Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-109/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Firdovsi küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü kağız bükümündə şəxsi istehlak miqdarından artıq cəmi 0,308 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynindəki şalvarın sağ yan cibində saxlamış, xx xxx 2020-ci il tarixdə saat 15:00 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 15:35 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 0,308 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2007-ci ildə Bakı Ağır Cinayətlərə X15 Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrum olunmuş, 2012-ci ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. Son vaxtlar o, yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. xx xxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, Yevlax şəhər Avtovağzalında olan zaman yerdə bir ədəd siqaret kağızından ibarət olmuş büküm olduğunu görmüşdür. O, həmin bükümü götürüb içərisinə baxmış və heroinin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün heroini götürüb saxlamağı və həmin gün axşam saatlarında istifadə etməyi qərara almışdır. Heroini kağız bükümlə birlikdə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Firdovsi küçəsində olan zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu, üzərinə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynində olmuş şalvarının sağ yan cibindəki bir ədəd kağız bükümü çıxararaq təqdim etmiş və üzərində başqa qanunsuz əşyanın olmadığını demişdir. Polis əməkdaşlarından biri onun üzərini yoxlamış, üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. O, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroini bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,49 qram olduğu məlum olmuşdur. Təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış, o və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, Firdovsi küçəsi, ev 13də yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Çərkəzin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Çərkəzin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 28 may2020-ci il tarixli əmri ilə onun, Şahid1 və təhqiqatçı Elnur Cəlilovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 14:40 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri, Firdovsi küçəsinə getmişlər. Saat 15:00 radələrində onlar Çərkəzin yaşadığı Firdovsi küçəsində yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışdır. Şahid1 Çərkəzə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Çərkəz üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra Şahid1la birlikdə Çərkəzi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Elnur Cəlilova təhvil vermişlər. Şahid1 Çərkəzin gətirilməsi barədə raport yazmışdır. X14 Hüseynovun tərtib etdiyi sənədlər əsasında Çərkəzi şübhəli şəxs qismində tutmuşdur. Çərkəz Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X9 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid1 və Zaur Bərxudarovun iştirakı ilə Çərkəzin üzərində şəxsi axtarış aparmışdır. X11 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Çərkəz əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Çərkəz üzərində başqa əşyanın olmadığını demişdir. Çərkəzin üzərini yoxlamışlar, sonuncunun üzərindən başqa predmet aşkar etməmişdir. Çərkəz bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini Yevlax şəhər Avtovağzalında, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Elnur Cəlilov kağız bükümü açmış və bükümdə qəhvəyi rəngli kristal formasında heroinə bənzər maddənin olduğunu görmüşdür. Elnur Cəlilov heroinə bənzər maddəni kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,49 qram olduğu məlum olmuşdur. Təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Çərkəz və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Elnur Cəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Çərkəzin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Çərkəzin üzərindən aşkar edilmiş 0,308 qram miqdarında narkotik vasitə-heroini haradan əldə etdiyini bilməmişdir. Çərkəzin üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Çərkəz heroini Yevlax şəhər Avtovağzalında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin heroini özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Çərkəzin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxxxx 1964-cü il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, Firdovsi küçəsi ev 13-də yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Çərkəzin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Çərkəzin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxx 2020-ci il tarixli Ə-254-195-20 saylı əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı X7 həmin qrupun rəhbəri təyin edilmişdir. Saat 14:40 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri, Firdovsi küçələrinə getmişlər. Saat 15:00 radələrində Çərkəzin yaşadığı Firdovsi küçəsində yolun kənarı ilə getdiyini görmüş və ona yaxınlaşmışdır. O, Çərkəzə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Çərkəz üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Nofəllə birlikdə Çərkəzi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Elnur Cəlilova təhvil vermiş Çərkəzin gətirilməsi barədə raport yazmışdır. Elnur Cəlilov onun tərtib etdiyi sənədlər əsasında Çərkəzi şübhəli şəxs qismində tutmuşdur. Çərkəz Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X9 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Çərkəzin üzərində şəxsi axtarış aparmışdır. X11 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləyən Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Çərkəz əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Çərkəz üzərində başqa əşyanın olmadığını demişdir. Çərkəzin üzərini yoxlamışlar, sonuncunun üzərindən başqa predmet aşkar etməmişdir. Çərkəz bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini Yevlax şəhər Avtovağzalında, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Elnur Cəlilov kağız bükümü açmış, bükümdə qəhvəyi rəngli kristal formasında heroinə bənzər maddənin olduğunu görmüşdür. Elnur Cəlilov heroinə bənzər maddəni kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 0,49 qram olmuşdur. Təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Çərkəz və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Elnur Cəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Çərkəzin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Çərkəzin üzərindən aşkar edilmiş 0,308 qram miqdarında narkotik vasitə-heroini haradan əldə etdiyini bilməmişdir. Çərkəzin üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Çərkəz heroini Yevlax şəhər Avtovağzalında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin heroini özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini əynindəki şalvarın sağ yan cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxx 2020-ci il tarixli 20/917 a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, gümüşü kağız bükümdə təmiz çəkisi 0,308 qram olan maddə (tədqiqata istifadə olundu 0,007 qram, qalıq 0,301 qram) narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/407 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,251 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 576 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 97 saylı ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 0,251 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Firdovsi küçəsi, 13 saylı ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,251 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yermiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 42 (qırx iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-109/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-109/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver