Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-113/2022 30.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində 10 dekabr 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 140-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağ olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, barəsində 10 dekabr 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 133-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 149-da yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə cinayət işinə 30 avqust 2022-ci il tarixdə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri Vaqif küçəsi 121 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus bir ədəd 80 manat dəyərində “MARQUİS MKP62” markalı su mühərrikini, bir ədəd 80 manat dəyərində “MARQUİS” markalı su nasosunu (gidrofor), hər biri ayrı-ayrılıqda 3 metr olmaqla cəmi 18 metr uzunluqda, cəmi 50 manat dəyərində altı ədəd isidicinin mis materialdan olan elektrik naqillərini, hər biri ayrı-ayrılıqda 40 manat, cəmi 80 manat dəyərində iki ədəd kondisionerlərin mis materialdan olan borularını və naqillərini, 30 manat dəyərində hamam duşunun bir ədəd su krantını, hər biri ayrı-ayrılıqda 90 manat, cəmi 180 manat dəyərində iki ədəd samovarın mis kranlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus tikintisi davam etdirilən Yevlax şəhəri, Vaqif küçəsi, 89 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, yaşayış sahəsi hesab edilən evə qapıdan daxil olmaqla sonuncuya məxsus bir metri 1 manat olan 700 metr uzunluqda “H07V-K 1x6.0 mm2” markalı mis materialdan olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə, saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Yevlax şəhəri, Vaqif küçəsi, 66 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə yerləşən hamam otağından sonuncuya məxsus 270 manat dəyərində bir ədəd “Apple FRESH FWM 673-07” markalı paltaryuyan maşını, bir ədəd 15 manat dəyərində 08 litr su tutumuna malik dəmir materialdan olan vedrəni, bir ədəd 10 manat dəyərində 15 litr su tutumuna malik plastik materialdan olan vannanı, 10 manat dəyərində “Ariel” markalı yuyucu tozu, hər birinin ayrı-ayrılıqda qiyməti 1 manat olan cəmi 5 manat dəyərində 5 ədəd “Gilet” markalı üz qırxanı, daha sonra evin zirzəmisindən 230 manat dəyərində bir ədəd “İnterskol P-32” markalı perforatoru, 40 manat dəyərində bir ədəd “Zubr ZD-420” markalı dreli, 23 manat dəyərində bir ədəd fənəri gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 603 (altı yüz üç) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, Vaqif küçəsi, 121 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus bir ədəd 80 manat dəyərində “MARQUİS MKP62” markalı su mühərrikini, bir ədəd 80 manat dəyərində “MARQUİS” markalı su nasosunu (gidrofor), hər biri ayrı-ayrılıqda 3 metr olmaqla cəmi 18 metr uzunluqda, cəmi 50 manat dəyərində altı ədəd isidicinin mis materialdan olan elektrik naqillərini, hər biri ayrı-ayrılıqda 40 manat, cəmi 80 manat dəyərində iki ədəd kondisionerlərin mis materialdan olan borularını və naqillərini, 30 manat dəyərində hamam duşunun bir ədəd su krantını, hər biri ayrı-ayrılıqda 90 manat, cəmi 180 manat dəyərində iki ədəd samovarın mis kranlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus tikintisi davam etdirilən Yevlax şəhəri, Vaqif küçəsi, 89 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, yaşayış sahəsi hesab edilən evə qapıdan daxil olmaqla sonuncuya məxsus bir metri 1 manat olan 700 metr uzunluqda “H07V-K 1x6.0 mm2” markalı mis materialdan olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə, saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Yevlax şəhəri, Vaqif küçəsi, 66 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə yerləşən hamam otağından sonuncuya məxsus 270 manat dəyərində bir ədəd “Apple FRESH FWM 673-07” markalı paltaryuyan maşını, bir ədəd 15 manat dəyərində 08 litr su tutumuna malik dəmir materialdan olan vedrəni, bir ədəd 10 manat dəyərində 15 litr su tutumuna malik plastik materialdan olan vannanı, 10 manat dəyərində “Ariel” markalı yuyucu tozu, hər birinin ayrı-ayrılıqda qiyməti 1 manat olan cəmi 5 manat dəyərində 5 ədəd “Gilet” markalı üz qırxanı, daha sonra evin zirzəmisindən 230 manat dəyərində bir ədəd “İnterskol P-32” markalı perforatoru, 40 manat dəyərində bir ədəd “Zubr ZD-420” markalı dreli, 23 manat dəyərində bir ədəd fənəri gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 603 (altı yüz üç) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının sonlarında xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Yevlax şəhərində olarkən maddi çətinlikləri olmasından söhbət etmişdir. Pul qazanmadıqları və ailələrini dolandıra bilmədikləri barədə danışmışlar. Həmin vaxt İbrahimə Yevlax şəhərində yerləşən sahibsiz həyət evlərinə daxil olmağı və həmin evlərdən 500-600 manat dəyərində ev əşyaları və müxtəlif əşyalar oğurlayıb satmağı, əldə etdikləri pulla ailələrinin tələbatını ödəməyi təklif etmişdir. İbrahim onunla birlikdə oğurluq etməyə razılıq vermişdir. 27 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində İbrahimlə birlikdə Yevlax şəhəri, Vaqif küçəsində yaşayan mərhum nənəsi İmarətin qonşuluğunda yerləşən yaşayış olmayan ikimərtəbəli həyət evinin yaxınlığına getmişlər. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Ətrafa baxmış və heç kimin olmadığını görüb İbrahimlə birlikdə mərhum nənəsi İmarətin həyətindən qeyd etdiyi həyət evinin hasarına yaxınlaşmışlar. İbrahim ilə birlikdə həmin hasarın üstünə çıxıb həyətə düşmüşlər. Həyətdə heç kim olmamış və evin işıqları sönülü vəziyyətdə olduğu üçün evdə heç kimin olmadığını yəqin etmişlər. Bundan sonra İbrahimlə birlikdə evə yaxınlaşıb pəncərədən evə daxil olmuşlar. Evdə müxtəlif əşyalar olmuşdur. İbrahimlə birlikdə evdən, sonra isə həyətdən bir ədəd su nasosu, bir ədəd hidrofor, isidicinin elektrik naqillərini, kondisionerin mis borularını və naqillərini, hamam duşunun su kranını və iki ədəd samovarların mis kranlarını götürərək həmin ünvandan çıxmışlar. İbrahim həmin əşyaların hamısını yaşadığı ünvanda gizlətmiş, ertəsi gün səhər saatlarında İbrahimlə birlikdə oğurladıqları əşyaların hamısını aparıb 52 manata qonşusu olan “Memi” ləqəbli Şahid2 satmışlar. Həmin pulun 26 manatını özü, 26 manatını isə İbrahim götürmüşdür. Payına düşən 26 manat pulla ailə üzvlərinə ərzaq və özünə siqaret almışdır. İkinci dəfə İbrahimlə birlikdə 29 noyabr 2021-ci il tarixdə saat 22 radələrində oğurluq etmişlər. Belə ki, həmin vaxt İbrahimlə birlikdə Yevlax şəhəri, Vaqif küçəsində yerləşən tikintisi davam etdirilən bir həyət evinə daxil olmuşlar. Həmin evdə yaşayış olmamış və evin hasarına mis kabellərin çəkildiyini görmüşlər. Həmin kabelləri oğurlamağı qərara almışlar. İbrahimlə birlikdə mis kabellərin hamısını sökərək topa halında düzəltmişlər. Sonra həmin oğurladıqları kabellərin rezin hissəsini birlikdə yandırmışlar və misini əzib toplamışlar. Misin çəkisi təxminən 3 kiloqram olmuşdur. Səhəri gün İbrahimlə birlikdə misi aparıb “Memi” ləqəbli Şahid2 30 manata satmışlar. Həmin pulun 15 manatını özü, 15 manatını isə İbrahim götürmüşdür. Payına düşən 15 manat pulla özünə siqaret, su almış və digər tələbatlarına xərcləmişdir. İbrahimlə birlikdə sonuncu dəfə 07 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Yevlax şəhəri, Vaqif küçəsində yerləşən həyət evindən oğurluq etmişlər. Həmin vaxt İbrahimlə birlikdə sahibini tanımadığı bir evin həyətinə hasardan aşmaqla daxil olub həmin həyətdən bir ədəd paltaryuyan maşın, bir ədəd preforator, bir ədəd drel, bir ədəd fənər, bir ədəd banka, bir ədəd vedrə, bir ədəd yuyucu toz, beş ədəd üzqırxan götürüb həmin ünvanı tərk etmişlər. Oğurladıqları fənəri, bankanı, vedrəni, yuyucu tozu və üzqırxanları zibilxanaya atmışlar. Ertəsi gün İbrahimlə birlikdə paltaryuyan maşını dayısı X6 12 manata satmışlar. Bir ədəd preforatoru və bir ədəd direli “Memi” ləqəbli Şahid2 16 manata satmışlar. Əldə etdikləri 28 manat pulun 14 manatını özü, qalan 14 manatını İbrahim götürmüşdür. 08 dekabr 2021-ci il tarixdə Yevlax şəhərində olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər və üç evdən oğurluq etdiyini polis əməkdaşlarına etiraf etmişdir. Nə dayısı Kirmanın nə də ki, İmamverdinin onlara satdıqları əşyaların cinayət yolu ilə əldə olunması barədə məlumatları olmamışdır. Paltaryuyan maşını dayısı Kirmana satdıqları zaman həmin maşını bir nəfər şəxsin ona olan pul borcunun əvəzində verdiyini, digər əşyaları İmamverdiyə satdıqları zaman zibillikdən yığdıqlarını demişlər. Məhkəmədən son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X8 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının sonlarında xalası oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Yevlax şəhərində olarkən maddi çətinlikləri olmasından söhbət etmiş, Kamil pul qazanmadıqlarını və ailələrini dolandıra bilmədiklərini bildirmiş, həmin vaxt Kamil ona Yevlax şəhərində yerləşən sahibsiz həyət evlərinə daxil olmağı və həmin evlərdən 500-600 manat dəyərində ev əşyaları oğurlayıb satmağı, əldə etdikləri pulla ailələrinin tələbatını ödəməyi təklif etmiş və o, Kamillə birlikdə oğurluq etməyə razılıq vermişdir. 27 noyabr 2021-ci il tarixdə 22 radələrində Kamil onu Yevlax şəhəri, Vaqif küçəsində yaşayan mərhum nənəsi İmarətin qonşuluğunda yerləşən yaşayış olmayan iki mərtəbəli həyət evinin yaxınlığına aparmışdır. Kamil həmin evin kimə məxsus olduğunu bilmədiyini və həmin evdən oğurluq edəcəklərini demişdir. Ətrafa baxıb heç kimin olmadığını görüb Kamillə İmarətin həyətindən keçib oğurluq edəcəkləri evin hasarına yaxınlaşmışlar. Kamillə birlikdə həmin hasarın üstünə çıxaraq həyətə düşmüşlər. Evin işıqları sönülü vəziyyətdə olduğu üçün evdə heç kimin olmadığını yəqin etmişlər. Bundan sonra Kamillə birlikdə evə yaxınlaşaraq pəncərədən evə daxil olub pilləkənlə ikinci mərtəbəyə çıxmışlar. Evdə müxtəlif əşyalar olmuşdur. Kamillə birlikdə evdən, sonra isə həyətdən bir ədəd su nasosu, bir ədəd hidrofor, isidicinin elektrik naqillərini, kondisionerin mis borularını və naqillərini, hamam duşunun su kranını və iki ədəd samovarların mis kranlarını götürərək həmin ünvandan çıxıb Kamillə birlikdə həmin əşyaların hamısını onun yaşadığı ünvana aparıb gizlətmişlər. Ertəsi gün səhər saatlarında Kamillə birlikdə oğurladıqları əşyaların hamısını aparıb 52 manata “Memi” ləqəbli İmamverdi adlı şəxsə satmışlar. Həmin pulun 26 manatını özü, 26 manatını isə Kamil götürmüşdür. Payına düşən 26 manat pulla ailə üzvlərinə ərzaq, özünə siqaret almış və pulun hamısını xərcləmişdir. İkinci dəfə Kamillə birlikdə 29 noyabr 2021-ci il tarixdə saat 22 radələrində oğurluq etmişdir. Belə ki, həmin vaxt Kamillə birlikdə Yevlax şəhəri, Vaqif küçəsində yerləşən tikintisi davam etdirilməklə yaşayış olmayan həyət evinə daxil olmuşlar. Evin hasarına mis kabellər çəkilmiş, həmin kabelləri oğurlamağı qərara almışlar. Kamillə birlikdə mis kabellərin hamısını sökərək topa halında düzəldib götürüb həmin ünvanı tərk etmişlər. Mis kabelləri Kamilin yaşadığı evin yaxınlığına aparıb rezin hissəsini yandırmış, misini isə əzib toplamış və çəkisi təxminən 3 kiloqram olmuşdur. Ertəsi gün Kamillə birlikdə misi aparıb “Memi” ləqəbli İmamverdi adlı şəxsə 30 manata satmışlar. Həmin pulun 15 manatını özü, 15 manatını isə Kamil götürmüşdür. Payına düşən 15 manat pulla özünə siqaret, su almış və digər tələbatlarına xərcləmişdir. Kamillə birlikdə üçüncü və sonuncu dəfə 07 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Yevlax şəhəri, Vaqif küçəsində yerləşən həyət evindən oğurluq etmişlər. Sahibini tanımadığı bir evin həyətinə hasardan aşmaqla daxil olmuşlar. Kamillə birlikdə həmin həyətdən bir ədəd paltaryuyan maşın, bir ədəd preforator, bir ədəd drel, bir ədəd fənər, bir ədəd banka, bir ədəd vedrə, bir ədəd yuyucu toz, beş ədəd üzqırxan götürərək həmin ünvanı tərk etmişlər. Fənəri, bankanı, vedrəni, yuyucu tozu və üzqırxanları zibilxanaya atmışlar. Ertəsi gün Kamillə birlikdə paltaryuyan maşını dayısı X6 12 manata satmış, bir ədəd preforatoru və bir ədəd direli “Memi” ləqəbli İmamverdi adlı şəxsə 16 manata satmışlar. Əldə etdikləri 28 manat pulun 14 manatını özü, qalan 14 manatını Kamil götürmüşdür. Payına düşən 14 manat pulu gündəlik tələbatına xərcləmişdir. 08 dekabr 2021-ci il tarixdə Yevlax şəhərində olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər və üç evdən oğurluq etdiyini polis əməkdaşlarına etiraf etmişdirş Naşqa heç yerdən oğurluq etməmişdir. Nə dayısı Kirmanın, nə də ki, İmamverdinin həmin əşyaların oğurluq olması barədə məlumatları olmamışdır. Məhkəmədə son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və heç biri ilə aralarında hər hansı bir münasibətləri olmamışdır. Yevlax şəhəri, H.Z.Tağıyev küçəsi, 12 nömrəli evdə yaşamaqla Yevlax şəhəri, Vaqif küçəsi, 121 nömrəli ev də özünə məxsusdur. Lakin həmin evdə heç kəs yaşamır. Həmin evdə köhnə məişət əşyalarını və istifadə etmədiyi digər əşyaları saxlamışdır. Hər ay təxminən iki-üç dəfə həmin evə gedərək əşyaların yerində olub-olmadığını yoxlamışdır. Sonuncu dəfə evi yoxlamaq üçün 27 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində getmişdir. Həyətin giriş qapısna yaxınlaşanda qapının açıq olduğunu görüb həyətə daxil olmuşdur. Bu zaman evdən səs gəldiyini eşitmişdir. Evə kiminsə oğurluq məqsədilə daxil olduğunu başa düşərək istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zəngi bitirən zaman evin arxa tərəfindən ayaq səsləri eşitmiş və həmin səsdən kiminsə qaçıb getdiyini başa düşmüşdür. Səs gələn tərəfə baxmış, lakin heç kəsi görməmişdir. Bir müddət sonra ora Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gələrək evə baxış keçirmiş və özü də baxışda iştirak etmişdir. Bu zaman evindən 6 ədəd isidicinin elektrik naqilləri, iki ədəd kondisionerin mis materialdan olan boruları və naqilləri, hamamda olan duşun bir ədəd su kranı, iki ədəd böyük samovarların mis materialdan olan kranları, həyətdən bir ədəd su mühərriki, bir ədəd su nasosu (gidrofor) oğurlandığını bilmişdir. Bu barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Əşyaların oğurlanması ilə bağlı ona cəmi 500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Yevlax şəhəri, Vaqif küçəsi 25 nömrəli evdə yaşamaqla Yevlax şəhəri, Vaqif küçəsi, 89 nömrəli ev də ona məxsus olmuşdur. Lakin həmin ev təzə tikili olduğu üçün, inşaat işləri tamamlanmadığına görə orada yaşayış olmamışdır. Həmin evi yoxlamaq üçün 07 dekabr 2021-ci il tarixdə, saat təxminən 16 radələrində getmişdir. Evə daxil olub baxanda evin divarlarına quraşdırılmış bütün elektrik naqillərinın sökülərək oğurlandığını görmüşdür. Həmin gün qonşulardan və yaxın ətraf ərazidə yaşayan şəxslərdən evindən oğurluq edən şəxsləri görüb-görmədiklərini soruşmuşdur. Lakin müsbət nəticə əldə edə bilməmiş, bu səbəbdən ertəsi gün, yəni 08 dekabr 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gələrək onun iştirakı ilə evə baxış keçirmişlər. Evindən divarlara quraşdırılmış ümumilkdə 7 top, hər topda 100 metr olmaqla cəmi 700 metr uzunluqda mis materialdan olan elektrik naqilləri oğurlanmış və həmin naqillər “H07V-K 1x6.0 mm2” markalı olmaqla hər metrəsini 1 manata almışdır. Evinə quraşdırılmış mis materialdan olan naqillərin oğurlanması ilə bağlı ona cəmi 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və heç biri ilə aralarında hər hansı bir münasibətləri olmamışdır. 06 dekabr 2021-ci il tarixdə gün ərzində ailə üzvləri ilə birlikdə yaşadıqları Yevlax şəhəri, Vaqif küçəsi, 66 nömrəli evdə olmuşdur. Həmin gün saat təxminən 21 radələrində hamı yatmışdır. Ertəsi gün, yəni 07 dekabr 2021ci il tarixdə səhər saat təxminən 08 radələrində yuxudan oyanaraq həyətə düşmüşdür. Həyətdə olan hamam otağına daxil olan zaman orada olan bir ədəd paltaryuyan maşın, bir ədəd peroferator, bir ədəd drel, bir ədəd fənər, bir ədəd plastik materialdan olan vanna, bir ədəd dəmir materialdan olan vedrə, yuyucu toz və 5 ədəd “Jilet” markalı üz qırxanların oğurlandığını bilmişdir. Qonşulardan və yaxın ətraf ərazidə yaşayan şəxslərdən evindən oğurluq edən şəxsləri görüb-görmədiklərini soruşmuş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən həmin gün Yevlax rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmiş, polis əməkdaşları gələrək onun iştirakı ilə evə baxış keçirmişlər. Əşyalarının oğurlanması ilə bağlı ona cəmi 603 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımışdır. Onların heç biri ilə aralarında qohumluq əlaqələri, ədavət və düşmənçilikləri olmamışdır. Heç yerdə işləmədiyinə görə metal qəbulu ilə məşğul olmuşdur. Əlvan və qara metal qırıntılarını müxtəlif şəxslərdən alıb toplayaraq müəyyən çəki yığılandan sonra aldığı qiymətdən az yuxarı qiymətə satmış və bu yolla ailəsini dolandırmışdır. 28 noyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində yaşadığı evdə olan zaman Kamil və İbrahim evinin qarşısına gələrək onu küçəyə çağırmışlar. Küçəyə çıxaraq onlarla görüşmüş, Kamil ona zibillikdən bir qədər metal topladıqlarını və satmaq istədiklərini demişdir. Onların gətirdiyi əşyalara baxmış, əşyalar sınıq su nasosu, hidrofor, yanmış mis materialdan olan elektrik naqilləri, mis borular və iki ədəd samovarın mis kranları olmuşdur. Həmin əşyaları tərəzidə çəkmiş və Kamilə 52 manat pul vermişdir. Bundan sonra Kamil və İbrahim çıxıb getmişlər. Sonra Kamil ilə İbrahim 30 noyabr 2022-ci il tarixdə, səhər saatlarında onun yaşadığı evin qarşısına gələrək onunla görüşmüş və Kamil ona zibillikdən mis naqillər yığdıqlarını demişdir. Onların gətirdiyi naqillərə baxmış və həqiqətən də doğranamış vəziyyətdə olan istifadəyə yararsız yanmış naqillər olmuşdur. Həmin naqilləri tərəzidə çəkmiş və çəkisi 3 kq olmuşdur. Kamilə 15 manat pul verərək həmin mis naqilləri almışdır. Bundan sonra Kamil və İbrahim onunla 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında görüşmüşlər. Həmin vaxt onlar bir ədəd köhnə perforator və bir ədəd köhnə drel gətirmişdir. Həmin əşyaları da zibillikdən tapdıqlarını deyərək satmaq istədiklərini bildirmişlər. Köhnə drel və perforatoru 16 manata onlardan almışdır. Qeyd etdiyi əşyalardan başqa Kamil və İbrahimdən heç nə almamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmin əşyaları ona satdıqları zaman zibillikdən tapıb topladıqlarını demişlər. Kamil və İbrahimdən aldığı əşyaların hamısını tam yararsız olduğuna görə bir müddət sonra küçəyə gələrək səyyari qaydada metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə satmış və həmin əşyalardan hazırda onda qalanı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2448 nömrəli rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin aprel ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 841,0 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, diametri və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2019-cu il təvəllüdlü Aksana və 2021-ci il təvəllüdlü Mehriban adlı iki azyaşlı uşağ var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 10 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 10 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X3 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və X4 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmələri nəticəsində zərərçəkmiş şəxslərin onlardan şikayətçi olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs1 və X3 törətdikləri əməllərə görə səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və X3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və X3 az ağır cinayət törətmələrini, onların cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 və X3 şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 və X5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və X4 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu ağırlşaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıöln məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir və həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Apple Fresh FVM 673-07” markalı paltar yuyan maşının Zərərçəkmiş şəxs3 saxlanılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Bakıxanov küçəsi, 119 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, E.Məmmədov küçəsi, 149 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. X3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Apple Fresh FVM 673-07” markalı paltar yuyan maşının Zərərçəkmiş şəxs3 saxlanılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxs X3 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 51 (əlli bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs X4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 9 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-113/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-113/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver