Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-113/2024 03.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1996-cı il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti ev 224-də qeydiyyatda olmaqla Yevlax şəhəri E.Ağayev küçəsi döngə 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə Yevlax şəhəri E.Ağayev küçəsi döngə 2 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində torpaq sahəsində qəsdən qanunsuz olaraq xeyli miqdarda 03 ədəd çətənə bitkilərini əkib həmin vaxtdan xx.xx.2024-cü il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 21 aprel 2024-cü il il tarixdə saat 20:20-də Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinin həyətinə video çəkilişlə keçirilmiş baxış zamanı tərkibində narkotik maddələr olan ümumi təmiz çəkiləri - 1.10 qram olmaqla xeyli miqdarda 03 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, 2024-cü ilin mart ayının sonlarında Yevlax şəhərindən Kür çayının sahilindən narkotik tərkibli çətənə kollarının toxumlarını tapmışdır. O, özü narkotik vasitə olan qurdulmuş marixuana istifadə etdiyindən həmin toxumları yaşadığı evin həyətində xx.xx.2024-cü il tarixdə gül kollarının kənarında əkərək çətənə kollarına mütəmadi olaraq qulluq göstərmişdir. Onun əkmiş olduğu toxumlardan 3 ədədi bitmişdir. Həmin 3 ədəd çətənə kolunun diblərinə məhsuldarlağı yüksək olması üçün bir neçə gündən bir şərbətli su tökmüşdür. 2024-cü ilin aprel ayının 21-də Yevlax RPŞ-nin əməkdaşları anası Şahid4 polisə müraciətindən sonra yaşadığı evin həyətinə gəlmiş və həmin 03 ədəd narkotik tərkibli çətənə kolları polis tərəfindən aşkar olunaraq götürülmüşdür. Videoçəkilişlə onun yaşadığı evin həyətində baxış və götürmə istintaq hərəkəti həyata keçirildikdən sonra onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 03 ədəd çətənə kolunu o özü əkmiş və qulluq göstərmişdir. Həmin çətənə kollarını əkməsində və çətənə kollarına qulluq göstərməkdə ona köməklik edən şəxs olmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əkmiş olduğu çətənə kollarını öz istifadəsi üçün əkmişdir. Anası Ritanının onun çətənə kolları əkməsindən necə məlumatının olduğunu bilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 21 aprel 2024-cü il tarixdə xidmətdə olan zaman Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 şəhəri E.Ağayev küçəsi döngə 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları yetişdirməsi barədə DİN-in “102” xidmətinə məlumat daxil olduğunu, həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı E.Ağayev küçəsi döngə 2 ünvanındakı evinin həyətinə baxış keçiriləcəyini bildirərək, həmin baxışda iştirak etməsini xahiş etmişdir. O, Tərxan Allahverdiyevin təklifindən sonra Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Tərxan Allahverdiyev, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Yevlax RPŞ-nin KTQnin baq inspektoru Sirac Fərəcov və Yevlax şəhər Bitki mühafizə və Fumiqasiya mərkəzinin rəisi Vüqar Mahmudovla birlikdə ünvan 1 ünvana getdikdə həmin ünvanda yaşayan Şahid4 və Təqsirləndirilən şəxs orada olmuşdur. X3 tərəfindən ev sahibi Şahid4 yaşadığı evin həyətində baxış keçirilməsi ilə bağlı razılıq ərizəsi alındıqdan sonra onlar Şahid4 yaşadığı evin həyətinə daxil olmuşdurlar. Şahid4 evinin həyətinə daxil olduqdan sonra X3 tərəfindən Şahid4 evinin həytində baxış keçirilməyə başlanmışdır və baxış Sirac Fərəcov tərəfindən video çəkilişlə lentə alınmağa başlanmışdır. Baxış keçirilən zaman Şahid4 və Təqsirləndirilən şəxs tərəfindən evin həyətyanı sahəsində, evin yanındakı gül bitkisinin dibində əkilmiş 3 (üç) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolları göstərilmiş və Təqsirləndirilən şəxs həmin 3 (üç) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kollarını onun əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması barədə sual verdikdə o, həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra X3 X8dan həmin bitkilər barədə məlumat verməsini xahiş etmişdir. X8 bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır, hər birinə ayrı-ayrılıqda vaxtı-vaxtında aqrotexniki qaydada qulluq göstərilmiş və onların əkilib-becərilməsi qadağandır. Bundan sonra həmin narkotik tərkibli bitkiyə bənzər 3 (üç) ədəd bitki kolları maddi sübut əhəmiyyəti kəsb etdiyindən kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Daha sonra hadisə yerində iş üçün maddi sübut əhəmiyyət kəsb edəcək başqa hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Tərxan Allahverdiyev 3 (üç) ədəd narkorik tərkibli çətənə kollarını bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmışdır. Tərxan Allahverdiyev zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Tərxan Allahverdiyev 1 ədəd zərfdə qablaşdırdığı narkorik tərkibli bitki kollarının çətənə kolları olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş və iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aparılan axtarış və götürmə başa çatmışdır. Yevlax RPŞ-nin inzibati binasında Tərxan Allahverdiyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmuşdur. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Tərxan Alalhverdiyev tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. O, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşayan şəxs kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə o, müraciət etmişdir. O, oğlu Təqsirləndirilən şəxs və Azad Qulamovla birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evin həyətində oğlanları Məlik və Azadla onların işləməməsi səbəbindən sözlü mübahisə etmişdir. Mübahisədən bir neçə saat sonra o, yaşadığı evin həyətində olan gülləri suvarmaq üçün vedrə ilə güllərin dibinə su apararaq tökmüş, bu zaman güllərin dibində 3 ədəd çətənə kolu olduğunu görmüşdür. O, televizorda xəbərlərə baxan zaman polis tərəfindən çətənə kollarının tutulmasını görmüşdür. Buna görə də evinin həyətində olan bitki kollarının çətənə kolları olduğunu bilmişdir. Buna görə də o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadələr vermişdirlər. İşdə olan Yevlax rayon Bitki Mühafizəsi və Fumiqasiyası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 03 (üç) ədəd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır və bitki kollarına aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X9 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 22 aprel 2024-cü il tarixli, 3-16-16-2- 17/383 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər 3 (üç) ədəd bitki” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 9 sm-dən 15 sm-dək, ümumi çəkiləri 1,10 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Alim- X8un 21 aprel 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhri Narkoloji Disppnseri tərəfindən verilmiş 04 may 2024-cü il tarixli 770 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, uzunluqları 9 sm-dən 15-dək olan, ümumi çəkisi 1,10 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 27 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 21 aprel 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, uzunluqları 9 sm-dən 15-dək olan, ümumi çəkisi 1,10 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 27 (iyirmi yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-113/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-113/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver