Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-109/2023 05.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1963-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,961 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə, saat 14:30 radələrində Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərində həmin gün saat 15:45-dan saat 16:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı həmin psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, uzun müddətdir psixotrop maddələrdən istifadə edir. 04 aprel 2023-cü il tarixdə, saat təxminən 15:00-da yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində piyada gedərkən yerdən bir ədəd kağızdan bükülü tapmışdır. Bükülünü açdıqda içində psixotrop maddə olan metamfetaminin olduğunu aşkar etmişdir. Həmin metamfetamini cibinə qoymuşdur ki, daha sonra istifadə etsin. Növbəti gün, saat təxminən 14:00-da yaşadığı küçə ilə gedən zaman ona əvvəllər tanımadığı şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun razılığı ilə müdafiəçinin iştirakı ilə video çəkilişlə üstündə şəxsi axtarış aparılmışdır, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibində saxladığı bir büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Etiraf etmişdir ki, həmin bükülünü yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Yevlax rayon polis şöbəsi üzrə 05 aprel 2023-cü il tarixli əmrlə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Həmin tarixdə, qrupun digər üzvü, Yevlax rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1lə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin küçədə olduğunu aşkar edib ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona izah edilmişdir ki, narkotik vasitə saxlamaqda şübhəlidir və bunu yoxlamaq məqsədi ilə Yevlax Rayon Polis Şöbəsinə dəvət edilir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbədə ona vəkil təqdim edilmiş və sonuncunun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içində olan kütlə psixotrop maddə metamfetamindir. Bir gün öncə Yevlax şəhəri “Dəvəçi” qəbiristanlığının yaxınlığından tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə tərəzidə çəkilmiş və ekspertə təqdim edilməsi üçün qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 06 aprel 2023-cü il tarixli 17/316 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0.961 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamindir. (səh 46) Məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2023-cü il tarixli 722 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.145) Yevlax Rayon Məhkəməsinin 1(039)-50/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tamamilə toplanmaqla üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Eyni zamanda müəyyən olunur ki, hazırki cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(039)-50/2023 nömrəli hökmü qəbul edilənədək törədilmişdir. Cinayət Məcəlləsi: Maddə 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu səbəbdən Yevlax Rayon Məhkəməsinin 1(039)-50/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilərək qəti cəza müəyyən olunmalıdır. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə əvvəlki məhkəmə hökmü ilə müəyyən edilmiş 13 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan, qalıq 0,911 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 6 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-50/2023 saylı xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilərək qəti olaraq üzərində 6 (altı) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 13 noyabr 2022-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0,911 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin . Ekspertiza tədqiqatının dəyəri – 69 (almış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-109/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-109/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver