8 ədəd Ozmo markalı şokalad kremləri, 1 ədəd ozmo markalı şokalat yumurtaları, 15 ədəd orbit markalı saqqızları, 10 ədəd ədəd Dirol markalı saqqızları, 4 ədəd Caffino markalı coffeeləri, 2 ozmo markalı yuxalı kremləri və 1 ədəd ozmo markalı şirnilər maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir (iş vər.98-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır ( iş vər. 104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır ( iş vər. 105); İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 10 aprel 2023-cü il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən Hacı Baxşaliyevə məxsus mağazasına tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə mağazaya necə daxil olduğunu, mağazanadan oğurlanan ərzaq məhsullarının oğurlandığı yeri göstərmişdir ( iş vər. 177-121); "xxxx" MMC-nin ƏQ-266/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd 4 manat 80 qəpik dəyərində Baltika 9 pivələri, 1 ədəd 2 manat 50 qəpik dəyərində Baltika 7 pivəsi, 1 ədəd 2 manat 40 qəpik dəyərində Baltika 12 pivəsi, 1 ədəd 2 manat dəyərində Baltika 0 pivəsi, 1 ədəd 2 manat 50 qəpik dəyərində Tuborg pivəsi, 8 ədəd hər birinin dəyəri 1 manat 80 qəpik olmaqla ümumi dəyəri 14 manat 40 qəpik olan Jağuar enerji içkiləri, 1 ədəd 1 manat dəyərində Hell enerji içkisi, 10 ədəd hər biri 3 manat dəyərində olmaqla ümumi dəyəri 30 manat olan sim konturları, 10 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumi dəyəri 20 manat olan sim konturları, 20 ədəd, hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 10 manat olan cin konturları, 10 ədəd hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 10 manat olan sim konturları, 1 paçkada 10 ədəd olan, hər biri 2 manat 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 27 manat Rothmans markalı siqaretləri, 1 paçkada 10 ədəd olan, hər biri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan Linex markalı siqaretləri, 1 paçkada 10 ədəd olan, hər biri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 27 manat olan Vinchester markalı siqaretləri, açıq vəziyyətdə vitirinə yığılmış 20 ədəd hər biri 3 manat 20 qəpik olmaqla ümumi dəyəri 64 manat olan nazik LD markalı siqaretləri, 15 ədəd hər biri 3 manat 60 qəpik olmaqla ümumi dəyəri 54 manat olan nazik Vinston markalı siqaretləri, 22 ədəd hər biri 3 manat dəyərində olmaqla ümumi dəyəri 66 manat olan qalın LD markalı siqaretləri, 10 ədəd hər biri 3 manat 60 qəpik dəyərində olmaqla ümumi dəyəri 36 manat olan qalın Vinston markalı siqaretləri, 10 ədəd hər biri 2 manat 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 27 manat olan qalın Vinchester markalı siqaretləri, 20 ədəd hər biri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 54 manat olan nazik Pallmall markalı siqaretləri, 15 ədəd hər biri 4 manat olmaqla ümumi dəyəri 60 manat olan qalın Kent-4 markalı siqaretləri, 15 ədəd hər biri 4 manat olmaqla ümumi dəyəri 60 manat olan nazik Kent-4 markalı siqaretləri, 36 manat dəyərində 3 kq çəkididə Servelat markalı kolbasanı, 10 ədəd hər biri 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 13 manat olan Snickers markalı şokalatları, 20 ədəd hər biri 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 26 manat olan Bountu markalı şokalatları, 15 ədəd hər biri 1 manat 33 qəpik olmaqla ümumi dəyəri 20 manat olan Ozmo markalı şokalad kremləri, 6 ədəd hər biri 50 qəpik olmaqla ümumi dəyəri 3 manat olan Ozmo markalı şokalat yumurtaları, 2 paçka içərisində 48 ədəd hər biri 1 manat 70 qəpik olmaqla ümumi dəyəri 81 manat 60 qəpik olan Orbit markalı saqqızları, 1 paçka içərisində 24 ədəd hər biri 70 qəpik olmaqla ümumi dəyəri 16 manat 80 qəpik olan Dirol markalı saqqızları, 20 ədəd hər biri 50 qəpik olmaqla ümumi dəyəri 10 manat olan 20 ədəd Caffino markalı coffeeləri, 10 ədəd hər biri 1 manat olmaqla ümumi dəyəri 10 manat olan Ozma markalı kremləri və 10 ədəd hər biri 70 qəpik dəyərində olmaqla ümumi dəyəri 7 manat təşkil etmiş, 2023-cü ilin mart ayına reyal bazar dəyəri cəmi 832 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.https://e-qanun.az/framework/16706 Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid və zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), ilk dəfə olaraq az ağır cinayət törədilməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayarkən törətməsini (CM-59.2) onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 21-ci bəndinə əsasən CM-in 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. CPM-in 435-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxsdir, onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 törətdiyi əməl həmin kateqoriyadan olan cinayətlərin dairəsinə daxil deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 2 ədəd Baltika 9 pivələri, 1 ədəd Baltika 7 pivəsi, 1 ədəd Baltika 12 pivəsi, 1 ədəd Baltika 0 pivəsi, 1 ədəd Tuborg pivəsi, 8 ədəd Jağuar enerji içkiləri, 1 ədəd Hell enerji içkisi, 3 ədəd 3 manatlıq sim konturları, 2 ədəd 2 manatlıq sim konturları, 12 ədəd 1 manatlıq cin konturları, 10 ədəd 1 manatlıq sim konturları, 10 qutu Rothmans markalı siqaretləri, 10 qutu Linex markalı siqaretləri, 10 qutu Vinchester markalı siqaretləri, 15 qutu nazik formada LD markalı siqaretləri, 14 ədəd qutu nazik formada Vinston markalı siqaretləri, 16 qutu qalın formada LD markalı siqaretləri, 8 qutu qalın formada Vinston markalı siqaretləri, 14 qutu qalın vinchester markalı siqaretləri, 18 qutu nazik pallmall markalı siqaretləri, 10 qutu qalın Kent-4 markalı siqaretləri, 12 qutu nazik Kent-4 markalı siqaretləri, 2 ədəd snickers şokalatları, 1 ədəd bounty markalı şokaladları, 8 ədəd Ozmo markalı şokalad kremləri, 1 ədəd ozmo markalı şokalat yumurtaları, 15 ədəd orbit markalı saqqızları, 10 ədəd ədəd Dirol markalı saqqızları, 4 ədəd Caffino markalı coffeeləri, 2 ozmo markalı yuxalı kremləri və 1 ədəd ozmo markalı şirnilər sahibi X5 təhvil verilməsi nəzərə alınmalı, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 üzərinə saat 23:00-dan saat 07:00a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 2 ədəd Baltika 9 pivələri, 1 ədəd Baltika 7 pivəsi, 1 ədəd Baltika 12 pivəsi, 1 ədəd Baltika 0 pivəsi, 1 ədəd Tuborg pivəsi, 8 ədəd Jağuar enerji içkiləri, 1 ədəd Hell enerji içkisi, 3 ədəd 3 manatlıq sim konturları, 2 ədəd 2 manatlıq sim konturları, 12 ədəd 1 manatlıq cin konturları, 10 ədəd 1 manatlıq sim konturları, 10 qutu Rothmans markalı siqaretləri, 10 qutu Linex markalı siqaretləri, 10 qutu Vinchester markalı siqaretləri, 15 qutu nazik formada LD markalı siqaretləri, 14 ədəd qutu nazik formada Vinston markalı siqaretləri, 16 qutu qalın formada LD markalı siqaretləri, 8 qutu qalın formada Vinston markalı siqaretləri, 14 qutu qalın vinchester markalı siqaretləri, 18 qutu nazik pallmall markalı siqaretləri, 10 qutu qalın Kent-4 markalı siqaretləri, 12 qutu nazik Kent-4 markalı siqaretləri, 2 ədəd snickers şokalatları, 1 ədəd bounty markalı şokaladları, 8 ədəd Ozmo markalı şokalad kremləri, 1 ədəd ozmo markalı şokalat yumurtaları, 15 ədəd orbit markalı saqqızları, 10 ədəd ədəd Dirol markalı saqqızları, 4 ədəd Caffino markalı coffeeləri, 2 ozmo markalı yuxalı kremləri və 1 ədəd ozmo markalı şirnilər sahibi X5 təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəmədə göstərdiyi 7 (yeddi) saat 30 (otuz) dəqiqə, Müdafiəçi2 məhkəmədə göstərdiyi 7 (yeddi) saat 30 (otuz) qəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 45 (qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 45 (qırx) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-105/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-105/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver