Məhkəmə qərarları › İş №1(039)-110/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-110/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-110/2023 07.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Yevlax rayon Aran qəsəbə 3 saylı ümumi orta məktəbində fiziki tərbiyyə müəllim işləyən, məhkumluğu olunmayan, Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsədilə Yevlax şəhəri, M.Hüseynzadə küçəsi mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs övladı, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 cəzasının 8000 manat pul müqabilində aşağı həddə salınmasına köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “5” saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs 600 manat nəğd pulunu, xx.xx.2022-ci il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri M.Hüseynzadə küçəsi 2 nömrəli evdə Zərərçəkmiş şəxs 5000 manat nəğd pulunu, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri M.Hüseynzadə küçəsi 2 nömrəli evdə sonuncunun 2000 manat nəğd pulunu qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 7600 (yeddi min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, tanışı Yevlax şəhər sakini Sərdar vasitəsi ilə Zərərçəkmiş şəxs tanımış, 2022-ci ilin yanvar ayında Sərdar ona zəng edərək onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs hazırda həbsdə olan Ceyhun adlı oğlunun azadlığa buraxılmağına köməklik etməyə imkanının olub-olmadığını soruşmuş, o isə öz növbəsində həmin vaxt pula ehtiyacı olduğundan yalan vəd verərək Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş və yalandan Sərdara məsələni həll edə biləcəyini demişdir. O, həmin məsələ ilə bağlı 2022-ci ilin yanvar ayında Yevlax şəhərində yerləşən “Təbiət” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşərək 8000 manat qarşılığında onun oğlunun cəzasını yarıbayarı azaltdıra biləcəyini, Ceyhuna təyin edilmiş 8 il cəzanı 4 il ilə əvəz etdirəcəyini demişdir. 2022-ci ilin yanvar ayının 25-də saat 12 radələrlərində o, Zərərçəkmiş şəxs zəng edərək işə başlamaq üçün təcili olaraq 700 manat pul verməli olduğunu bildirdikdə sonuncu cəmi 600 manat pulu olduğunu və həmin pulu verə biləcəyini demişdir. Həmin gün saat 18:00 radələrində Yevlax şəhəri 5 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxslə təklikdə görüşərək Ceyhun Qaçayevin cəzasını 4 il azaldacağını yenidən vəd edərək işə başlamaq adı ilə 600 manat pul almışdır. Bundan sonra 2022-ci ilin fevral ayının 6-da saat təxminən 13 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı evdə Ceyhun Qaçayevin cəzasını 4 il azaltdıracağını yalandan vəd verərək Şahid1 və Sərdarın yanında Zərərçəkmiş şəxs 5000 manat pul almışdır. Bundan sonra 2022-ci ilin fevral ayının 8-də saat təxminən 13 radələrində Zərərçəkmiş şəxslə onun yaşadığı evdə görüşərək yenə Şahid1 və tanışları Sərdar yanında Ceyhunun cəzasını 4 il aşağı saldıracağı vədi ilə Zərərçəkmiş şəxs 2000 manat pul almış, nəticədə sonuncunun etibarından sui-istifadə etməklə ümumilikdə 7600 (yeddi min altı yüz) manat pulunu almışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayında dəfələrlə ondan pulunu tələb etdiyi və əgər ondan almış olduğu pulu geri qaytarmayacağı təqdirdə ondan polis şöbəsinə şikayət edəcəyini dediyi üçün o, Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının 28-də 200 manat, 2023-cü ilin yanvar ayının 10-da 200 manat, 2023-cü ilin yanvar ayının 26-da 105 manat, 2023-cü ilin fevral ayının 5-də isə 500 manat pul verməklə ümumilikdə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə ələ keçirdiyim 7600 (yeddi min altı yüz) manat puldan 1005 (min beş) manat pul qaytarmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini, bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu X3 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlu həbs edildikdən sonra o, oğlu Ceyhun Qaçayevi azadlığa buraxdırmaq üçün yollar axtarmağa və oğlunu həbsdən azad etdirə biləcək şəxslər axtarmağa başlamışdır. 2022-ci ilin yanvar ayında o, təsadüfən qonşusu Sərdarla Yevlax şəhərində görüşən zaman Sərdar Yevlax rayonu Aran qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs adlı şəxsin geniş əlaqələri olduğunu, oğlu Ceyhunu həsdən azad etdirə biləcəyini demişdir. Buna görə də o, Sərdardan onu Təqsirləndirilən şəxs ilə tanış etməsini istəmişdir. 2022-ci ilin yanvar ayının 23-də o, Yevlax şəhəri H.Əliyev prospektində “Təbiət” şadlıq sarayının yanında yerləşən çayxanada Sərdarın yanında Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs baş verən hadisəni danışaraq oğlu Ceyhun Qaçayevin 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyində yüksək rütbəli qohumlarının olduğunu deyərək oğlu Ceyhun Qaçayevin cəzasını 4 il aşağı salacağını bildirmişdir. Təqsirləndirilən şəxs oğlu Ceyhun Qaçayevin cəzasını 4 il aşağı saldırmaq üçün ondan 8000 manat pul alacağını demişdir. O da Təqsirləndirilən şəxs 8000 manat pul verməyə razı olduğunu həmin pulu Təqsirləndirilən şəxs təxminən 1 ay müddətində verəcəyini demişdir. 2022-ci ilin yanvar ayının 25-də saat 12 radələrlərində Təqsirləndirilən şəxs ona zəng edərək işə başlamaq üçün təcili olaraq ona 700 manat pul verməli olduğunu demişdir. O, telefon danışığı zamanı Təqsirləndirilən şəxs cəmi 600 manat pulu olduğunu və həmin məbləği verə biləcəyini demiş və həmin gün saat 18:00-da Yevlax şəhəri 5 nömrəli tam orta məktəbin qarşısında təklikdə Sərvər Babyevlə görüşərək ona oğlu Ceyhun Qaçayevin cəzanı 4 il azaltması üçün 600 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin fevral ayının 5-də “Kapital Bankın” Yevlax filialından 5000 manat kredit götürərək bir gün sonra, yəni 2022-ci ilin fevral ayının 6-da saat təxminən 13 radələrində yaşadığı ünvan 1 ünvanında Sərvər Babyev bir daha əminliklə oğlu Ceyhun Qaçayevin cəzasını 4 il azaltdıracağını dediyindən o, arvadı Şahid1 və qonşusu Sərdarın yanında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin fevral ayının 8-də o, “Respublika Bankın” Yevlax şəhər filialından qohumu Rahilənin adına 2000 manat kredit götürmüş və həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxslə öz yaşadığı evində görüşərək yenə də arvadı Şahid1 və qonşusu Sərdarın yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 7600 (yeddi min altı yüz) manat pul verməsinə baxmayaraq Təqsirləndirilən şəxs işin həlli ilə bağlı heç bir iş görmədiyindən sonuncunun onun ümumilikdə 7600 (yeddi min altı yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Buna görə də 2022-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs ona vermiş olduğu 7600 (yeddi min altı yüz) manat pulunu tələb etməyə başlamışdır. Ancaq hər dəfə Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək tezliklə pulu qaytaracağına söz versə də pulunu qaytarmamışdır. 2022-ci ilin dekabr ayında dəfələrlə Təqsirləndirilən şəxs pulunu tələb etdiyi üçün Təqsirləndirilən şəxs ondan almış olduğu 7600 (yeddi min altı yüz) manat puldan 2022-ci ilin dekabr ayının 28-də 200 manat, 2023cü ilin yanvar ayının 10-da 200 manat, 2023-cü ilin yanvar ayının 26-da 105 manat, 2023cü ilin fevral ayının 5-də isə 500 manatını ona verməklə, ümumilikdə ona 1005 (min beş) manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə Yevlax RPŞ-nə o, müraciət etmişdir. Onun oğlu X3 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun oğlu həbs edildikdən sonra 2022-ci ilin yanvar ayında əri Zərərçəkmiş şəxs təsadüfən onlarla qonşu küçədə yaşayan Sərdarla Yevlax şəhərində görüşən zaman Sərdar Yevlax rayonu Aran qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs adlı şəxsin geniş əlaqələri olduğunu, oğlu Ceyhun Qaçayevi həbsdən azad etdirə biləcəyini demişdir. Buna görə də əri Əkbər Sərdardan onu Təqsirləndirilən şəxs ilə tanış etməsini istəmişdir. Əri Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşən zaman Təqsirləndirilən şəxs oğlu Ceyhun Qaçayevin cəzasını azaldacağına söz vermişdir. 2022-ci ilin yanvar ayının 25-də əri Zərərçəkmiş şəxs Sərvər Babyevə 600 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin fevral ayının ayının 6-da saat təxminən 13 radələrində yaşadıqları ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs və o, Təqsirləndirilən şəxslə görüşmüşdür. Əri Zərərçəkmiş şəxs onun və Sərdarın yanında Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul və 2022-ci ilin fevral ayının 8-də yaşadığı evdə Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul vermişdir. Onlar ümumilikdə Təqsirləndirilən şəxs oğlu Ceyhun Qaçayevin cəzasını aşağı həddə endirməsi üçün 7600 (yeddi min altı yüz) manat pul vermişdirlər. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onların 7600 (yeddi min altı yüz) manat pulumuzu ələ keçirmişdir. Həmin puldan Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının 28-də 200 manat, 2023-cü ilin yanvar ayının 10-da 200 manat, 2023-cü ilin yanvar ayının 26-da 105 manat, 2023-cü ilin fevral ayının 5-də isə 500 manat pul qaytarmaqla ümumilikdə əri Zərərçəkmiş şəxs 1005 (min beş) manat pul qaytarmışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onunla qonşu küçədə yaşayır. Zərərçəkmiş şəxs oğlu həbs edildikdən sonra onunla söhbət edən zaman oğlunun cəzasını güngülləşdirmək üçün əlaqəli adam axtardığını demişdir. O, Yevlax rayonu Aran qəsəbəsində qudası ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin geniş əlaqəli bir şəxs olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə onu tanış etməsini istəmişdir. O da 2022-ci ilin yanvar ayının 23-də Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Təbyiət” şadlıq evinin qarşısında yerləşən çayxanada Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs tanış etmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs söhbət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun cəzasını aşağı saldıra biləcəyini demişdir. Bu söhbətdən onlar ayrılmışdırlar. 2022-ci ilin fevral ayının 6-da saat 13 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs ondan ümumilikdə 7000 (yeddi min) manat pul istədiyini, Sərvərə ilk öncə 5000 manat pul verəcəyini, onun da onlara şahid durmasını istəmiş və onu öz evinə dəvət etmişdir. O, Zərərçəkmiş şəxs evinə getmişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs evində olan zaman Zərərçəkmiş şəxs oğlunun cəzasını aşağı saldırması üçün onun yanında Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul vermişdir. Bundan sonra 2022-ci ilin fevral ayının 8-də Zərərçəkmiş şəxs yenidən onu öz evinə çağırmış və Təqsirləndirilən şəxs pulun yerdə qalan hissəsini verəcəyini demişdir. O, Zərərçəkmiş şəxs evində olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun cəzasını 4 il həddində aşağı saldıracağını vəd etmiş və onun yanında Əkbr Qaçayevdən 2000 (iki min) manat pul almışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ondan ümumilikdə 7600 (yeddi min altı yüz) manat pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdir. Belə ki, ilk öncə Zərərçəkmiş şəxs onun iştirakı olmadan Təqsirləndirilən şəxs 600 (altı yüz) manat pul verdiyini demişdir. O da Zərərçəkmiş şəxs polis şöbəsinə şikayət etməsini demişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu ələ keçirmək niyyətində olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vermiş olduğu vədi yerinə yetirəcəyini zənn etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Şahid1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 19-20); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 12.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.52-53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 46.2-ci maddələri ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 01 (bir) il müddətinə dövlət və yerli özünü idarət orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmişdir.( iş vər. 59); xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (iş vər. 130-133); Əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunması qərara alınmışdır. (iş vər.134-135); Təqsirləndiirilən şəxsə yenidən ittiham elan etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elen edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elen edilməsi qərara alınmışdır. (iş vər.136-137); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənmiş və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (59.1.12, 59.1.13 və 59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut olan “Üzləşdirmə istintaq hərəkətlərini” əks etdirən 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 15 (on beş) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 93 (doxsan üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar