Məhkəmə qərarları › İş №1(039)-108/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-108/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-108/2022 16.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1969-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,515 qram pisixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Bakıxanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 17:15-dən 17:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ cibində olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı həmin pisixotrop maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, əvvəllər narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Lakin, son zamanlar artıq həmin maddələrin qəbulundan imtina etmişdir. 16 fevral 2022-ci il tarixdə səhər vaxtlarında Yevlax şəhəri, C.Kərimov küçəsi ilə gedərkən yolun kənarında yerdə bir ədəd sellofan bükülü görmüş və götürmüşdür. Bükülüyə baxdıqda içində metamfetamin olduğunu görmüşdür. Həmin maddəni sonradan istifadə etmək üçün bükülünü şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 16:00-da Yevlax şəhəri, Bakıxanov küçəsi ilə gedərkən tanımadığı şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları bildirmişlər ki, o, narkotik vasitə saxlamaqda şübhəli bilinir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və vidio çəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı səhər saatlarında tapdığı və saxladığı bükülünü təqdim etmişdir. Etiraf etmişdi ki, həmin bükülüdəki pisxotrop maddə olan metamfetamindir. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 16 fevral 2022-ci il tarixdə günorta saatlarında Şöbənin CAB-nın baş əməliyyat müvəkkili olan Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 şöbənin rəhbərliyinə olan raportu əsasında əməliyyat qrupu yaradılmış və o, həmin qrupa daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək üçün işlər görülmüş və onun Bakıxanov küçəsində olduğu müəyyən edilmişdir. Saat təxminən 16:00-da Təqsirləndirilən şəxs həmin küçədə tərəflərindən saxlanılmış və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içində olan kütlə pisxotrop maddə olan metamfetamindir, həmin gün səhər saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində yerdən tapmışdır. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən içində kütlə halında olan bükülü aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 17 fevral 2022-ci il tarixli 17/156 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,515 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (səh.38) Məhkəmə-narkoloji ekspertizasının 10 may 2022-ci il tarixli 623 saylı rəyində qeyd olunur ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh.86) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, törətdiyi əməldən peşman olmasını, 2-ci qrup əlil olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs uzun müddət narkotik və psixotrop maddələrdən istifadə etməsini nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, onun yenidən eyni cinayəti törətmək imkanı olacaqdır, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı 16 iyun 2022-ci il tarixdən hesablanmalı, şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 0,465 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, dövlət hesabına göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1 12 manat, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 isə 18 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 16 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0,465 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Espertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar