Məhkəmə qərarları › İş №1(039)-111/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-111/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-111/2024 03.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,048 qram çəkidə narkotik vasitə olan heroini istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, 07 oktyabr 2023-cü il tarixdə saat 02:10 dəqiqədə Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz əldə etməklə saxlamaqda şübhəli bilindiyinə görə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Görüş” kafesinin yanında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində həmin gün saat 03:20-dən 03:35-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofana bükülmüş bükümdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,048 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb, götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,373 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 09 dekabr 2023-cü il tarixdə saat 16:50 radələrində Yevlax şəhəri X10 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 18:33 dəqiqədən 18:58 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,373 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafıq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 01 ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 169,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, 17 mart 2024-cü il tarixdə saat 13:10-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri, C.Cabbarlı küçəsində piyada hərəkətdə olarkən Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində həmin gün saat 13:50-dən 14:10dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd qırmızı rəngli sellofan torbada qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı xeyli miqdarda təmiz çəkisi 169,95 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafıq qaydada rəsmiləşdirilib, qablaşdırılıb, götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyiləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Uzun müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Narkotik vasitələrin heroin(kakos) və qurudulmuş marixuana (nəşə), psixotrop maddələrin isə metamfetamin (patı) növündən istifadə edir. Əvvəllər üzərində narkotik vasitələr gəzdirdiyinə və istifadə etdiyinə görə bir dəfə məhkum olunmuşdur. 11 may 2023-cü ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. 06 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində tanışı X17 ilə rastlaşmışdır. Emin ona birlikdə Biləsuvarda yaşayan əsgər yoldaşlarından kimisə tapmaq üçün oraya getməyi təklif etmiş, o, da razılaşmışdır. Bu məqsədlə onlar taksi sürücüsü kimi tanıdıqları X18 ilə danışıb onları Biləsuvara aparmasını demişlər. Namik əvvəlcə etiraz etsə də sonradan onlarla razılığa gəlmişdir. Həmin günü Namikin idarə etdiyi **-SA-*** dövlət qeydiyyat nişanlı “VAZ-21015” markalı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüşdür. Yol boyu həmin avtomobildə yaranmış nasazlıq səbəbindən bir neçə dəfə yolda dayanmalı olmuşlar. Hətta yolu düzgün tanımadıqları üçün yanlışlıqla Cəlilabad rayonu istiqamətində getmişlər. Həmin günü saat 18 radələrində Biləsuvara çatmışlar, lakin Biləsuvarın girişində yerləşən “Görüş” kafesinin qarşısında Namikin avtomobilində yenədə nasazlıq yaranmışdır və onlar kafedə dayanmışlar. O, avtomobildən düşdükdən sonra telefonundan mobil nömrənin sim kartını çıxartmaq üçün əşya axtarmağa başlamış, bu zaman yerdə sellofana bükülmüş büküm görmüşdür. Bükümü açıb içərisinə yaxından baxdıqda narkotik vasitə heroin olmasını aşkar etmiş və özü istifadə etməyi üçün əynində olan jaketin sol ön cibinə qoymuşdur. 07 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində onlar avtomobili təmir etdirib yola düzəlmişlər, həmin vaxtı onları polis əməkdaşları saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək onları Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinin binasına gəldikdən sonra ona hüquqları izah olunmuş və dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmuşdur, daha sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan heroin olmasını etiraf etmişdir. O, üzərində saxladığı sellofan bükümün içərisində olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və yaxud predmet, eləcə də narkotik vasitə və psixotrop maddə açkar edilməmişdir. Sonradan protokol tərtib olunaraq üzərində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə müvafiq qaydada elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüş, iştirakçılar və o, tərtib olunmuş protokolu eyni zamanda möhürlənmiş sellofan büküm qoyulmuş kağız zərfi imzasıyla təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, 09 dekabr 2023-cü il tarixdə saat 16:50 radələrində Yevlax şəhəri Nizami Prospektində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər və onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax RPŞ-də onun seçimiylə Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Həmin tarixdə Yevlax RPŞ-də vəkili X2 iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə-metamfetamin aşkar olunmuş, həmin psixotrop maddə olan metamfetamin içərisində olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus olan “realme” markalı mobil telefonda götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və predmet aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, 15 mart 2024-cü il tarixdə Yevlax rayonu Avtovağzalının yaxınlığında olan zaman həmin yerdə 1 ədəd qırmızı rəngli sellofan torba görmüş və daha sonra həmin sellofan torbanı götürüb açmışdır. Həmin sellofan torbanın içərisinə yaxından baxdıqda torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana(nəşə) olmasını aşkar etmişdir. Tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı (nəşə) özü istifadə etmək üçün üzərində gəzdirməyə başlamışdır, hətta bir neçə dəfə yaşadığı evdə tək qaldığı üçün həmin sellofan torbadan bir qədər narkotik vasitə götürüb çəkmişdir. 17 mart 2024-cü il tarixdə tapdığı içərisində narkotik vasitə olan 1 ədəd sellofan torbanı üzərində götürmüşdür və Yevlax şəhəri C.Cabbarlı küçəsinə doğru piyada hərəkət etməyə başlamışdır. 17 mart 2024-cü il tarixdə saat 13 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlatdıraraq, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinə getməyini təklif etdikdə, o, Polislərlə birlikdə Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Daha sonra vəkil dəvət etmişlər və ona qanunda nəzərdə tutulmuş qaydada hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olubolmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olmasını etiraf etmişdir. O, üzərində saxladığı sellofan torbanın içərisində olan narkotik vasitəni təqdim etmişdir. Sonradan protokol tərtib olunaraq üzərində saxladığı 1 ədəd sellofan torbada olan narkotik vasitə elektron əl tərəzisi ilə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür, iştirakçılar və o, tərtib olunmuş protokolu eyni zamanda möhürlənmiş sellofan torbanı imzasıyla təsdiq etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Rəfail oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olmaqda şübhəli olması barədə 09 dekabr 2023-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon Polis Şöbəsinin 09 dekabr 2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yevlax rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis Şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Nizami prospektinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Nizami prospektində olması barədə onun məlumatı olmuşdur. Onlar Nizami prospektində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir və bundan sonra onu Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirib X16a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X22 rayon Polis Şöbəsinə dəvət edilmişdir. X16 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Elnur Cəlilov xidməti iş otağında onun, Şahid2 və vəkil Fərhad Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru, polis mayoru X19 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O, və digər iştirakçılar özünü təqdim etmişdir. Elnur Cəlilov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, hüquq və vəzifələri izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Elnur Cəlilov və daha sonra vəkil Fərhad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs sonuncunun təqdim etdiyi 01 ədəd sellofan bükümdə nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin metamfetamin adlanan psixotrop maddə olmasını, həmin kütləni xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Dədə Qorqud parkında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Elnur Cəlilov həmin 01 ədəd sellofan bükümdə olan maddəni açıb içərisinə baxdıqda bükümün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olması aşkar edilmişdir. Bundan sonra psixotrop maddə olan metamfetamin içərisində olduğu sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Elnur Cəlilov həmin psixotrop maddə olan metamfetamini içərisində olduğu sellofan büküm ilə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85“ möhürü yapışdırmışdır. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin psixotrop maddə olan metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Realmi” markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aşkar olunaraq iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs, onun vəkili X4, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o, protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, bundan başqa 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, hazırlanması və istehlakı ilə məşğul olması haqqında Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə rəhbərlik tərəfindən müvafiq icazə verilmiş və Yevlax Rayon Polis Şöbəsinin əmri ilə o, Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Yevlax Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin tarixdə CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ilə birlikdə X24 şəhəri Nizami Gəncəvi prospekti 41A ünvanında yerləşən inzibati binasından çıxaraq məxfi mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Cabbarlı küçəsində piyada hərəkətdə olmasını görmüş və onu saxlamışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş və bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış və götürmə aparılması üçün Rayon Polis Şöbəsinin inzibati binasına gəlməyə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi qismində Yevlax şəhər Vəkil Bürosunun direktoru vəkil X4 dəvət olunmuşdur. Sonra Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı Murad Həsənovun xidməti iş otağında onun, Şahid3 və müdafiəçinin iştirakı ilə i'ideoçəkiliş vasitəsilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan saxlanılarkən və Polis Şöbəsinə gətirilərkən üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də dövriyyəsi qanunla qadağan olunmuş və məhdudlaşdırılmış hər hansı bir iş üçün əhəmiyyət kəsb edən qanunsuz əşya, predmet, silah-sursat və cinayət xarakterli digər əşya və predmetlər olub-olmadığı soruşulmuş və olduğu halda könüllü şəkildə təhvil verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd qırmızı rəngli sellofan torbaya yığılmış narkotik vasitə olan qurudulmuş marixuanan: çıxardıb təqdim etmişdir. Daha sonra Şahid3 tərəfindən üzərində axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 1 qutu içərisində siqaret dənələri olan siqaret məmulatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qırmızı rəngli sellofan torbada olan bitki kütləsinin "nəşə" kimi tanıdığı narkotik vasitə olan marixuana olmasını təsdiqləyərək, həmin narkotik vasitəni təxminən 2 gün bundan əvvəl, yəni 15 mart 2024-cü il tarixdə Yevlax rayonunda yerləşən Avtovağzalın ərazisindən tapmasını, həmin vaxtdan sonra tapdığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir qədər özü istifadə etməsini, həmin narkotik vasitə olan qurudulmuş marixuananı başqa növ narkotik vasitələrlə dəyişdirmək istəməsini və özü istifadə etmək üçün üzərində saxlamasını və gəzdirməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qırmızı rəngli torbaya yığılmış narkotik vasitə olan qurudulmuş marixuana sellofan torba ilə birlikdə dəqiq çəkisinin müəyyən olunması məqsədilə elektron əl tərəzisi vasitəsilə çəkilmiş və ekspertiza tədqiqatı üçün müvafiq qaydada qablaşdırılmış, tərtib olunmuş protokollar ucadan oxunmuş, iştirakçılar və o, eksperiza tədqiqatı üçün qablaşdırılmış sellofan torbanın üstünü və tərtib olunmuş protokolu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 Rəfail oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid4 ifadəsindən görünür ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 07 oktyabr 2023-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nm rəisi polis kapitanı X6, RPŞ-nin NMQ-nm baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X11, RPŞ-nin DYPB-nin inspektorları, X7 və X8 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 07 oktyabr 2023-cü il tarixdə saat 02:00 radələrində tərəfindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran X9 içərisində olduğu ehtimal olunan “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayon Qızqayıt Həsənova küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür, təxminən 10 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində, yerləşən “Görüş” kafesinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən X9 olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlamaqlarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından X12 və avtomobildə olan sonradan şəxsiyyətləri onlara məlum olan Təqsirləndirilən şəxs və sürücü X13 idarə etdiyi “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞnin TB-nin təhqiqatçıları, Mahsun Kərimova və Bəhruz Bayramova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, onlara vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X20 tərəfindən müdafiə olunmasını bildirmişdir. X20 müdafiəçi qismində dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki jaketin sol ön cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içində heroin vardır, ona məxsusdur və onu bu gün Biləsuvar rayonu ərazisində yerdən tapmışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş üzrə şahid Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid3 məhkəməyə təqdim etdiyi ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə şahid Biləsuvar rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid5 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(İİ cild iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər.215); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılarkən əynindəki jaketin ön sol yan cibində bir ədəd bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(İ cild iş vər.222-224); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( İİ cild iş vər.38-39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir.(İİ cild iş vər.80-83); Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair icraatda olan ********* nömrəli cinayət işi DİNin Yevlax RPŞ-nin İstintaq bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsi ilə Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır.(İİ cild iş vər.89-90); Cinəyət işlərinin bir icraatda biləşdiriliməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraata biləşdirilsin, cinayət işinin istintaq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və cinayət işi ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır.(İİ cild iş vər.89-90); Maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 1,323 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(İİ cild iş vər.113-115); Maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 169,90 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(İİ cild iş vər.155-1158); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İİ cild iş vər.161-164); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 598 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür.(İİ cild iş vər.165); Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(İ cild iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər.24-25); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 1 ədəd qırmızı rəngli sellofan torbada bükülünün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq CD disk əlavə olunub).(İ cild iş vər. 28-35 ); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/287 nömrəli rəyindən görünür ki, “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd selefon torbanın içərisindəki, təmiz çəkisi-169-95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 169,95 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 169.90 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır.(İ cild iş vər.42-44); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2024-cü il tarixdən hesablanmışdır.(İcild iş vər.79-83); Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(İ cild iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər.97); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər.108-109); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarı sağ yan cibindən 01 ədəd sellofan bükülünün içərisindəki narkotik vasitə olan pisxotrop maddə metamfrtaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq CD disk əlavə olunub).(İ cild iş vər.113-119); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/840 nömrəli rəyindən görünür ki, “xx.xx.2023-cü il tarixdə Yevlax şəhər şakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” sözlər, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1.373 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi- 1,373 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 1,323 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (İ cild iş vər.124- 126); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(İcild iş vər.153-154); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/912 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdrıldığı zərf...” sözlər və imzalar olan bir ədəd zərfdəki. 1 ədəd bükümdə təmiz çəkisi-1,048 qram olan maddə tiryəkdən kustar üsulla hazırılanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi- 1,048 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,998 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manatdır.(İ cild iş vər.243-244); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də, ona ittiham elan olunmuş cinayət əməlini törətdiyini etiraf edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana qalığı məhv edilməli, “Axtarış və götürmə” əks etdirən 03 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək və 09 dekabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,998 qram heroin, 1.323 qram psixotrop maddə metamfetanin və 169.90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 165 (bir yüz altmış beş) manat 07 (yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar