Məhkəmə qərarları › İş №1(039)-107/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-107/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-107/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2sin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il aprel ayının əvvəllərində yaşadığı Yevlax şəhəri Nizami küçəsi ev 210 ünvanında yerləşən evində iki ədəd dibçəkdə qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək 3 ədəd çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, 22 may 2021-ci il tarixdə saat 16:55-də Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinə video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin 3 ədəd, hündürlükləri 16 sm-dən 88 sm-dək, ümumi təmiz çəkisi 49,40 qram olan xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021ci ilin mart ayında yaşadıqları küçədə yerdən bir ədəd kibrit qutusu tapmış, kibrit qutusunu açıb baxdıqda kibrit qutusunun içərisindən 3 ədəd çətəkə bitkisinin toxumları olduğunu görüb götürmüş və özündə saxlamış, 2021-ci il aprel ayının əvvəllərində həmin toxumları yeni tikidirdiyi, lakin yaşamadığı evində peyinlə torpağı qarışdıraraq iki ədəd dibçəyə tökmüş, həmin toxumları həmin dibçəklərdə əkmiş, bir müddət sonra əkdiyi toxumlar dibçəkdə cücərib bitməyə başlamış, o, həmin çətənə bitkilərini suvarmış və qulluq etmiş ki, tam yetişəndən sonra yığıb qurudub özü üçün istifadə etsin. 2021-ci il may ayının 22-də saat təxminən 16:30 radələrində həmin dibçəkdəki çətənə bitkiliərinə qulluq etmək üçün yeni tikdiyi evə getmiş, orada olan zaman polis əməkdaşları ora gəlmiş və ona narkotik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli olduğunu bildirmiş, ona məxsus evə və həyətyani bağ sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməmişdir. Baxış zamanı əkib becərərək qulluq etdiyi iki ədəd dibçəkdə olan 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 22 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 16:30 radələrində o, polis əməkdaşı Şahid2, Şahid3, təhqiqatçı Şahin Fətullayev, Sirac Fərəcov və aqranom X2 ilə birlikdə ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs evinin qarşısında Samirlə qarşılaşmışlar, təhqiqatçı X4 özünü təqdim etməsini bildirmiş, Samir də təhqiqatçıya özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Samirə yaşadığı evində və həyətində narkotik vasitə əkib becərməsi barədə şöbəyə məlumat daxil olduğunu, həmin məlumatla bağlı onun yaşadığı evinə və həyətinə baxış keçirilməli olduğunu bildirdi. Həmin vaxt Samir də yaşadığı evinə və həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Baxış zamanı otaqlardan birində 2 ədəd dibçəkdə 3 ədəd əkilib becərilmiş tünd yaşıl rəngli, spesfık iyə malik narotik tərkibli çətənə bitkilərinə oxşar çətənə bitkiləri aşkar olunmuşdur. Samir iki ədəd dibçəkdə 3 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Aşkar olunmuş bitkilərinin həqiqətən naroktik tərkibli çətənə bitkiləri olub-olmamasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronama təqdim edilmiş, həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin çətənə bitkilərinin aqrotexniki qaydada qulluq edilməsi barədə aqranom tərəfindən rəy verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 Əhməd oğlu Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Yevlax şəhəri Nizami küçəsində yerləşən 210 saylı ev və evin həyətyanı torpaq sahəsidir. Həyətyanı sahədə şübhəli hal və iz aşkar edilməmişdir. Natamam tikilmiş yaşayış evininin girişindən sol tərəfdə yerləşən otağa girəndə sol tərəfdə iki ədəd dibçək, dibçəyin birində bir ədəd, digərində isə iki ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür. (iş vər.17-19); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:55-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 31-32); məhkəmə bioloji ekspertizasının 23.05.2021-ci il tarixli, 17/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 3 ədəd çətənə kolu.” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 16 sm-dən 88 sm-dək, ümumi təmiz çəkiləri- 49,40 qram olan 03 (doqquz) ədəd bitkilər əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X5 tərəfindən verilmiş 22 may 2021-ci il tarixli rəyə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata sərf edildi 0,15 qram (hər bitkilərdən 0,05 qram) qalıq-49,25 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 43-44); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 65); maddi sübut kimi tanınma haqqında 31.05.2021-ci il tarixli qərardan görünür ki, 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər. 77); məhkəmə narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 95 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.06.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər. 94); AZE seriyalı 12173003 nömrəli, AZE seriyalı 11733027 nömrəli, AZE seriyalı 11733036 nömrəli və AZE seriyalı 12172980 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20.04.2009-cu il təvəllüdlü(iki uşaq), 16.06.2010-cu il təvəllüdlü və 23.01.2015-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 70-72); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar