Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-112/2022 24.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, qapalı məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin oktyabr ayının axırlarında istintaqla dəqiq müəyyən edilməyən gündə gecə saatlarında Yevlax rayonunun Nemətabad kəndində X1 məxsus yaşadıqları fermada olan yaşayış sahəsindəki yataq otağında ər-arvad münasibətində birlikdə yaşadığı və maddi cəhətdən ondan asılı olan Zərərçəkmiş şəxs1 qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmaq istədiyini təklif edib, sonuncunun bundan imtina etməsinə dair cavabını aldıqdan sonra Zərərçəkmiş şəxs1 onunla ər-arvad münasibətində yaşadığından maddi asılılığından istifadə etməklə və əşyalarını məhv edəcəyi və götürəcəyi ilə hədələməklə qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməyə məcbur etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməsə sonuncuya məxsus müxtəlif əşyalarını yandırmaqla məhv edəcəyini və götürüb qaytarmayacağını deməklə hədələyərək Zərərçəkmiş şəxs1 ilə könüllü razılığı ilə qeyri-təbii, yəni anal yolla bir dəfə cinsi əlaqədə olmaqla onu seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 ilə könüllü razılığına əsasən bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan 3-4 gün sonra istintaqla dəqiq müəyyən edilməyən gündə gecə saatlarında həmin fermada olan yaşayış sahəsindəki yataq otağında Zərərçəkmiş şəxs1 ilə əvvəl bir dəfə qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmasından xoşlanaraq sonuncu ilə yenidən qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmaq istədiyini Zərərçəkmiş şəxs1 təklif edib, sonuncunun bundan imtina etməsinə dair cavabını aldıqdan sonra Zərərçəkmiş şəxs1 ondan ər-arvad münasibətində yaşadığından maddi asılılığından istifadə etməklə və əşyalarını məhv edəcəyi və götürəcəyi ilə hədələməklə qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməyə məcbur etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməsə sonuncuya məxsus müxtəlif əşyalarını yandırmaqla məhv edəcəyini və götürüb qaytarmayacağını deməklə hədələyərək Zərərçəkmiş şəxs1 könüllü razılığı ilə onunla bir dəfə anal yolla bir dəfə cinsi əlaqədə olmaqla onu təkrar seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən ər-arvad münasibətində birlikdə yaşadığı və maddi cəhətdən ondan asılı olan və həmin vaxtı hamilə vəziyyətində olduğunu bildiyi Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə gecə saatlarında kirayədə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə əvvəllər Zərərçəkmiş şəxs1 razılığı ilə əvvəllər qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmasından xoşlanaraq sonuncu ilə yenidən qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmaq istədiyini təklif edib, Zərərçəkmiş şəxs1 bundan imtina etməsinə dair cavabını aldıqdan sonra sonuncunun ondan ər-arvad münasibətində yaşadığından maddi asılılığından istifadə etməklə və əşyalarını məhv edəcəyi və götürəcəyi ilə hədələməklə qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməyə məcbur etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onunla yenidən qeyri-təbii, yəni anal yolla cinsi əlaqəyə girməsə sonuncuya məxsus müxtəlif əşyalarını yandırmaqla məhv edəcəyini və götürüb qaytarmayacağını deməklə hədələyərək həmin vaxtı hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs1 təkrar seksual xarakterli hərəkətlərə məcbur etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, evlidir, Şahid4 ilə 2004-cü ildən rəsmi nikahda olmaqla birgə nikahlarından 2 övladları var. Zərərçəkmiş şəxs1 onun yaşadığı Aran qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs1 valideynləri ilə əvvəllər yaxşı münasibətləri olmuş, onların evlərində ara-sıra olmuşdur. Zərərçəkmiş şəxs1 ilə münasibətləri yaranmış, biri-birilərini sevmişlər. Aysel qarşılıqlı istəkləri olduğu üçün Ayselin razılığı ilə, hətta onun istəyi ilə ilk dəfə onunla 2020-ci ilin mart ayında onun yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən evlərində təbii yolla cinsi əlaqədə olmuşlar. 2020-ci ilin sentyabr ayında evlənmək məqsədi ilə Aysellə birlikdə qaçaraq Yevlax rayonunun Nemətabad kəndində Nizami adlı şəxsin fermasında faktiki nikah münasibətlərində yaşamağa başlamışlar. Aysel həmin zaman heç yerdə işləməmiş və maddi cəhətdən yalnız ondan asılı olmuşdur. Həmin fermada yaşayan zaman, 2020-ci ilin oktyabr ayında, Ayselə anal yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Lakin, Aysel buna qəti olaraq etiraz etmişdir. Ayseli buna məcbur etmək məqsədi ilə hədələmiş və ona bildirmişdir ki, əks təqdirdə ona məxsus bütün geyim əşyalarını yandıracaq, yandıra bilmədiyini isə əlindən alacaq, onun özünü isə atasının evinə göndərəcəkdir. Bundan sonra Aysel buna razılıq vermişdir. 3-4 gün keçdikdən sonra, həmin fermada yaşayan zaman, yenə də Ayselə eyni təklifi etmişdir. Aysel bunu ağrılı olduğunu bildirib yenə imtina etməyə başlamışdır. Lakin, yenə də eyni hədələri işlədib onu buna məcbur etmişdir. Daha sonra isə, təxminən 2021-ci il ilin may ayında həmin fermadan çıxaraq Yevlax şəhərində, Q.Əşrəfbəy küçəsində kirayəyə ev tutmuş və Aysellə orada yaşamışlar. Həmin ayın əvvəllərində qeyd edilən ünvanda yenə də qeyd etdiyi hədələri işlətməklə Ayseli buna məcbur etmişdir. Əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı övladının olduğunu qeyd edərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun valideynləri ilə dostluq münasibətlərində olmuş və onların evində tez tez qonaq olmuşdur. 2020-ci ilin mart ayının sonlarında evdə tək olan zaman Ramil onlara gəlmiş və bildirmişdir ki, ailəsindən ayrılmışdır və onunla ailə qurmaq istəyir. Ramil vəd etmişdir ki, ailə qurandan sonra özlərinin ayrıca evləri də olacaqdır. Ramil ona yaxınlaşıb onunla cinsi əlaqədə olmaq istədıkdə ona bildirmişdir ki, qız uşağıdır və buna razı deyil. Lakin, Ramil buna əhəmiyyət verməmiş həmin gün onunla cinsi əlaqədə olmuş və daha sonra isə hədələmişdir ki, bu barədə kimsəyə söyləməsin. Bu hadisədən utandığı üçün heç kimə bu barədə söyləməmişdir. Bundan sonra Ramillə müxtəlif yerlərdə bir neçə dəfə görüşmüşdür. 2020-ci ilin sentyabr ayının xatırlamadığı günündə Ramil onun yaşadığı evə gələrək və onu evdən qaçırıb ilk öncə Tərtər rayonuna aparmışdır. Bundan sonra valideynləri Yevlax Rayon Polis Şöbəsinə şikayət etmişlər. Lakin, Ramilin hədələri nəticəsində ümumi razılığa gəldikləri üçün şikayəti geri götürmüşlər. Bundan sonra bir neçə ay Ramillə birlikdə Yevlax rayonu, Nemətabad kəndində yerləşən fermada yaşayıblar. 2020-ci ilin oktyabr ayında Ramil ona anal yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin, ona etirazını bildirmiş və bundan imtina etmişdir. Ramil onu hədələmişdir ki, bunu etməsə onun paltarlarını yandıracaq və onu valideynlərinin evinə göndərəcəkdir. Ondan maddi cəhətdən də asılı olduğu üçün buna razılıq vermişdir. Bundan bir neçə gün sonra Ramil yenə də onunla həmin qaydada olmaq istədiyini bildirmişdir. Razı olmadığını ona bidirdikdə yenə də onu hədələmiş və o, buna məcbur olmuşdur. Bir müddət sonra Ramil Yevlax şəhərində kirayəyə ev tutmuş və orada birlikdə yaşamışlar. 2021-ci ilin may ayında yaşadıqları kirayə evdə Ramil yenə ona qarşı hədələr işlədərək eyni qayda ilə onunla cinsi əlaqədə olmuşdur. Ramillə barışmışdır, cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Təqsirləndirilən şəxslə ailəvi münasibətləri olmuş və sonuncu, əvvəllər mütəmadi olaraq onların evinə qonaq olaraq gəlmişdir. 2020-ci ilin sentyabr ayında qızı Ayselin ona məxsus mobil telefonla başqa şəxslə danışdığını eşitmiş və təkidlə soruşduqda Aysel bildirmişdir ki, Ramillə danışır. Ayselə Ramilin evli olduğunu, 2 uşağının olduğunu söyləmiş və ona aldadacağını bildimrişdir. 2020-ci ilin sentyabr ayında işdən evə qayıtdıqda Ayselin evdə olmadığını görmüş, Ramilin ona qarşı hər hansı pis bir hərəkət edəcəyindən şübhələnərək Ramilə zəng etmişdir. Ramil bildirmişdir ki, Ayseli atası Şahid2 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən evinə aparacaq. Əri ilə gedib Ayseli onlardan götürüb evə gətirmişlər. Lakin, bir müddət sonra 2020-ci ilin sentyabr ayının sonlarında Ayselin Ramillə birlikdə getdiyini anlamış və bu barədə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etdikdən 3 gün sonra Aysel Yevlax RPŞ-yə gətirilmiş və Ramil ilə könüllü olaraq öz istəyi ilə ailə qurmaq məqsədi ilə qaçdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Ayselin Ramildən 1 qız övladı olmuşdur. 2021-ci ilin iyul ayında X3 rayonu, Hacı Qərvənd kəndində müvəqqəti yaşadıqları evdə qoyaraq getmişdir. Daha sonra da o, məcbur qalaraq qızı Ayseli həmin ünvandan götürüb, Yevlax rayonu Aran qəsəbəsində yerləşən öz evinə gətirmişdir. Həmin vaxtdan qızı onunla birgə yaşayır. Aysel artıq Ramillə barışmışdır. Şahid1 oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Elmi–Təcrübi və Tədris Birliyinin 11 yanvar 2022-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində onun travma almasını göstərən obyektiv-məhkəmə tibbi əlamətləri (qançır, sıyrıq, şışkinlik və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs1 düz bağırsağında cırılmış yara olmuşdur. Bu xəsarət küt alətin, o cümlədən ereksiya vəziyyətində olan (gərginləşmiş) kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində əmələ gəlmişdir.(cild İ, səh. 86-87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin16 fevral 2022-ci il tarixli 32 aylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq öz fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqası ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafi nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs1 qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixiemosianal halda olmuşdur. Zərərçəkmiş şəxs1 özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosianal halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 psixoloji vəziyyətində hər hansı bir dəyişiklik aşkar edilmədi. Zərərçəkmiş şəxs1 əqli inkişafinda psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 psixi inkişafını nəzərə alaraq, onun yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyilli deyildir. (cild İ, səh.194-196) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə, yəni əmlakının məhv edilməsi, zədələnməsi hədəsi ilə, zərər çəkmiş şəxsin maddi asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, seksual xarakterli digər hərəkətlərə məcbur etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı 13 mart 2022-ci il tarixdən hesablanmalı, şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 16 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 13 mart 2022-ci il tarixdən hesablansın . Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-112/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-112/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver