Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-11/2024 28.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında təqsirləndirilməsinə dair cinayət işinə 28 fevral 2024-cü il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4, X7, X8, X5 və X10 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək, X2 onların barəsində “Tik-Tok” sosial internet şəbəkəsində təhqir və böhtan xarakterli məlumatlar yayaraq onları təhqir etdiyinə, şərəf və ləyaqətlərini alçatdığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148, 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4, X7, X8, X5 və X3 xüsusi ittiham qaydasında şikayətləri məhkəmənin icraatına qəbul edilmiş və X9 həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçılar X1 müqavilə üzrə vəkili, X7, X8, X5 və X3 etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 ərizə təqdim edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyini bildirmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X9, məhkəmə iclasında ifadə verərək, xüsusi ittihamçıların nümayəndəsi Müdafiəçi1 vəsatətinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-527/2023 saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6, X7, X8, X5 və X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə Yevlax rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2-4/1789 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan videoyazıdakı görüntülərdə əks olunmuş “tik-tok” sözünün videomaterialın “Tik-tok” sosial şəbəkəyə yerləşdirilməsi nəticəsində və ya videomaterial “Tik-tok” sosial şəbəkəyə yerləşdirilmədən kadrdaxili montaj yolu ilə əlavə olunubolunmadığını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xüsusi ittihamçılar X1 müqavilə üzrə vəkili, X7, X8, X5 və X3 etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xüsusi ittihamçıların razılğı ilə xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina etmişdir. Məhkəmə xüsusi ittihamçıların nümayəndəsinin vəsatətini nəzərdən keçirib, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin ifadəsini dinləyib hesab edir ki, verilmiş ərizə qəbul edilməli və X9 barəsində xüsusi ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Qeyd olunan Məcəllənin 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-39-cu, 41-ci, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair xüsusi ittihamçılar X1 müqavilə üzrə vəkili, X7, X8, X5 və X3 etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 ərizəsi qəbul edilsin. X9 barəsində xüsusi ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-11/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-11/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver