Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-106/2024 30.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə vaxtından əvvəl cəzadan, azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, işsiz, Yevlax şəhəri Nizami prospekti ev 249-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhərindən sərnişin qismində əyləşərək Yevlax şəhərinə gəldiyi “Mercedes Vito” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobildən Yevlax şəhər avtovağzalının yaxınlığında düşdükdən sonra həmin avtomobilin arxa yük yerindən özünə məxsus çantanı götürən zaman orada olan digər şəxsə məxsus çantanı görüb heç kəsin olmamasından istifadə edərək, özgənin əmlakını qəsdən gizli olaraq talamaq qərarına gələrək avtomobilin arxa yük yerindən Zərərçəkmiş şəxs məxsus çantanın içərisində olan 1 ədəd 200 manat dəyərində “SamsungA3” markalı mobil telefonu, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağını, hər birinin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd cins şalvarları, hər birinin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd koftaları, 1 ədəd 25 manat dəyərində idman ayaqqabısını, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində təhlükəsizlik kamerasını divara bağlamaq üçün nəzərdə tutulmuş avadanlığı, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində telefon adapterini, 1 ədəd 5 manat dəyərində mobil telefon tutacağını və həmin 1 ədəd 10 manat dəyərində əl çantasını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təsadüfən Bakı şəhərindən “Mercedes Benz vito” markalı avtombilə sərnişin qismində əyləşmiş, həmin gün səhər saatlarında yaşadığı Yevlax şəhərinə çatdıqda Yevlax şəhər avtovağzalının yaxınlığında avtomobilindən düşmüş və avtomobildən düşərkən onunla birlikdə avtomobildə sərnişin qismində əyləşmiş digər sərnişinlər avtomobildən düşmədiyi üçün o, özünün çantasının yerinə başqa bir şəxsin çantasını götürərək oğurlamışdır. O, yaşadığı küçəyə getdikdən sonra çantanın içərisində olan 1 ədəd qızıl boyunbağını tanımadığı bir şəxsə 200 manat pula satmışdır. Geyim əşyalarını, 2 ədəd telefon adapterini və 2 ədəd təhlükəsizlik kamerasının avadanlığını isə başqa bir şəxsə cəmi 30 manat pula satmışdır. O, xx.xx.2024-cü il tarixdə axşam saatlarında əlində həmin çanta ilə gedərkən polis əməkdaşalrı onu saxlamış, o da əməlini etiraf etmişdir. Həmin çantanın içərisində 1 ədəd “Samsung A3” markal mobil telefon və bir ədəd hərbi bilet olmuş və həmin çantanı, içərisində 1 ədəd “Samsung A3” markal mobil telefon və bir ədəd hərbi bileti təqdim etmişdir. Məhkəmədən törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin istintaq dövründə vermis olduqları ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasından Bakı şəhərinə, oradan isə Tərtər rayonuna gəlmək üçün Bakı Beynəlxalq Avtovağzalına gəlmişdir. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq özünə məxsus «Mersedes-Benz Vito» markalı avtomobillə Tərtər rayonuna getdiyini və onu da apara biləcəyini bildirmişdir. O, həmin şəxslə 15 manata razılaşıb gediş haqqını ödəmişdir. Bundan sonra əl çantasını sürücüyə baqaja yerləşdirməsi üçün təhvil vermişdir. Onun çantasında bir ədəd 200 manat dəyərində «Samsung A3» markalı mobil telefonu, 1 ədəd 4 qram çəkisi olan 350 manat dəyərində qızıl boyunbağı, 2 ədəd Türkiyə istehsalı olan, hər birin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində cins şalvarları, 2 ədəd Türkiyə istehsalı olan, hər birinin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində koftaları, 1 ədəd Türkiyə istehsalı olan, 25 manat dəyərində idman ayaqqabısı, Rusiya istehsalı olan, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində təhlükəsizlik kamerasını divara bağlamaq üçün avadanlıq, hər birin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində təhlükəsizlik kaerasınm adapdırı, 1 ədəd 5 manat dəyərində mobil telefonu avtomobildə quraşdırmaq üçün nəzərdə tutulmuş avadanlıq olmuş, həmin əşyalarını yığdığı çantanı isə 10 manata almışdır. Onlar 20 dəqiqə gözlədikdən sonra Avtovağzaldan rayona yola düşmüşdür. Onlar Kürdəmirə çatanda sürücü ona Qazax rayonuna getdiyini bildirmişdir. Həmin vaxt o, sürücü ilə mübahisə etmişdir ki, o, Tərtərə gedir, sonra sürücü ilə razılaşmışdır ki, Goranda düşəcəkdir. Bundan sonra yollarına davam etmişlər. Yevlax dairəsinə çatanda avtomobildən 2-3 nəfər düşmüş, bundan sonra onlar yollarına davam etmişlər. O, Goranda avtomobildən düşmüş, sürücü ondan çantasını götürməyi bildirmişdir. O, baqaja baxdıqda çantasının yerində olmadığını aşkar etmişdir. Ona görə də 102 xidmətinə zəng edərək əşyalarının oğurlandığını və ona ümumilikdə 750 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, hazırda şikayətçi olduqlarını və təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza təyin olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məğul olur. Onun Mercedes markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Yevlax şəhərinin mərkəzi dairəsinin yaxınlığında dayanıb müştəri gözləmişdir. Həmin gün səhər saatlarında bir nəfər tanımadığı şəxs qırmızı rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobildən düşərək ona yaxınlaşmışdır. Həmin şəxsin əlində iki ədəd çanta olmuşdur. Həmin şəxs onu Nizami küçəsinə yaşadığı evə aparmasını bildirmişdir. O, həmin şəxsə yol pulunun 3 manat olduğunu demiş, şəxs də razılaşmışdır. Daha sonra həmin şəxs onun avtomobilinə əyləşmiş və əlində olan bir ağ, biri hərbi rəngdə olan çantanı arxa oturacağa qoymuşdur. Daha sonra o, həmin şəxsi Nizami küçəsində yaşadığı evə aparıb düşürüb 3 manat xidmət haqqı alıb geri qayıtmışdır. O, sonradan bilmişdir ki, həmin qırmızı rəngli “Mercedes Vito”dan düşən şəxs avtomaşının yük yerindən özünə məxsus olmayan çantanı oğurlamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da tutularaq azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli təqdim edilən əşyanın götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd «Samsung A3» markalı mobil telefon, 1 ədəd çanta və Zərərçəkmiş şəxs məxsus hərbi bilet maddi sübut əhəmiyyətinə malik olduğuna görə qəbul edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tuitulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli əşyanın tanımaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim edilmiş telefonlara və çantalara baxaraq “2” rəqəmi ilə rəqəmlənmiş telefonu və “3” rəqəmi ilə rəqəmlənmiş çantanın ona məxsus oğurlanmış telefon və çanta olmasını bildirmişdir. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar düzgündür. O, “Mercedes Vito” markalı ** YV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən başqa heç bir yerdə oğurluq hadisəsi törətməmiş, həmin əşyaları oğurlayan zaman yanında başqa heç kim olmamışdır. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurladığı 1 ədəd qızıl boyunbağının, 2 ədəd cins şalvarların, 2 ədəd koftaların, 1 ədəd idman ayaqqabısının, 2 ədəd təhlükəsizlik kamerasını divara bağlamaq üçün nəzərdə tutulmuş avadanlığın, 2 ədəd telefon adapterini, 1 ədəd mobil telefon tutacağının yerini və həmin əşyaları satmış olduğu şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuş, Yevlax rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvəvl şərti azad olunmuş, Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasından 02 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-106/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarından yayındığı üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 03.10-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq dövründə vermis olduqrarı ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.1-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(039)-106/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yevlax şəhər RPŞ-də saxlanılan 01 ədəd samsunqA3 markalı mobil telefon və 1 ədəd çanta hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 06 (altı) saat 30 (otuz) qəqiqəyə görə 39 (otuz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı bir gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə 39 (otuz doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Yevlax şəhər RPŞ-də saxlanılan 01 ədəd samsunq A3 markalı mobil telefon və 1 ədəd çanta hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-106/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-106/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver