Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-108/2025 10.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 20 may 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını vahid niyyətlə gizli talamaq məqsədilə 05 may 2025-ci ildə saat 04 radələrində kənarları metal torla hasarlanmış, saxlanc yeri hesab edilən Yevlax şəhəri Rəşad Budaqov küçəsində yerləşən “MİDA” yaşayış kompleksinin həyətinə qanunsuz olaraq daxil olub orada açıq sahədə saxlanılan "xxxx" MMC-nin mülkiyyətində olan 1 ədədinin dəyəri 53 (əlli üç) manat 64 (altmış dörd) qəpik olan, 200 mm-lik diametrli, 6 metr uzunluqda “Koruge” markalı qurunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş 10 (on) ədəd plastik borunu, 06 may 2025-ci ildə saat 04 radələrində kənarları metal torla hasarlanmış, saxlanc yeri hesab edilən Yevlax şəhəri Rəşad Budaqov küçəsində yerləşən “MİDA” yaşayış kompleksinin həyətinə qanunsuz olaraq daxil olub orada açıq sahədə saxlanılan "xxxx" MMC-nin mülkiyyətində olan 1 ədədinin dəyəri 53 (əlli üç) manat 64 (altmış dörd) qəpik olan, 200 mm-lik diametrli, 6 metr uzunluqda “Koruge” markalı qurunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş 20 (iyirmi) ədəd plastik borunu gizli yolla talayaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə cəmi 1609 (min altı yüz doqquz) manat 20 (iyirmi) qəpik dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, işdən çıxdığına və maddi imkanı olmadağına görə 05 may 2025-ci il tarixdə və 06 may 2025-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri Rəşad Budaqov küçəsində yerləşən «MİDA» yaşayış kompleksinin həyətindən plastik boruları oğurlamış, həmin borulardan 10 ədədini satmış, qalan boruları isə aparan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin borular istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılmışdır. Həmin boruları satdığı şəxs və boruları apardığı taksi sürücsü boruların oğurluq olduğunu bilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları var və ailədə yeganə qahanc gətirən şəxsdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə verdiyi izahatında göstərmişdir ki, "xxxx" MMC-də mühəndis nəzarətçi vəzifəsində işləyir. Xatırlamadığı tarixdə şirkət rəhbərliyi borular əksik gəldiyinə görə ona həmin məsələni araşdırmağı tapşırmışdır. Boruların saxlanıldığı yerə gəlmiş, mühafizəçinin və işçilərin iştirakı ilə araşdırma aparmış, lakin nəticə əldə edə bilməmişdir. Rəhbərliklə məsləhətləşərək polisə müraciət etmək qərarına gəlmişlər. Polis Şöbəsinə müraciət etdikdə həmin boruların Polis Şöbəsinin həyətində olduğu onlara məlum olmuşdur. Bundan sonra araşdırma başlamış, izahatları alınmış və bir müddət sonra onu çağıraraq həmin boruları təhvil vermişlər. Təmsil etdiyi hüquqi şəxsə dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə, yəni ustalıqla məşğul olur. Təqsirləndirilən şəxs də ustalıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs telefonla zəng edərək, iş yerindən ona əmək haqqının əvəzinə borular verildiyini və həmin boruları satdığını bildirmişdir. O da bu barədə Mübariz adlı tanışına məlumat vermiş və Mübariz Təqsirləndirilən şəxs həmin boruları dəyərini ödəməklə almışdır. Təxminən bir ay sonra isə Polis Şöbəsindən ona zəng gəlmiş, həmn boruların oğurluq olduğu bildirilmiş və Polis Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Həmin vaxt boruların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Maşını ilə hər gün səhər tezdən Yevlax avtovağzalının yanına çıxır. Həmin gün də səhər tezdən avtovağzalın yanına gəlmiş və tanımadığı şəxs ona yaxınlaşaraq ona yaxınlıqda borularının olduğunu və həmin boruları evə aparmaq lazım olduğunu bildirmişdir. Boruların oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs boruların özünə məxsus olduğunu bildirmiş və evinə apardığını demişdir. Həmin şəxslə birlikdə xəstəxanın yanında olan aptekin arxa hissəsinə getmişlər və boruların orada olan evin yanına yığıldığını görmüşdür. Boruları onun maşınına yükləmişlər və yola çıxdıqdan sonra polis əməkdaşları onları saxlatmışlar. Polis əməkdaşları borunun kimə məxsus olduğunu soruşmuşlar, o da həmn boruların yanında olan şəxsə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları boruların oğurluq olduğunu bildirmişlər və onları Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində izahatı alındıqdan sonra onu sərbəst buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 may 2025-ci il tarixdə saat 9-10 radələrində şəxsi işləri ilə bağlı Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Sahil” restoranından gələn zaman həmin ərazidə yerləşən “Dəvəçi” adlanan qəbirstanlıqdan çıxıxb yola düzələn, tünd qırmızı rəngli “VAZ-21043” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üstünə quraşdırılmış yük yerində plastik boru olmasını, qarşıda sərnişin oturacağında əyləşən adamın şübhəli davranmasını görüb avtomobili saxlatmışdır. Avtomobili saxlatdıqdan sonra sürücüyə və sərnişin qismində əyləşmiş şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin vaxt sürücü ilə sərnişinin eyni adları olduğunu, yəni Taleh adında olduqlarını bilmişdir. Onlardan boruları hara apardıqlarını soruşanda sürücü boruların sərnişinə məxsus olmasını demişdir. Bundan sonra isə sərnişin qismində əyləşmiş Talehə müraciət edərək boruların kimə məxsus olmasını soruşanda o, boruları evinə apardığını demişdir. Ondan boruları haradan əldə etməsini soruşanda Taleh tutulmuş və bu suala cavab verə bilməmişdir. Dərhal onun hərəkətlərinin həqiqətən də şübhəli olmasını görüb onu və sürücünü avtomobilə yüklənmiş borularla birlikdə Yevlax rayon polis şöbəsinə gətirmişdir. Orada Təqsirləndirilən şəxslə sorğu-sual aparan zaman boruları MİDA yaşayış kompleksinin tikintisindən oğurlamasını, “Dəvəçi” qəbirstanlığının qarşısındakı yaşıllıqda gizlətməsini, boruları gələcəkdə satmaq üçün evinə aparmasını etiraf etmişdir. Həmin vaxt taksi sürücüsü Şahid5 isə oğurluqda iştirak etmədiyini ona məlum olmuşdur. Həmçinin ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs “MİDA” kompleksinin tikintisindən xx.xx.2025-ci il tarixdə 10 ədəd, xx.xx.2025-ci il tarixdə isə 20 ədəd plastik boru oğurlamış, 10 ədəd borunu isə satmışdır. Bunları biləndən sonra şöbə rəhbərliyinə raport yazaraq aşkar olunmuş 20 ədəd borunu və Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim etmişdir. İşdə olan 20 may 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 22 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 4(039)-59/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan «Mobil» Məhdüd Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 69 saylı rəydən görünür ki, 2025-ci ilin may ayı üçün 1 ədədistismar edilməmiş (təzə) vəziyyətdə olan 200 mm-lik diametri, 6 metr uzunluqda «Koruge» markalı qurunt və çirkab çularının axıdılması üçün nəzərdə tutulmuş plastik borunun qiyməti 53 (əlli üç) manat 64 (altmış dörd) qəpik dəyərində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 02 ay 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzası bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Səmayə və xx.xx.2016-cı il təvəllüdlü Tunar adlı azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübat olan «Koruge» markalı qurunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş 30 ədəd plastik borunun ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə verilməsi nəzərə alınmalıdır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübat olan «Koruge» markalı qurunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş 30 ədəd plastik borunun ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə verilməsi nəzərə alınsın. Məhkəmə dövrü üçün göstərilən 6 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-108/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-108/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver