Məhkəmə qərarları › İş №1(039)-113/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-113/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-113/2025 24.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs oülunun və onun müdafiəçisi (vəkil) X7 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, evli, ali təhilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən, İsmayıllı şəhəri Cavanşir küçəsi ev 34 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu X12 ev-36/c ünvanında faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində "xxxx" MMC-də xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrlə və həmin tarixli əmək müqaviləsi əsasında iş icraçısı vəzifəsində işləyən zaman "xxxx" MMC ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında xx.xx.2023-cü il tarixdə imzalanmış podrat müqaviləsi əsasında "xxxx" MMC tərəfindən Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında inşa edilən olimpiya idman kompleksinin tikintisi aparılan ərazidə cavabdeh şəxs olaraq “Tikintidə təhlükəsizlik texnikası” tikinti norma və qaydalarının 1.2, 1.4, 4.2-ci bəndlərini və DÜST 27321- “Tikinti-montaj işləri üçün dik dayaqlı ayaqaltılar” standartının 1.1, 1.3.7, 1.3.14-cü bəndlərinin tələblərini pozaraq hündürlükdə işləyən işçilərin yerinə yetirdikləri işləri təhlükəsiz aparmaları üçün iş sahəsini normativ tələblərə cavab verən ayaqaltı vasitələrlə təmin etmədiyinə və təhlükəli şəraitdə tikinti-quraşdırma işlərinin aparılmasına yol verməsi nəticəsində “HOVERS GROUP" MMC ilə “X6” MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında Yevlax şəhər, Bakı prospekti 4 ünvanında inşa edilən olimpiya idman kompleksinin tikintisində işləyən, “X6” MMC-nin quraşdırıcı işçisi xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs binanın birinci mərtəbəsində tavanda işlərin görülməsi üçün beton döşəmənin üzərindən tavana doğru olmaqla quraşdırılmış üzərində ayaqaltı taxtalar olan metal konstruksiyanın yuxarı hissəsinə çıxarkən konstruksiyanın 3 metr hündürlükdə olan hissəsindən ehtiyatsızlıqdan beton döşəmənin üzərinə yıxılaraq sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran sol gicgah sümüyünün basılmış sınığı, sol tərəfli epidural hematoma xəsarətlərini aldığından Təqsirləndirilən şəxs tərəfindən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də tikintidə iş icraçısı (sahə rəisi) vəzifəsində işləyir. "xxxx" MMC podrat müqaviləsi əsasıda Gənclər və İdman Nazirliyinin sifarişi ilə Yevlax şəhəri Bakı prospekti 4 ünvanında olimpia idman kompleksi tikir. Onun vəzifə funksiyası tikintinin lahiyəyə uyğun aparılmasını və işçilərin təhhlükəsiz şəraitdə işləməsini təmin etməkdir. "xxxx" MMC müqavilə əsasında "xxxx" MMC-nin Yevlax şəhəri Bakı prospekti 4 ünvanında tikdiyi olimpia idman kompleksini dəmir konstruksiyaları ilə təmin edir, öz işçiləri vasitəsi ilə sifariş verilmiş dəmir konstruksiyalarının tikinti zamanı quraşdırma işlərini aparırlar. Zərərçəkmiş şəxs "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyir. Turalgil müxtəlif vaxtlarda Yevlax şəhəri Bakı prospekti 4 ünvanında tikintisi aparılan olimpia idman kompleksinə gələrək lazımı dəmir konstruksiyaları quraşdırıb gedirlər. İşə başlayan zaman "xxxx" MMC-nin SƏTƏM mühəndisi Saliha Mahmudova tərəfindən işçilərə təhlükəziliklə bağlı təlimat verilir. İşçilərə təhlükəsizliklə bağlı bütün ləvazimatlar verilmişdir. "xxxx" MMC-nin içilərinə də təhlükəziliklə bağlı təlimat HOVERS GROUP” MMC-nin SƏTƏM mühəndisi Saliha Mahmudova tərəfindən verilir. Sonuncu dəfə Tural və işçi heyəti baş vermiş hadisədən təxminən 7 gün əvvəl Yevlax şəhəri Bakı prospekti 4 ünvanında tikintisi aparılan olimpia idman kompleksinə gəlmişlər. Tikintinin içərisində hündür mərtəbələrdə işləyən zaman istifadə edilən dəmir konstruksiyalar yerləşdirilmişdir. İşçilərə bəzi yerlərdə istifadə etmək üçün taxta nərdivanlar da verilmişdir. İşçilər həmin dəmir konstruksiyaların üzərinə çıxaraq hündür yerlədə quraşdırma və sair işlər aparmışlar. Zərərçəkmiş şəxs də həmin dəmir konstruksiyaların üzərinə çıxaraq işləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində nahar vaxtına təxminən 15-20 dəqiqə qalan zaman işçilərdən biri olan Elməddin ona zəng edərək bildirmişdir ki, tikintinin içərisində Tural yıxılaraq xəsarət almışdır. Dərhal hadisə yerinə gəlmişdir. Bundan sonra təcili tibbi yardıma məlumat verilmiş və təcili yardım gələrək Turalı Yevlax RMX-na aparmışdır. Tikinti ərazisi həmin vaxt bütün texniki və təhlükəsizlik vasitələrlə tam təmin edilmədiyi üçün ola bilsin ki, həmin hadisə baş vermişdir. Zərərçəkmiş şəxs də hadisənin baş verməsində müəyyən qədər səhlənkarlığı olmuşdur. Hadisə baş verən zaman o, orada olmamış, lakin hadisə yerinə gələndə görmüşdür ki, Turalın başı yerdəki betona dəyib və qan axır. Daha sonra Turalı Yevlax RMX-ya aparmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı uşaqları var və ailədə yeganə gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs orlu verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən hazıradək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyir. İşə qəbul olunan zaman ona əmək təhlükəsizliyi ilə əlaqədar təlimat keçirilmişdir. Onun vəzifə funksiyası metal konstruksiyaların müxtəlif tikinti yerlərində quraşdırılmasını həyata keçirməkdir. "xxxx" MMC Yevlax rayonu ərazisində idman kompleksinin tikintisini həyata keçirir. "xxxx" MMC-də podrat müqaviləsinə əsasən həmin idman kompleksinin dəmir konstruksiyalarını təmin edir. İlk dəfə həmin idman kompleksinin tikinstisi aparılan əraziyə xx.xx.2024-cü il tarixdə direktor Şahid2 göstərişi əsasında gəlmiş və həmin vaxt "xxxx" MMC-nin SƏTƏM mühəndisi tərəfindən ona giriş təlimatı keçirilişdir. Bundan əlavə də hər gün tikinti ərazisinə daxil olan zaman "xxxx" MMC-nin SƏTƏM mühəndisi tərəfindən onlara təhlükəsizlik ilə əlaqədar təlimat keçirilmişdir. Onun özünün də bu sahədə məlumatı olduğu üçün bəzən özü də digər işçilərə təlimat keçmişdir. Həmin tikintinin sahə rəisi Çingiz adlı şəxsdir. O, da digər iş yoldaşları ilə həmin tikinti ərazisinə gələrək metal konstruksiyaları quraşdırıb getmişdir, yəni daimi olaraq orada olmuşlar. xx.xx.2024-cü il tarixdə yenidən metal konstruksiyaları Yevlax rayonunda "xxxx" MMC tərəfindən aparılan idman kompleksinə quraşdırmaq üçün 4 nəfər işçi ilə birlikdə Yevlax rayonuna gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində tikinti ərazisində iki ədəd hündür boylu dəmir ayaqaltının ortasına atılmış taxtanın üzərində tavanda olacaq havalandırma borusunun yerini ölçmüşdür. Həmin vaxt üzərində kaska olmuşdur. Həmçinin üzərində yıxılmarın qarşısını almaq üçün kəmər də taxılmışdır. Həmin vaxt orada işçilərə hündürlüyə qalxmaq üçün taxta nərdivanla verilmişdir. Lakin onların olduru yerdə nərdivan olmamışdır. Dayaqlara tutunaraq yuxarı qalxmışlar. Günorta yeməyini yemək üçün orada olan dayaqlara tutunaraq yerə düşmüşdür. Daha sonra görmüşdür ki, kaskası hündürlükdə olan taxtanın üzərində qalmışdır. Bu zaman orada olan dəmirlərə tutunaraq yuxarı qalxıb taxtanın üzərində olan kaskasını götürməyə çalışan zaman ayağının altında olan dəmir sürüşmüş və təxminən 4 metr hündürlükdən yıxılmışdır. Həmin vaxt qoruyucu kəmər taxmamışdır. Daha sonra huşunu itirmişdir. Artıq gözlərini açanda Gəncə Şəhərində xəstəxanasında olmuşdur. Tikinti zamanı zəruri işləri yerinə yetirən zaman onlara kaska, batinka, əlcək və hündürlükdən qorunmaq üçün kəmər verilmişdir. Onlar həmin geyim əşyalarını tikinti aparılan ərazidə "xxxx" MMC-nin anbarından götürmüşlər. Ona təhlükəsizliklə bağlı təlimat işə qəbul olan zaman direktor Şahid2 tərəfindən, Yevlax rayonunda idman kompleksinin tikintisində işləyən zaman isə "xxxx" MMC-nin SƏTƏM mühəndisi tərəfindən keçirilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiŞ Şahid2 orlu verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında “X6” MMC-ni DVX-də qeydiyyata aldırmışdır. Şirkətin işçi sayı 20-35 arası dəyişir. “X6” MMC-nin fəaliyyət istiqaməti metal konstruksiyaların emal olunması və quraşdırılmasıdır. Hazırda “X6” MMC-də texniki təhlükəzlik və əmək təhlükəsizliyi məsələlərinə cavabdeh olan şəxs özüdür. 2024-cü ildə “X6” MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi barlanmışdır. Zərərçəkmiş şəxs orlu xx.xx.2023-cü il tarixdən “X6” MMC-də quraşdırıcı vəzifəsində işləmiş, vəzifəsi həmin metal konstruksiyaları tikinti aparılan ərazidə quraşdırmaqdır. Tural sonuncu dəfə təxminən xx.xx.2024-cü il tarixdə Anar Ağayev, Nəsrəddin Hüseynov və Vüqar Süleymanov ilə Şuşa rayonundan digər tikinti yerlərindən Yevlax rayonuna idman kompleksinin tikintisinə gəlmiş və orda olan onların göndərdiyi metal konstruksiyaları quraşdırmalı olmuşlar. xx.xx.2024-cü tarixdə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən onlara məlumat verilmişdir ki, Tural tikinti ərazisində yıxılaraq xəsarət almışdır. “X6” MMC tərəfindən işçilərə təhlükəsizliklə bağlı əlcək, kəmər və sair xüsusi vasitələr verilmişdir. İşçilərə əməyin təhlükəsizliyi ilə bağlı təlimat onun tərəfindən keçirilir. Sonuncu dəfə Turala təlimat sentyabr ayında keççirilmişdir. Bundan əlavə “X6” MMC ilə “Hovers Group" MMC arasında olan razılaşmaya əsasən işçilərin təhlükəsizi şəraitdə işləməsini "xxxx" MMC təşkil etməlidir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 aydır ki, "xxxx" MMC-də işləyir. Əvvəl Cəbrayıl rayonunda mənzil tikintisində işləmiş, təxminən 2 aydır ki, Yevlax şəhərində "xxxx" MMC-nin idman kompleksinin tikintisində malyar ustası kimi işləyir. İşə başlayan zaman "xxxx" MMC-nin SƏTƏM mühəndisi Saliha Mahmudova tərəfindən onlara təhlükəziliklə bağlı təlimat verilmişdir. İşə başlayan zaman onlara batinka, forma və kaska verilir. Tikinti üzrə iş icraçısı, yəni oraya cavabdeh şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləmişdir. Turalgil ara-bir gələrək tikinti ərazisində lazımı dəmir konstruksiyaları quraşdırıb getmişdir. Sonuncu dəfə Tural və işçi heyəti baş vermiş hadisədən təxminən 7 gün əvvəl gəlmişlər. Tikintinin içərisində hündür mərtəbələrdə işləyən zaman istifadə edilən dəmir konstruksiyalar yerləşdirilişdirilmişdir. Həmçinin taxta nərdivanlarladan da istifadə olunmuşdur. İşçilər həmin dəmir konstruksiyaların üzərinə çıxaraq hündür yerlərdə quraşdırma və sair işlər aparmışlar. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 13 radələrində nahar vaxtına təxminən 15-20 dəqiqə qalan zaman tikintinin içərisində nahar etməyə hazırlaşan zaman hündürlükdə işləmək üçün istifadə olunan dəmir konstruksiyanın üzərində olan taxtaların üstündə Turalın kaskası qalmışdır. Tural həmin kaskanı götürmək üçün həmin dəmir konstruksiyanın üzərinə çıxan zaman ayağı dəmirə ilişmiş və başı üçtə yerə yıxılmışdır. Ümumiyyətlə orada nərdivan olmadığı üçün Tural dəmir konstrusiyalardan tutaraq qalxıb enmişdir. Bu zaman digər işçilər də gəlmişlər. Bundan sonra sahə rəisi Çingiz gəlmişdir. Daha sonra da Turalı Yevlax RMX-ya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 52 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah sümüyünün basılmış, sınığı, sol tərəfli epidural hematoma olmuşdur. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-ciil tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində əmələ gəlməsi mümkündür. Qeyd edilən xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 13 mart 2025-ci il tarixli, 10/996 nömrəli rəyindən görünür ki, Yevlax şəhərində inşa edilən idman kompleksində hündürlükdə işlərin təhlükəsiz aparılması üçün iş sahəsi normativ tələblərə cavab verən ayaqaltı vasitələrlə təmin edilmədiyinə və təhlükəli şəraitdə tikinti-quraşdırma işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 4.2 bəndlərinin və DÜST 27321 - "Tikinti- montaj işləri üçün dik dayaqlı ayaqaltılar" standartının 1.1, 1.3.7, 1.3.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin təşkilati və texniki səbəbiolmuşdur. İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Tikinti Norma və Qaydalarına 1 saylı Əlavənin 12-ci bəndinə əsasən, iş icraçılarının vəzifə funksiyalarını nəzərə aldıqda, hündürlükdə aparılan tikinti quraşdırma işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi üçün tapşırılmış iş sahəsinin normativ tələblərə uyğun (çıxıb-düşmək üçün pilləkənləri, bütöv döşəməsi və yan məhəccəri olan) ayaqaltı vasitələrlə təmin edilməsi üçün tədbirlər görülmədiyinə və təhlükəli şəraitdə işçilərin hündürlükdə işləmələtinə yol verildiyinə görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 4.2 bəndlərinin və DÜST 27321 - "Tikinti- montaj işləri üçün dik dayaqlı ayaqaltılar" standartının 1.1, 1.3.7, 1.3.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Baş vermiş hadisənin bilavasitə texniki səbəbi hündürlükdə işlərin təhlükəsiz şəraitdə aparılması üçün müvafiq standartların tələblərinə cavab verməyən ayaqaltı vasitələrdən istifadə olunması ilə bağlı olmuş və hadisə təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində baş vermişdir. “X6” MMC-də formen-quraşdırıcı işləyən, təhlükəsizlik texnikası üzrə təlimatlandırma keçmiş Zərərçəkmiş şəxs normativ tələblərə cavab verməyən ayaqaltının üstünə yolverilməz üsulla (dırmanaraq) çıxmaqla, öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun hərəkətləri “X6” MMC-də quraşdırıcı formenin vəzifə təlimatının 3-cü bəndinin tələbinə zidd olunmuşdur. Təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 11 iyun 2025-ci il tarixli, 10/4197 nömrəli rəyindən görünür ki, Yevlax şəhərində inşa edilən idman kompleksində hündürlükdə işlərin təhlükəsiz aparılması üçün iş sahəsi normativ tələblərə cavab verən ayaqalı vasitələrlə təmin edilmədiyinə və təhlükəli şəraitdə tikinti-quraşdırma işlərinin aparılmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 4.2 bəndlərinin və DÜST 27321 - "Tikinti-montaj işləri üçün dik dayaqlı ayaqaltılar" standartının 1.1, 1.3.7, 1.3.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin təşkilati və texniki səbəbi olmuşdur. İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarına 1 saylı Əlavənin 12-ci bəndinə əsasən, iş icraçılarının vəzifə funksiyalarını nəzərə aldıqda, hündürlükdə aparılan tikinti quraşdırma işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi üçün tapşırılmış iş sahəsinin normativ tələblərə uyğun (çıxıb-düşmək üçün pilləkənləri, bütöv döşəməsi və yan məhəccəri olan) ayaqaltı vasitələrlə təmin edilməsi üçün tədbirlər görülmədiyinə və təhlükəli şəraitdə işçilərin hündürlükdə işləmələrinə yol verildiyinə görə İİİ-4- 80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 4.2 bəndlərinin və DÜST 27321 - "Tikinti-montaj işləri üçün dik dayaqlı ayaqaltılar" standartının 1.1, 1.3.7, 1.3.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Baş vermiş hadisənin bilavasitə texniki səbəbi hündürlükdə işlərin təhlükəsiz şəraitdə aparılması üçün müvafiq standartların tələblərinə cavab verməyən ayaqaltı vasitələrdən istifadə olunması ilə bağlı olmuş və hadisə təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində baş vermişdir. “X6" MMC-də formen-quraşdırıcı işlətən, təhlükəsizlik texnikası üzrə təlimatlandırma keçmiş Zərərçəkmiş şəxs normativ tələblərə cavab verməyən ayaqaltının üstünə yolveril yolverilməz üsulla (dırmanaraq) çıxmaqla, öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun hərəkətləri “X6" MMC-də quraşdırıcı formenin vəzifə təlimatının 3-cü bəndinin tələblərinə zidd olmuşdur. Hadisə yerinə baxıö keÇirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan yolunun Yevlax Şəhəri ərazisindən keçən hissəsində, Yevlax şəhər, Bakı prospekti 4 ünvanında tikintisi aparılan olimpia idman kompleksinin tikintisi davam edən binasıdır. Binanın dayaq hissələri beton materialdan, kənar hissələri isə qəhvəyi rəngli kərpicdən hörülmüŞdür. Tikilinin içərisinə qapı yeri boşluq olan ensiz hissədən daxil olunur. Baxış zamanı Şahid1 binaya giriş hissədən təxminən 15 metr irəlidə, binanın içərisində yerləşən dəmir konstruksiyaların yanında, döşəmə üzərindəki qanabənzər ləkələri təqdim etmiş və həmin yerdə Zərərçəkmiş şəxs yıxıldıqdan sonra xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan əmək möqaviləsinin bağlanması ilə bağlı əmək mqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs oülu "xxxx" MMC-də tikintidə iş icraçısı vəzifəsində işləyir. Cinayət işinin materiallarında olan elektron əmək möqaviləsi məlumatından görünür ki, Zərərçəkmiş şəxs “X6” MMC-də polad və dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vəzifəsində işləyir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cö il tarixli xidmət müqaviləsindən görünür ki, “X6” MMC ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanmışdır. X4 Sistemindən Çıxarılmış xx.xx.2025-ci il tarixli məhkumluq barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı şəhəri İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İsmayıllı şəhəri İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1421 sayı arayışdan görünür ki, Soltanov X3 şəhəri Cavanşir küçəsi ev 34 ünvanında qeydiyyatdadır. Ailə üzvləri 1991-ci il təvəllüdlü X10, qızı – 2018-ci il təvəllüdlü X8 və oğlu 2022-ci il təvəllüdlü X5 ibarətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiŞ Şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Şəxsin Şəxsiyyətinə uyrun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qaröısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən Şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuŞ hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və arırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs orlunun əməlində cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağının olması, əməlindən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, vurulmuş ziyanı tam ödəməsidir. Cəzasını arırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzasını arırlaşdıran halların olmaması (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini düzgün hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmlərə tövsiyə etmişdir ki, cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidir. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs orluna tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırki halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzası təyin olunmalı, eyni zamanda barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə barlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadırından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə barlı müddəa tətbiq edilməməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 204 manat məblərində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN ********** hesab AZ34CTRE******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə texniki-təhlükəsizlik sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN ********** hesab AZ34CTRE******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldırı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar