Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-108/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs Arif oğlunun iştirakları ilə, xx.xx.1980-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, S.Ə.Şirvani küçəsi ev 8-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, satmış və qəsdən satış məqsədi olmadan narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 185,22 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə əynində olan qara rəngli gödəkcənin içərisində sellofan torbada qanunsuz olaraq saxlamış, 23 yanvar 2024-cü il tarixdə 15:30 radələrində Yevlax st.X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri, S.Ə.Şirvani küçəsi ev 8-də yaşayan 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax st.XPŞ-yə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə həmin günü saat 16:18-dən 16:30-a qədər olan müddətdə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin içərisindəki sellofan torbada satış məqsədi olmadan saxladığı 185,22 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 0,405 qram narkotik vasitə olan heroini əldə edərək həmin narkotik vasitə olan heroinin 0,212 qram olan hissəsini 27 fevral 2024-cü il tarixdə saat 20 radələrində Yevlax şəhəri Füzuli küçəsində, Yevlax şəhər Mərkəzi Bazarın arxasında tanışı X4 20 manat pul müqabilində satmış, 28 fevral 2024-cü il tarixdə saat 11:10-da X6 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri E.Ağayev küçəsində Yevlax rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilib üzərində orada həmin günü saat 12:10-dan saat 12:40-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində Tural Həmidovun əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs 20 manat pul müqabilində əldə edib saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülüdə olan 0,212 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:45-də narkotik vasitələri qanunsuz saxlamada və satmaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri S.Ə.Şirvani küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:35-dən 17:00-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Tural Həmidova satdığı narkotik vasitə olan heroinlə eyni tərkibli olan 01 (bir) ədəd kağıza bükülmüş bükülüdə 0,193 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə isə təqsirli bilməyərək bildirmişdir ki, evlidir. Öhdəsində 2 azyaşlı övladı var. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə olan heroin və qurudulmuş marixuana istifadə edir. O, 2024-cü ilin yanvar ayında üzərində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Yevlax st.X8 polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. O, 2024-cü ilin yanvar ayının 23-də günorta saatlarında Yevlax şəhərində yerləşən “Mayak” restoranının yaxınlığından, Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsindən kolluqdan sellofan bükülü tapmış, bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. O, qurudulmuş marixuana istifadə etdiyindən həmin sellofan bükülünün içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. O, qurudulmuş marixuanadan istifadə etmək üçün içərisində qurudulmuş marixuana olan həmin bükülünü götürərək özü istifadə etmək üçün gödəkcəsinin iç hissəsinə qoymuş və polis əməkdaşlarının onu görməməsi, diqqət çəkməmək üçün dəmir yolu xəttinin kənarı ilə piyada Yevlax dəmir yol stansiyasının yaxınlığına getmişdir ki, oradan şəhər istiqamətinə getsin. Lakin saat təxminən 15:30 radələrində Yevlax şəhər dəmir yol stansiyasının ərazisində polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək onu Yevlax xətt polis şöbəsinə dəvət etmişdirlər. O, Yevlax X8 əməkdaşları ilə birlikdə Yevlax xətt polis şöbəsinə getmişdir. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərində, gödəkcəsinin iç hissəsində saxladığı sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra o, üzərində aparılmış şəxsi axtarışla bağlı tərtib edilmiş protokolu imzalamışdır. Bundan başqa o, 2024-cü ilin fevral ayının sonlarında yaşadığı küçədə bir ədəd kağıza bükülmüş bükülüdə narkotik vasitə olan heroin tapmışdır. O, özü narkotik vasitə istifadəçisi olduğundan həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bilmişdir. O, həmin bükülüdəki narkotik vasitə olan heroindən bir hissəsini istifadə etmiş, yerdə qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. O, 01 mart 2024-cü il tarixdə saat 15:40 radələrində yaşadığı Yevlax şəhəri S.Ə.Şirvani küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişdirlər. O, həmin ərazidə onu tanıdıqlarını polis əməkdaşlarına bildirərək üzərində şəxsi axtarışın polis şöbəsində keçirilməsini xahiş etmişdir. Polis əməkdaşları onun xahişini nəzərə alaraq onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd kağıza bükülmüş bükülüdə olan, narkotik vasitə heroin aşkar edilərək götürülmüşüdür. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə elekton tərəzidə çəkilmiş və həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. O, Yevlax X8 polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin yanvar ayının 23-də günorta saatlarında Yevlax şəhərində yerləşən “Mayak” restoranının yaxınlığından, Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsindən kolluqdan sellofan bükülüdə tapmışdır. O, 01 mart 2024-cü il tarixdə üzərimdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 2024-cü ilin fevral ayının sonlarında yaşadığı küçədən tapmışdır. O, həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitələri satmaq niyyəti olmamışdır. Onun yaşadığı evdə və ya başqa bir yerdə saxladığı narkotik vasitə və ya psixotrop maddəsi yoxdur. O, göstərdiyi cinayət hadisələrindən başqa bir cinayət hadisəsi törətməmişdir. X4 narkotik vasitə satmamış, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. X3 üzərindən 28 fevral 2024-cü il tarixdə aşkar edilmiş narkotik vasitə olan heroini 27 fevral 2024-cü il tarixdə saat 20 radələrində Yevlax şəhər Mərkəzi Bazarının yaxınlığında 20 manat pul müqabilində ondan aldığını bildirməsi və üzərindən aşkar edilmiş narkotik vasitə heroini ondan aldığını üzləşdirmə istintaq hərəkəti zamanı onun üzünüzə qarşı desə də o, X4 narkotik vasitə satmamışdır. X3 ona bir qədər pul borcu olmuş, həmin borcu geri almaq üçün anası Tural Həmidovun evinə gedərək hay küy saldığından Tural Həmidov guya ondan heroin alması barədə ifadə verir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2.-ci maddəsi ilə ona bəraət verilməsini, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilinməsini, həmin əməlindən səmimi peşman olmasını bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində Yevlax şəhəri mərkəzi bazarın arxasında tanıdığı Səyyad adlı şəxsdən 20 manat pul müqabilində 2 büküm narkotik vasitə olan heroin almış, həmin heroini şəxsi istifadəsi üçün almışdır. Həmin vaxtdan sonra bir bükümdən istifadə etmiş, bir bükümü özündə saxlamışdır. Sonradan 28 fevral 2024-cü il tarixdə saat 11:10 radələrində yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Polis əməkdaşaları ona üzərində narkotik vasitə olan heroin olmasından şübhəli olduqlarını bildirərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində olan zaman təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək vəkillərin siyahısını ona təqdim etmiş, o, vəkillərin siyahsından vəkil Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı vəkil Müdafiəçi1 polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməsini bildirmişdir. Həmin vaxt o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqarət kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. O, sorğu-sual zamanı həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini isə bir gün əvvəl axşam saat 20:00 radələrində Yevlax şəhəri mərkəzi bazarın arxasında öncədən tanıdığı Təqsirləndirilən şəxs 20 manat pul müqabilində aldığını səmimi olaraq etiraf etmişdir. Onun Səyyadla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur, əvvəllər ona pul borcu olsa da sonradan həmin borcunu tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə 01 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmədən sonra həmin günü o, polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri S.Ə.Şirvani küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməyi xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Qurban Qasımov təhvil vermişdir. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Bundan sonra təqsirləndirilən şəxsin seçimi ilə vəkil Müdafiəçi3 Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Qurban Qasımov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Qurban Qasımov xidməti iş otağında onun, Şahid2 və vəkil Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin ekspertkriminalisti X7 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişdirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret sellofanının içərisində olan kağız bükülünü çıxardaraq təqdim etmiş, həmin aşkar edilmiş 1 ədəd kağız bükülüyə baxdıqda bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kağız bükülü içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Qurban Qasımov aşkar etdiyi maddələri ekspertizaya göndərəcəyini bildirmiş və bir ədəd zərfə qoymuşdur, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi3 zərfin üzərinə imza çəkmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 və Yevlax Rayon Polis Şöbəsinin UQSİQ-nin operatoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax st. X8 CAQ-nun sabiq baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlaması barədə 23 yanvar 2024-cü il tarixdə Yevlax stansiyasının X8 əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Həmin məlumat rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmədən sonra həmin günü o, polis əməkdaşı Şahid5 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhər dəmir yol stansiyasının ərazisində sonuncunu görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə Yevlax rayon xətt polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə ətrafda ola biləcək şəxslərin onu tanıyacaqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməsini xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax st.XPŞ-nin inzibati binasına gətirib təhqiqatçı Anar Rəhimova təhvil vermişdirlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Bundan sonra təqsirləndirilən şəxsin seçimi ilə vəkil Müdafiəçi1 Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Anar Rəhimov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Anar Rəhimov xidməti iş otağında onun, Şahid5 və vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişdirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin iç hissəsindən 1 ədəd sellofan torbaya bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükülüyə baxdıqda bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Həmin sellofan bükülü içərisindəki kütlə ilə birlikdə təhqiqatçı Anar Rəhimov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 195 qram olması müəyyən edilmişdir, daha sonra təhqiqatçı Anar Rəhimov tərəfindən həmin narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulmuş, zərfin açıq yeri yapışdırılmış, üzərində qeydiyyat aparılmış və zərfə bir neçə ədəd “zərflər üçün” möhürü yapışdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi1 zərfin üzərinə imza çəkmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax st. X8 CAQ-nun sabiq əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.( İ cild iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər. 20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(İ cild iş vər.29- 36); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/228 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxmış heroinə oxşar..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,193 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi- 0,193 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,143 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 manatdır.(İ cild iş vər.44-46); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/215 nömrəli rəyindən görünür ki, “Vət. X3 üzərindən aşkar edilmiş 01(bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş heroinə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,212 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi- 0,212 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,162 qram.(İ cild iş vər.62); xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Tural Həmidov ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir.(müvafiq CD disk əlavə olunub).(iş vər. 78-81); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 10.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.( İ cild iş vər.99-101); Cinayət işini icraata qəbul etmə və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və cinayət işinin istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır.( İ cild iş vər.150-151); Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.( İ cild iş vər.155); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur.( İ cild iş vər.173-174); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində qara rəngli gödəkçənin içərisində sol tərəfdə sellofan torbanın içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq CD disk əlavə olunub).( İ cild iş vər.180-182); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs. Müdafiəçi1.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada təmiz çəkisi – 185,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 185,22 qram tədqiqata sərf edildi- 0,020 qram, qalıq-185,02 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.( İ cild iş vər.190-192); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 15:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(İ cild iş vər.207-208); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.( İ cild iş vər.209); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “01 ədəd kağız bükümdə-heroin, Təqsirləndirilən şəxs oğ.” sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd kağız bükümdə olan heroin ilə üzərində “01 ədəd kağız bükümdə narkotik vasitə-heroin. X6.” sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd kağız bükümdə olan herin xarici əlamətlərinə və kimyəvi tərkibi komponentlərinə görə eynidirlər.a) Heroinin təmiz çəkisi- 0,143 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,093 qram.b) Heroinin təmiz çəkisi- 0,162 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,112 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır.(İİ cild iş vər.41-44); Məhkəmə narkoloji ekspertizasının 19.104.2024-cü il tarixli 664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.(İİ cild iş vər.64); İş üzrə əməlin cinayət məcəlləsinin digər müddəsinə tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayəti işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır.(İİ cild iş vər.103-105); Təqsirləndirlən şəxsə yenidən ittiham elan etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilsin, o, Azərbaycan Respublikasının CMnin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddələr ilə yenidənittiham elan edilməsi qərara alınmışdır.(İİ cild iş vər.107-108); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 185.02 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan, 0.093 qram miqdarında narkotik vasitə olan heroin və Tural Həmidovun üzərindən aşkarlanmış 0,112 qram miqdarında narkotik vasitə olan heroin “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 185.02 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan, 0.093 qram miqdarında narkotik vasitə olan heroin və Tural Həmidovun üzərindən aşkarlanmış 0,112 qram miqdarında narkotik vasitə olan heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(İİ cild iş vər.107-108); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,162 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 69,10 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərcinin X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulması hökm edilmişdir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Qurban və xx.xx.2024-cü il təvəllüdlü Elvin adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi özünümüdafiə xarakteri daşımaqla məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana və heroin qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək və 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 185.02 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanan, 0.093 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 175 (bir yüz yetmiş beş) manat 59 (əlli doqquz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 5 (beş) saat hüquqi yardımın, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə hüquqi yardımın və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, göstərilən hüquqi yardıma görə cəmi 51 (əlli bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-108/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-108/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver