Məhkəmə qərarları › İş №1(039)-114/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-114/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-114/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Ağdam rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan, Yevlax şəhəri, 32-ci məhəllə ev 9, mənzil 39-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə əməli töerətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona aptekdə növbədə gözləməsini və növbəni pozmamasını irad bildirməsindən əsəbləşərək, Zərərçəkmiş şəxs mübahisəyə təhrik edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini aptekdə işləyən əməkdaşların və müştərilərin şəxsiyyətinin fövqündə qoymaqla qəflətən ona hücum etməklə əvvəlcə aptekin resept qəbulu şöbəsinin qarşısında, daha sonra aptekin giriş qapısından içəridə və sonda aptekin giriş qapısının çölündə Zərərçəkmiş şəxs qəsdən yumruq və təpik zərbələri ilə vuraraq ona “sağ almacıq nahiyyəsinin şişkinliyi, sağ saidin orta 1/3-nin arxa səthinin yarası, sol çiyin qurşağının şişkinliyi” xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiqi ilə müşayət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Şahlar oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməldə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və görməmişdir xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhərində yerləşən Bavza aptekinə girmiş və orada görmüşdür ki, növbə var. Aptekdə əczaçıdan pampers istəyəndə sonradan adını bildiyi Vüsal adlı şəxs əda ilə demişdir ki, gəl dur növbəyə. O da həmin şəxsin arxasında dayanmış və qabağa getməyi tələb etmişdir. Həmin şəxs də demişdir ki, ara məsafəsi saxlayır. O da, elə ara məsafəsi saxlayırsansa onda get maska tax demişdir. Vüsalın da ağzında maska yox idi. Sonra həmin şəxsdən nə üçün onunla aqressiv danışdığını soruşmuşdur. Vüsal da cavabında bildirmişdir ki, gözlə səninlə çıxıb çöldə danışacam. O, Vüsala bildirmişdir ki, tək deyil çöldə onu gözləyən var. Sonra isə sol əlilə Vüsalın sifətinə bir dəfə vurub döymüşdür. Həmin şəxs də aptekin içindəki əmzik vitrinə dəymiş və yıxılmışdır. Yerdə həmin an yumruğunu sıxmış, lakin Vüsalı vurmamışdır. Sonra oradakı camaat onları aralamışdır. Vüsal yenə aptekin içində ona söydüyü üçün o, yenə də Vüsalı yumruqla vurub döymüş və yenə yerə yıxmışdır. Vüsal yerə yıxılanda isə yerdə Vüsalı döyməmişdir. Yenə camaat onları aralamış və çölə çıxartmışdır. Çöldə Vüsal yenə söyüş söymüş və anasını təhqir eləmişdir. Bu səbəbdən geri qayıdıb pilləkənin üstündə təpiklə Vüsalın sinəsinə və üz nahiyəsinə vuraraq döymüşdür. Sonra isə aralaşıb evə getmişdir. Vüsal adlı şəxsi döyən zaman aptekdə 4-5 nəfər tanımadığı şəxslər və iki nəfər əczaçı şəxs olmuşdur. Vüsalı aptekin çölündə döyəndə əczaçı qadın Vüsalı onun əlindən almışdır. Aralarında baş vermiş mübahisə və dava təxminən 5-7 dəqiqə davam etmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə azyaşlı uşağına və anasına dərman almaq üçün Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Bavza” adlı aptekə girmişdir. Resept qəbulunun qabağında 4-5 nəfər qadın var olmuş və onlar da dərman alırdılar. O da, həmin şəxslərə yaxınlaşmış və ara məsafəsi saxlamaq şərtilə növbə tutmuşdur. Saat 10:30 radələrində sonradan adının Namiq olduğunu bildiyi, lakin həmin vaxt tanımadığı və heç bir zaman görmədiyi bir nəfər şəxs içəri girmişdir. Həmin şəxs də gəlib onun yanında dayanmış və sonra onun önünə keçmişdir. O, həmin şəxsə “növbə saxlamışam və qadınlardan sonra mənim növbəmdir” demişdir. Namiq isə demişdir ki, onda keç qabağa. O da, bildirmişdir ki, həm ara məsafəsi saxlayır və həm də qadınlar hələki ondan qabaqda növbədədirlər. Sonra həmin şəxs “di dur qabağa” deyərək dodağının altında söz danışaraq ona narazılığını bildirmişdir. Bundan əlavə həmin şəxs ona aptekə maskasız girdiyini demişdir. Namiq özüdə maskasız aptekə daxil olmuşdur. Sonra Namiq ona sən uşaqsan, səni sındırıraram deyərək ona hədə qorxu gəlmişdir. Qadınların içində bu kimi sözlərlə Namiq onun şəxsiyyətinə toxunmuşdur. O da, həmin an Namiqə demişdir ki, sözün var, çölə çıxanda deyərsən. Bu sözü deyən kimi Namiq qəflətən yumruqla bir dəfə onun sifət nahiyəsinə vurmuş və o, gözləri qaraldığı üçün yerə yıxılmışdır. Yerə yıxılan kimi Namiq o yerdə olan zaman bir neçə dəfə yumruqla, təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüş və xəsarət yetirmişdir. O ayağa qalxmış və yerdən pul qabı ilə saatını götürüb çölə çıxmaq istəyəndə qapıya çatmamış içəridə Namiq yenə onun qabağını kəsmiş və yumruqla onun çiyninə vurmuş və o, yenə yerə yıxılmışdır. Bu dəfə də Namiq onu yerdə təpik və yumruqla vuraraq döyməyə başlamışdır. Həmin an əczaçı qadın yanlarına qaçmış və müdaxilə edərək onu Namiqin əlindən almış və Namiqi çölə çıxartmışdır. Bundan sonra o, aptekin qarşısına çıxmışdır. Namiq yenə onun üstünə gəlmiş və yanına çatan kimi onu təpik və yumruqla vuraraq yerə yıxıb döymüşdür. Sonra isə bu haqda polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Aralarında baş vermiş mübahisə və dava 5-7 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, Namiq adlı şəxsə əlini vurmamış və döyməmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, bir ildir ki, Yevlax şəhərində yerləşən Bavza aptekində əczaçı işləyir. Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs heç birini tanımır. İşlədəyi aptekdə həmin şəxsləri müştəri kimi tanıyır. Lakin həmin şəxslərlə heç bir yaxınlıq və düşmənçilik münasibəti yoxdur. xx xxxx 2020-ci il tarixdə saat 10:20 radələrində işlədəyi aptekdə resept qəbulunun qabağında olan yerdə növbə var idi. Aptekdə işləyən əczaçı Elnarə onun yanında, Türkan isə giriş tərəfdə kompyuter masasının yanında olmuşdur. Növbə üstündə sonradan adlarını bildiyi Vüsal və Namiq adlı şəxslər mübahisə etdilər. Mübahisə zamanı Namiq yumruqla Vüsalın sifət nahiyəsinə vurmuş, Vüsal aptekdə olan əmzik vitrinə dəymiş və nəticədə yerə yıxılmışdır. Namiq Vüsalı yerə yıxandan sonra yumruqla qıcansa da, lakin yerdə onu döyməmişdir. Həmin an o və digər aptekdə olan vətəndaşlar Vüsalı Namiqin əlindən almışlar. Sonra Namiq qapının yanında olan zaman Vüsal qapıdan çölə çıxmaq istəyəndə yumruqla vurub Vüsalı yerə yıxmış, Vüsal yerə yıxılan kimi Türkan və o, eyni zamanda orada olan iki nəfər tanımadığı şəxslər onları aralamışlar. O, Namiqin qolundan tutub çölə çıxartmış və pilləkənlərlə həmin şəxsi gedənədək ötürmüşdür. Lakin Vüsal da 5-10 saniyə sonra onların arxasınca çölə çıxmışdır. Həmin şəxslərin çöldə dalaşmalarını canlı olaraq görməmişdir. Ancaq sonradan kamerada baxanda görmüşdür ki, Namiq yenə Vüsalı çöldə vurmuşdur. Daha sonra isə həmin şəxslər çıxıb getmişlər. Mübahisə və dava cəmisi 3-4 dəqiqə davam eləmişdir. Dava zamanı aptekdə yalnız əmzik vitrini dağılmış, sonradan isə həmin vitrin düzəlib yerinə qoyulmuşdur. Aptekdə baş vermiş hüquqazidd əməl nəticəsində aptekə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə işlədiyi Bavza aptekində saat 10:30 radələrində Namiq adlı şəxs növbə üstündə aralarında yaranmış mübahisə zamanı Vüsalı bir dəfə əczaçın yanında olan əmzik vitirinin qabağında, bir dəfə içəridə giriş qapısından çıxan yerdə, bir dəfə isə aptekin çölündə döyərək yerə yıxmış və xəsarət yetirmişdir. Mübahisə və dava cəmisi 3-4 dəqiqə davam etmişdir. Həmin dava zamanı orada onlar, həmçinin 4-5 nəfər tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər və onlar davanı canlı olaraq görmüşlər. Vüsal adlı şəxsin etdiyi hüquqazidd əməl nəticəsində yalnız əmzik vitrini dağılmış, sonradan isə vitrini düzəltmişlər. Aptekə isə heç bir maddi ziyan dəyməmişdir. Dava anidən baş verdiyi üçün Namiq adlı şəxs Vüsal adlı şəxsi döyməmişdən qabaq onlar mübahisə və ya söyüş eşitməmişlər. Aptek işçilərindən başqa aptekdə olan şəxsləri tanımırlar, birinci dəfə idi ki, onları görürlər. İşlədədikləri apteklə isə əmək müqavilələri var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 459 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər–sağ almacıq nahiyəsinin şişkinliyi,,sağ saidin orta 1/3-nin arxa səthinin yarası, sol çiyin qurşağının şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şahlar oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax rayon Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şahlar oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax rayon Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamsını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Şahlar oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Şahlar oğluna təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şahlar oğluna təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Şahlar oğlu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şahlar oğlu islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs Şahlar oğlunun cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar