Məhkəmə qərarları › İş №1(039)-113/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-113/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-113/2023 23.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 mart 1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 19 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətdə olan Zərərçəkmiş şəxs1 məxsus olan “Belarus-12.21” markalı, 10-J-876 dövlət qeydiyyat nişanlı traktorun üzərindən 150 manat dəyərində bir ədəd traktorun mühərrikini işə salan qurğunu (startyoru), hər birinin ayrı-ayrılıqda qiyməti 30 manat olan ümumilikdə 60 manat dəyərində iki ədəd səs gücləndiricini, hər birinin ayrı-ayrılıqda qiyməti 70 manat olan ümumilikdə 700 manat dəyərində on ədəd traktorun yük balansını tənzimləyən metal hissələri, həyətdə saxlanılan hər birinin ayrı-ayrılıqda qiyməti 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd metal materialdan olan qoşqu birləşdiricilərini qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1,110 (min yüz on) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 19 fevral 2023-cü il tarixdə saat 02 radələrində Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin mətbəxindən Zərərçəkmiş şəxs2 məxsus olan 120 manat dəyərində bir ədəd 5 litr su tutumuna malik samovarı, 30 manat dəyərində dəsmalı, 10 manat dəyərində 1 ədəd 1 litrlik “Head & Shoulders” markalı saç şampununu, bir ədədinin dəyəri 2 manat olmaqla cəmi 10 manat dəyərində olan 5 ədəd “Palmolive” markalı sabunları, 150 manat dəyərində 4 ədəd “Korkmaz” firmasının istehsalı olan qazan dəstini və Zərərçəkmiş şəxs2 mətbəxdə olan gödəkcəsinin cibindən 100 manat nağd pulunu qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 420 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 19 fevral 2023-cü il tarixdə saat təxminən 03 radələrində Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətdə olan saxlanc yeri hesab edilən yardımçı tikilidən Zərərçəkmiş şəxs3 məxsus olan 300 manat dəyərində bir ədəd 10 litr su tutumuna malik samovarı qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 300 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, daimi işi və müntəzəm gəliri olmadığı üçün ara-sıra maddi çətinliklərlə üzləşir. 2023-cü ilin yanvar ayında Yevlax rayonu, Qaramanlı kəndinə xatırlamadığı işi ilə bağlı getmiş və orada olarkən tanımadığı bir şəxsin həyətində traktorlar, traktorların hissələrinin nəzarətsiz olduğunu görmüş və həyətə asanlıqla daxil olmaq mümkün olduğunu anlamışdır. Təxminən 19 yanvar 2023-cü il tarixdə gecə saatlarında belə qənaətə gəlmişdir ki, gedib həmin həyətdə olan traktor hissələrini oğurlayıb satsın. Bu məqsədlə həmin kəndə getmişdir. Həmin həyətə yaxınlaşdıqda həyətdə kimsənin olmadığını anlamışdır. Küçədən daş hasarın üstündə aşaraq həyətə keçmişdir. Həyətdə olan traktorların adını bilmədiyi metaldan olan hissələrini götürərək həyətdən kənarda olan kolluğa yığmış və evə getmişdir. 20 yanvar 2023-cü il tarixdə axşam saatlarında həmin hissələri götürərək Qaraməmmədli kəndinə aparmışdır. Həmin gün kəndə Qazel markalı avtomobillə gələn, şəxsən tanımadığı şəxsə traktor hissələrini özünə məxsus olduğunu bildirməklə satmışdır. Həmin şəxsdən 210 manat pul almışdır. Sonradan ona məlum olmuşdur ki, oğurladığı traktor hissələri Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yevlax rayonu İrəvanlı qəsəbəsinə getmiş və orada olan evlərə nəzər salaraq oğurluq etmək üçün münasib ev axtarmışdır. Bir iki evi nəzərində saxlayıb oradan çıxıb getmişdir. 19 fevral 2023-cü il tarixdə, gecə saatlarında İrəvanlı qəsəbəsinə getmişdir. Orada tanımadığı, lakin əvvəl nəzər saldığı bir həyətə baxmış, həyətdə heç kimin olmadığını anlayıb hasardan həyətə daxil olmuşdur. Həyətdən oğurlamağa bir dəyərli əşyanın olmadığını görüb evin arxa tərəfinə keçmişdir. Bir qapını itələyərək açmış və otağa daxil olmuşdur. Anlamışdır ki, bu evin mətbəxidir. Mətbəxdən 1 ədəd samovar, bir neçə qazan, mətbəxin içərisindəki hamamdan hamam ləvazimatların götürüb özü ilə apardığı kisəyə qoymuşdur. Daha sonra isə mətbəxdəki stulun üstündə olan gödəkcənin cibinə baxarkən 100 manat pul olduğunu görüb onu da götürərək oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, bu ev əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsusdur. Mətbəxdən çıxaraq qonşuluqda olan evin həyətinə nəzər salmış və orada heç kimin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmişdir. Həmin həyətdəki evin qarşısında talvarın altında bir ədəd böyük həcmli samovarın olduğunu görüb həmin samovarı götürüb yenidən ilk girdiyi həyətə qayıtmışdır. Orada saxladığı torbanı da götürüb həyətə girdiyi qaydada da həyətdən çıxıb oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, böyük həcmli samovar əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus olmuşdu. Oğurladığı əşyaları götürüb piyada qəsəbənin yaxınlığında yerləşən Yun zavodunun binasının qarşısına aparmış və bir müddət gözlədikdən sonra yoldan keçən tanımadığı Qazel markalı avtomobillə Yevlax şəhərinə getmişdir. Qazan dəstləri ilə hamam ləvazimatlarını Yevlax şəhər mərkəzi bazarında tanımadığı kişiyə özünün olduğunu deyib 12 manata satmışdır. Samovarı isə özü ilə Mingəçevir şəhərinə aparmış və həmin gün orada metal qəbul edən Tofiq adlı şəxsin sexinə apararaq özünə məxsus olduğunu bildirərək 100 manata ona satmışdır Əməlindən peşman olduğunu, qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcək, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs1 İstintaq zamanı bildirmişdir ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır, yaşadığı evin həyətində özünə məxsus “Belarus-1221” markalı, 10 J 876 dövlət qeydiyyat nişanlı traktoru və traktorlara aid ehtiyat hissələri vardır. 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində yuxudan durub həyətə düşüb iş görərkən həyətdəki “Belarus-1221” markalı, 10-J-876 dövlət qeydiyyat nişanlı traktorun üzərində olan 140 manat dəyərində bir ədəd mühərriki işə salan qurğunun, hər birinin ayrı-ayrılıqda qiyməti 30 manat olan ümumilikdə 60 manat dəyərində iki ədəd səs gücləndiricinin, hər birinin ayrı-ayrılıqda qiyməti 70 manat olan ümumilikdə 700 manat dəyərində on ədəd traktorun yük balansını tənzimləyən metal hissələrin və həyətdən həmin traktora aid hər birinin ayrıayrılıqda qiyməti 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd metal materialdan olan qoşqu birləşdiricisinin yerində olmadığını görmüşdür. Həmin vaxtı bilmişdir ki, gecə həmin ehtiyat hissələri oğurlanmışdır. Vurulmuş ziyan onun tərəfindən ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdi ki, Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayır. 19 fevral 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanıb həyətdə olan mətbəxə keçmişdir. Mətbəxə daxil olduqda orada olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və anlamışdır ki, mətbəxə oğru girmişdir. Mətbəxdə olan əşyalarına nəzər saldıqda ona məxsus 1 ədəd 120 manat dəyərində 5 litr su tutan samovarın, 30 manat dəyərində işlənməmiş böyük formalı dəsmalın, 10 manat dəyərində 1 ədəd 1 litrlik “Head & Shoulders” markalı şampunun, 10 manat dəyərində hər biri 2 manat olan 5 ədəd “Palmolive” markalı sabunların, 150 manat dəyərində 4 ədəd “Korkmaz” markalı qazan dəstinin olmadığını anlamışdır. Mətbəxdəki stulun üstündə özünə məxsus gödəkcənin cibinə baxdıqda isə cibində olan 100 manat pulun oğurlandığını da anlamışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şikayətinin və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayır, yaşadığı ev Zərərçəkmiş şəxs2 yaşadığı evin qonşuluğunda yerləşir. 19 fevral 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanıb həyətə keçdikdə həyətdə olan otağın qarşısında saxladığı 1 ədəd 300 manat dəyərində 10 litr su tutan samovarın oğurlandığını anlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, kimsə qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı evdən də oğurluq etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şikayətinin və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İstintaq zamanı Şahid bildirmişdi ki, özünə məxsus Mingəçevir şəhəri, ünvan 1 ünvanda metal qəbulu sexi vardır. 19 fevral 2023-cü il tarixdə saat 15 radələrində sexdə olarkən bir oğlan sexə gələrək özünə məxsus hərbi bileti ona təqdim edərək 2 ədəd samovarları olduğunu pul lazım olduğu üçün satdığını bildirmişdir. Tural ona sənəd təqdim etdiyi üçün samovarların oğurluq olmadığından əmin olaraq təxminən iki ədə samovara 100 manatdan artıq pul vermişdir. Sonradan bilmişdir ki, Tural ona satdığı samovarları oğurlayıb ona satmışdır. Şahid tərəfindən iki ədəd samovar polis şöbəsinə təqdim edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin samovarların onlara məxsus olduğunu bildirmişlər. "xxxx" MMC-nin 12 may 2023-cü il tarixli ƏQ-275/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus həyətindəki “Belarus-12.21” markalı, 10-J-876 dövlət qeydiyyat nişanlı traktorun üzərindən oğurlanmış avadanlıqların qiyməti aşağıdakı kimi yəni bir ədəd traktorun mühərrikini işə salan qurğunu (stratyoru) 150 manat, iki ədəd səs gücləndiricinin hər birinin ayrı-ayrılıqda qiyməti 30 manat olan ümumilikdə 60 manat, 10 ədəd traktorun yük balansını tənzimləyən metal hissələrinin hər birinin ayrı-ayrılıqda qiyməti 70 manat olan ümumilikdə 700 manat, iki ədəd metal materialdan olan qoşqu birləşdiricisinin ayrı-ayrılıqda qiyməti 100 manat olan ümumilikdə 200 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 məxsus həyətindəki mətbəxdən oğurlanmış əşyaların qiyməti aşağıdakı kimi yəni bir ədəd 5 litr su tutumlu samovar 120 manat, 1 ədəd dəsmal 30 manat, 1 ədəd 1 litrlik “Head & Shoulders” markalı saç şampunu 10 manat, 5 ədəd hər birinin ayrı-ayrılıqda qiyməti 2 manat olan “Palmolive” sabunların ümumi dəyəri 10 manat və 4 ədəd “Korkmaz” firmasının istehsalı olan qazan dəsti 150 manat təşkil etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Kamal qızına məxsus həyətindəki mətbəxdən oğurlanmış əşyaların qiyməti aşağıdakı kimi yəni bir ədəd 10 litr su tutumlu samovar 300 manat müəyyən edilir. (səh.150-157) Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə, yəni yaşayış sahələrinə təkrarən daxil olub maddi ziyan vurmaqla oğurluq etməsi zərər çəkmiş şəxslərin, şahidin ifadələri, mütəxəssis rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə qismən razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir, belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyan onun tərəfindən ödənilməmişdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar, Yevlax Rayon Polis Şöbəsində saxlanılan iki ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 39 manat haqq dövlət büdcəsindən ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 mart 2023-cü il tarixdən hesablansın. Maddi sübut – hökm qanuni qüvvəsini aldıqdan sonra Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 5 litr su həcmi olan samovar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, 1 ədəd 10 litr su həcmi olan samovar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 39 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar