Məhkəmə qərarları › İş №1(039)-112/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-112/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-112/2023 22.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu Maarif kəndində qeydiyyada olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonu Aran qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində saxlanılıb, həmin gün saat 03:40-dən 04:10-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 5,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, bəzən yabanı halda bitmiş narkotik vastə olan marixuanadan yığıb istifadə edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində fəhlə işləmək üçün Gədəbəy rayonundan avtobusa minərək yola çıxmış, Yevlax rayonu Aran qəsəbəsinə çatarkən evdən ona zəng edilərək uşağı xəstələndiyindən geri qayıtması bildirilmiş, buna görə avtobus sürücüsündən avtobusu saxlamasını istəmişdir. O, avtobusdan düşərək Gədəbəy rayonuna qayıtmaq üçün yolun əks istiqamətinə keçmiş, yolun kənarında geri qayıtmaq üçün maşın gözləmiş, həmin vaxt yəni - 03 mart 2023-cü il tarixdə saat 03:00 radələrində yolun kənarından bir ədəd kağıza bükülmüş bükülü tapmış, bükülünü açıb içərisinə baxarkən içərisində 1 ədəd kirit qutusu olduğunu və kibrit qutusunu açıb içərisinə baxarkən, içərisində marixuana olduğunu görmüş və marixuananı gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Az sonra ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Onlar polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu tanımış və o, üstündə narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində onun razılığı ilə video çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda marixuananı təqdim etmişdir. O, özü də həmin kütlənin narkotik vasitə olduğunu və həmin gün yolun kənarından tapdığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə götürülüb tərəzidə çəkilmiş və sonra bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. O, narkotik vasitə qəbul etsə də, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 Vaqf oğlu ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı İsmayıl Cəfərzadənin 03 mart 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Gədəbəy rayonu Maarif kəndində yaşayan Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun təkcə Yevlax rayonu Aran qəsəbəsində yolun kənarında dayanması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə saat 03 radələrində Aran qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs yolun Gəncə şəhər istiqamətində yolun kənarında dayandığını görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Eşqinin özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra video çəkilişlə Eşqinin üstünə baxış keçirmişdir. Baxış zamanı Eşqin əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Kibrit qutusuna baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Eşqin kibrit qutusunda olan kütlənin marixuana olduğu, həmin marixuananı 03 mart 2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsindən tapdığını və istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmin kibrit qutusunda olan marixuanaya oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon X2 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı İsmayıl Cəfərzadənin 03 mart 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Gədəbəy rayonu Maarif kəndində yaşayan Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun təkcə Yevlax rayonu Aran qəsəbəsində yolun kənarında dayanması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin NMQ-nin əməliyyat müvəkkül Şahid1 ilə birlikdə saat 03 radələrində Aran qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs yolun Gəncə şəhər istiqamətində yolun kənarında dayandığını görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Eşqinin özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra video çəkilişlə Eşqinin üstünə baxış keçirmişdir. Baxış zamanı Eşqin əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Kibrit qutusuna baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Eşqin kibrit qutusunda olan kütlənin marixuana olduğu, həmin marixuananı 03 mart 2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsindən tapdığını və istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmin kibrit qutusunda olan marixuanaya oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı həmin tarixdə saat 03:00-da məhdudlaşdırılmışdır.(iş vər. 22-23); Şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda içərisində narkotik maddə olan qurudulmuş halda marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-33); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 17/232 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi-5.11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulls hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 5,11 qram tədqiqata sərf edildi- 0,02 qram, qalıq-5,09 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır. (iş vər.41-42); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 16.50-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 62-63); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 5,09 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 5,09 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.67); AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Fidan, xx.xx.2016-cı il təvəllüdlü Qönçə və xx.xx.2019-cu il təvəllüdlü Hüseyn adlı uşaqları var. ( iş vər.88) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.92); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər.95); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağını olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 04 mart 2022-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Gədəbəy rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -5,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar