Məhkəmə qərarları › İş №1(039)-110/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-110/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-110/2022 06.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 26 fevral 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 53-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 19 mart 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində 25 mart 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 60-da qeyydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, 24 fevral 2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində Təqsirləndirilən şəxs2 5 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,205 qram psixotrop maddə olan metamfetamini əldə etməklə əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 24 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 5 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda alaraq əldə edib saxladığı təmiz çəkisi 0,205 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib saxlamış və satmışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,205 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamış, həmin 0,205 qram psixotrop maddə olan metamfetamini 24 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində Təqsirləndirilən şəxs1 5 manata qəsdən satmış, 24 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 5 manata qanunsuz olaraq alıb əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,205 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, psixotrop maddə olan metamfetamindən arabir istifadə etmiş, lakin aludəçisi olmamışdır. 24 fevral 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində əvvəllər tanıdığı Baxşalı adlı şəxslə görüşmüşdür. Baxşalıya özü üçün narkotik vasitə lazım olduğunu demişdir. Baxşalını narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs kimi tanımış və buna görə də ondan narkotik vasitə istəmişdir. Baxşalı özündə metamfetamin olduğunu və ona verə biləcəyini demişdir. Baxşalı ondan metamfetaminə görə 5 manat pul istəmişdir. Baxşalıya “indi metamfetamini götürüm, pulunu gün ərzində verəcəm” demişdir. Baxşalı onunla razılaşmış və Baxşalıdan 5 manat müqabilində metamfetamin almışdır. Baxşalının 5 manatını həmin gün kimdənsə borc alıb vermək istəmişdir, Lakin həmin gün saat təxminən 19:30 radələrində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Onlara etiraz etməyərək Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən Baxşalıdan aldığı bir ədəd sellofan bükülünün içərisində olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini və əvvəllər məhkum olunmamasını və nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan edilmiş CM-nin 234.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdri ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs1 tanıyır və onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edib-etmədiyini bilməmişdir. 24 fevral 2022-ci il tarixdə saat təxminən 16:15 radələrində yaşadığı Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində Təqsirləndirilən şəxs1 ilə görüşmüş və onunla hal-əhval tutmuşdur. Elvinlə bir az söhbət etmiş və sonra Elvin oradan uzaqlaşıb evinə getmişdir. Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və özü narkotik vasitələrdən istifadə etməyi bir olar ki tərgitmişdir. Rayon polis şöbəsində ona fiziki və zor tətbiq edilmişdir. Lakin bu barədə heç bir aidiyyəti qurumlara müraciət etməmiş, məhkəmə proseslərini gözləmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 24 fevral 2022-ci il tarixdə Yevlax şəhəri, İlqar Dəmirov küçəsində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Şahid1 Təqsirləndirilən şəxs1 barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 19:00 radələrində əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat tədbirlərinə başlamışdır. Məlumat əsasında Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsinə getmişlər. Saat təxminən 19:30 radələrində orada Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, polis şöbəsinə getməli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamini Baxşalı adlı şəxsdən aldığını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatlarına əsasən Baxşalı adlı şəxsin Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan Təqsirləndirilən şəxs2 olduğu və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 səmimi olaraq narkotik vastə metamfetamini Təqsirləndirilən şəxs2 5 manat müqabilində aldığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Vüaqr oğlunun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə metamfetamini əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış və götürmə zamanı heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli 17/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmış zərfin içərisindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,205 qram olan maddə kustar süsulla hazırlanmış narkotik vasitə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,205 qram, tədqiqata sərf edildi– 0,050 qram, qalıq-0,155 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 13 may 2022-ci il tarixli 648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-48/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 1772.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 25 mart 2022-ci il tarixli 4(039)-68/2022 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonunadək yəni, 23 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 mart 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 9-cu bəndinə əsasən CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi yuxarda qeyd edilən hallarla bağlı Təqsirləndirilən şəxs2 heç bir instansiyaya müraciət etməmiş, bütün bunlar sübut edir ki, o, verilən ittihamla razılaşmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edib peşman olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Yevlax rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) günü CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 02 ay 28 gün), hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 23 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,155 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Yevlax rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) günü CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 2 ay 28 gün), hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 23 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,155 qram miqdarında narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs1 oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat 40 (qırx) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 52 (əlli iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Zaməddin oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar