Məhkəmə qərarları › İş №1(039)-11/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-11/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-11/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X2, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax rayonu Yəldili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Yəldili kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Yevlax rayonunun Aran qəsəbəsində yerləşən subartezian quyusunun ətrafında su götürmək üçün dayanan zaman ora gəlmiş Zərərçəkmiş şəxs avtomobilində uşaqlarının olduğunu deyərək içməli su götürmək növbəsini ona verməsini xahiş edən zaman Təqsirləndirilən şəxs ona “uşaqlarının qadasını alım” kəlməsini dediyindən Zərərçəkmiş şəxs ona həmin kəlməni irad tutmasını bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs əli ilə itələyərək ona zor tətbiq etmiş, orada olmuş Şahid1 onu aralamasından sonra avtomobilinə minib çıxıb gedərək az müddət sonra həmin xuliqanlıq hərəkətlərinin davamı olaraq saat 22 radələrində Zərərçəkmiş şəxs Yevlax rayonunun Yəldili kəndində yerləşən Yəldili kənd tam orta məktəbinin həyətinə çağırıb orada heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunu cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxslə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bərk küt alətlə Zərərçəkmiş şəxs sol üz nahiyəsindən bir dəfə, sonuncunu vurub yerə yıxdıqdan sonra isə qəsdən həmin silah qismində istifadə etdiyi küt alətlə sağ ayaq nahiyyəsindən dəfələrlə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran sol əng sümüyünün və sol almacıq sümüyünün yerini dəyişmiş sınıqları, sağ qamış sümüyünün, lateral topuğun yerdəyişmiş sınığı xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində içməli su gətirmək üçün atasına məxsus “VAZ 2107” markalı avtomobili idarə edərək Yevlax rayonu Aran qəsəbəsində yerləşən subartezian quyusuna gedərkən yolda həmkəndlisi Şahid1 ilə rastlaşmışdır. O, Pərvizi də maşınına götürərək yoluna davam etmişdir. Subartezian quyusunun yanına çatanda orada su doldurmaq üçün gələn başqa şəxslərin də olduğunu görmüş və Pərvizlə birlikdə maşında oturaraq həmin şəxslərin suyu doldurub getməsini gözləmişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə subartezian quyusunun yanına gəlmiş və avtomobilini onun avtomobilinin yanında saxlamışdır. Asif avtomobilinin şüşəsini aşağı salaraq maşında uşaqlarının olduğunu və su doldurmaq növbəsini ona verməsini xahiş etmişdir. Bundan sonra o, Asifə “uşaqların qadasın alım, düş suyu doldur” demişdir. Bu zaman Asif öz avtomobilindən düşmüş, nalayiq ifadələr işlədərək onun avtomobilinə yaxınlaşmış və avtomobilin sol-qabaq yan şüşəsini sındıraraq yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Pərviz avtomobildən düşərək Asifi sakitləşdirmiş, o isə avtomobilini sürərək oradan uzaqlaşmışdır. Axşam saatlarında o, Asiflə görüşüb söhbət etmək və onu hansı səbəbdən vurmasını soruşmaq fikrinə gəlmişdir. Asifin telefon nömrəsi onda olmadığı üçün o, Asifin telefon nömrəsini öyrənmək üçün Asifin sinif yoldaşı- əsl adı Gəray, kənddə isə hamının Pərviz kimi tanıdığı həmkəndlisinə zəng etmişdir. O, Gəraydan Asifin telefon nömrəsini soruşanda Gəray ona Asifin onun yanında olduğunu bildirmişdir. O, Gəraya, Asifə məktəbin həyətinə gəlməyini deməsini xahiş etmişdir. Saat 22:00 radələrində o, məktəbin həyətində Asiflə görüşmüş, ondan nə üçün onu vurduğunu və avtomobilinin şüşəsini sındırdığını soruşmuşdur. Asif yenə də onunla mübahisə etməyə başlamış və onu itələyərək vurmuşdur. Bundan sonra o, yumruqla bir dəfə Asifin üz nahiyəsindən vurmuş, Asif yerə yıxılmış və o, məktəbin həyətindən uzaqlaşmışdır. Həmin vaxt məktəbin həyətində ondan və Asifdən başqa heç kim olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. O, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxslə və 2 uşağı ilə birlikdə Asifin idarə etdiyi avtomobillə Yevlax rayonu Aran qəsəbəsində yerləşən subartezian quyusundan su doldurmaq üçün getmiş, quyunun yanına çatdıqda Şamilin avtomobilinin orada dayandığını görmüşlər. Asif avtomobilini Şamilin avtomobilinin yanında saxlamış Şamilə “uşaqlar maşındadır, avtomobilini kənara çək, tez su doldurum gedim” sözlərini demişdir. Bu zaman Şamil “uşaqlarının qadasını alım” demişdir, yoldaşı Asif Şamilin bu hərəkətindən əsəbiləşib avtomobildən düşmüş, Şamilin avtomobilinin şüşəsini sındıraraq Şamili vurmuşdur. Bu zaman Şamilin avtomobilində əyləşmiş Pərviz avtomobildən düşərək Asifi sakitləşdirmiş və Şamil maşınını sürərək ordan uzaqlaşmışdır. Hadisə vaxtı Şamil avtomobilindən düşməmiş və Asifə hər hansı xəsarət yetirməmişdir. Asif suyu doldurduqdan sonra onlar avtomobillə kəndə qayıdarkən Şamilin avtomobilinin yolun kənarında dayandığını görmüşlər. Onlar yoluna davam edib evə getmiş, həmin gün axşam saatlarında Asif evdən çıxıb getmiş, saat təxminən 23:00 radələrində Asif taksi ilə evə gəlmiş, ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da Asifin şəxsiyyət vəsiqəsini götürüb onunla birlikdə xəstəxanaya getmişdir. Asifin üzündə, ayağında çoxsaylı xəsarətlər olmuşdur. O, Asifdən nə baş verdiyini soruşmuş, Asif ona Şamilin onu məktəbinin həyətinə çağırdığını, ora getdikdən sonra Şamilin onu əlindəki bərk alətlə vurduğunu bildirmişdir. Yevlax şəhər xəstəxanasında Asifin ayağını gipsə qoyduqdan sonra səhər saatlarında onlar evə getmişdir. Bundan sonra dəfələrlə yoldaşının almış olduğu xəsarətlərlə bağlı müxtəlif şəhər xəstəxanalarına müraciət etmişlər. Ayağındakı sınığı düzgün müalicə olunmadığı üçün xx.xx.2020-ci il tarixdə Asif ayağını əməliyyat etdirmək üçün Bakı şəhərinə getmiş, xx.xx.2020-ci il tarixdə Asif əməliyyat olunmuş, əməliyyat olunduqdan sonra halı pişləşmiş və vəfat etmişdir. Hesab edir ki, Asifin ölümü Şamilin ona yetirdiyi xəsarətlər səbəbindən olmuşdur. Təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı Yəldili kəndindəki evindən çıxıb içməli su gətirmək üçün Aran qəsəbəsinə gedən zaman həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2107” markalı avtomobili ilə onu da yolun kənarından götürmüş, yol ilə gedərkən Şamil özü də ona subartezian quyusuna su doldurmaq üçün getdiyini bildirmişdir. Subartezian quyusunun yanına çatmış, quyunun ətrafında su doldurmaq üçün çox sayda qadınların olduğunu görüb Şamil ilə kənarda avtomobilin içərisində oturub qadınların suyu doldurub qurtarmasını gözləmişlər. Qadınlar suyu doldurub getdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs özünə məxsus olan “Mersedes” markalı avtomobilini Şamilin avtomobilinin yanında saxlamışdır. Asif Şamilin də su doldurmaq istədiyini görüb avtomobilinin şüşəsini salaraq, Şamilə uşaqlarının maşında olduğunu, suyu doldurmaq növbəsini ona verməsini xahiş etmişdir. Şamil də Asifə “düş suyu doldur, uşaqların qadasını alım” sözlərini demişdir. Bu zaman Asif avtomobilindən düşərək Şamilin avtomobilinin sol yan şüşəsini sındırmış, daha sonra avtomobilinin içərisində olan Şamili nalayiq söyüşlərlə söyüb təhqir edərək Şamilin sifət nahiyəsindən bir neçə dəfə yumruq vuraraq xəsarət yetirmişdir. Şamilin sifət nahiyəsi qanamağa başlamışdır. O, davanın daha da qızışacağını hiss edib Şamilin avtomobilindən düşərək Asifə yaxınlaşmış, Asifi qucaqlamış və ona sakit olmasını bildirmişdir. O, Asifi qucaqlayıb sakitləşdirən zaman Asifin həyat yoldaşı Rəvanə ağlaya-ağlaya avtomobildən düşüb Asifə sakit olmasını demiş, bundan sonra Şamil ərazidən uzaqlaşmış, o isə subartezian quyusunun yanında Asif ilə birlikdə gözləmiş, Asif suyu doldurub avtomobilinə əyləşib oradan getmişdir. O, Şamilə zəng etmiş, Şamildən harada olmasını soruşmuş, Şamil ona Aran qəbəbəsində “ala qapı” adlanan yerin yaxınlığında olan mağazanın yanında olduğunu bildirmişdir. O, Şamillə görüşmək üçün onun yanına getmiş, Şamillə görüşən zaman Şamilə Asifi bağışlamasını və olmuş söhbətin üstünə bir daha gəlməməsini xahiş etmişdir. Şamil onunla razılaşdıqdan sonra onlar birlikdə Şamilin avtomobilinə şüşə almağa getmiş, şüşəni tapa bilməyib geri qayıtmış, Şamil onu mağazanın yanında düşürüb evə getmişdir. Bundan sonra Şamili görməmiş, xx xxxx 2020-ci il tarixdə isə Asifin Şamil tərəfindən döyüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində o, Yevlax rayonu Yəldili kəndində yerləşən mağazadan siqaret alıb mağazanın qarşısına çıxan zaman Zərərçəkmiş şəxs, Famil Quliyevin və taksi sürücüsü işləyən Əlinin oturub avtomobil ehtiyyat hissələri barədə söhbət etdiklərini görmüş, o da onlardan biraz kənarda dayanıb telefonla məşğul olmuşdur. Biraz sonra Asifin oturduğu yerdən qalxaraq kənarlaşıb telefonla danışdığını görmüş, lakin Asifin kiminlə telefonla danışması barədə məlumatı olmamışdır. Asif telefonla danışdıqdan sonra çıxıb getmiş, təxminən 40 dəqiqə sonra Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək ondan mağazanın qarşısında olub-olmadığını soruşmuş, o da Asifə mağazanın qarşısında olduğunu bildirmişdir. Asif ona məktəbin qarşısına gəlməsini demiş, o da tez məktəbin qarşısına getmiş, Asifi məktəbin qarşısında görmədiyi üçün arxaya qayıtmış, Asif ona yenidən zəng edərək məktəbin içəri həyətinə keçməsini, özünün də orada olmasını bildirmişdir. O da Asifin dediyi kimi məktəbin həyətinin içəri tərəfinə keçmiş və Asifin orada dayandığını görmüşdür. O, Asifə yaxınlaşdıqda Asifin baş nahiyəsindən qan axdığını və axsadığını görmüş, Asifdən nə olduğunu soruşmuş, Asif də ona Şamilin onu vurduğunu demişdir. Daha sonra Asif həmkəndlisi olan taksi sürücüsü Şahid3 zəng etdiyini, taksi sürücüsü Asifin onu məktəbin həyətində çöldə gözləməsini bildirərək onu avtomobilə qoymasını xahiş etmişdir. Zərərçəkmiş şəxs taksi şoferi olan Asifin avtomobilinə qoyub yaşadığı evə getmiş, Asifin həyat yoldaşı Rəvanə Asifin şəxsiyyət vəsiqəsini gətirmiş, o, Zərərçəkmiş şəxs onunla birlikdə xəstəxanaya gedə biləcəyini demiş, Zərərçəkmiş şəxs isə xəstəxanaya getməsini istəməmiş və xəstəxanaya həyat yoldaşı Rəvanə və taksi sürücüsü Asif ilə birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra o, evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə isə Zərərçəkmiş şəxs Bakı şəhərində xəstəxanada vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 21:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək məktəbin həyətində olduğunu bildirmiş, ondan həmin yerə gəlməsini xahiş etmişdir. O da avtomobili ilə məktəbin qarşısına getmiş, məktəbin qarşısına çatdıqda Asifin orada olmadığını görüb ona zəng etmişdir. Asif ona 5-10 dəqiqə gözləməsini və özünün məktəbin həyətində olduğunu demiş, təxminən 5 dəqiqə gözlədikdən sonra Fərid Asifi gətirib onun avtomobilinə qoymuşdur. Fəridin özü də onun avtomobilinə əyləşmiş, avtomobilə əyləşən zaman o, Asifin sifətində olan qan ləkələrini görərək Asifdən nə baş verdiyini soruşmuş, Asif də ona “heç nə” cavabını vermişdir. Bu sözdən sonra o, Asifdən heçnə soruşmamış, Asif ona evlərinə sürməsini xahiş etmiş, o da Asifin dediyi kimi avtomobili Asifin evinə sürmüşdür. Asifin evinin qarşısında avtomobili saxlayan zaman Asifin həyat yoldaşı əlində Asifin şəxsiyyət vəsiqəsi ilə birlikdə avtomobilə yaxınlaşmış və avtomobilə əyləşmiş, Fərid isə avtomobildən düşmüş, yol ilə gedən zaman Asifin həyat yoldaşı X7 “sənə dedim bu işdən əl çək” sözlərini demişdir. Asif də həyat yoldaşına “başımı xarab eləmə” cavabını vermişdir. Yol boyu aralarında başqa söhbət olmamış, Zərərçəkmiş şəxs onu xəstəxanaya aparmasını xahiş etdiyindən o, Asifi Yevlax şəhər mərkəzi xəstəxanasına aparmış, xəstəxananın həyətində Asif və həyat yoldaşı avtomobildən düşərək xəstəxananın içərisinə daxil olmuş, o isə xəstəxananın həyətində gözləmiş, təxminən 10 dəqiqə sonra Asif və həyat yoldaşı xəstəxanadan çıxıb yenidən avtomobilinə əyləşmiş, onlar birlikdə “rentgen” aparatında işləyən tanımadığı- Yevlax şəhərində 7 nömrəli orta məktəbin arxa tərəfində yaşayan xanımın evinin qarşısına getmiş, həmin tanımadığı xanım gəlib onun avtomobilinə əyləşmiş və onlar yenidən Yevlax şəhər mərkəzi xəstəxanasına qayıtmışdırlar. O, Asifi, həyat yoldaşını və “rentgen” aparatında işləyən xanımı xəstəxanaya qoyduqdan sonra xəstəxananın həyətində gözləmiş, təxminən 20 dəqiqə sonra ona “rentgen” aparatında işləyən tanımadığı xanımı yenidən gətirdiyi yerə aparmalı olduğu bildirilmiş, o da həmin xanımı aparıb götürdüyü yerə qoyaraq yenidən xəstəxanaya qayıtmışdır. O, xəstəxanaya çatan zaman Asifin və həyat yoldaşının xəstəxananın qapısında gözlədiyini görüb onları oradan götürmüş və evlərinə aparmış, yol ilə gedən zaman aralarında heç bir söhbət olmamışdır. xx.xx.2020-ci il tarixdə isə Asifin Bakı şəhərində xəstəxanada vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əsl adı Gəray olsa da, kənddə hamı onu Pərviz kimi tanıyır. Şamil və mərhum Asif onun həmkəndliləridir. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğundan o və ailəsi hər zaman taksi sürücüsü kimi onun fəaliyyətindən istifadə etdikləri üçün Asiflə daha yaxın münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 21:00 radələrində o, digər həmkəndliləri, o cümlədən Asiflə birlikdə kənddəki marketin qarşısında olan zaman Şamil onun mobil telefonuna zəng edərək Asifin telefon nömrəsini istəmişdir. O, Asifin onun yanında olmasını bildirmiş, Şamil isə ona Asifə məktəbin həyətinə gəlməsini deməyi xahiş etmişdir. O, Asifə Şamilin onu məktəbin həyətinə çağırdığını söyləmişdir. Asif deyinədeyinə məktəbə tərəf getmişdir. O, Asifin deyinməsindən şübhələnib Asifin arxasınca getmişdir. Lakin bir qədər sonra onun telefonuna zəng gəlmiş və o, yolu geri qayıdaraq telefonla danışmağa başlamışdır. Telefonla danışdıqdan sonra o, Asifin arxasınca məktəbin həyətinə getmiş və Asifi orda yerdə oturaqlı vəziyyətdə görmüşdür. Asifin üzündə qan ləkələri görmüşdür. Nə baş verdiyini soruşduqda Şamilin onu vurmasını bildirmişdir. Bundan sonra Asif, Fəridə və taksi sürücüsünə onu aparması üçün zəng etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında şahid qismində dindirilmiş tibbi ekspert X5 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs xx xxxx 2020-ci ildə aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müayinə etmiş və tibbi rəy əsasında xəsarətin dərəcəsini müəyyən etmişdir. Mərhumun üz və ayaq nahiyəsində qapalı sınıqlar olmuşdur. O, Zərərçəkmiş şəxs ölümündən sonra da onun meyitini müayinə etmiş və onun ölümünün xx.xx.2020-ci il tarixdə aldığı xəsarətlər səbəbindən olmadığını müəyyən etmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs bədənindəki xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə yəni Asifin sifət nahiyəsinə bir dəfə yumruqla vurmaqla yetirilməyə xarakterik deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 43); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22:00-dan hesablanmışdır. (iş vər.82-85); məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 346 saylı rəyi ilə müəyyən edilmişdir ki, Əliyev Şamil Kamil oğlunda aşkar edilmiş xəsarətlər-sağ gözətrafı nahiyənin, hər iki göz qapağının dərialtı hematoması və qançırı, sağ gözün ağlı qişasına tünd qırmızı rəngdə yayılmış qansızma, sağ alın qabarının sıyrığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 17-18); məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 438 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol əng sümüyünün və sol almacıq sümüyünün yerini dəyişmiş sınıqları, sağ qamış sümüyünün, lateral topuğun yerdəyişmiş sınığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 26-27); məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 13 №li rəyindən görünür ki, 1984-cü il ildə anadan olmuş mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər-əng sümüyünün və sol almacıq sümüyünün yerini dəyişmiş sınıqları, sağ qamış sümüyünün, lateral topuğun yerdəyişmiş sınığı küt alətin-alətlərin, ola bilsin yumruq və ya təpiklə zərbələrin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Mərhum Zərərçəkmiş şəxs bilavasitə ölümünə səbəb tənəffüs və ürək qan-damar çatmamazlığı ilə ağırlaşan ağ ciyər arteriyasının trombemboliyası olmuşdur ki, bunun da mərhumun almış olduğu xəsarətlərlə səbəbli əlaqəsi yoxdur. (iş vər. 131-133); məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, T 237/200 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əng və almacıq, sağ qamış sümüyündə yerdəyişmiş sınıq olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, əl, ayaq və sair küt alətlə yetirilən zərbələr nəticəsində yarana bilərdilər, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Zərərçəkmiş şəxs ölümünə bilvasitə səbəb tənəffüs və ürək-qan-damar çatmamazlığı ilə ağırlaşan ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Ölüm xx.xx.2020-ci ildə saat 19:40-da xəstəxanada baş vermişdir; Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə yoxdur; Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərlə bağlı verilmiş 438 saylı xx.xx.2020-ci il tarixli rəylə onun meyitinin müayinəsi zamanı tərtib edilmiş 13 saylı xx.xx.2020-ci il tarixli rəy arasında heç bir ziddiyət yoxdur; Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağciyər arteriyasının yaranma səbəbləri müxtəlifdir. Bu patalogiyada mürəkkəb proses olmaqla qanın laxtalanma sisteminin pozulmasından ağciyər arteriyasının divarındakı mexanoreseptorların tromb kütlələri ilə qıcıqlanması nəticəsində spazmasından baş verir və pulmokoronar refleks inkişaf etməsindən yaranır; Zərərçəkmiş şəxs adına verilmiş 438 və 13 saylı rəylərlə göstərilənlərlə onun adına tərtib edilmiş tibbi sənədlərdə qoyulan diaqnoz arasında hər-hansı ziddiyyət aşkar edilməmişdir. (iş vər. 175- 180); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, evlidir, xx.xx.2010-cu il təvəllüdlü Camal və xx.xx.2013-cü il təvəllüdlü Xədicə adlı uşaqları var. (iş vər. 146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 21) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü və 221-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələr ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə xuliqanlıq hərəkətinin və niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəblərini, hadisənin baş vermə şəraitinin və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən subartezian quyusunun yanında Zərərçəkmiş şəxs, Şamil Quliyevin ona “uşaqların qadasını alım” deməsindən əsəbləşərək sonuncu ilə mübahisə etmiş, bu zaman Şamil Quliyevin avtomobilinin şüşəsini sındırmış və Şamil Quliyevə sifət nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan sonra X10 Quliyevlə arasında baş vermiş mübahisəyə aydınlıq gətirməsi məqsədilə həmin gün saat 22:00 radələrində Zərərçəkmiş şəxs Yevlax rayonu Yəldili kəndində yerləşən orta məktəbin həyətinə çağırmış və bu zaman aralarında yaranmış mübahisə zamanı X10 Quliyevə sağlamlığa az ağır zərər vuran xəsərətlər yetirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində baş vermiş hadisənin bilavasitə şahidi olmuş- Şahid1 həm ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində, həm də məhkəmə iclasında dindirilərkən, Təqsirləndirilən şəxs ”uşaqların qadasın alım” deməsinə Zərərçəkmiş şəxs əsəbiləşərək mübahisəni başlatdığını, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı nalayiq ifadə işlətmədiyini və zor tətbiq etmədiyini, əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətdiyini, avtomobilinin şüşəsini sındırdığını və yumruqla sifət nahiyəsinə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində baş vermiş hadisənin bilavasitə şahidi olmuş X4 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə razı olduğunu və şahidin ifadəsinə etiraz etmədiyini bildirmiş, o da hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini təsdiq etmişdir. Həmçinin şahidlər Şahid3, Gəray Verdiyev və Şahid2 ifadələri ilə təsdiq olunmuşdur ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs qeyd edilən məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs Yevlax rayon Yəldili kəndində yerləşən məktəbin həyətinə çağırmış, məktəbin həyətində Asif və Şamildən başqa şəxslər olmamış və onlar arasında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bərk əşya ilə vuraraq Zərərçəkmiş şəxs sağlamlığna az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, xx xxxx 2020-ci il tarixdə saat 20:00 və 22:00 radələrində baş vermiş hadisələr məhz yuxarıda qeyd olunan şəraitdə cərəyan etmişdir. Təqsirləndirən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında zərərçəkmiş şəxsə yumruq-təpiklə deyil, sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmaqla xəsarət yetirdiyini, zərərçəkmiş şəxsin ayağındakı xəsarətlərin zərərçəkmiş şəxsin bir yumruq yumruq zərbəsindən yerə yıxılması nəticəsində aldığını bildirsə də, məhkəmə iclasında dindirilmiş tibbi ekspert zərərçəkmiş şəxsin sifət nahiyəsindəki xəsarətin yumruq zərbəsindən yarana biləcəyini istisna etməsə də, ayağındakı xəsarətin zərəçəkmiş şəxsin yerə yıxılması nəticəsində yarana biləcəyini istisna etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, zərərşəkmiş şəxs ilkin araşdırma zamanı verdiyi izahatında da, Təqsirləndirilən şəxs onu bərk əşya ilə vurduğunu və bundan sonra huşunu itirərək yerə yıxıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad etməklə vermiş olduğu ifadəsi müdafiə xarakterlidir, heç bir mötəbər hala əsaslanmır və ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai istintaq orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyası xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyası isə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə istintaqında müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs həmkəndli olmuş və xx xxxx 2020-ci il tarixədək aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Qeyd olunan tarixdə saat 20:00 radələrində aralarında baş vermiş mübahisə zərərçəkmiş Zərərçəkmiş şəxs “uşaqların qadasın alım” ifadəsinə əsəbləşərək Təqsirləndirilən şəxs vurması və avtomobilinin şüşəsini sındırması ilə başlamışdır. Beləliklə onların münasibətləri korlanmışdır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs qeyd edilən məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs marketin qabağından -insanların çoxluq təşkil etdiyi ərazidən kənara, yəni heç kimin olmadığı məktəbin həyətinə çağırmış və baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişi vurması və hadisə yerindən uzaqlaşması nə cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. İşin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisə günü baş vermiş münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İbtidai istintaqda və məhkəmə istintaqında dindirilmiş şahidlər məktəbin həyətində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görmədiklərini, hadisə yerinə mübahisə bitdikdən sonra, Zərərçəkmiş şəxs çağırışı ilə getdiklərini və Asifi orada tək gördüklərini bildirmişlər. Bu hal eyni zamanda Zərərçəkmiş şəxs ilkin araşdırma zamanı alınmış izahatı ilə də öz təsdiqini tapır. İttiham tərəfin istinad etdiyi hallar cinayət hadisəsinin baş verdiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edəbiləcək məlumatları əks etdirmir. İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən (Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərin vurulduğunu göstərən) məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyi ilə məhdudlaşır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr- Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, şəxsin təqsirliliyi barədə yekun nəticəyə gələrkən tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında əldə olunmuş sübutlar bazası, mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında və uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM 351.3.1-cü maddə), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM 351.3.4-cü maddə) həll etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanlara əsaslanan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsinin şəxsin ittiham olunmuş xuliqanlıq cinayət əməli üzrə təqsirliliyi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 221.3-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən həmin hissədə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Bundan başqa, yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti istisna olunduğundan ona ittiham olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma) həmin Məcəllənin 127.1-ci maddəsinə (qəsdən sağlamlığa az ağır zərər vurma) tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını (CM-59.1.4), onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətlərin ictimai-təhlükəlilik dərəcəsi isə, onun törədilməsi hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhətini, cinayətin xarakteri isə cinayətin obyektini və subyektiv cəhətini xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin obyekti həyat və sağlamlığın təhlükəsizliyini təmin edən ictimai münasibətlər olan cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Həmin cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tərəfindən bərk küt alətlə zərərçəkmişin sağlamlığına az ağır xəsarət yetirməklə törədilməsində, birbaşa icraçılıqla törədilməsində və başa çatmasında, cinayət əməlini törətdikdən sonra zərərçəkmişə hər hansı köməklik etməməsində, cinayəti törətdiyi aləti istintaq orqanına təqdim etməməsində və sonradan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsində özünü göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi əməl, onun törədilmə üsul və qaydası ümumilikdə cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra onu hadisə yerində köməksiz vəziyyətdə qoymaqla hadisə yerini tərk etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş və məhkəmə istintaqında səmimi ifadələr verməmişdir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 350- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 34 (otuz dörd) saat, məhkəmədə göstərdiyi 43 (qırx üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 462 (dörd yüz altmış iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar