Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-114/2023 20.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 16 oktyabr 2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaqla Yevlax rayonu Pambıq zavodunun fermasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qayınatası X4 məxsus Yevlax rayonu Salahlı kəndində yerləşən evində həyat yoldaşı X5 ilə aralarında ailə-məişət zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs şillə ilə X3 üz nahiyyəsindən qəsdən zərbə vuraraq xəsarətlər yetirmiş, X1 qaşın bayır bucağının sıyrığı, sol gicgah nahiyyəsinin dərialtı hematoması” nahiyyəsinə yetirdiyi xəsarətlər ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, X5 onun həyat yoldaşıdır. Tamam Xankişiyeva ilə 2017-ci ilin sentyabr ayının 09-da ailə həyatı qurmuşlar və hazırda iki övladları vardır. xx.xx.2023-cü il tarixdə axşam həyat yoldaşı Tamam və azyaşlı uşaqları ilə birlikdə Yevlax rayonu Salahlı kəndində qaynatasıgildə qalmışlar. O, xx.xx.2023-cü il tarixdə səhər təmir işləri aparmaq üçün xalasının yaşadığı evdə getmişdir. Orada günorta vaxtı yemək yeyən zaman bir qədər spirli içki qəbul etmiş, işini qurtarıb yenidən mağazadan ərzaq alaraq qaynatasıgilə həyat yoldaşının yanına getmişdir. Həyətə daxil olan zaman Tamam onun spirtli içki qəbul etdiyini bilib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Tamamdan səs-küy salmamasını və dava çıxarmamasını xahiş etmişdir. Lakin, Tamam onu dinləməyərək mübahisə etməyə davam etmişdir. O, da bu səbəbdən əsəbləşib Tamamın üz nahiyyəsinə iki şillə vurmuşdur. Tamamın başqa heç bir nahiyyəsinə vurmamış və xəsarət yetirməmişdir. Həyat yoldaşı Tamam Xankişiyeva ilə aralarındakı mübahisələri qayınatası evində baş vermiş, orada ikisindən başqa heç kəs olmamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə axşam vaxtı iki azyaşlı övladı ilə atası evinə qalmağa gəlmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində o, atası evində olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Həmin vaxt Simranın içkili olduğunu görmüş və bu zaman ona öz iradlarını bildirməyə başlamışdır. Simrana irad tutan zaman Simran ona yaxşı edib spirli içki içdiyini və onun işinə qarışmamasını bildirmiş, əks halda isə onu döyəcəyini demişdir. Bu səbəbdən də aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Simran onun çiyin nahiyyəsindən onu geri itələmiş, sonra üzərinə gələrək əlləri ilə onun üz nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq onu yerə yıxmışdır. Yerdə olan zaman isə Simran təpiklə onun bel nahiyyəsinə bir neçə dəfə təpiklə zərbə vurmuşdur. Sonra səsə qonşular gəlmiş və Simran oradan çıxıb getmişdir. Aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmiş orada ikisindən başqa heç kəs olmamışdır. Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən MTE və PA Birliyinin Yevlax rayon şöbəsi tərəfindən X3 tibbi müayinəsinə dair tərtib edilmiş xx.xx.2023cü il tarixli, 260 saylı ekspert rəyindən görünür ki, X5 “sol qaşın bayır bucağının sıyrığı, sol gicgah nahiyyəsinin dərialtı hematoması” xəsarətlərini almış, həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir. Xəsarətin əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə CM-nin 152.1-ci maddəsinə əsasən məhkum olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CMnin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-114/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-114/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver