Məhkəmə qərarları › İş №1(039)-110/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-110/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-110/2020 24.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanda qeydiyyatda olan və ünvan 2 mənzil 54-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax Xətt polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər dəmiryol stansiyasında xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində saxlanılıb, üzərində həmin gün saat 16:40da müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində 1 ədəd idman çantasının içərisindən 1 ədəd sellofan torbaya yığılmış bükülüdə, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə- 485 qram miqdarında qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilibqablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Gəncə şəhəri ruhi əsəb dispanserində qeydiyyatdadır. Bununla əlaqədar olaraq həkim təyinatı ilə psixatrop dərmanlar qəbul edir və narkotik vasitə istifadəçisidir. 2019-cu ilin sentyabr ayında Gəncə şəhərinə gedərkən Goranboy rayonunun Ağamalıoğlu kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarından yığmış, bir qismini özü ilə birlikdə Gəncə şəhərinə aparmış, bir qismini də quruması üçün orada gizlətmişdir. Son zamanlar korona virusla bağlı Gəncə şəhərində iş yerləri bağlı olduğu üçün Yevlax şəhərinə gəlib orada əvvəllər işlədiyi bostanda işləmək qərarına gəlmişdir. Yevlaxda işləyən müddətdə orada dərman tapa bilməyəcəyini fikirləşərək Yevlaxa gələrkən Goranboyun Ağamalıoğlu kəndi ərazisində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı götürmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə həmin yerə getmiş, qurudulmuş marixuananı özü ilə götürdüyü sellofan torbaya yığmış, daha sonra yoldan keçən tanımadığı bir yük maşını ilə Yevlax şəhərinə gəlmişdir. Yevlaxda Kür çayının kənarında işlədiyi bostana getmək üçün dəmir yolu xəttini keçmək istəmişdir və həmin tarixdə saat təxminən 16 radələrində Yevlax dəmiryol stansiyasının ərazisinə getmişdir. Həmin vaxt əlində içərisində paltar və sellofana yığdığı narkotik vasitə qurudulmuş marixuana olan idman çantası olmuşdur. Dəmiryol stansiyasında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu Yevlax Xətt polis şöbəsinə aparmışlar. Ona bildirmişlər ki, üzərində narkotik vasitə olmasında şübhəlidir. Bundan sonra vəkil dəvət etmişlər və vəkilin iştirakı ilə üzərində və çantasında axtarış aparmışlar. Həmin vaxt çantasında olan narkotik vasitəni aşkar etmişlər. Daha sonra onu qablaşdırıb götürmüşlər. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, 2-ci qrup əlil olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax st. Xətt polis şöbəsinin Balakən st. Xətt polis məntəqə rəisi vəzifəsində işləyən X4 ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayının əvvəlində ona daxil olmuş məlumatda bildirilirmişdir ki, Gəncə şəhər sakini, narkotikvasitələrin istifadəçisi olan Tural adlı şəxs iyun ayının 09-da Yevlax şəhərinə dəmiryol stansiyasının ərazisinə gələcək və həmin vaxt üzərində narkotik vasitə olacaqdır. O, bu barədə şöbə rəhbərliyinə məruzə edərək onu ifşa etmək və cinayət başında yaxalamaq məqsədilə xx.xx.2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruri olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmişdir. Sonra həmin tədbirdə iştirak etmək üçün şöbə rəhbərliyinin əmri ilə əməliyyat axtarış qrupu yaradılmışdır. O, həmin qrupun rəhbəri təyin edilmiş, şöbənin polis baş serjantı Şahid2, Şahid3 və Şahid4 isə qrupun üzvləri təyin edilmişlər. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 16radələrində həyata keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs əlində idman çantası Yevlax dəmiryol stansiyasının ərazisinə gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər, üzərində narkotik vasitə olmasında şübhəli olduğunu və buna görə də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu ona bildirmişlər. Onlar Təqsirləndirilən şəxs Yevlax Xətt polis şöbəsinəaparmışlar, orada şöbənin təhqiqatçısı, polis kapitanı Pərvin Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi və üstündə aparılacaq şəxsi axtarış zamanı iştirak etməsi üçün vəkil dəvət etmişdir. Daha sonra vəkilin və tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis nəfəri Şahid4 tərəfindən video çəkiliş aparılırmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində gəzdirdiyi idman çantasının içərisindən 1 ədəd sellofan torbaya yığılmış vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, üstündən aşkar edilmiş həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu üçün ondan ağrılarını azaltmaq üçün istifadə edir, onu 2019-cu ilin sentyabr ayında Goranboy rayonunun Ağamalıoğlu kəndi ərazisindən keçib gedərkən yabanı halda bitmiş çətənə kollarından özü istifadə etmək üçün yığıb qurutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Xətt polis şöbəsinin Post patrul xidmətinin manqa komandiri Şahid2 və Yevlax Xətt polis şöbəsinin Post patrul xidmətinin polis nəfəri Şahid4 şahid X2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər 19); şəxsi axtarış və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlində olan göy idman çantasının içərisində sellofan torba aşkar edilmiş, sellofan torbaya baxış keçirilərkən onun işərisindən spesifik iyə malik, tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 25-26); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə...” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisindəki digər 01(bir) ədəd sellefon torbada, təmiz çəkisi 485 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq 484,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 34-35); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 64); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqindən sonra xalis çəkisi 484,95 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Xətt polis şöbəsinə təhvil verilmişdır. (iş vər. 69); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilişini əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər. 89); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 551 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsn narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.111 ); Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 378/02 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik, psixopatabənzər davranış” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. (iş vər.113); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli gerilik(yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (iş vər. 132- 134); Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət X7 publik hüquq şəxsinin Gəncə şəhəri Nizami rayonu filialının xx.xx.2020-ci il tarixli, **********9 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 2-ci qrup əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 129-130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ikincı qrup əlil olmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıtəqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi narkotik vasitə məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Gəncə şəhər probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax Xətt polis şöbəsində saxlanılan iş üzrə maddi sübut 484,95 qram çəkidə tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilişini əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE**********0002088501) köçürülsün. Hökmün icrası Gəncə şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ibtidai istintaqda göstərdiyi 70 (yetmiş) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar