Məhkəmə qərarları › İş №1(039)-11/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-11/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-11/2022 09.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tərtər rayonu Seyidimli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan oğlu Şahid1 əlil kimi qeydiyyata alınaraq təqaüdə çıxarılmasına kömək edəcəyini vəd verib aldadaraq 15.09.2016-ci il tarixdə, saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayonu, Yenicə kəndindəki evində 1,500 manat pulunu, 15.10.2016-cı il tarixdə, saat təxminən 12 radələrində həmin ünvanda 500 manat pulunu, 15.12.2016-cı il tarixdə, saat təxminən 10 radələrində ünvan 1 ünvanında yerləşən 4 saylı Vərəm Dispanserinin qarşısında 2,000 manat pulunu, 17.01.2017-ci il tarixdə, saat təxminən 08 radələrində DİN-nin BDYPİ-nin YPXA-nın Yevlax rayonu ərazisindəki 722 saylı stasionar postunun yaxınlığında 1,500 manat pulunu, sonuncu dəfə 15.06.2019-cu il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayonu, Yenicə kəndindəki evində 4,500 manat nağd pulunu vahid niyyətlə qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 10,000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, tanışı Əli Əlipənov onun həmkəndlsi Şahid1 pensiya təyi olunmasında köməklik göstərilməsinə ehtiyac olduğunu bildirmiş və bu məqsədlə onu ELşənlə və onun anası Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Elşənin təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra ona köməklik edəcəyinə vəd vermişdir. Lakin, razılaşmışdır ki, buna görə pul ödəməli olacaqdır. Bu məqsədlə Elşənin anası Məryəmdən bir neçə dəfə yə cəmi 10,000 manat pul almışdır. Elşənə aid sənədləri bir neçə tanışına göstərsə də, ona pensiya təyin edilməsində köməklik edə bilməmişdir. Özü, habelə oğlu xəstə olduğundn həmin ərəfələrdə müalicəyə pula ehtiyacı olmuş və Məryəmdən aldığı pulları müalicəyə xərcləmişdir. Əməlindən peşman olduğunu qeyd edərək, artıq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı, habelə həmin məbləğin 25 % hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək istintaq zamanı verdyi ifadəni təsdiq etdiyini bildirmişdir. Belə ki, məhkəmə iclası zamanı elan olunmuş həmin ifadədə Zərərçəkmiş şəxs qeyd etmişdir ki, oğlu Şahid1 əlillik dərəcəsi almaq üçün Təqsirləndirilən şəxs adlı şəxsin ona köməklik göstərəcəyini bildirmişdir. Elnarə onlara məxsus evə gələrək Elşənə aid sənədlərə baxmış və köməklik edəcəyini bildirmişdir. Bununl aəlaqədar Elnarəyə müxtəlif vaxtlarda 10,000 manat pul vermişdir. Elnarə vəd versə də onun oğlu Elşənə əlillik dərəcəsi verilməmişdir. Elnarədən verilmiş pulu tələb etdikdə isə o bildirmişdir ki, ona verilən pulların hamısını həkimlərə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə ərizə təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Şahidlər Şahid1, Şahid5, Şahid3, Şahid2 oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş qəbzdən müəyən olunur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 2500 manat ödənilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar