Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-112/2021 27.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Yevlax rayonu Köyük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Yevlax rayonu Köyük kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə Yevlax rayonu Köyük kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq 09 ədəd çətənə bitkisini əkib, həmin vaxtdan 25.05.2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 25 may 2021-ci il tarixdə saat 12:30 radələrində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Əli Xaqverdiyevin yaşadığı evin həyətyanı sahəsindəki torpaq sahəsinə baxış zamanı həmin tərkibdə narkotik maddə olan, hündürlükləri 14 sm dən 30 sm-dək, ümumi təmiz çəkisi 22,13 qram olmaqla xeyli miqdarda olan çətənə(kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 25 may 2021 -ci il tarixdə saat 13 radələrində yaşadığı Yevlax rayon Köyük kəndində yerləşən evdə olarkən evin həyətinin giriş qapısında onun adının səsləndiyini eşitdiyi üçün çölə çıxmışdır. O, darvazanın yanına getdikdə bir neçə mülki geyimdə və polis formasında olan tanımadığı şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər özlərini ona təqdim etdikdən sonra o, onların polis əməkdaşları olmasını və bif nəfər şəxsin isə aqranom olduğunu bilmişdir. O, polis əməkdaşlarının əkmiş olduğu çətənə bitkisi barədə məlumatlarının olduqları üçün onun evinə gəldiklərini başa düşmüşdür. Onlara yaşadığı evə və həyətyanı sahəyə baxış keçirtməsi üçün razılıq ərizəsi vermişdir. Onlar onun evinin həyətyanı sahəsində yerləşən bağa baxış keçirən zaman onun doqquz ədəd əkib xüsusi qulluq göstərdiyi narkotik xassəli çətənə bitkilərini aşkar etmişdirlər. Onlar həmin bitkiləri kökü ilə birlikdə yerdən çıxartmış və həmin çətənə bitkisini bir ədəd zərfin içərisində qablaşdırmışdılar. O, həmin çətənə bitkilərini 15 aprel 2021 -ci il tarixdə özü təkbaşına əkmiş və təkbaşına qulluq göstərmişdir. Onun yaşadığı evin həyətyanı sahəsindəki bağda tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib-becərməyindən heç kimin məlumatı olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik xassəli çətənə kollarını gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Onun həmin bitkilərdən əldə edəcəyi narkotik vasitələri satmaq niyyəti olmamışdır. O, həmin bitkilərin toxumunu 2020-ci ilin iyul ayında Tərtər rayonu ərazisində yerləşən meşəlikdə mal-qara otaran zaman yabanı halda bitən çətənə kollarından yığaraq saxlamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X3 mübarizə qrupu əməliyyat müvəkkili vəzifəsində işləyən Zeynalov Bəhruz Sərdar oğlu ifadəsində bildirmişdir ki, 25 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olmuş, əməliyyat məlumatının yoxlanılması məqsədilə Yevlax rayon Köyük kəndində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həmin bağ sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər doqquz ədəd bitki kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması barədə sual verdikdə o, həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra onlar X7dan həmin bitkilər barədə məlumat verməsini xahiş etmişdir. X7 bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır, hər birinə ayrıayrılıqda aqrotexniki qaydada qulluq göstərilmiş və onların əkilib-becərilməsi qadağandır. Bundan sonra həmin narkotik tərkibli bitkiyə bənzər doqquz ədəd bitki kolları maddi sübut əhəmiyyəti kəsb etdiyindən kökündən çıxarılmış, ekspertizaya götürülməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 25 may 2021-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Yevlax rayonu Köyük kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsidir. Həyətyanı torpaq sahəsində yerləşəm bir mərtəbəli evin qarşısı ilə gedərək sol hissədə bağ sahəsinə baxışkeçirilmiş və həmin bağ sahəsindən aqrotexniki qaydada qulluq edilib yetişdirilmiş, narkotik tərkibli bitkiyə bənzər 9 ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür. (iş vər.14-16); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 27-28); məhkəmə bioloji ekspertizasının 25.05.2021-ci il tarixli, 17/377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 9 (doqquz) ədəd çətənə kollarına oxşar bitki kolları.” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 14 sm-dən 30 sm-dək, ümumi təmiz çəkiləri- 22,13 qram olan 09 (doqquz) ədəd bitkilər əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X7 tərəfindən verilmiş 25 may 2021-ci il tarixli rəyə əsasən 09 (doqquz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata sərf edildi 0,45 qram (hər bitkilərdən 0,50 qram) qalıq-21,68 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 39-40); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 68-69); maddi sübut kimi tanınma haqqında 28.05.2021-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalmış 21,68 qram miqdarında narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 75); məhkəmə narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 720 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 116 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər. 76); Yevlax şəhər İcra Hakmiyyəti Başçının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.82). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekteriza olunmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 may 2020-ci il tarixdən 27 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 21,68 qram miqdarında narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-112/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-112/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver