Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-11/2020 22.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçisi Müdafiəçi Sadəddin oğlunun iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Yevlax rayonu Ərəş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Ərəş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Ərəş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2019-cu il avqustun 27-də gecə saat 00:30 radələrində, oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup təşkil etməklə, Yevlax rayonunun Ərəş kənd orta məktəbinin qarşısındakı küçədə, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, söyüş və dava səslərinə hadisə yerinə toplaşmış, qadınlara, azyaşlı uşaqlara məhəl qoymadan, onların gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək onun üstünə cumaraq təpiklə qəsdən vurmaqla ona səhhətin uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmiş, bu səbəbdən də hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüş-dalaşma səslərini eşidib, həyəcanlanıb, narahat olub oraya toplaşmasına, onların istirahətinin, dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın bir saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2019-cu il avqustun 27-də gecə saat 00:30 radələrində, atası Təqsirləndirilən şəxs2 ilə bir qrup təşkil etməklə, Yevlax rayonunun Ərəş kənd orta məktəbinin qarşısındakı küçədə, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobub surətdə pozaraq, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, söyüş və dava səslərinə hadisə yerinə toplaşmış, qadınlara, azyaşlı uşaqlara məhəl qoymadan, onların gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək onun üstünə cumaraq yumruqla qəsdən vurmaqla Zərərçəkmiş şəxs səhhətin qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bu səbəbdən də hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüş-dalaşma səslərini eşidib, həyəcanlanıb, narahat olub oraya toplaşmasına, onların istirahətinin, dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın bir saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, Yevlax, Şəki və Oğuz rayonu ərazisində mal-qara otarmaqla, həmçinin həmin ərazilərdə ot bağlamaları satmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun əmisi qızı Şahid2 əri, habelə baldızının oğludur. Onunla münasibətləri daima yaxşı olmuş, aralarında ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 23:00-da böyük oğlu Təqsirləndirilən şəxs1 yaşadığı Ərəş kəndində yerləşən mağazadan siqaret almağa göndərmişdir. Aradan müəyyən vaxt keçsə də, oğlu Təqsirləndirilən şəxs1 evə qayıtmamışdır. Artıq xx xxxxxx 2019-cu il tarixdə, saat 00:30-da kiçik oğlu Şahid4 zəng edərək Zərərçəkmiş şəxslə atası Şahid1 kəndə gəldiklərini və Qoşqarla Elçinin kənd orta məktəbinin qarşısında dalaşdığını bildirmiş və onu oraya çağırmışdır. Evdən çıxaraq həmin yerə getmiş və oraya çatanda oğlu Elçinlə Qoşqarın biribirlərini söyüb təhqir edərək əlbəyaxa olub dalaşdıqlarının şahidi olmuşdur. Onlara yaxınlaşaraq davanın qarşısını almağa çalışmış, əsəbi olduğundan hər birinə bir sillə vurmuşdur. Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyindən çox əsəbləşmişdir. Ola bilsin ki, həmin zaman onun ayağından vurmuşdur. Bundan sonra orada olan şəxslər onları sakitləşdirmiş və kənara çəkmişlər. Bundan sonra Qoşqar və atası Ətraf gəldikləri avtomobillə oradan çıxıb getmişlər. Bu dava ümumilikdə təxminən 30 dəqiqə çəkmiş, səsə kənd sakinləri yığışmışlar. Sonradan oğlu Elçin bildirmişdir ki, Qoşqar ona zəng edərək arvadı Fatma barədə guya onun tərəfindən ədəbsiz ifadələr işlətdiyini üçün ona irad tutmuş və bu zəmində aralarında mübahisə yaranmışdır. Bu səbəbdən Qoşqar kəndə gələrək onunla mübahisə edib onu söyüb təhqir etmişdir. Əməlindən peşman olduğunu, Qoşqarla artıq barışdığını bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Qoşqar onun mobil telefonuna öz mobil telefonu ilə zəng edərək ona bildirmişdir ki, bibisi Bəstinin yanında onun arvadı Fatmanın tərbiyəsizlik etməsi barədə danışmışdır. Qoşqara bildirmişdir ki, xala uşaqlarıdırlar, ayıbdır, heç vaxt onun arvadı barədə elə söz deməmişdir. Həmin gün, axşam təxminən saat 21:00-da Qoşqar sərxoş halda yenidən ona zəng edərək həmin sözləri təkrarlayıb onu söyüb təhqir etməyə başlamışdır. Bundan əsəbləşdiyindən o da, Qoşqarın cavabını vermişdir. Qoşqar bildirmişdir ki, gəlib onunla görüşüb bu barədə danışacaq. Bundan sonra Qoşqar bir neçə dəfə ona zəng edərək harada olduğunu soruşmuş və onu gözləməyi tələb etmişdir. Atası üçün siqaret almağa çıxdığından kənd orta məktəbin qarşısında olduğunu Qoşqara bildirmiş və xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 00:30-da, Qoşqar atası Ətrafla, onun tanımadığı bir avtomobillə oraya gəlmişdir. Həmin zaman qardaşı Şahid4 da onun yanında olmuşdur. Qoşqar avtomobildən enərək onun ünvanına təhqiredici ifadələr işlədərək üstünə hücum edəndə onun üzünə sillə ilə vurub kənara itələmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs2 da oraya gəlmişdir. Qoşqarla dalaşdığını görən atası ona və Qoşqara bir sillə vurmuşdur. Buna baxmayaraq Qoşqar öz hərəkətlərini davam etdirmiş, onların ünvanına söymüşdür. Səsə kənd sakinləri yığışmış və onları sakitləşdirib aralamışlar. Mübahisə ümumi olaraq təxminən 30 dəqiqə davam etmişdir. Bundan sonra Qoşqar və atası gəldikləri avtomobillə oradan çıxıb getmişlər. Əməlindən peşman olduğunu, Qoşqarla artıq barışdığını bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun xalası Rəna Bəşirovanın əri, Elçin Bəçirov isə onun oğludur. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında evdə yemək yeyən zaman arvadı Şahid2 ona bildirmişdir ki, xalası oğlu Elçin onun tərbiyəsiz olması barədə şaiyə yayır. Həmin vaxt əsəbiləşərək dərhal xalası oğlu Elçinə zəng edib bu barədə ondan soruşmuşdur. Elçin bildirmişdir ki, heç vaxt belə bir söz işlətməmişdir. Ona bildirəndə ki, həmin sözü bibisi Bəstinin yanında söyləmiş Elçin onun ünvanına söyüşlər söyərək yaxşı elədiyini bildirmiş və onu söhbət üçün Ərəş kəndinə dəvət etmişdir. Evdən çıxaraq taksi axtarmış, bu zaman atası Ətraf, Şahid3 idarə etdiyi avtomobillə onun olduğu yerə gəlib ondan evə qayıtmağı tələb etmişdir. Lakin, buna baxmayaraq həmin avtomobilə əyləşib sürücüdən Ərəş kəndinə sürməyi tələb etmişdir. Atası da onu tək buraxmamaq üçün onunla birlikdə getmişdir. Bu müddət ərzində Elçin bir neçə dəfə ona zəng edib kənddə yerləşən orta məktəbin qarşısında onu gözlədiyini bildirmişdir. Artıq xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 00:30-da Elçinin olduğu yerə getdikdə Elçinin qardaşı Əyyubla orada olduğunu görmüşlər. Avtomobildən enib söhbətə başladıqda Elçin onun və ailə üzvlərinin ünvanına söymüş və təhqir etmişdir. Bu zaman əsəbi olduğundan onunla əlbəyaxa olmuşdur. Elçin onu bir neçə dəfə üzündən vurmuşdur. Sonradan həmin yerə Elçinin atası Ramis gəlmiş, onunla mübahisə etməyə başlamış, onu üzündən əli ilə vurmuşdur. Avtomobilə oturub oradan uzaqlaşmaq istədikdə isə Ramis oğlu Elçinlə birlikdə onu avtomobildə yenidən vurmağa başlamış, həmin vaxt Ramis təpiklə onun ayağından vurmuşdur. Atası Ətraf onları aralayaraq özü də avtomobilə əyləşmiş və Teymurdan avtomobili tez sürməyi tələb etmişdir. Evdə ayağından güclü ağrı tutmuş və müayinə amanı ayağının sındığı aşkar olunmuşdur. Ramis və Elçinlə artıq barışmışdır, onlara qarşı hər hansı bir tələbi yoxdur. Cəza təyin edərkən nəzərə almağı xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 23:00-da gəlini Şahid2 ona zəng edərək oğlu Qoşqarın Yevlax rayonunun Ərəş kəndinə xalası oğlu Elçinlə dava etməyə getməsini deyərək onun qarşısını ala bilmədiyini deyib evə gəlməsini xahiş etmişdir. Fatma bildirmişdir ki, Elçin bibisi Bəstinin yanında onun barəsində pis sözlər işlətmiş və bu səbəbdən Qoşqar telefonda Elçinlə mübahisə etmişdir. Dərhal tanışı olan taksi sürücüsü Şahid3 idarə etdiyi avtomobillə Qoşqarın olduğu yerə getmişdir. Qoşqarı bundan çəkindirməyə çalışsa da, Qoşqar onu dinləməmiş və Teymurun avtomobilinə əyləşərək Ərəş kəndinə sürməyi tələb etmişdir. Onu tək buraxmamaq üçün o da, avtomobilə əyləşmiş və Ərəş kəndinə getmişdir. Yol boyu Elçin bir neçə dəfə Qoşqara zəng edərək onu gözlədiyini bildirmişdir. Ərəş kəndinə çatdıqda kənd orta məktəbin binasının qarşısında Elçin və onun qardaşı Əyyubun dayandığını görmüşlər. Qoşqar avtomobildən endikdən sonra Elçin onu söyüb təhqir etmiş və onu vurmağa başlamışdır. Səsə kənd sakinləri yığışmışdır. Onları sakitləşdirməyə çalışsa da onlar sakitləşməmişlər. Bundan bir müddət sonra isə Elçinin atası Ramis oraya gəlmiş, Elçin və Qoşqarın hər birinə bir sillə vurmuş, daha sonra isə Qoşqarı təhqir edib söyməyə başlamışdır. Qoşqarı avtomobilə əyləşdirib oradan uzaqlaşdırmaq istəyəndə belə Ramislə Elçin onu avtomobildən endirməyə çalışmış, yumruq və təpiklə Qoşqarı vurmağa davam etmişlər. Onları sakitləşdirib avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Qoşqarın ayağı ağrıdığından həkimə müraciət etmişlər və müəyyən edilmişdir ki, onun ayağı sınmışdır. Şahid2 ifadəsində bildirmişdir ki, əri Zərərçəkmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxs1 kənddə onun barəsində həqiqətə uyğun olmayan ədəbsiz sözlər işlətməsi barədə ona bibisi Bəsti tərəfindən məlumat verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında bu barədə Qoşqara demişdir. Qoşqar da Elçinə zəng edərək bunun həqiqətə uyğun olub-olmaması barədə soruşmuşdur. Elçin ilkin olaraq belə söz demədiyini söyləsə də, sonradan yaxşı elədiyini demişdir. Bundan sonra Qoşqar əsəbi halda geyinib Elçinlə görüşməyə getdiyini bildirmişdir. Onun qarşısını almağa çalışsa da bunu bacarmamışdır. Qoşqar evdən çıxandan sonra onun atası Şahid1 zəng edib bu barədə ona məlumat vermişdir. Gecə saatlında Qoşqargil evə qayıtdıqda ayağının ağrıdığını, Elçinin atası Ramisin təpiklə ayağından vurduğunu bildirmişdir. Həkim müayinəsindən sonra Qoşqarın ayağının sındığı məlum olmuşdur. Şahid4 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 23:00-da qardaşı Elçin ona zəng edib bildirmişdir ki, kənd orta məktəbin binasının yanındadır, xalası oğlu Qoşqar atası Ətrafla oraya gəlir və onun da oraya gəlməsini xahiş etmişdir. Məktəbin qarışısına çatanda Qoşqarın atası Ətrafla avtomobillə oraya gəldiklərini görmüşdür. Qoşqar və atası sərxoş vəziyyətdə söyüş söyə-söyə avtomobildən enib Elçini təhqir etməyə başlamışlar. Qoşqar Elçinin üzərinə getdiyindən Elçin onu əli ilə vurub kənara çəkmişdir. Bir müddət mübahisə davam etdikdən sonra oraya atası Ramis gəlmiş və həm Elçinə, həm Qoşqara bir sillə vuraraq sakitləşmələrini tələb etmişdir. Bundan sonra Qoşqar atası ilə birlikdə gəldikləri avtomobilə əyləşib oradan çıxıb getmişlər. X1 ayağından vurmasını görməmişdir. Mübahisə səslərinə kənd sakinləri yığışmışdır. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 17/606 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər sol iç topuğunun və incik sümüyünün aşağı 1/3-nin qapalı-qəlpəli sınığı, başın təpə-ənsə və sol gicgah nahiyəsinin dərialtı hematoması küt alətin təsirindən əməl gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2019-cu il tarixdə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol gicgah nahiyəsinin dərialtı hematoması səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və əlamətə görə dərəcəsi sağlamlığa yüngül, sol incik sümüyünün və sol iç topuğun sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edlir. (səh. 55- 56). Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq edilən qeyd olunan sübutlarla Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclası zamanı özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə, onun, habelə digər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, yəni qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsində təqsirli olmaları özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təsdiq olunur. Bu səbəbdən onların hər ikisi barəsində ittiham hökmü çıxarılmaqla onlara istinad edilən maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, evli olmasını, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar məhdudiyyətlər təyin edilərkən təqsirləndirilən şəxsin Yevlax, Şəki və Oğuz rayonu ərazisində mal-qara otarmaqla məşğul olması, eləcə də həmin ərazilərdə ot bağlamaları satması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 23-00-dan saat 06-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax, Şəki və Oğuz rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə hər ay qazancından 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-11/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-11/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver