Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-109/2025 16.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli rabitə xəttinə münasibətdə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci il mayın 19-da gecə saat 00:30 radələrində ictimai əhəmiyyətli rabitə xəttini talamaq məqsədilə Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin balansında olan Yevlax rayonu, Nərimanabad kəndi ərazisində dirəklər üzərində quraşdırılmış 1 (bir) metrinin dəyəri 20 (iyirmi) manat 70 (yetmiş) qəpik olan 225 (iki yüz iyirmi beş) metr uzunluqda, TPP 200*2 tipli ictimai əhəmiyyətli rabitə təyinatlı kabeli dirəyə çıxaraq kəsməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs MMC-yə cəmi 4657 (dörd min altı yüz əlli yeddi) manat 50 (əlli) qəpik dəyərində maddi ziyan vuraraq qəsdən ictimai əhəmiyyətli rabitə xəttinə münasibətdə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, son vaxtlar heç bir yerdə işləmədiyindən pulu olmamış, buna görə də maddi vəziyyətini yaxşılaşdırmaq üçün oğurluq etmək qərarına gəlmişdir. Yevlax rayonu Nərimanabad kəndində yerləşən yaşadığı evin yaxınlığından keçən internet kabelinin sallanıqlı vəziyyətdə olmasını görmüş, həmin kabellərin içərisində mis olmasını fikirləşdiyi üçün kabeli kəsmək və yandırıb içinin misini çıxarmaq qərarında gəlmişdir. 19 may 2025-ci il tarixdə saat 00:30 radələrində evində olan dəmir kəsən mişarı götürmüş, orada heç kəsin olmamasından əmin olandan sonra gətirdiyi mişarla kabelin bir tərəfindən kəsmişdir. Bu zaman sallanıq şəkildə olan kabelin bir tərəfi yerə düşmüş, həmin kabelin digər tərəfinə gedib eyni qaydada kəsdikdən sonra kabeli topa şəklində iki hissədə toplayıb həmin kabeli yaxınlıqda olan və evdə yaşayış olmadığından əmin olduğu Cahana məxsus evin həyətyanı sahəsində olan tövləyə aparıb qoymuş, sonra isə yaşadığı evə getmişdir. Həmin gün saat 10 radələrində evdən çıxıb həmin yerə getmiş, tövləyə gizlətdiyi həmin kabeli həyətyanı sahəyə çıxarmış, sonra oradan ot yığıb kabeli otların arasında yandırmağa başlamışdır. Həmin kabel yanıb qurtaran zaman Cahan evin həyətinə gəlmiş, Cahan həmin yandırıdığı kabelin nə olmasını soruşanda kənddə evin yaxınlığında olan rabitə kabelini kəsdiyini demişdir. Cahan ondan nə üçün kabeli evinin həyətində yandırmağını soruşanda, Cahan evdə heç kəs olmadığı üçün kabelə orada yandırmağını demişdir. Həmin kabeli yandırandan sonra Cahana kəndin içərisinə getməyini məsləhət görüb, özünün də sonra arxası ilə gələcəyini bildirmişdir. Bundan sonra özü ilə evdən gətirdiyi 2 ədəd sintetik kisəyə həmin əritdiyi misləri yığmışdır. Daha sonra Sonra həmin əritdiyi misləri əlində kəndin çıxacağında olan dayanacağa gətirmiş, dövlət qeydiyyat nişanını xatırlamadığı, boz rəngli “Mercedes” markalı avtomobillə yerini həmin sürücüdən öyrəndiyi metal qəbulu ilə məşğul olan Samirin yanına getmişdir. Həmin yerdə avtomobildən düşəndən sonra mis satdığını bildirmiş, Samir misin neçə kiloqram və hardan olmasını soruşduqda həmin misin 26 kiloqram olmasını, özünə aid olmasını, amma oğurluq olmamasını deməklə misi alması üçün ondan həqiqəti gizlətmişdir. Samir misi yenidən tərəzidə çəkmiş, çəkisi 26.2 kiloqram olmuş, ona hər kiloqramına 10 manat olmaqla, cəmi 262 manat pul vermişdir. Pulu götürdükdən sonra yaşadığı kənddə qayıtmış, daha sonra polis əməkdaşı gəlib, kabel oğurlamağını dedikdə polis əməkdaşına hər şeyi etiraf etmiş və gəlib şöbədə izahat vermişdir. Misi satandan sonra əldə etdiyi gəliri şəxsi məsrəflərinə və borclarına xərcləmişdir. Məhkəmənin suallarına cavab olaraq, 4657,50 manat məbləğində mülki iddianı qəbul etdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəyəcəyini, hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, qiymətləndirmə rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini bildirmiş, iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin X2 filialının böyük hüquqşünası vəzifəsində işləyir. 19 may 2025-ci il tarixində qeyd edilən müəssisənin balansında olmuş 225 (iki yüz iyirmi beş) metr uzunluqda, TPP 200*2 tipli ictimai əhəmiyyətli rabitə təyinatlı kabel Yevlax rayonu Nərimanabad kəndi ərazisində kəsilərək oğurlanmışdır. Talanmış həmin kabellər istismara yararlı olmuşdur. Kəndin abunəçilərinə göstərilən rabitə xidmətinin fasiləsizliyini təmin etmək üçün Cəmiyyətin X2 filialının vəsaiti hesabına kabel dərhal bərpa edilmişdir. Bərpa işləri ilə bağlı 4657,50 manat xərc çəkilmişdir. Sonradan bəlli olmuşdur ki, həmin kabeli kəndin sakini Təqsirləndirilən şəxs oğurlayaraq yandırıb içərisindən çıxan misi satmışdır. Şəxsin əməli nəticəsində hüquqi şəxsə ümumilikdə 4657,50 manat məbləğində maddi ziyan vurulmuşdur. Maddi ziyanla bağlı mülki iddia ilə də müraciət edilmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməklə mülki iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 28 avqust 2021-ci ildən Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin xətt qurğuları istismarı sektorunun müdiri vəzifəsində işləyir. 19 may 2025-ci ildə həmin sektorda elektrik montyoru işləyən Şahid5 mobil telefonla məlumat verərək, Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin balansında olan Yevlax rayonu, Nərimanabad kəndi ərazisində dirəklər üzərində quraşdırılmış rabitə kabelinin oğurlanmasını bildirmişdir. O, hadisə yerinə gedib həmin yerə baxış keçirən zaman həqiqətən də 225 metr uzunluğunda “TPP220*2 tipli rabitə kabelinin oğurlanmasını müəyyən etmişdir. Orada olan kabelin oğurlanması ilə əlaqədar akt tərtib edilmiş və həmin aktı imzalarla təsdiq etmişlər. Sonra isə bu barədə gəlib polis şöbəsinə ərizə vermiş, polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlib hadisə yerini müayinə etdikdən sonra tərtib olunmuş protokolla tanış olub imza etmişdir. Daha sonra isə səhəri gün polis şəbəsinə dəvət edilmiş, ona 2 (iki) ədəd sintetik zənbilə yerləşdirilmiş, çəkisi 26,2 kiloqram olan yandırılmış kabelin misdən olan qalıqları təqdim edildirdə həmin iş üzrə mütəxəssis olduğundan dərhal təqdim olunan həmin yandırılmış kabelin misdən olan qalıqlarına baxış keçirərək misdən olan qalıqların “TPP 200*2 tipli rabitə təyinatlı kabelə aid olmasını və işlədiyi müəssisəyə məxsus olmasını müəyyən etmişdir. Orada ona bəlli olmuşdur ki, həmin kabeli sözügedən kəndin sakini Təqsirləndirilən şəxs oğurlayaraq yandırıb içərisindən çıxan misi satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin xətt qurğuları istismarı sektorunda elektrik montyoru vəzifəsində işləyir. 19 may 2025-cü ildə ona təhkim olunmuş ərazidə yəni, Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin balansında olan Yevlax rayonu, Nərimanabad kəndi ərazisində dirəklər üzərində quraşdırılmış rabitə kabelinin oğurlanmasını müəyyən edərək bu barədə sektor müdiri Şahid4 mobil telefonla məlumat vermiş, Elman Məmədov da hadisə yerinə gedib həmin yerə baxış keçirən zaman həqiqətən də 225 metr uzunluğunda “TPP220*2 tipli rabitə kabelinin oğurlanmasını müəyyən etmişlər. Orada olan kabelin oğurlanması ilə əlaqədar akt tərtib edilmiş, həmin aktı imzalarla təsdiq etdikdən sonra isə Şahid4 bu barədə gəlib polis şöbəsinə ərizə vermişdir. Sonradan bəlli olmuşdur ki, həmin kabeli həmkəndlisi Təqsirləndirilən şəxs oğurlayaraq yandırıb içərisindən çıxan misi satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 19 may 2025-ci il tarixdə saat 13 radələrində dislokasiya olunduğu ərazidə xidmət aparan zaman Yevlax rayonu Nərimanabad kəndində yaşayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin balansında olan Yevlax rayonu, Nərimanabad kəndi ərazisində dirəklər üzərində quraşdırılmış 225 (iki yüz iyirmi beş) metr uzunluqda, TPP 200*2 tipli rabitə təyinatlı kabelini oğurlaması barədə məlumat alıb dərhal hərəkətə keçərək Təqsirləndirilən şəxs Nərimanabad kəndində yerləşən yaşadığı evə getmişdir. Ceyhunu evdən çağırıb özünü təqdim etmiş, kabel oğurlaması barədə məlumat daxil olduğunu nəzərinə çatdıranda Ceyhun həqiqiətən də kabel oğurlamasını boynuna almışdır. Bundan sonra Ceyhunu idarə etdiyi avtomobilə əyləşdirərək Nərimanabad kəndindən Yevlax rayon polis şöbəsi istiqamətində hərəkətə başlamışdır. Yolda Ceyhun kabeli oğurladıqdan sonra qonşuluqda yaşayan Cahan adlı şəxsin sahibsiz qalan evində yandırdığını, işini başa çatdırmaq üzrə olan zaman Cahanın da oraya gəlib çıxmasını dedikdə, Cahanın ona kabelləri oğurlamaqda köməklik göstərib-göstərməməsi barədə sual verəndə o, kabelləri təkbaşına oğurlamasını, Cahangilin sahibsiz qalan evində də təkbaşına yandırmasını, axıra yaxın Cahanın gəlib çıxdığını, Cahana kabeli oğurlamasını dedikdən sonra onun yaşadığı evi tərk edərək kabeli yandırıb əldə etdiyi misi Samir adlı şəxsə satmasını bildirmişdir. Bunları biləndən sonra şöbə rəhbərliyinə raport yazaraq Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim etmiş, elə həmin gün kabelin oğurlanması ilə bağlı artıq ərizə ilə polis şöbəsinə müraciət edilməsini öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, qaqrdaşı Babəklə birlikdə metal tədarükü ilə məşğul olur. 19 may 2025-ci il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs satmaq üçün 26.2 kq mis gətirmiş, kimə məxsus olduğunu, oğurluq olubolmadığını soruşduqda isə özünə məxsus olduğunu bildirmişdir. O, isə inanaraq mislər üçün ümumilikdə 262 manat pul vermişdir. Sonradan polis əməkdaşları gəldikdə həmin misin oğurluq olduğunu bilmiş, dərhal da polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Valideynləri Rusiya Federasiyasında olduğundan, o, əmisigildə qalır və bu səbəbdən öz evlərində yaşayış yoxdur. Ev sahibsiz olduğundan arabir evə gedərək evin vəziyyətini yoxlayır. Adəti üzrə 19 may 2025-ci il tarixdə evə gedib həyətə girdikdə həmkəndlisi Ceyhunun həyətdə kabel yandırdığını görmüşdür. Həmin kabeli hardan əldə etməsini soruşduqda, Ceyhun evlərinin yanındakı dirəkdən oğurladığını bildirmişdir. Ceyhun yandırıb bitirdikdən sonra evi tərk etmişdir. O, da çıxıb kəndin mərkəzinə getmişdir. Bir neçə saat sonra kəndin mərkəzində olan zaman Ceyhun pivə alaraq yanına gəlmiş, pivə içib söhbət edərkən yandırdığı misləri satdığını ona bildirmişdir. Aradan xeyli vaxt keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, Təqsirləndirilən şəxs kabel oğurlaması ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün onu şöbəyə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Şahid4 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.32); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə oan həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır (iş vər.63); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 20 avqust 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır (iş vər.82-90); Əşyanın maddi sübut qismində tanınma haqqında 24 may 2025-ci il tarixli qərardan görünür ki, 2 (iki) ədəd sintetik zənbilə yerləşdirilmiş, çəkisi 26,2 kiloqram olan yandırılmış qalıqların “TPP 200*2 tipli rabitə təyinatlı kabelin mis metalından olan qalıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.97-98); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər. 100); "xxxx" MMC tərəfindən 70 saylı xx.xx.2025-ci il tarixli, rəydən görünür ki, Yevlax rayon polis şöbəsində istintaq olunan cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 2025-ci il may ayı üçün köhnəlmə faizi nəzərə alınmaqla istismar edilmiş vəziyyətdə olan “TPP 200”2 tipli rabitə təyinatlı kabelin 1 metrinin qiymət 15 (on beş) manat dəyərində qiymətləndirilir; Cinayət işinə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.124); Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs mülki cavabdeh maddi ziyanın əvəzi olaraq 4657.50 (dörd min altı yüz əlli yeddi manat əlli qəpik) manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 67 (altmış yeddi) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir (iş vər.190); Mülki iddia ərizəsinə əlavə edilmiş “Oğurluq və bərpa haqqında” 110 nömrəli 20 may 2025-ci il tarixli smetadan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin X2 filialının Yevlax şöbəsinin balansında olan Yevlax rayonu, Nərimanabad kəndi ərazisində dirəklər üzərində quraşdırılmış 225 (iki yüz iyirmi beş) metr uzunluqda, TPP 200*2 tipli rabitə təyinatlı kabelin kəsilib oğurlanması ilə bağlı bərpa işlərinə ümumilikdə 4657,50 manat məbləğində xərc çəkilmişdir (iş vər.193); Cinayət işinə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v 173); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun ictimai əhəmiyyətli rabitə xəttinə münasibətdə oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 177.2.3-2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsii ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılıq çəkməsini) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan 2 (iki) ədəd sintetik zənbilə yerləşdirilmiş, çəkisi 26,2 kiloqram olan yandırılmış qalıqların “TPP 200*2 tipli rabitə təyinatlı kabelin mis metalından olan qalıqları Zərərçəkmiş şəxs MMC-yə qaytarılmasını (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 55 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə mülki iddia baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-nin 179-188-ci, eləcə də 346.17, 353.2.9, 353.4.10, 353.5.3, 353.4 və 354-cü maddələrinin tələblərinə riayət edərək iş üzrə verilmiş mülki iddiaları məhkəmə hazırki hökmündə həll edir. AR Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin verdikləri mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə vurduğu maddi ziyan tam sübut olunduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin xeyrinə müddi ziyanın əvəzi olaraq 4657.50 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 67 manat məbləğində pul vəsaiti tulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia vardır, ekspertiza xərci isə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Barəsində “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə münasibətdə təmin olunaraq təqsirləndirilən şəxs - cavabdeh Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 4657.50 (dörd min altı yüz əlli yeddi manat əlli qəpik) manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 67 (altmış yeddi) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd sintetik zənbilə yerləşdirilmiş, çəkisi 26,2 kiloqram olan yandırılmış qalıqların “TPP 200*2 tipli rabitə təyinatlı kabelin mis metalından olan qalıqlarının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-109/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-109/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver