Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-114/2024 31.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə, saat təxminən 17 radələrində X7 onun mərhum əri X1 təqaüdünün bərpa etdirilməsinə cəmi 1700 (min yeddi yüz) manat pul müqabilində köməklik göstərəcəyinə yalan vəd verib aldatmış, Səyidə Musayeva bu məqsədlə ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketində quraşdırılmış “eManat” ödəniş sistemi aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə, saat 19:02-də 1700 manat pulu Təqsirləndirilən şəxs ona vermiş olduğu "xxxx" ASC-yə aid **********401991 nömrəli plastik kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs əldə etdiyi pul vəsaitini qəsdən ələ keçirməklə zərərçəkmiş şəxs Səyidə Musayevaya cəmi 1700 (min yeddi yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə, saat təxminən 18 radələrində X7 onun mərhum əri X1 təqaüdü bərpa ediləndən sonra təqaüd məbləğinin artırılmasına cəmi 1400 (min dörd yüz) manat pul müqabilində köməklik göstərəcəyinə yalan vəd verib aldatmış, Səyidə Musayeva bu məqsədlə ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketində quraşdırılmış “eManat” ödəniş sistemi aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə, saat 16:36-da 1300 manat pulu, sonuncu dəfə ünvan 2 ünvanında yerləşən “Orucoğlu” marketində quraşdırılmış “e-Manat” ödəniş sistemi aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə, saat 13:47-də 100 manat pulu Təqsirləndirilən şəxs ona vermiş olduğu "xxxx" ASC-yə aid **********401991 nömrəli plastik kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs əldə etdiyi pul vəsaitlərini vahid niyyətlə qəsdən ələ keçirməklə zərərçəkmiş şəxs Səyidə Musayevaya cəmi 1400 (min dörd yüz) manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, X7 2021-ci ilin may ayının əvvəllərindən sonra tanımış, aralarında qohumluq əlaqələri, ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs X10 ilə 2021-ci ildə telefon vasitəsi ilə tanış olmuş və sonradan aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Bundan sonra Səyidə ilə mütəmadi olaraq mobil telefon vasitəsilə danışmağa başlamışdır. 2021-ci ilin may ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Səyidə ona uzun müddət ərzində təqaüd aldığını, lakin son zamanlar təqaüdü kəsildiyini, müxtəlif qurumlara müraciət edərək təqaüdünü bərpa etdirmək istədiyini, lakin müsbət nəticə əldə edə bilmədiyini, buna görə də maddi vəziyyətində sıxıntılar yarandığını demişdir. Səyidə Musayevaya kömək etmək qərarına gəlmiş və ona “Bakıya gəl, gələndə təqaüd sənədlərini də gətir, görüşüb sənədlərə baxım, əlimdən gələn köməklikləri edəcəyəm” sözlərini demişdir. Səyidə onun təklifini qəbul edərək 30 may 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, onlar şəhərin “28 May” metrostansiyasının yaxınlığında görüşüb orada olan “Çay evi” adlanan kafeyə girib əyləşərək çay içməyə başlamışlar. Səyidəyə onun sənədləri ilə tanış olmaq istədiyini demiş, Səyidə ona təqaüdü ilə əlaqəli bütün sənədləri təqdim etmiş, sənədlərə baxaraq ona əlillik almağa kömək edəcəyini, bunun üçün cəmi 3100 manat pul alacağını, həmin pulun 100 manat olan hissəsini zəhmət haqqı kimi, qalan hissəsi isə dövlət rüsumlarına ödəniləcəyini demiş, Səyidə onunla razılaşmış, lakin onun hazırda həmin məbləğdə pulu olmadığını, pulu hissə-hissə göndərəcəyini demişdir. İstifadəsində olan "xxxx" ASC-yə aid **********401991 nömrəli plastik kart hesabını Səyidəyə verərək həmin hesaba pulu göndərə biləcəyini demiş, bundan sonra kafedən çıxmış və Səyidə çıxıb yaşadığı Yevlax rayonuna getmişdir. Səyidə xx.xx.2021-ci il tarixdə axşam saatlarında ona verdiyi plastik kart hesabına 1700 manat pul göndərmiş, həmin gün 1700 manat pulun hamısını kart hesabından çıxarmış, bundan sonra Səyidə xx.xx.2021-ci il tarixdə, axşam saatlarında onun kart hesabına 1300 manat pul göndərmiş, həmin gün 1300 manat pulu kart hesabından çıxarmış, sonuncu dəfə isə Səyidə xx.xx.2021-ci il tarixdə, günorta saatlarında onun kart hesabına 100 manat pul göndərmişdir. Həmin gün 100 manat pulu kart hesabından çıxarmışdır. Səyidə ona ümumilikdə 3100 manat pul göndərmişdir. Səyidənin təqaüdünü bərpa etdirmək üçün dəfələrlə ayrı-ayrı aidiyyəti qurumlara müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, həmin ərəfədə onun maddi cəhətdən problemləri yaranmış, həmin problemləri aradan qaldırmaq üçün ona pul lazım olmuş, bu səbəbdən Səyidədən aldığı pulun hamısını xərcləmişdir. Bir müddət sonra Səyidə ondan tez-tez təqaüdünün nə zaman bərpa ediləcəyini soruşmağa başlamış, hər dəfə ona tezliklə müsbət nəticənin əldə olunacağını demiş, sonra isə Səyidə ondan aldığı pulu tam olaraq geri qaytarmağını tələb etməyə başlamışdır. Lakin maddi vəziyyəti aşağı olduğuna görə Səyidədən aldığı pulu qaytara bilməmiş və sonradan Səyidənin onun barəsində Yevlax rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bilmişdir. Səyidədən cəmi 3100 manat pul almış, həmin pulu onun mərhum ərinin təqaüdünün bərpa edilməsinə köməklik edəcəyinə söz verərək almış, Səyidəyə onun mərhum ərinin təqaüd məbləğinin artırılmasına köməklik edəcəyinə söz verməmişdir. Səyidədən aldığı puldan heç kəsə verməmiş, ondan ümumilkdə 3100 manat pul almış, həmin pulun hamısını öz şəxsi məsrəflərinə xərcləmişdir. Səyidədən pul almağında hər hansı bir başqa şəxslərin iştirakçılıqları və ya hər hansı bir formada köməklikləri olmamışdır. Artıq zərər çəkmiş şəxsə vurulan maddi ziyanı tam olaraq ödəmişdir. Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan pulu da ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərər çəkmiş şəxs X10 verdiyi ifadəsində göstərmişdir ki, X13 ilə 1991-ci ildə ailə həyatı qurmuş, 1995-ci il təvəllüdlü X14 və 1997-ci il təvəllüdlü X11 adında övladları olmuşdur. X20 Fövqəladə Hallar Nazirliyinin X5 Şöbəsində işləmiş və əri Rafiq xx.xx.2011-ci ildə xəstəliyi ilə əlaqədar beyninə qan sızma nəticəsində vəfat etmişdir. Əri vəfat etdikdən sonra yetkinlik yaşına çatmayan övladlarına görə 400 manat məbləğində təqaüd almağa başlamış, bir müddət sonra aldığı təqaüd kəsilmiş, müxtəlif aidiyyəti qurumlara müraciət edərək kəsilmiş təqaüdü bərpa etdirməyə çalışmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. 2021-ci ilin may ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı ***-***-**-** mobil nömrədən zəng gəlmiş, zəng edən kişi cinsli şəxs olmuş, həmin şəxs onunla danışandan sonra üzr istəyib səhv düşdüyünü bildirmiş, lakin telefonla həmin şəxslə bir müddət danışmış və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra aralarında dostluq münasibətləri yaranmış və bir müddət Ramil ilə mobil telefon vasitəsilə danışmışdır. Ramilə əri Rafiqin vəfat etdiyini, təqaüdünün kəsildiyinin və bu səbəbdən maddi vəziyyətində sıxıntılar olduğunu bildirmişdir. Ramil ona müxtəlif orqanlarda tanışlarının olduğunu və onun kəsilmiş təqaüdünün bərpa olunmasına kömək edə biləcəyini demişdir. Ramildən bunun necə olacağını soruşanda “Bakı şəhərinə gələrsən, görüşüb söhbət edərik, həmçinin təqaüdlə bağlı sənədləri də gətirərsən, baxıb cavab deyərəm” demiş, o da Ramilin təklifini qəbul etmişdir. 30 may 2021-ci il tarixdə mərhum əri ilə bağlı təqaüd sənədlərini götürüb Bakı şəhərinə getmiş, həmin gün saat təxminən 17 radələrində Bakı şəhərində ünvanını bilmədiyi “Çay evi”ndə Ramil ilə görüşmüş, Ramil onun gətirdiyi sənədlərə baxmış, sonra təqaüdü bərpa etməyin mümkün olduğunu və bunun üçün müxtəlif yerlərə gedilməli, dövlət rüsumları ödəməli, bundan əlavə ona görəcəyi işlər müqabilində xidmət haqqı ödənilməli olduğunu demişdir. Ramildən buna görə nə qədər pul tələb olunacağını soruşmuş, Ramil ona cəmi 1700 manat pul ödəyəcəyini, həmin pulun 1500 manat olan hissəsinin dövlət rüsumlarına, 200 manat olan hissəsinin isə xidmət haqqı kimi ödəyəcəyini demiş, o da Ramilin sözlərinə inanaraq onun təklifini qəbul etmişdir. Ramildən tələb olunan pulu ona necə göndərəcəyini soruşmuş və Ramil ona özünə məxsus "xxxx" ASC-yə aid **********401991 nömrəli plastik kart hesabını verərək həmin hesaba pulu göndərə biləcəyini demişdir. O da bununla razılaşmış və sonra Bakı şəhərindən çıxaraq Yevlax rayonuna, yaşadığı evə qayıdıb gəlmişdir. xx.xx.2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxaraq Yevlax şəhərində yaşayan bacısı Şahid yaşadığı evə gəlmiş, həmin gün bacısı Elnarə ilə birlikdə ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketinə gələrək orada quraşdırılmış “e- Manat” ödəniş sistemi aparatı vasitəsilə, saat 19:02-də Ramilin ona verdiyi plastik kart hesabına 1700 manat pul göndərmişdir. 27 iyun 2021-ci il tarixdə, axşam saatlarında Ramil ona hazırda xatırlamadığı başqa nömrə ilə zəng edərək mərhum əri Rafiqin təqaüdünün bərpa olunacağını, bunun üçün lazım olan işləri gördüyünü demiş, Ramil həmçinin ona mərhum əri Rafiqin təqaüdünün məbləğini təxminən 100-200 manat civarında artırılmasının mümkün olduğunu, bunun üçün əlavə xərclər, dövlət rüsumları tələb olunacağını demişdir. Mərhum ərinə görə aldığı təqaüdün məbləğinin artırılmasına nə qədər pul tələb olunduğunu Ramildən soruşmuş, Ramil bunun üçün əlavə olaraq 1400 manat pul lazım olduğunu demiş, o da Ramilin təklifini qəbul etmiş və bacısı Elnarə ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 16:36-da ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketinə gələrək orada quraşdırılmış “eManat” ödəniş sistemi aparatı vasitəsilə Ramilin kart hesabına 1300 manat pul göndərmişdir. Sonradan bacısı Elnarə ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Orucoğlu” marketində quraşdırılmış “eManat” ödəniş sistemi aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə, saat 13:47-də Ramilin kart hesabına 100 manat pul göndərmişdir. Bundan sonra bir müddət gözləmiş, lakin təqaüdün bərpa olunması və məbləğinin artırılması ilə bağlı heç bir yenilik olmamış, bu səbəbdən dəfələrlə Ramil ilə əlaqə saxlamış, Ramil isə müxtəlif bəhanələr edərək işin həllini tapacağını bildirmiş, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Ramil onun təqüdünü bərpa etdirməsi üçün aldığı 1700 manat pulu, təqaüd bərpa olunandan sonra məbləğin artırılması üçün aldığı 1400 manat pulu, cəmi 3100 manat pulu geri qaytarmamışdır. Sonradan Ramilin onu aldatmasını başa düşərək Yevlax rayon polis şöbəsinə gedib bu barədə ərizə ilə müraçiət etmişdir. Ramilə ümumilkidə 3100 manat pul vermiş, həmin pulun 1700 manat olan hissəsi mərhum ərinə görə aldığı kəsilmiş təqaüdün bərpa olunması üçün, 1400 manat olan hissəsi isə təqaüd bərpa olunandan sonra məbləğin artırılması üçün vermişdir. Ramilə həmin məbləğdə olan pulu göndərən zaman bacısı Şahid onun yanında olmuş, həmçinin onun Ramil ilə danışmağı, Ramilin onu aldatması barədə bacısı Elnarənin məlumatı olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs Səyidə Musayevanın ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Yevlax RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə o, tutularaq istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İşdə olan Yevlax RPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq istintaqa təqdim edilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs X6 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 775 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuº hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs hazıradək cinayət məsuliyyətinə cəlb olunmayan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunmasında hər hansı bir qadağa müəyyən edilmir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 775 manat pul ödənildiyi, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 30 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X3 dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-114/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-114/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver