Məhkəmə qərarları › İş №1(039)-114/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-114/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-114/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, işləməyən, məhkum olunmamış, barəsində 12 mart 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ə.Baxşəliyev küçəsi, ev 27-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının 1-də saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, Sabir küçəsi 18-də yerləşən yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan Zərərçəkmiş şəxs məxsus 1,90 x 90 sm ölçüsündə, 140,00 (yüz qırx) manat dəyərində olan 01 ədəd dəmir qapını, 4x3 metr ölçüsündə, 200 (iki yüz) manat dəyərində olan dəmirdən hazırlanmış oturacaq taxtı və 1 metri 10 manat olan 10 metr uzunluğunda 20 sm-lik diametrində olan 100 ( bir yüz) manat dəyərində 01 ədəd dəmir borunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 440,00 (dörd yüz qırx) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Vaqif oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhəri, Sabir küçəsi 18 ünvanında yerləşən həyət evi mərhum babası Vəliyə məxsus həyət evi olub. Mərhum babası Vəli Kərimov atası İnqilabın atası olub. Onlar həmin ünvanda uzun illər yaşamış və 2021-ci ildə aralarında olan razılığa əsasən həmin həyət evindən çıxmışlar. Hazırda həmin həyət evində bibisi Fizzə ailəsi ilə birlikdə yaşayır. O, isə ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi ev 27-də yaşayır. 2022-ci ilin mart ayının 1-də saat təxminən 13 radələrində Yevlax şəhəri, Sabir küçəsi 18 ünvanına yəni əvvələr yaşadığı evə tərəf getmişdir. Bibsi yaşayan həyət evinə yaxınlaşarkən həmin vaxt görmüşdür ki, qapının üzərində qıfıl var və ona məlum olmuşdur ki, bibisi Fizzə evdə yoxdur. Bundan sonra oğurluq etmək qərarına gəlmiş və həyətin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə olan dəmir darvazanı, dəmir taxtı və dəmir boruları oradan oğurlayaraq həyətin dəmir qapısından bayıra çıxarmışdır. Bundan sonra tanımadığı “Qazel” markalı avtomaşın idarə edən sürüçüyə yaxınlaşmış və onunla razılaşaraq oğurladığı boruları və dəmirləri metal qəbulu sexinə aparmağı xahiş etmişdir. Avtomaşını idarə edən sürücü yükü aparması üçün ondan 10 manat pul istəmişdir. Həmin şəxslə razılaşmış və ümumi yükü həmin Qazel markalı yük avtomaşınına yükləmişdir. Yükü əvvələr tanıdığı Tehran adlı şəxsin metal qəbulu sexi işlətdiyi yerə aparmış və orada həmin dəmirləri ümumi dəyəri 140 manat pul qarşlığında Tehrana satmışdır. Tehrana satmış olduğu dəmirlərdən əldə etdiyi pulları isə atasının müalicəsi üçün xərçləmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvan mərhum atası Vəliyə məxsus olmuşdur. Həmin ünvanda yaşamış, lakin sonradan Bakı şəhərində yaşamışdır. Həmin vaxtlar həyət evində onun qardaşı yaşamışdır. 2020-ci ildə oğlu 2-ci Qarabağ müharibəsi başlanan zaman hərbi qulluqçu olduğu üçün müharibəyə getmiş və o, bundan sonra Yevlax rayonuna geri dönmüşdür. Geri döndükdən sonra ata evinə yəni əvvəllər yaşadığı evinə getmişdir. Evə geri dönməyinə səbəb oğlu hərbiçi olduğundan ona yaxın olmaq olmuşdur. Yevlax rayonunda yerləşən ata evində uzun illər qardaşı İnqilab və onun ailəsi yaşamışdır. O, ata mülkiünə geri döndükədn sonra qardaşı və onun ailəsi həmin evdən çıxaraq öz evlərində yaşamışlar. Onlar evdən çıxarkən özlərinə məxsus bütün əşyaları özləri ilə aparıblar. Həmin vaxtdan ata mülkündə yaşamağa başlamış eyni zamanda 2020-ci ilin sentyabr ayından qardaşı və onun ailəsi ilə heç bir əlaqəsi olmamışdır. 01 mart 2022-ci il tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman qardaşı oğlu Etibar ona heç bir söz demədən onun yaşadığı yəni əmlakının olduğu ata evinə özbaşına daxil olaraq oradan həyətdə olan ona məxus 1 ədəd 1,90 x 90 sm dəmir qapını, 4x3 metr dəmir oturacaq taxtını və 10 metr uzunluğunda 20 diametrli dəmir boruları gizli yolla oğurlayaraq ona ümumi olaraq 800 (səkkiz yüz) manat dəyərində ziyan vurmuşdur. Nu barədə eşitdikdə dərhal DİN-nin 102 xidmətini yığaraq bu barədə məlumat vermiş və bundan sonra dərhal Bakı şəhərindən yaşadığı evə gəlmişdir. Həyətə qapının üzərində olan qıfılı açarla açaraq daxil olmuş və daxil olduqda həyətdə olan ona məxsus 1 ədəd 1,90 x 90 sm dəmir qapını, 4x3 metr dəmir oturacaq taxtı və 10 metr uzunluğunda 20 diametrli dəmir boruların yerində olmadığını gördüyünü bildirmişdir. Hazırda oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Etivar Vəlizadə tərəfindən ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq işi ilə bağlı Bakı şəhərində olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. Etibarı şəhər sakini və eyni zamanda qaynaqçı cilingər kimi tanıyır. Etibar və atası İnqilab cox yaxşı cilingər olduqları üçün onların dəmir qapı və sair işlərlə məşğul olduqlarını bilir. 2022-ci ilin mart ayının əvvələrində işlədiyi metal qəbulu sexində olarkən həmin vaxt Etibar ona yaxınlaşmış və metal təhvil vermək istədiyini bildirmişdir. Həmin vaxt Etibarı tanıdığı üçün ondan dəmirləri qəbul etməyə razılıq vermişdir. Etibarın ona təqdim etdiyi dəmir parçaları 1 ədəd dəmir qapı, təxminən 15 metr dəmir boru və digərləri isə armaturdan ibarət dəmirlər olmuşdur. Həmin dəmirləri tərəzidə çəkmiş və ümumi olaraq çəkiləri 200 kq olmuşdur. Həmin dəmirləri 80 manat pul qarşlığında Etibardan qəbul etmişdir. O, Etibar və atası İnqilabı dəmir işləri yəni qapı və sair dəmir işləri görməsi səbəbindən tanıdığı üçün həmin dəmir metalın oğurluq olmasını güman etməmiş və bu səbəbdən də metalı qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli 9/1998 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur. 1 ədəd 1,90 x 90 metr ölçülü dəmir qapı-140 ( bir yüz qırx) manat, 4x3 metr dəmir taxt-aydın deyil 10 metr 20 diametrli dəmir borular-aydın deyil Dəmir taxtın texniki ölçüləri və boruların divarının qalınlığı məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə saat 19.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 12 mart 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyinə görə, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin göstərilən əməli törətməkdə təqsirli olmaları özünün etiraf ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi, 27 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar