Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-106/2022 02.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-136/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə, xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 27 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində Təqsirləndirilən şəxs2 17 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamini əldə etməklə əynindəki qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 27 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Yevlax Rayon Polis Söbəsinə gətirilmiş, Yevlax Rayon Polis Söbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 17 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda alaraq əldə edib saxladığı təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamış və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Təqsirləndirilən şəxs1 17 manata qəsdən satmış, 27 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, Yevlax Rayon Polis Şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 17 manata qanunsuz olaraq alıb əldə edib saxladığı təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilk olaraq söyləmişdir ki, bir müddətdir ki, narkotik və psixotrop maddələrdən də istifadə edir. Bu maddələri hazırda artıq vəfat etmiş şəxslərdən almış və istifadə etmişdir. Təqsirləndirilən şəxs2 uzun müddətdir bir qonşu kimi tanıyır və onun narkotik vasitə istifadəçisi olduğunu bilir. Azadla birlikdə narkotik vasitə istifadə etmişlər. Lakin heç zaman Azaddan narkotik vasitə və ya psixotrop maddə almamışdır. 27 yanvar 2022-ci il tarixdə Yevlax şəhərində parkda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlayıb Polis Şöbəsinə aparmışlar. Həmin zaman üzərində narkotik və ya psixotrop maddə olmamışdır. Lakin, şöbəyə gətirilərkən onun üzərinə polis əməkdaşları tərəfindən bükülü qoyulmuşdur. Şöbədə üzərinə baxış keçirilərkən üzərindən məhz həmin bükülü aşkar edilmişdir. Orada ona bildirilmişdir ki, bükülünün içində olan metamfetamindir. Polis əməkdaşlarının suallarına cavab vermişdir ki, bundan bir neçə gün öncə Azadla görüşmüş 17 manat özü qoymuş, 17 manat isə Azad qoymuş və Azad gedib narkotik vasitə alıb gətirmiş və birlikdə istifadə etmişlər. Lakin, polis əməkdaşları ona təzyiq göstərərək həmin maddəni Azaddan alması barədə ifadə verməyə məcbur etmişlər. Polis əməkdaşlarından qorxuduğundan video çəkiliş zamanı bildirmişdir ki, narkotik vasitəni Azaddan 17 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan gün həqiqətən üzərində metamfetamin olmuşdur. Həmin metamfetamini bundan bir neçə gün öncə Yevlax şəhərində, Azaddan deyil, Feruz adlı şəxsdən almışdır. Buna baxmayaraq polis əməkdaşları onu məcbur etmişlər ki, psixotrop maddəni Azaddan aldığını söyləsin. Azadın narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur. Şahid3 bildirdikləri həqiqətə uyğun deyil, heç zaman Azaddan Rəşad üçün narkotik və ya psixotrop maddə almamışdır. Əməlindən peşman olduğunu bildirərək, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, narkotik vasitə istifadəçisidir, ara sıra narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Lakin, heç zaman narkotik və psixotrop maddə satmamışdır. 03 fevral 2022-ci il tarixdə, təxminən günorta saatlarında Yevlax şəhərində, yaşadığı küçədə olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdir. Ona heç bir etiraz etməmiş və onunla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbədə ona vəkil təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən hər hansı narkotik və ya psixotrop maddə və yaxud başqa bir əşya aşkar edilməmişdir. Ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 ondan 17 manata metamfetamin aldığını söyləmişdir. Buna etiraz etmiş və heç kimə narkotik və psixotrop maddə satmadığını söyləmişdir. Təqsirləndirilən şəxs1 onunla üzləşmə zamanı ziddiyyətli ifadələr verərək gah onunla birlikdə narkotik vasitə qəbul etməsini bildirmiş, daha sonra isə müstəntiqin təzyiqi nəticəsində bildirmişdir ki, ondan narkotik vasitə almışdır. Sonradan vəkili vasitəsi ilə dəfələrlə yenidən Təqsirləndirilən şəxs1lə üzləşmə keçirilməsini müstəntiqdən xahiş etsə də, müstəntiq xahişini nəzərə almamışdır. Bundan başqa istintaq zamanı Şahid3la da video çəkiliş vasitəsi ilə üzləşmə aparılsa da, həmin üzləşməni əks etdirən nə protokol, nə də video görüntü iş materiallarına əlavə edilməmişdir. Narkotik maddələrin istifadəçisi olsa da, nə Təqsirləndirilən şəxs1lə, nə ona qarşı ifadə vermiş Şahid3la birlikdə narkotik və ya psixotrop maddə qəbul etməmiş, nə onlara, nə də başqa şəxsə həmin maddələrdən satmamışdır. İstifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs1lə əlaqə saxlamamışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Yevlax RPŞ CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərək saat təxminən 21:00-da PPXB-nin polis nəfəri Şahid2la birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospektinə getmiş və onun orada olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib ona narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirmiş və bununla bağlı onun polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 səmimi etiraf etmişdir ki, həmin metamfetamini 17 manata Azad adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən, şöbədə olarkən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Bundan sonra, 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində saxlanılaraq Yevıax Rayon Polis Şöbəsin dəvət edilmişdir. Öbədə ona vəkil təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələr satması barədə əvvəllər də əməliyyat məlumatı olmuşdur. Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ilk olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bir neçə ildir qonşu kimi tanıyır. Özü narkotik istifadəçisidir. İlin əvvəllərində xatırlamadığı gündə polis əməkdaşları onu saxlayaraq Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Burada olan zaman bədənində ağrılar başlamış və narkotik vasitəyə ehtiyacı olmuşdur. Polis əməkdaşları ona qarşı zor tətbiq etmiş və ona narkotik vasitə verərək tələb etmişlər ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə alması barədə izahat versin. Ağrılara dözə bilmədiyindən bununla razılaşmış və Azadın əleyhinə izahat vermişdir. Halbuki, heç zaman Azaddan narkotik və psixotrop maddə almamışdır. Şöbədə olan zaman müstəntiq onun Azadla üzləşdirməsini keçirmiş, bu üzləşdirmə telefon vasitəsi ilə kameraya çəkilmişdir. Bundan sonra Şahid3 cəzaçəkmə müəssisəsindən ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 ona təzyiq göstərdiyini və bu səbəbdən məhkəmə iclasında belə ifadə verdiyini bildirmişdir. Vəsatət üzrə Şahid3 yenidən məhkəmə iclasına gətirilmişdir. Şahid3 bildirmişdir ki, məhkəmə iclasında müdafiəçinin ona çox saylı suallar verilməsini özünə qarşı təzyiq kimi qiymətləndirir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir, belə ki, bir neçə dəfə Təqsirləndirilən şəxs2 özü narkotik vasitə almış, bir neçə dəfə də Təqsirləndirilən şəxs1 pul vermişdir ki, gedib Azaddan narkotik vasitə alsın. Şahid X5 bildirmişdir ki, Yevlax RPŞ İB-nin müstəntiqi işlədiyi zaman cinayət işi üzrə istintaq aparılması ilk olaraq ona həvalə edilmişdir. İcraatında olan iş üzrə onun tərəfindən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılan zaman onlara hər hansı təzyiq göstərilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2lə Şahid3 arasında üzləşdirmə aparılmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 28 yanvar 2022-ci il tarixli 17/104 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ...” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,308 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (səh.38) Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli 397 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.173) Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli 396 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.172) Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 24 avqust 2022-ci il tarixli, 171/6 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 1(039)-136/2021 saylı hökmü ilə təyin edilmiş cəzadan 03 ay 02 gün çəkmiş, 02 il 02 ay 24 gün çəkilməmiş olaraq qalmışdır. Məhkəmə hesab edir ki, ilk olaraq Təqsirləndirilən şəxs1 əməlinə hüquqi qiymət verilməldir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, saxlanılarkən aparılmış video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, törətdiyi əməldən peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 uzun müddət narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, ona əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasında nəticə çıxarmamasını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, onun yenidən eyni cinayəti törətmək imkanı olacaqdır, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)- 136/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun həbs edildiyi 27 yanvar 2022-ci il tarixə çəkilməmiş 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlığın məhrum etmə cəzasına bərabər tutulmaqla 01 il 01 ay 12 gün müəyyən etməklə, ona təyin edilmiş cəzaya qismən toplanmaqla üzərində qəti cəzanın təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli faktiki saxlanıldığı 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və X6 saxlanılan 0,258 qram (qalıq) psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyərin 71.94 manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Prosessual Məcəllə: Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 235.1. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Maddə 235.4. Üzləşdirməyə çağırılmış şəxslərə aydınlaşdırılması üçün üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə vermək təklif olunur. Bundan sonra müstəntiq suallar verir. Üzləşdirməyə dəvət olunmuş şəxslər müstəntiqin icazəsi ilə birbirinə suallar verməklə dindirilmədə iştirak edə bilirlər. Beləliklə, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham yalnız onun qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamağı və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Təqsirləndirilən şəxs1 17 manata qəsdən satması həddindədir. İttiham tərəfi həmin ittihamı digər Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsi, onunla Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə ilə, şahidlər, polis əməkdaşları Şahid1, Şahid2, habelə Şahid3 ifadələri, ekspertiza rəyləri ilə əsaslandrmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar olunmuş psixotrop maddənin əldə etməsi ilə bağlı ziddiyyətli ifadə versə də, birmənalı olaraq Təqsirləndirilən şəxs2 narkotik və ya psixotrop maddəni nə 27 yanvar 2022-ci il tarixdə, nə başqa vaxt almadığını bildirmişdir. Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadə məhkəmə istintaqı zamanı təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs2 qarşı ittiahmı təsdiq edən sübut kimi qəbul edilə bilməz. İstintaq zamanı Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmənin video görüntüsü məhkəmə istintaqı zamanı izlənmişdir. Belə ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 ilk olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığını qeyd etsə də, sərbəst ifadə verməyə başlayarkən bildirmişdir ki, psixotrop maddəni Təqsirləndirilən şəxs2lə birlikdə alıb istifadə etmişlər. Təqsirləndirilən şəxs1 müdafiəçisinin ona qarşı təzyiq olması barədə sualına o, başını aşağı salaraq sağa sola yelləməklə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərindən heçnə çıxmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 müdafiəçisinin sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Azad (narkotik vasitə və ya psixotrop maddə) satanı deyil, ikisi istifadə üçün almışlar. Müstəntiqin sualına cavab olaraq ilk olaraq Azaddan aldığını bildirsə də, daha sonra hərəsi 17 manat qoymaqla istifadə etdiklərini bildirmişdir. Öz müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni udmuş, polis əməkdaşları eyni çəkidə narkotik maddəni qarşısına qoymuşlar ki, etiraf etsin. Cinayət işinin materialları ilə təsdiq olunur ki, istintaq zamanı müdafiə tərəfi dəfələrlə Təqsirləndirilən şəxs1lə yenidən üzləşmənin keçirilməsini xahiş etsə də, istintaq orqanı tərəfindən bu vəsatətlər təmin edilməmiş, bunun səbəbi qeyd edilməmiş, nəticə əsaslandırılmamışdır, bununla da cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Cinayət Prosessual Məcəllənin 235.1-ci maddəsinin tələblərinə görə ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşmə aparır, yəni Təqsirləndirilən şəxs1 ilk olaraq alınmış ifadəsi deyil, daha sonra onun ifadəsinin təsdiqi məqsədi ilə aparılmış üzləşdirmədə verdiyi ifadələr əsas götürülməlidir, üzləşdirmə zamanı verdiyi ifadələr isə istintaqı aparan müstəntiqin qənaətinə görə belə ziddiyyətli olmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi isə bağlı qeyd edilməlidir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələblərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarındakı hüquqi mövqeyə görə, narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Prosessual Məcəllənin 145.3-cü maddəsinin tələblərinə uyğun olaraq ittihamın subut olunmasında yaranan bu kimi şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Şahidlər, polis əməkdaşları Şahid1, Şahid2 ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin şəxslərin ifadələri yalnız Təqsirləndirilən şəxs1 üzərindən psixotrop maddəyə bənzər kütlənin aşkar olunması hissəsində mötəbər sübut kimi qəbul edilə bilər, bu şəxslər Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 psixotrop maddənin satışının bilavasitə şahidləri olmamışlar. Şahid3 məhkəmə iclası zamanı verdiyi ziddiyyətli ifadələrlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid3 narkotik vasitə və ya psixotrop maddə satılması ilə əlaqədar hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 qarşı ittiham irəli sürülməmişdir. Şahid3 ittihamda qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddənin satılmasının bilavasitə şahidi olmamışdır. Məhkəmə, Cinayət Prosessual Məcəllənin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində olan sübutlara hüquqi qiymət verməlidir. Narkoloji dispanserin rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddədən istifadə etməsi də qeyd edilən satışın təsdiqi kimi qəbul edilə bilməz. Azad Metiyevin istifadəsində olan mobil nömrələr vasitəsi ilə edilmiş zənglər və göndərilmiş sms-lər də yoxlanılsa da, onun Təqsirləndirilən şəxs1lə əlaqə saxlaması, narkotik vasitə və ya psixotrop maddə barədə yazışması müəyyən edilməmişdir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd edilən hallar, yəni onun tərəfindən qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,308 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlaması və həmin 0,308 qram psixotrop maddə olan metamfetamini 27 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax şəhəri, Cahangir Kərimov küçəsində Təqsirləndirilən şəxs1 17 manata qəsdən satmasının təsdiqi üçün mötəbər sübutlar müəyyən olunmur. Cinayət Prosessual Məcəllə: Maddə 8.0.5. cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Maddə 21. cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.4. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-c il tarixli 15 saylı qərarı: Bənd 6. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bənd 9. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Bənd 35. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Bənd 57. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə Cinayət Prosessual Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konversiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrə vurğulamışıdr ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndilməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd edilmişdir, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırılmasının ədalətli olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsip istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq və məhkəmədə araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən Təqsirləndirilən şəxs2 cinayət qanunvericiliyin istinad edilən maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməldir. Təqsirləndirilən şəxs2 Cinayət Prosessual Məcəllənin 56-63-cü maddələrinə əsasən cinayət prosesi həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Müdafiəçi, dövlət hesabına göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün Yevlax şəhər Hüquq Bürosunun vəkili X2 132 manat, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 isə 132 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 345-347, 350, 352 və 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 gün hesablanmaqla 01 il 01 ay 12 gün azadlıqdan məhrum etmə cəzası müəyyən olunsun və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 27 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X6 saxlanılan cəmi 0,258 qram miqdarda psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 71.94 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Hazırkı iş üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas alından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 56- 63-cü maddələrinə əsasən cinayət prosesi həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 132 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 və 132 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-106/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-106/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver