Məhkəmə qərarları › İş №1(039)-113/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-113/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-113/2020 27.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X7 nümayəndəsi X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarının sahilinə gələrək 1 ədəd rezin kombinezondan istifadə etməklə bir qədər Mingəçevir su anbarının içərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş jilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd toru quraraq xx xxxx 2020-ci il tarixdə saat 07:30-dək olan müddət ərzində ayrıayrılıqda vurduğu ziyanın məbləği hər biri 33 manat təşkil edən 7 ədəd şamayı, hər biri 33 manat təşkil edən 7 ədəd sıf və hərbiri 11 manat təşkiledən 51 ədəd külmə balığını xeyli miqdarda, yəni 1023 manat ziyan vurmaqla qanunsuz tutmuş və xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində qurmuş olduğu torların vasitəsi ilə qanunsuz tutduğu balıqları sahilə çıxararkən X12 X8 polis məntəqəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X7 əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd tor, 7 ədəd şamayı, 7 ədəd sıf və 51 ədəd külmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Yevlax rayonu Xanabad kəndi istiqamətində Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarının sahilinə getmiş, orada 1 ədəd rezin kombinezondan istifadə edərək Mingəçevir su anbarına girib özünə məxsus jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suda səpib evə qayıtmışdır. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə, saat 06:00 radələrində yenidən Yevlax rayonu, Xanabad kəndi istiqamətində Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarının sahilinə, torları səpdiyi yerə gedərək 1 ədəd rezin kombinezondan istifadə edib suya girmişdir. Torları tutduğu balıqlarla birlikdə yığarkən tora xeyli sayda balıq düşdüyünü görmüşdür. Torları da tutduğu balıqlarla birlikdə götürüb sahilə çıxan zaman X12 X8 polis məntəqəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X7 əməkdaşları onu saxlamışlar. Həmin əməkdaşlar balıq tutmaq üçün icazəsinin olub-olmadığını soruşduqda o, onlara icazəsinin olmadığını, ailəsi dolandırmaq üçün bu işlə məşğul olduğunu bildirmişdir. Sonra onun iştirakı ilə balıqlar sayılmış, növləri müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, mülki iddianı təmin edilməsinə etiraz etmədiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi X2 mülki iddianı müdafiə etdiyini, vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini bildirərək, məhkəmədən mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 X8 polis məntəqəsinin polis nəfəri vəzifəsində işləyən Şahid2 Fidail oğlu ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə X12 X8 polis məntəqəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X7 əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən saat 07:30 radələrində Yevlax rayonu Xanabad kəndi istiqamətində Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarından torla balıq tutmaqla məşğul olan, şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs görüb saxlamışlar, yoxlama zamanı sonuncudan 1 ədəd rezin kombinezon, 2 ədəd tor, 7 ədəd şamayı, 7 ədəd sıf və 51 ədəd külmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə qanunsuz balıq ovladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 X8 polis məntəqəsinin polis nəfərləri Şahid4 və Şahid3 Şahid2 Fidail oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Xanabad kəndi ərazisində Kür çayından qarmaqla balıq tutarkən polis əməkdaşları onu qanunsuz balıq tutanlara qarşı keçirilən tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 07:30 radələrində polis əməkdaşları Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarından torla balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs görüb saxlamışlar, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 2 ədəd tor, 7 ədəd şamayı, 7 ədəd sıf və 51 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 07:30 radələrində X12 X8 polis məntəqəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X7 əməkdaşları birlikdə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirlər zamanı Yevlax rayonu Xanabad kəndi istiqamətində Xanabad körfəzi adlandırılan yerdə Mingəçevir su anbarından şəxsiyyəti sonrada müəyyən edilmiş xx.xx.1990-cı il təvəllüdlü, Yevlax rayonu Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs torla balıq tutduğunu müəyyən edərərək, ondan 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd tor, 7 ədəd şamayı, 7 ədəd sıf və 51 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür.(iş vər. 5) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X7 xx xxxx 2020-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş7 ədəd şamayı, 7 ədəd sıf və 51 ədəd külmə balıqlarının qanunsuz tutulması nəticəsində balıq ehtiyatlarına vurulan ziyan- 7 ədəd şamayı balığına görə: 33 manat* 7 ədəd=231 manat; 7 ədəd sıf balığına görə: 33 manat* 7 ədəd=231 manat; 51 ədəd külmə balığına görə: 11 manat* 51 ədəd=561 manat, cəmi 1023 manat(231+231+561) təşkil edir.(iş vər.19); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələri və ovladığı balıqlar maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx xxxx 2020-ci il tarixli qaimə-faktura ilə “HABACO AG” müəssisəsinə məxsus balıq mağazasına təhvil verilmiş, 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd tor saxlanılması üçün X12 X8 polis məntəqəsinə təhvil verilmişdir.(iş vər. 34); xx.xx.2020-ci il tarixli AİÜ seriyalı, 466520 nömrəli qaimə-fakturadan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz ovladığı balıqlar“HABACO AG” müəssisəsinə 1 (bir) manat, 75 (yetmiş beş) qəpiyə satılmışdır.( iş vər. 10); Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx xxxx 2020-ci il tarixli 21/140 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. (iş vər.23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 35); Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş AZ-İV seriyalı 209001 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Əkbər adlı uşağı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verənşahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4), törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi iləəlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Kərimov X6 Məcəlləsinin 256.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, işüzrə maddi sübut kimi tanınan balıqların satılması nəzərə alınmalı və cinayət törədilərkən istifadə edilmiş alət və vasitələr əvəsiz olaraq dövlət nəfinə müsadirə olunmalı (CPM-132), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaqla mülki iddiaçıya 1023 manat ziyan vurduğu öz təsdiqini tapdığından verilmiş mülki iddia qismən, yəni balıqların satışından əldə olunmuş 01 manat 75 qəpik vurulmuş ziyanın məbləğindən çıxılaraq 1021 manat, 25 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X10 ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələri ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan balıqların satılması nəzərə alınsın, cinayət törədilərkən istifadə edilmiş və X12 X8 polis məntəqəsində saxlanılan alət və vasitələr- 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd tor əvəsiz olaraq dövlət nəfinə müsadirə olunsun. Mülki iddia qismən təmin edilsin, 1021 (bir min iyirmi bir) manat, 25 (iyirmi beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulubAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X7 hesabına (VÖEN:********** Hesab AZ 50CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 ibtidai istintaqda göstərdiyi 6 (altı) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11, 60 (atmış) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar