Məhkəmə qərarları › İş №1(039)-108/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-108/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-108/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1969-cu il tarixdə Yevlax rayonu, Ərəş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Ərəş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2021-ci ilin aprel ayının axırlarında Yevlax rayonu Ərəş kəndində yerləşən, özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində “Narkotik vasitələrin, psiqotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası qanunun 3-cü siyahısına əsasən xeyli miqdar hesab edilən 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərin əkib becərərək kultivasiya etmiş, 14 iyun 2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş, xeyli miqdarda 03 ədəd, ümumi çəkisi 480 qram olan, 90 sm-dən 110 sm-dək uzunluqda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı Yevlax rayonu, Ərəş kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin aprel ayında Yevlax rayonu, Ərəş kəndinin ərazisində gəzərkən yerdə kibrit qutusu görmüş və götürmüşdür. Qutunu açıb içinə baxdıqda orada 3 ədəd toxum olduğunu görmüşdür. Toxumları aparıb yaşadığı Yevlax rayonu, Ərəş kəndində yerləşən evinin həyətyanı sahəsində əkmişdir. Bu toxumlara qulluq etmiş, diblərini belləyib sulamışdır. 14 iyun 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onun yaşadığı evə gələrək evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Buna etiraz etməmiş və polis əməkdaşlarını həyətə buraxmışdır. Baxış zamanı əkdiyi 03 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir və həmin kollar götürülmüşdür. Əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan iki əlil övladının olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon RPŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Yevlax rayonu Ərəş kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkmişdir. Bu barədə rəhbərliyə raport yazmış və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri İBnin baş təhqiqatçısı Faiq Cəfərov və PPXB-nin polis nəfəri Şahid2la, habelə aqronom Vüqar Mahmudovla birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş və o, buna etiraz etməmişdir. Video çəkilişlə oraya baxış keçirilən zaman həyətyanı sahədən 3 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Əhməd bildirmişdir ki, çətənə kolları ona məxsusdur, əkibbecərməklə, diblərini belləyib sulamış, onlara aqrotexniki qaydada qulluq etmişdir. Çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər bu protokolu imzalamışlar. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir və əməliyyat qrupunun üzvü kimi 14 iyun 2021-ci il tarixdə Yevlax rayonu Ərəş kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı iştirak etmişdir. Bu zaman həmin həyətyanı sahədən 3 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu kolları özü əkib və onlara qulluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və kolların yerləşdiyi sahəyə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizasının 15 iyun 2021-ci il tarixli 17/430 sаylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, hündürlükləri 90 sm-dən 110 sm-dək, ümumi təmiz çəkiləri - 480.00 qram olan 03 (üç) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Vüqar Mahmudovun 14 iyun 2021-ci il tarixli rəyinə əsasən 03 ( üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (səh. 44) Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli 717 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.90) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədə təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki əlil övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona, istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X1 saxlanılan 479,85 qram çəkidə 03 ədəd narkotik tərkibli çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs Musayevdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut Yevlax Rayon Polis şöbəsində saxlanılan 479,85 qram çəkidə 03 ədəd narkotik tərkibli çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş ) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar