Məhkəmə qərarları › İş №1(039)-105/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-105/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-105/2024 26.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs nəzarət etdiyi onun mərhum əmisi X4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində heç kəsin olmamasından istifadə edərək divarı aşmaq yolu ilə evin həyətinə qanunsuz daxil olaraq vahid niyyətlə evin həyətində olan yaşayış evinin aşağı hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd 500 manat dəyərində kiçik ölçülü işlənmiş vəziyyətdə olan maye sovurma və vurma nasosunu, daha sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağından isə 01 ədəd 50 manat dəyərində çuqun materialdan hazırlanmış qaz sobasını (radiatoru), xx.xx.2023-cü il tarixdə gecə saatlarında isə evin birinci mərtəbəsində olan hissəsindən 01 ədəd 1500 manat dəyərində böyük ölçülü işlənmiş vəziyyətdə olan maye sovurma və vurma nasosunu, 01 ədədinin qiyməti 40 manat olan cəmi 03 ədəd ümumilikdə 120 manat dəyərində 50 litrlik maye qaz tutumlu olan balonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 2170 manat məbləğındə maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən sentyabr ayının axırlarında günü xatirində deyil günorta saat təxminən 12:00 radələrində o, Yevlax şəhəri N.Nərimanov küçəsində özünə məxsus evdə istirahət etdyini pulunun olmadığı pul əldə etmək üçün oğurluq etmək qərarına gəldiyini bildirmişdir. Bu məqsədlə gecə saatlarında yaşadığı evdən çıxıb özünə məxsus ağ rəngli vaz 21011 markalı nömrəsini unutduğu avtomobillə ünvan 4 ünvanında yerləşən tanımadığı Cavid adlı şəxsin nəzarət etdiyi fərdi yaşayış evinin qarşısına gəlmiş və evdə heç kəsin olmadığını bilmiş, ona görə də evə daxil olmaq qərarına gəlmişdir. O, tək başıma fərdi yaşayış evin giriş küçə qapısının üstündən həyətə qanunsuz daxil olaraq evin aşağısında olan kiçik ölçülü maye sovurma və vurma nasosunu götürüb aparıb qapını açaraq küçəyə çıxardıb maşına qoymuş, daha sonra evin otağına daxil olmuş və oradan da 01 ədəd çuqun materialdan hazırlanmış qaz sobasını da götürüb aparıb maşına qoymuşdur.Orada böyük ölçülü maye sovurma və vurma nasosu və 03 ədəd maye qaz tutumu olan balonlar görmüşdür. Lakin həyəcanlandığı üçün qalan əşyaları da sonradan gəlib aparmaq qərarına gəlmişdir. Ona görə də evdən çıxaraq maşına əyləşmiş və yaşadığı evə getmişdir. O, oğurladığı evdə qalan gördüyü əşyaları da oğurlamaq üçün xx.xx.2023-cü il tarixdə gecə saatlarında yenə də oraya gəlmiş və əvvəlki qaydada evin həyətinə daxil olmuş və həyətdən 01 ədəd böyük ölçülü Maye sovurma və vurma nasosunu və 03 ədəd maye qaz balonunu gizli olaraq oğurlayıb maşınına yükləyərək evdən də götürdüyü digər əşyaları da gedib evdə maşınına qoymuş və səhər saatlarında tanıdığı Yevlax şəhəri Köhnə Kombinat binasının həyətində yerləşən metal qəbulu məntəqəsinə işləyən Nizaminin yanına gedərək satmaq üçün dəmir metal gətirdiyini demişdir.Nizami onun harda olmasını soruşduqda o, həmin dəmir metalaları özünə məxsus vaz 21011 markalı avtomabildə olduğunu bildirmişdir. Nizami onları avtomobildən düşürərək tərəzidə ölçərək ona cəmi 24 manat pul vermişdir. Sonra o, həmin 24 manat pulu Nizamidən götürüb evə gəlmiş və özü üçün siqaret və içmək üçün su almış və yerdə qalan pula isə maşınına benzin tökmüşdür. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, mərhum əmisi X2 mülkiyyətində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi olduğunu və hazırda həmin evdə 3-4 ildir ki, yaşayış olmadığını bildirmişdir. Lakin həmin evə o nəzarət etmiş və həmçinin həmin evdə özünə məxsus əşyaları saxlamışdır. O, həmin evin yaxınlığında yaşadığı üçün tez-tez həmin evə gəlib baxaraq nəzarət etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə həmin evə gələrkən evin həyətyanı sahəsindən 1 ədəd 500 manat dəyərində maye qaz matoru və evin qonaq otağından 1 ədəd çuğun materialdan olan qaz sobasının oğurlandığını aşkar etmiş və ona görə də o, oğurluq edən şəxsi axtarmağa başlamışdır. Oğurluq edən şəxsin kim olduğunu bilmədiyi üçün polisə məlumat verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evə baxmağa gələndə darvazanın qapısının yarımaçıq vəziyyətdə olduğunu görmüş və o, həyətə baxan zaman həyətdən 1 ədəd 1500 manat dəyərində maye qaz matorunun, 3 ədəd ümumilikdə dəyəri 100 manat dəyərində olan maye qaz balonunun oğurlandığını aşkar etmişdir. Bundan sonra həmin hadisəni törətmiş şəxsin oğurladığı əşyaları metal qəbulu məntəqəsinə satdığını zənn etmiş və Yevlax şəhərində yerləşən bir neçə metal qəbulu məntəqəsinə baxmışdır. O, Yevlax şəhəri “Köhnə Kombinat” binasının həyətində yerləşən metal qəbulu məntəqəsinə baxarkən ona məxsus oğurlanmış 1500 manat dəyərində olan maye qaz matorunun və maye qaz balonunun orada olduğunu aşkar etmişdir. Həmin avadanlıqları isə oğurlayan şəxsin yarasız vəziyyətə saldığını və həmin vəziyyətdə satdığını aşkar etmiş və o, metal qəbulu məntəqəsinin sahibləri Nizami və Təbriz adlı şəxsdən həmin əşyaları kimdən aldığını soruşmuşdur. Nizami və Təbriz isə həmin əşyaları Yevlax şəhər sakini VAZ 21011 markalı avtomobilin sürücüsü Mübariz adlı şəxsdən yararsız vəziyyətə salınmış şəkildə 24 manata aldığını bildirmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Yevlax şəhərində yerləşən Təbrizin işlətdiyi “Köhnə Kombinat” binasının həyətində yerləşən metal qəbulu məntəqəsində işləyir. O, 2023-cü ilin təxminən oktyabr ayının əvvəllində dəqiq günü xatirində deyil o, metal qəbulu məntəqəsində işdə olduğu müddətdə qonşusu Mübariz adlı şəxs onun işlədiyi məntəqəyə gəlmiş və özünə məxsus onda dəmir əşyaların olduğunu və onları satmaq istədiyini bildirmişdir. O, həmin əşyaları gətirilməsini bildirmişdir. Mübariz VAZ 21011 markalı avtomobildən həmin dəmir əşyaları düşürdükdə o, həmin əşyaların 01 ədəd qaz balonu və 01 ədəd yumru formada olan dəmir parçası olduğunu görmüşdür. Sonra o, onda olan dəmir parçasını 14 manata və 01 ədəd qaz balonunu isə 10 manata almışdır. O, qonşusu Mübarizə həmin əşyaların qarşılığında cəmi ona 24 manat pul ödəmişdir. Sonra qonşusu Mübariz məntəqədən çıxıb getmişdir. Təxminən bir müddət sonra onun işlədiyi metal qəbulu məntəqəsinə bir nəfər Yevlax şəhər sakini tanıdığı Cavid adlı şəxs gəlmiş və məntəqədəki həmin əşyalarin ona məxsus olduğunu bildirmişdir. Onu kimdən aldığını soruşmuşdur. O, Cavidə həmin əşyaları 24 manata qonşusu Mübariz adlı şəxsdən aldığını bildirmişdir. Bu zaman Cavid ona həmin əşyaların ona məxsus olduğunu və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlandığını bildirmişdir. O, Cavidə qonşusu Mübarizin ona məxsus dəmir əşyalarını oğurlandığını bilmədiyini və Mübarizin ona onun özünə məxsus olduğunu dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır.(iş vər.01-02); Hadisə yerinə baxış keçirilməsi haqqında 04 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd maye qaz matoru və evin qonaq otağından 1 ədəd çuğun materialdan olan qaz sobası, həyətdən 1 ədəd maye qaz matoru və 3 ədəd maye qaz balonunun oğurlandığı yeri göstərmişdir.(iş vər.12-15); Götürmə və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 1 ədəd 50 litir maye qaz balonun və 1 ədəd kiçik ölçülü maye sovurma və vurma nasosun sahibi Zərərçəkmiş şəxs tərəfindən götürülmüşdür.(iş vər.40-41); Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 1 ədəd 50 litir maye qaz balonun və 1 ədəd kiçik ölçülü maye sovurma və vurma nasosun müddi sübu kimi tanınması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir.(iş vər.42); Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ƏQ-325/2024 №li rəyindən görünür ki, 02 ədəd işlənmiş kiçik ölçülü Maye sovurma və vurma nasosu 1000 manat, işlənmiş 01 ədəd çuqun materialından hazırlanmış qaz sobası (radiator) 50 manat, işlənmiş 01 ədəd Böyük ölçülü Maye sovurma və vurma nasosu 1000 manat və işlənmiş 03 ədəd maye qaz tutumu olan balon (50 litirlik) 120 manat olması və ümumi dəyəri ümumilikdə 2170 manat kimi götürülmüşdür.(iş vər.51-59); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və oan həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.(iş vər. 60); Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması və ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi və tutulduqdan sonar MSY-nə təqdim edilməsi qərar almışdır.(iş vər. 66); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər. 66); Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir.(iş vər. 67); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 15:50-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər. 94-95); İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Əliyev X5 şəhəri Ş.Qurbanov küçəsi ev 89 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində maye qaz avadanlıqlarını oğurlanan əşyalar olduğunu bildirmişdir.(iş vər. 96-99); Zərərçəkmiş şəxs Yevlax rayon polis şöbəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur.(iş vər.100); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ünvan 6da yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlilldir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), ilk dəfə olaraq az ağır cinayət törədilməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd 50 litir maye qaz balonun və 1 ədəd kiçik ölçülü maye sovurma və vurma nasosun sahibinə qaytarılmalı, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 50 litir maye qaz balonun və 1 ədəd kiçik ölçülü maye sovurma və vurma nasosun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar