Məhkəmə qərarları › İş №1(039)-111/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-111/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-111/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Xənəli oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax rayonu Qaraoğlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmayan, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxso ğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Qaraoğlan kəndində yerləşən su arxının üzərində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun sol gözaltı nahiyyəsinə qəsdən zərbə vurmaqla, ona “sol gözaltı nahiyyənin xəsarətləri” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı Qaraoğlan kəndində yerləşən kafedə oturan zaman qohumu Təbriz kafeyə gəlmiş və qaynı Sahillə qonşu stolda oturmuşdur. Həmin vaxt Təbrizin nalayiq ifadə işlətdiyini eşitmiş, içkili olduğu üçün Təbrizin ona söydüyünü zənn edərək onunla mübahisə etməyə başlamışdır. Təbriz onun ünvanına söyüş söymədiyini bildirmiş, lakin o, Təbrizin sözlərinə əhəmiyyət verməmişdir. Mübahisə edərək kafedən kənara çıxmışlar və söhbət edərkən Təbrizin sifət və gözaltı nahiyyəsindən yumruqla vurmuşdur. Bu zaman Təbrizin qaynı Sahil onların yanına gələrək onları ayırmışdır. Hazırda etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Xənəli oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə istirahət etmək və pivə içmək üçün kənddə yerləşən Adil adlı şəxsə məxsus kafeyə getmiş və qaynı Sahil ilə bir masada oturmuşdur. Kafedə oturan zaman suvarma işləri barədə söhbət etmiş və su idarəsinin işçisi Ağasəfin ünvanına nalayiq ifadə işlədərək kəndə verilən suyu bağlamasına görə həmin adama iradlarını bildirdiyini söyləmişdir. Həmin vaxt qonşu stolda oturan Tural ona kafedə söyüş söyməyinə görə iradını və səhv etdiyini bildirmişdir. Turalın ünvanına söyüş söymədiyini bildirsə də, Tural onun sözlərinə əhəmiyyət vermədən mübahisə etməyə başlamışdır. Mübahisə edərək kafedən kənara, su arxının yanına getmişlər. Söhbət edərkən Tural qəflətən onun sifət və gözaltı nahiyyəsindən yumruqla vurmuşdur. Hadisə zamanı orda heç kim olmamışdır. Daha sonra qaynı Sahil ora gələrək onları ayırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. xx.xx.2020-ci il tarixdə yaşadıqları Qaraoğlan kəndində kafedə oturarkən yeznəsi ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, bir neçə dəqiqədən sonra yeznəsi və Tural kafedən çıxmışlar və yenə mübahisə etmişlər. O, isə onların yanına gedərək onları ayırmışdır. Mübahisə zamanı Təbrizin gözündən xəsarət aldığını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 406 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Xənəli oğlu “sol gözaltı nahiyyənin qançırı, sıyrığı, sol gözün bayır bucağının sıyrığı, sol gözün ağlı qişasına yayılmış qansızma” xəsarətlərini almış, həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir. Xəsarətin əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.11-12); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər.28); Zərərçəkmiş şəxs Xənəli oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Tural Adığözəlov qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Xənəli oğlu ilə barışdıqlarından vəzərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından barəsindəki material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Şahid və Zərərçəkmiş şəxs Xənəli oğlunun ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xənəli oğluna dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xənəli oğlu ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraataAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar