Məhkəmə qərarları › İş №1(039)-11/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-11/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-11/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxx 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax şəhəri Ə.Şıxlinksi küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah hesab edilən 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, korroziya nəticəsində üzərindəki olan zavod nömrəsi silinmiş, konstruktiv dəyişikliklərə məruz qalmamış, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu döyüş silahı olan, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı tapançanı, 08 (səkkiz) ədəd zavod üsülu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59». «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronları və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» («PM») konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı sandıqçanı (darağı) istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlayaraq gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 12:30-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində, X14 yaxınlığında qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 13:20-dən 13:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkiliş tətbiq etməklə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd odlu silah hesab edilən 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı tapança belindəki kəmərin alt hisəsindəki sol qasıqüstü nahiyəsindən, 08 (səkkiz) ədəd 9x18 mm kalibrli döyüş sursatı olan patronlar və «Makarov» («PM») konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 (bir) ədəd sandıqca (daraq) isə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilsə də, məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, İİ qrup əlildir və sağ ayağı protezdir. Təxminən 4 aydır ki, cəzasını çəkib qurtarmış və azadlığa buraxılmışdır. Evli olmağına baxmayaraq arvadı və iki övladı qayınatasının evində yaşayır. Bu səbəbdən Yevlax şəhəri Ə.Şıxlinski küçəsində yerləşən evində tək yaşayır. 23 mart 2024-cü il tarixdə evdə yatdığı zaman, səhər saat təxminən 9-10 radələrində pəncərədən onu kiminsə çağırdığını eşitmiş və yuxudan oyanmışdır. Pəncərədən baxmış və Sərvər adlı polis işçisini tanımışdır. Sərvərdən gəliş səbəblərini soruşmuş və Sərvər ona geyinməsini və onlarla gəlməsini demişdir. Paltarını geyinmiş və onlarla birlikdə təxminən saat 10-da poils şöbəsinə gəlmişdir. Polis şöbəsində onda silah olduğunu, həmin silahı satmaq istəməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Onda silah olmadığını bildirsə də, polis əməkdaşları israrla onda silah olduğunu demişlər. Çox söhbət etdikdən sonra polis əməkdaşları silahı atası evində gizlədə biləcəyin deyərək, onu götürüb atası evinə gətirmişlər. Atası evində qapı bağlı olmuş, poils əməkdaşları qapını açmaq üçün hasardan keçərək, qapını açımş və həmin vaxt qonşuları və qardaşı onları görmüşdur. Atası evində yaşayan qardaşı gəlmiş, hasardan niyə keçdiklərini soruşmuş, qapını açmış və polis əməkdaşları həyətə keçmişlər. Polis əməkdaşları qardaşına onda silah olduğunu bildirmişlər. Lakin qardaşı poils əməkdaşlarına evdə silah olmadığını demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə qayıtmışlar və onun evində olduqları vaxt polis əməkdaşları rəislə danışmışlar. Polis əməkdaşlarına təkrarən onda silah olmadığını bildirsə də, polis əməkdaşları etiraf etməyəcəyi halda onu narkotiklə həbs edəcəklərini bildirmişlər. Bu səbəbdən silahın ona məxsus olmasını etiraf etmək məcburiyyətində qalmışdır. Halbuki, onda silah olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirli şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq silah gəzdirməsi saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Yevlax şəhəri dəmiryol stansiyasının yaxınığında olduğuğu müəyyən edilmiş və Şahid1la birlikdə ora getmişlər. Yevlax şəhər dəmiryol stansiyası ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və onu polis şöbəsinə gətirmişlər. Yevlax rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs «Makarov» markalı tapança və sandıqça aşkar edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs həmn tapançanın özünə məxsus olduğunu və tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə getməmişdirlər, onu Yevlax şəhər dəmiryol stansiyası ərazisində saxlamışlar və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nın rəisi vəzifəsində işləyir. Təxminən 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Yevlax rayon Polis Şöbəsinə dəvət edilmiş, üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və Təqsirləndirilən şəxs «Makarov» tipli tapança və sandıqça aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin tapançanı tutulmamışdan xeyli müddət əvvəl tapdığını bildirmiş, əməlini səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evləri istiqamətində saxlamışlar, lakin onun yaşadığı evə getməmişdirlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Əməliyyat keçirilməmişdən bir gün əvvəl Təqsirləndirilən şəxs yaşadığı evi müəyyən edərək, nəzarətə götürmüşlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl səhər çörək almaq üçün mağazaya gedən zaman qonşuda yaşayan şəxs gələrək, polis əməkdaşlarının gəldiklərini və Təqsirləndirilən şəxs axtardıqlarını bildirmişdir. O da qayıdıb gəlmiş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən maşına mindirilərək, aparıldığını görmüşdür. Həmin vaxt səhər saatları olmuşdur. Həmin maşın mülki maşın olmuş və Təqsirləndirilən şəxs aparan şəxslər də mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxsla qonşuluqda yaşayırlar və aralarında təxminən 300 metr məsafə var. Təqsirləndirilən şəxs oğlu Şahin Hüseynovla yaxın dostdurlar. Bir-iki gün sonra Təqsirləndirilən şəxs buraxmışlar və Təqsirləndirilən şəxsla görüşən zaman ondan saxlanma səbəbini soruşduqda sonuncu ona polis əməkdaşlarının silah axtardıqlarını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Təqsirləndirilən şəxs tək yaşayr. Xatırlamadağı tarixdə səhər saatlarında o həyətində iş görən zaman Təqsirləndirilən şəxs aparıldığını görmüşdür. Təqsirləndirilən şəxs aparan şəxsləri tanımamış, həmin şəxslər mülki geyimdə olmuş və onun aparıldığı maşın polis maşını olmamışdır. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxsla görüşmüş, lakin onun aparılma səbəbini soruşmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Atası Təqsirləndirilən şəxsla ayrı evlərdə yaşayırlar. Səhər təxminən 9-10 radələrində həyətə düşmüş və əl-üzünü yuyan zaman küçədə yaşayan uşaqlar gələrək, ona atasının maşınla aparıldığını bildirmişlər. O da dərhal atasının yaşadığı ünvana getmiş və boz rəngli maşının getdiyini, atasının arxa oturacaqda oturduğunu görmüşdür. Atasının yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 100 metr məsafə vardır. Günorta saatlarında polis şöbəsinə gedərək, atasının aparılması səbəbini soruşmuş, lakin ona məlumat verilməmişdir. Lakin yaxın adamlar ona atasının silahla əlaqədar aparıldığını bildirmişlər. Atası ilə münasibətləri çox yaxşı olmuşdür. Atasında heç vaxt silah olmamışdır. İşdə olan Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparılmasına dair tərtib edilmiş 23 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, o cümlədən həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 23 mart 2024-cü il tarixdə saat 13:20 dəqiqədən saat 13:50 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 iştirak etmiş, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş ekspert-kriminalisti X12 tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin şəxsi axtarış və götürmə zamanı baş təhqiqatçı Səddam Əsgərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmeti gizlədib-gizlətməməsi soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs belindəki kəmərin altında sol qasıq üstü nahiyəsində gizlədidiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, yivli odlu döyüş silahı olan, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı tapançanı və əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində gizlətdiyi 08 (səkkiz) ədəd zavod üsülu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59». «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronları və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» («PM») konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı (darağı) təqdim edib göstərmişdir. Müdafiəçi və baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin silahsursatın kimə məxsus olması soruşuluduqda Təqsirləndirilən şəxs həmin silah-sursatın onun özünə məxsus olduğunu, təxminən 2 il əvvəl, yəni 2022-ci ilin avqust ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, axşam saatlarında yaşadığı Yevlax şəhəri Şıxlinski küçəsinin yaxınlığından keçən dəmir yolunun kənarından tapdığını, həmin odlu silahı və hissələrini gələcəkdə hər hansı bir xoşagəlməz hal baş verərsə, özünü müdafiə etmək üçün gizlədərək saxlamaq qərarına gəldiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/300 nömrəli rəyindən göürünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançadır- yivli odlu döyüş silahı hesab edilir. MEM-in Şəki Regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş «silahın konstruktiv dəyişiklliklərə məruz qalıb-qalmaması, silahın istifadəyə, atəşə yararlı olub-olmamsı müəyyən edilsin» sualını cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça «Makarov» («PM») konstruksiyalı, yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır, və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («PM»), “PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün nəzərdə tutulmuş patronlardır- döyüş sursatlarıdırlar və atəşə yararlıdırlar. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli 24/608 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş korroziya nəticəsində zavod nömrəsinin silueti qismən oxunan 01 (bir) ədəd «QT-??83» №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır. Döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqitata tədqim edilmiş 01 (bir) ədəd daraq zavod üsülu ilə istehsal olunmuş 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadəyə yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-4841/2024 saylı məktubundan görünür ki, 01 (bir) ədəd 9 mm kalibrli, «QT-??83» №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri «Güllə-Giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılmış 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, yivli odlu döyüş silahı olan, 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı tapança, 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlardan ekspertiza tədqiqatı zamanı 03 (üç) ədədi eksperimental atəşlər zamanı istifadə olunduğundan 05 (beş) ədəd zavod üsülu ilə istehsal edilmiş, 9x18 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59». «P61» konstruksiyalı tapança, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronlar və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» («PM») konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça (daraq) “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin möhürü ilə möhürlənmiş vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 27 mart 2024-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq və Yevlax rayon polis şöbəsinin odlu silahların saxlanılma otağına saxlanca təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsini tədqiq etdikdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmə iclasında dindirilmiş şahidlər təqsirləndirilən şəxsin doğma oğlu və qonşuları olmaqla onların ifadələrində göstərdikləri xüsusat (təqsirləndirilən şəxsin səhər satlarında yaşadığı evdən polis əməkdşları tərəfindən maşınla aparılması halı) iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin məhkəmə istintaqında onların ziddiyətli ifadə vermələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadələrdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini də özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-78/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmn tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Yevlax rayon Polis Şöbəsinin MSYdən azad edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində saxlanılaraq Yevlax RPŞnə gətirilmiş və müvafiq sənədləşmə aparılaraq həmin tarixdə Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, yivli odlu döyüş silahı olan 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı tapança, tədqiqata sərf olunduqdan sonra qalan 05 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli patron və «Makarov» («PM») konstruksiyalı tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça (daraq) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə dövrü üçün göstərilən cəmi 17 (on yeddi) saat hüquqi yardıma görə (xx.xx.2024-xx.xx.2025-ci il tarixədək 15 saat üçün 90 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 2 saat üçün 22 manat hesablanmaqla) cəmi 112 (bir yüz on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi və 26 may 2025-ci il tarixdə tutularaq məhkəməyə təqdim edildiyi 01 (bir) gün, cəmi 03 (üç) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 05 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, yivli odlu döyüş silahı olan 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı tapança, tədqiqata sərf olunduqdan sonra qalan 05 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli patron və «Makarov» («PM») konstruksiyalı tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça (daraq) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilsin. Məhkəmə dövrü üçün göstərilən cəmi 17 (on yeddi) saat hüquqi yardıma görə (xx.xx.2024-xx.xx.2025-ci il tarixədək 15 saat üçün 90 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 2 saat üçün 22 manat hesablanmaqla) cəmi 112 (bir yüz on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar