Məhkəmə qərarları › İş №1(039)-106/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-106/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-106/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilətəqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,587 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 07 may 2021-ci il tarixdə saat 14 radələrində Yevlax şəhəri C.Kərimov küçəsində həmin narkotik vasitə olan heroindən 0,301 qram olan hissəsini tanışı Şahid1 5 manata satmış, 07 may 2021-ci il tarixdə saat 17:30 radələrində Şahid1 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhər C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 18:10-dan saat 18:35-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki köynəyin cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,301 qram narkotik vasitə-heroin aşkar olunaraq götürülmüş, 08 may 2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 09:10-dan 09:35-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki köynəyin cibindən bir ədəd bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,286 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 08 may 2021-ci il tarixdə saat 08:30 radələrində yaşadığı Yevlax şəhəri Cahangir Kərimov küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamışlar və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan-heroin aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş heroin onun özünə məxsusdur. O, narkotik vasitə istifadəçisidir və həmin heroini istifadə etmək üçün üzərində saxlamışdır. O, üzərindən aşkar edilərək götürülmüş heroini 07 may 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı C.Kərimov küçəsindən tapmışdır. Belə ki, həmin küçədə yerləşən işıq dirəyinin yanında siqaret çəkən zaman yerdə siqaret kağızına bükülmüş büküm olduğunu görmüşdür. O, həmin bükümü götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə-heroin olduğunu aşkar etmişdir. Həmin heroini istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. O, həmin heroinin bir hissəsini həmin günü istifadə etmiş və geri qalanını daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Lakin polis əməkdaşları tərəfindən 08 may 2021-ci il tarixdə polis şöbəsində onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman həmin heroin üzərindən aşkar edilərək götürülmüşdür. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 07 may 2021ci il tarixdə saat 10 radələrində tapmış olduğu narkotik vasitə-heroindən heç kimə satmamış və verməmişdir. O, Şahid1 tanıyır. Onlar eyni küçədə yaşayırlar. Lakin Şahid1 heroin satmamışdır. Alimin onun barəsində dedikləri şər və böhtandır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əziz oğlu ifadəsində bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin cinayət işi üzrə üzərində aşkar olunmuş heroini ona Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə yaşadıqları küçədə 5 manata satmışdır. İlqar onun qonşusudur və azyaşlı uşaqları var. O, İlqarı pis vəziyyətdə qoymaq istəmir, ona görə də İlqara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə 07 may 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin gün saat 09 radələrində polis əməkdaşı Şahid3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Cahangir Kərimov küçəsinə getmişdir. Onlar C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin küçədə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışın həmin yerdə keçirilməməsini xahiş etmişdir. Onlar onun xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş X3a təhvil vermişdirlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin cibindən 1 ədəd siqaret kağızına bükülmüş bükülünü, əynindəki cins şalvarın arxa sağ cibindən 5 manatlıq və 1 manatlıq pul əskinaslarını, mobil telefonunu, siqaretini, alışqanını təqdim etmişdir. Bundan başqa Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya və predment aşkar edilməmişdir. X3 Təqsirləndirilən şəxs həmin büküludə nə olmasını soruşduqda sonuncu həmin bükülünün içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Baş X3 həmin bükülünü açmış və həmin bükülünün içərisinə baxdıqda içərisində tünd boz rəngli narkotik maddə-heroinə bənzər olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan əldə etməsi soruşulmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 07.05.2021-ci il tarixdə Yevlax şəhərində C.Kərimov küçəsindən tapdığını və özünün narkotik istifadəçisi olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxlamış olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 19-20); şəxsi axtarış və götürmə haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 1 ədəd siqaret kağızına bükülmüş bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 27-32); məhkəmə kimyəvi ekspertizasının 08.05.2021-ci il tarixli, 17/336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,286 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,236 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır.(iş vər.39-40); əşyanın maddi sübut hesab edilməsi haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş puldan 5 ədəd bir manatlıq maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,236 qram heroin maddi sübut hesab edilərək Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş vər.100-101); Yevlax Rayon Məhkəməsinin 10.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 97-99); məhkəmə kimyəvi ekspertizasının 21.06.2021-ci il tarixli, 17/422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid1 Əziz oğlunun əynindəki köynəyinin sol döş cibindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış şərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. a) Heroinin təmiz çəkisi -0,251 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,201 qram. b) Heroinin təmiz çəkisi -0,236 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq- 0,186 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər.165- 167); məhkəmə narkoloji ekspertizasının 02.06.2021-ci il tarixli, 633 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.163); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.05.2021-ci il tarixli cavabdan görünür ki, Dəvriş X2 Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 15.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.( iş vər. 121-122); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (iş vər. 137); AZ-İİİ seriyalı 842906 nömrəli, AZ-İİİ seriyalı 842905 nömrəli, AZ-İİİ seriyalı 321560 nömrəli və AZ-İV seriyalı 256440 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15.04.2008-ci il təvəllüdlü Gülüstan, 16.12.2010-cu il təvəllüdlü Murad, 18.05.2014-cü il təvəllüdlü Orxan və 02.04.2019-cu il təvəllüdlü Məryəm adlı uşaqları var.(iş vər.138-141). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı ifadəsinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə məhkumluqları ödənildiyi üçün əməlində cinayətin residivi olmasa da, onun eyni və müxtəlif əməllərə görə əvvəllər məhkum olunmasını, islah olunmayaraq yenidən cinayət əməlini törətməsini, yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını məhkəmə cəza təyini zamanı onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tətbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,186 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar