Məhkəmə qərarları › İş №1(039)-112/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-112/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-112/2025 02.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyev Ülkər Elman qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 10, mənzil 18-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 11 iyun 2025-ci il tarixdə saat 11:00 radələrində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxil olan bir bükümdə təmiz çəkisi 7,18 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış, 12 iyun 2025-ci il tarixdə Bakı şəhərindən Yexlax şəhərinə daşımış, 12 iyun 2025-ci il tarixdə, saat 19:04 radələrində həmin ünvanda Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş, ağ rəngli, xeyli miqdarda təmiz çəkisi 7,18 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhərində olan zaman sosial şəbəkədə tanış olduğu adını bilmədiyi özünü iran islam respublikasının vətəndaşı kimi təqdim edən şəxsin kart hesabına onlayn qaydada 35 manat ödəniş etmiş və əvəzində öz istifadəsi məqsədilə 1 ədəd şəffaf sellofan bükülüdə olan qurudulmuş marixuananı Bakı şəhəri Binəqədi rayonu ərazisində olan All marketin yanındakı su durbasının altına qoymuş olduğu yerdən gedib götürmüş və öz istifadəsi üçün öz üzərində saxlamışdır. O, xx.xx.2025-ci il tarixdə yaşadığı Naftalan şəhərinə gedərkən Yevlax şəhərində Nizami prospektində mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərinin yoxlanılmalı olmasını demişlər. O, əmrə tabe olaraq üstünün yoxlanılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş marixuana onun özünə məxsusdur. O, narkotik vasitə istifadəçisidir və istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitəni satmaq kimi niyyəti olmamışdır. Hazırda əməlindən peşman olduğunu və ailə vəziyyətini, anasının xəstə olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradıldılmış və Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Həmin gün saat 19:04 radələrində Yevlax şəhəri, Nizami prospektində piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Onun, Yevlax RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 və Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmış və Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Həmin gün saat 19:04 radələrində Yevlax şəhəri, Nizami prospektində piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, o, taksi fəalliyyəti ilə məşğuldur. xx.xx.2025-ci il tarixində Bakıdan Naftalan şəhərinə gedərkən tanışı Təqsirləndirilən şəxs də onunla olmuşdur. Yevlax şəhərində mülki geyimdə olan, sonradan polis əməkdaşları olduğunu bildiyi 3 şəxs onları saxlamış, video çəkilişlə həm onun, həm Ruslanın üzərini yoxlamışlar. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü üçün saxladığını, heç kimə satmadığını bildirmişdir. Onun üzərində heçnə aşkar olunmamış, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə olmasından xəbərsiz olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffa rəngli sellofana bükülmüş olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (müvafiq CD disk əlavə olunub)( i.v.09-10); Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur (i.v.11); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə və iştirakçılar yazılmış zərfdən 1 (bir) ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub).(iş vər. 17-19); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 19:04-də məhdudlaşdırılmışdır. (iş vər.28-29); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub).(iş vər. 36-44); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/429 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə......” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-7,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın tədqiqata sərf edildi - 0,05 qram, qalıq-7,13 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır (iş vər. 50-53); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmışdır.(iş vər.90-94); Maddi sübut kimi tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 7,13 qram olan narkotik vasitə qurudulmuş marixana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.100-101); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 85-ci maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmiş, Naftalan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Naftalan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 12 gün müddəti çəkilmədən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası artırılaraq 2 il təyin edilmiş, CM 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vər.114-115); Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər.120-131); Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bildindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci il maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 iki il müddətinə artırılsın, CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 2 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır(iş vər.133-138); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.161); Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqsirləndirilən şəxsə üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən cibindən 1 ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddələri çıxararaq təqdim edir. Təqsirləndirilən şəxsə üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu təqdim etdiyi kütlənin narkotik vasitəyə bənzər maddə olduğunu bildirir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilməsi, qablaşdırılması, möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müəyyən olur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən qurudulmuş halda təmiz çəkisi 5 qram olan narkotik vasitə marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1- ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 55 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 7,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 55 manat məbləğində vəsait Müdafiəçi işlədiyi Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar