Məhkəmə qərarları › İş №1(039)-107/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-107/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-107/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, XX.XX.1947-ci il tarixdə Kəlbəcər rayonu, Mərcimək kəndində doğullmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Kolanı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barədə yekun protokolda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Yevlax rayonu Kolanı kəndində yerləşən, yaşadığı evdə, gəlini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs sonuncunun bədən nahiyəsinə qəsdən zərbə endirərək ona yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəzdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş yekun protokol üzrə özünü təqsirli bilməyərək ifadəsində söyləmişdir ki, Zərərçəkmiş şəxs oğlu Şahid1 arvadıdır. Zülfüqar və Fəranə ailə qurduqdan sonra onlarla birlikdə Yevlax rayonu, Kolanı kəndində yerləşən evdə yaşamışlar. Bir müddət başqa ünvana köçsələr də, sonradan yenidən qayıdaraq onlarla yaşamağa başlamışlar. Son bir il ərzində Fəranə ilə onun arasında müxtəlif səbəblərdən mübahisələr olmuşdur. Kənddə saxladıqları heyvanların südünü sağıb müxtəlif şəxslərə satırlar. 08 may 2023-cü il tarixdə axşam saatlarında, yaşadıqları evdə Fəranə ondan və əri Şahid2 tələb etmişdir ki, südü onun yeznəsinə satsınlar. Buna etiraz etdikdə Fəranə onu söymüş, daha sonra isə onu döyərək xəsarət yetirmiş, saçını yolmuşdur. Özünü müdafiə etmək məqsədi ilə o da, Fəranənin saçından tutmuşdur. Lakin, Fəranəyə hər hansı xəsarət yetirməmiş, onu döyməmiş, Fəranəyə daş və yaxud başqa əşya atmamışdır. Bu hadisə zamanı əri Paşa evdə olmuş, qızı Zülfiyyə isə sonradan gəlmişdir. Nə əri, nə də qızı Zülfiyyə Fəranəyə xəsarət yetirməmişlər. Bundan sonra Fəranə 102 xidmətinə zəng edərək ona şər atmış və döyüldüyünü bidirmişdir. Latın qrafikası ilə yazıb oxuya bilmədiyindən araşdırma zamanı materiallarla tanış olmamış, bu işin mahiyyəti ona izah edilməmişdir. Ona bəraət verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, əri Şahid1 valideynləri ilə Yevlax rayonu, Kolanı kəndində bir evdə yaşayırlar. Son bir ildə aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. 08 may 2023-cü il tarixdə səhər saatlarında baldızı Zülfiyyə ondan tələb etmişdir ki, yaşadıqları evi tərk edib başqa yerə köçsünlər. Buna etiraz etmiş və heç yerə getməyəcəyini bildirmişdir. Bundan sonra qayınanası Təqsirləndirilən şəxs onu söyüb təhqir etmiş və yerdən daşı götürərək onun ayağından vuraraq ona xəsarət yetirmişdir. Axşam saatlarında əri Şahid1 evə gəldikdə qayınanası Yemən ona söyləmişdir ki, sənin arvadın əxlaqsızdır. Buna etiraz etdikdə Yemən yerdən dəmir parçasını götürüb sağ yuxarı hissəsinə zərbə endirmişdir. Daha sonra isə onun saçından tutub yolmağa başlamışdır. Bu zaman Yemən yerə yıxılmış və əri Zülfüqar onları aralamışdı. Yeməni döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Bundan sonra isə qayınatası Şahid2 və baldızı Şahid3 da onu təhqir etmiş və onu döymüşlər. Buna görə də 102 xidmətinə zəng edərək döyldüyünü bildirmişdir. Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı, Təqsirləndirilən şəxs isə anasıdır. Bir evdə yaşadıqları müddətdə onun arvadı ilə anası arasında mütəmadi olaraq mübahisələr olmuşdur. 08 may 2023-cü il tarixdə səhər saatlarında işləri ilə əlaqədar evi tərk edib getmişdir. Evə qayıtdıqdan sonra arvadı Fəranə ona bildirmişdir ki, anası Yemən onu döymüş, daş ilə və dəmir parçası ilə ona xəsarətlər yetirmişdir. Onların arasında dava olan zaman evdə olmamış, hadisənin bilavasitə şahidi olmamışdır. Baş verənlər barədə arvadı Fəranə ona sonradan məlumat vermişdir. Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun arvadı, Zərərçəkmiş şəxs isə oğlu Zülfüqarın arvadıdır. Bir evdə yaşadıqları müddətdə aralarında mütəmadi mübahisələr olmuşdur. xx.xx.2023-cü il tarixdə gəlini Fəranə tələb etmişdir ki, süd məhsullarını onun bacısının ərinə satsınlar. Buna görə aravadı Yemənlə gəlini Fəranə arasında mübahisə başlamışdır. Mübahisə zamanı Fəranə Yeməni döyüb xəsarət yetirmiş, onun saçını yolmuşdur. Həmin zaman Yemən Fəranəyə xəsarət yetirməmiş, onu daşla, dəmir parçası ilə vurmamışdır. Eləcə də, nə o özü, nə də qızı Zülfiyyə Fəranəni döyməmişlər. Lakin, Fəranə 102 xidmətinə zəng edərək onlara böhtan atmış, döyüldüyünü bildirmişdir. Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anası, Zərərçəkmiş şəxs isə onun qardaşı Zülfüqarın arvadıdır. 08 may 2023-cü il tarixdə Fəranə ilə onun anası arasında mübahisə baş vermiş və o, onları sakitləşdirmək üçün evlərinə getmişdir. Orada Fəranənin anasını döyüb xəsarət yetirdiyini, saçını yolduğunu görmüşdür. Onları sakitləşdirməyə çalışmışdır. Anası Yemən gəlini Fəranəni döyməmiş, onu daşla, dəmir parçası ilə vurmamışdır. Eləcə də, nə o özü, nə də atası Paşa Fəranəni döyməmişlər. Fəranə onlara böhtan atmaq məqsədi ilə 102 xidmətinə zəng etmişdir. Bundan sonra oradan getmişdir. Bir müddət sonra isə qardaşı Zülfüqar yenidən onu çağımışdır. Oraya getdikdə Fəranənin anasının və xalasının oraya gəldiyini və anasını döyməyə cəhd etdiklərini görmüşdür. Məhkəmə-tibb ekspertizasının 09 may 2023-cü il tarixli 233 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol diz, sağ bud, sol baldır, sol sağrı nahiyyələrinin, sağ bazunun aşağı 1/3-nin çoxsaylı qançırları silindrik səthə malik küt alətin – alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ budun yuxarı 1/3-nin yan səthinin iri ölçülü qançırı səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. (səh. 12) Məhkəmə-tibb ekspertizasının 12 may 2023-cü il tarixli 250 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - sağ topuq nahiyyəsinin şişkinliyi, sol ayağın üst səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı, sağ dirsək nahiyyəsinin sıyrığı küt alətin – alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.(səh 34) Yevlax rayon İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1572 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Kolanı kəndində yaşayır. Yevlax rayon İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji dispanserinin xx.xx.2023-ci il tarixli, 406 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji kabinetində qeydiyyatda durmur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X2 16 may 2023-cü il tarixli, PHŞ-3174/23 nömrəli arayışından görünür ki. Təqsirləndirilən şəxs Yevlax rayon mərkəzi xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs evlidir, işsizdir, orta təhsilli olmaqla yaşadığı inzibati ərazi dairəsində müsbət xarakterizə olunur. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci madəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olmasının təsdiqi olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid olaraq onun əri Şahid1, digər şahidlər Şahid2 və Şahid3 ifadələri, habelə ekspertiza rəyinə istinad edir. Halbuki, zərər çəkmiş və Şahid1 ər-arvad olmaqla Təqsirləndirilən şəxs məhkum edilməsində maraqlı şəxslərdir. Məhkəmə iclası zamanı Cinayət Prosessual Məcəllənin 328.2.1 maddəsi ilə nəzərdə tutulmuş hüququ izah edilən Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görmədiyini, həmin zaman evdə olmadığını söyləmiş, yekun protokolunda qeyd edilmiş digər şahidlər Şahid2 və Şahid3 isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını bildirmişlər. Ekspert rəyini şübhə altına almayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhz Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən zərbə endirilərək ona sol diz, sağ bud, sol baldır, sol sağrı nahiyyələrinin, sağ bazunun aşağı 1/3-nin çoxsaylı qançırları ilə müşayiət olunan xəsarətlərin, yəni səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərin yetirilməsini təsdiq edən mötəbər sübutlar müəyyən olunmur. Həmin xəsarətlərin Zərərçəkmiş şəxs tərəfindən özü-özünə yetirilməsi imkanı da təhqiqat orqanı tərəfindən araşdırılmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, 1947-ci il təvəllüdlü, fiziki cəhətdən 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zəif olan Təqsirləndirilən şəxs qeyd edilən xəsarətlərin yetirməsi imkanı da şübhə doğuran haldır ki, buna da ittiham tərəfindən hüquqi qiymət verilməmişdir. Bu şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Yekun protokolda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə zamanı sonuncunun bədən nahiyəsinə qəsdən zərbə endirərək ona xəsarət yetirməsi qeyd edilsə də, Zərərçəkmiş şəxs istintaq zamanı, habelə məhkəmə iclası zamanı verdiyi ifadələrdə Təqsirləndirilən şəxs ona ilk olaraq daş parçası, daha sonra isə dəmir parçası atması nəticəsində ona xəsarətlər yetirildiyi bilidirmişdir. Buna baxmayaraq, onun ifadəsinə zidd olaraq ittiham tərəfi belə nəticəyə gəlmişdir ki, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən zərbə endirərək ona yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan yüngül zərər vurmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini bildirsə də, ekspert rəyi ilə sonuncuya xəsarətlərin yetirildiyi müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması və məhz bu zərbə nəticəsində sonuncunun sağ budun yuxarı 1/3-nin yan səthində iri ölçülü qançırın yaranması və bununla da səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərin yetirməsi yalnız sonuncunun ziddiyyətli ifadələri əsasında təsdiq edilə bilməz. Cinayət Prosessual Məcəllə: Maddə 8.0.5. cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Maddə 21. cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.4. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə bu Cinayət Prosessual Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konversiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrə vurğulamışıdr ki, sübutların mümkünlüyünü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndilməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd edilmişdir, Konvensiyaya uğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırılmasının ədalətli olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsib istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirmə o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq və məhkəmədə araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət qanunvericiliyin istinad edilən maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 4 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar