Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-111/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd sellofan bükümdə 0,627 qram, 0,714 qram və 0,479 qram olmaqla ümumi təmiz çəkisi 1,820 qram narkotik vasitə-heroini və bir ədəd sellofan bükümdə 0,092 qram psixotrop maddəmetamfetamini istintaq məlum olmayan mənbədən və vaxtda əldə edərək saxlamış, 24 aprel 2021-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Pişəvəri küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində həmin gün saat 22:15-dən 22:45-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindəki 01 ədəd plasmas qabın içərisində üç ədəd sellofana bükülmüş ümumilikdə təmiz çəkisi 1,820 qram narkotik vasitə-heroin və bir ədəd sellofana bükülmüş 0,092 qram psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 24 aprel 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamışlar və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkili Müdafiəçi iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni şalvarının sağ yan cibindən bir ədəd plastik qabın içərisində üç ayrı-ayrı sellofan bükümlərdə bükülmüş bükülü ilə birlikdə narkotik vasitə olan- heroin və bir ədəd sellofana bükülmüş bükülü ilə psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş heroin və metamfetamin onun özünə məxsusdur. Heroin iki bükümdə olmuş, üçüncü bükümdəki heroin çox az miqdarda, sellofana bulaşmış vəziyyətdə olmuşdur. Yəni üçüncü bükümdə demək olar ki, heroin olmamışdır. O, narkotik vasitə istifadəçisidir və həmin vasitələri istifadə etmək üçün əldə etmişdir. O, heroini 22 aprel 2021-ci il tarixdə Bakı şəhərində Mehman adlı şəxsdən almışdir. Almış olduğu heroindən bir hissəsinin istifadə etmişdir, lakin geri qalanını istifadə etmək üçün şalvarının cibinə qoyaraq saxlamışdır. O, heroin alan zaman metamfetamin ona pay olaraq verilmişdir. Onun heroini olduğu üçün metamfetamini istifadə etməmiş, gələcəkdə ehtiyacı olduğu halda istifadə edəcəyini düşünmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Xəstə olmağını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X2 mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Sərdar oğlu ifadəsində bildirmişdir ki, 24 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Yevlax rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, həmin gün saat 21 radələrində Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Pişəvəri küçəsinə getmişdir. Onlar Pişəvəri küçəsində Təqsirləndirilən şəxs oğlunu görərək ona yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs oğluna qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. X5 rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd plasmas qabın içərisində olan 4 ədəd sellofana bükülmüş bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülulərdə nə olmasını soruşduqda Rüfət həmin 4 ədəd bükümün 3 ədədində narkotik vasitə-heroin olduğunu, digər bir ədədində psixotrop maddə-metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 22 aprel 2021-ci il tarixdə Bakı şəhərində aldığını bildirmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid, Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 ibtidai istintaq zamanı Şahid1 Sərdar oğlunun məhkəmə iclasında verdiyi ifadəsi ilə oxşar məzunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 22); şəxsi axtarış və götürmə haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd plasmas qabın içərisində, üç ədəd sellofan bükümün içərisindən narkotik vasitə- heroinə bənzər kütlə və bir ədəd sellofan bükümün içərisəndə psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); məhkəmə kimyəvi ekspertizasının 25.04.2021-ci il tarixli, 17/300 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş... kütlələr...” sözləri yazılmış zərfin içərisindəki 03(üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,627 qram, 0,714 qram, 0479 qram, ümumi təmiz çəkisi-1,820 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroinlərin ümumi təmiz çəkisi-1,820 qram, tədqiqata sərf edildi - 0,150 qram (hər ob. -0,050 qram), qalıq-1,670 qram. ). Metamfetaminin təmiz çəkisi-0,092 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,042 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 38-40); Yevlax Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24.04.2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 69-71); əşyanın maddi sübut hesab edilməsi haqqında 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd zərfdə qablaşdırılmış 0,150 qramı ekspertiza tədqiqatına sərf edilmiş – 1,820 qramdan qalmış – 1,670 qram miqdarında narkotik vasitə-heroin və digər 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,092 qram, 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, qalıq - 0,042 qram metamfetamin maddi sübut hesab edilərək Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş vər.72-73); məhkəmə kimyəvi ekspertizasının 29.04.2021-ci il tarixli, 17/308 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş... kütlələr...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,577 qram və 0,664 qram olan heroinlər tərkiblərinə görə eyni olub digər 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,429 qram olan heroindən tərkiblərinə görə fərqlənirlər. Heroinlərin ümumi təmiz çəkisi-1,670 qram, tədqiqata sərf edildi -0,150 qram (hər ob. - 0,050 qram), qalıq -1,520 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 121-123); məhkəmə narkoloji ekspertizasının 02.06.2021-ci il tarixli, 634 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.147); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər Polis Şöbəsində, 07.01.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət işi icraatdadır.( iş vər. 99-100); Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər. 136-143); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə məhkumluqları ödənildiyi üçün əməlində cinayətin residivi olmasa da, onun əvvəllər dəfələrlə məhkum olunmasını, islah olunmayaraq yenidən cinayət əməli törətməsini məhkəmə cəza təyini zamanı onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 1,520 qram miqdarında narkotik vasitə- heroin, 0,042 qram miqdarında psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 143 (bir yüz qırx üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-111/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-111/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver