Məhkəmə qərarları › İş №1(039)-108/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-108/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-108/2020 04.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏlizadə Ruslan Əliyar oğlununsədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Yevlax, rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan, Yevlax şəhəri, G.Əliyev küçəsi, ev 8-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Yevlax şəhəri, G.Əliyev küçəsi 8 saylı evdə ailə-məişət münasibətləri zəminində arvadı Zərərçəkmiş şəxs kürəyinə yumruqla və qoluna sillə ilə vuraraq ona sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 6-7 ildir ki, Zibeydə ilə ailə həyatı qurmuşdur. Birgə evliliklərindən iki uşaqları dünyaya gəlmişdir. Son vaxtlar onun evə aldığı ərzaq məhsullarını Zibeydənin aparıb qonşulara satması üstündə aralarında mübahisələr baş vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Zibeydədən nəyə görə yemək hazırlamadığını soruşmuşdur. Mətbəxə keçəndə isə görmüşdür ki, bir gün qabaq evə aldığı iki litrlik günəbaxan yağı yoxdur. Zibeydə həmin yağı sataraq yerinə bir litrlik yağ almışdır. Buna görə də əsəbləşmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əli ilə Zibeydənin qoluna sillə vurmuşdur. Zibeydə küçəyə çıxmış və özü ilə uşaqları da götürüb çıxıb getmək istəmişdir. Ancaq oğlu getmək istmədiyi üçün oğlu anası ilə getməmişdir. Həmin vaxt isə Zibeydənin kürəyinə də bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Zibeydə hər iki uşağını götürüb çıxıb getmişdir. Həmin gün axşam saat 20 radələrində Zibeydə yenidən evə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə yenidən Zibeydə ilə aralarında mübahisə yaranmış və həmin an bacısı Talehə də oraya gəlmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə o, Zibeydəni döyməmişdir. Sonra isə Zibeydə atasını çağırmış, atası gəlib qızı Zibeydəni də götürüb çıxıb getmişdir. Lakin oğlu getmək istəmədiyi üçün onun yanında qalmışdır. O, xx xxxx 2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxsm yumruq və sillə ilə vuraraq döymüşdür. Həmin vaxt onların yanında heç kim olmamışdır. Lakin xx xxxx 2020-ci il tarixdə aralarında olan mübahisə zamanı bacısı Talehə orada olmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Son zamanlar Həkimlə aralarında tez-tez mübahisələri olmuşdur. Mübahisələrə səbəb isə Həkimin bacısı Talehənin Həkimi ona qarşı öyrətməsi olmuşdur. xx xxxx 2020-ci il tarixdə Həkim onu evdən əşyaları götürüb satmasını bəhanə edərək kürəyinə yumruqla vurmuş, sonra isə saçını yolaraq döymüş və onu evdən qovmuşdur. O da hər iki uşağını götürüb evdən çıxıb getmişdir. Ancaq axşam evə qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə Həkim yenidən onunla mübahisə edib onu təhqir etmiş və evdən çıxmasını tələb etmişdir. O da qızını götürüb evdən çıxmış, lakin oğlunu Həkim ona verməmişdir. xx xxxx 2020-ci il tarixdə onun evdən getməsini Həkim zəng edib valideynlərinə məlumat vermişdir. O da qonşunun telefonu ilə atasına məlumat vermiş, atası isə gələnədək atasını qapının qarşısında gözləmişdir. Atası gələndən sonra bu barədə polisə müraciət etmişdir. Həkim onu xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Yevlax şəhəri, G.Əliyev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin içində döymüşdür. Həmin vaxt yanlarında heç kim olmamışdır. Lakin xx xxxx 2020-ci il tarixdə Həkimlə mübahisələri olanda baldızı Talehə yanlarında olmuşdur. Lakin xx xxxx 2020-ci il tarixdə Həkim onu vurmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zibeydə qardaşı Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Həkim Zibeydə ilə təxminən 2015-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Həkim və Zibeydə ayrı evdə yaşayırlar. xx xxxx 2020-ci il tarixdə qardaşı Həkimdən telefonda eşitmişdir ki, arvadı Zibeydə ilə dalaşmış və Zibeydəni döymüşdür. O da gecə vaxtı olduğu üçün oraya gedə bilməmişdir. Sabahı yəni xx xxxx 2020-ci il tarixdə qardaşı Həkim yaşayan evə getmişdir. Təxminən saat 11 radələrində oraya çatmışdır. Həmin vaxt Həkim və arvadı Zibeydə evdə olmuşlar. Sonra Zibeydə evdən çıxmış və küçə ilə getməyə başlamışdır. Həmin vaxt qardaşının hər iki uşağı qardaşının yanında idi. O, qardaşını Zibeydənin arxasınca getməyə qoymamışdır. Təxminən yarım saatdan sonra Zibeydə tək evə qayıtmışdır. Zibeydənin ailə üzvlərinə bu haqda xəbər vermişlər ki, Zibeydə ilə Həkim dalaşmış, Zibeydə isə tək çıxıb küçədə gəzir. Elə həmin gün atası Arif gəlib qızını aparmışdır. Zibeydə gedəndə qızı Zibeydəni özü ilə aparmışdır. Lakin həmin gün yəni xx xxxx 2020-ci il tarixdə qardaşı oğlu Elmir atası Həkimin yanında qalmışdır. xx xxxx 2020-ci il tarixdə Zibeydəgil gəlib Elmiri də aparmışlar. xx xxxx 2020-ci il tarixdə Zibeydənin qardaşı Həkim tərəfindən döyülməsini görməmişdir. Bu barədə telefonla qardaşı ona məlumat vermişdir. Yalnız xx xxxx 2020-ci il tarixdə oraya getmiş və orada həmin gün dava olmamış, yalnız sözlə mübahisə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx xxxx 2020-ci il tarixli 393 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi onun bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol kürəküstü və bel nahiyəsinin sıyrıqları, təpə nahiyəsinin dərialtı hematoması, sol budun 1/3-nin ön-yan səthində şişkinlik fonunda, iri ölçülü qançır, aktiv və passiv hərəkət məhdudluğu ilə müşayət olunan sol mil-bilək oynağının şişkinliyi küt alətinalətlərin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Elmir və 2016-cı il təvəllüdlü Əzifə adlı iki azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasınıvə əməlindən səmimi peşmançılığını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar