Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-115/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cı ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək və digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni aztəminatlı ailələr arasında öz nüfuzunu qaldırmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasında “Koronavirus (COVİD-19)” pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq X10 tərəfindən Yevlax rayonu ərazisində yaşayan, mövcud vəziyyətlə əlaqədar gəlirlərindən məhrum olmuş aztəminatlı ailələrə göndəriləcək ərzaq yardımından nümayəndəsi olduğu inzibati ərazi dairəsində yaşayan kənd sakinlərinə ayrılmış 20 ədəd ərzaq payını ağzı bağlı şəkildə və içərisində ərzaq məhsullarının adı yazılmış siyahı ilə birlikdə Yevlax Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən qəbul edib həmin payları bütövlükdə ona verilmiş tapşırığa uyğun olaraq nümayəndəliyin ərazisində yaşayan az təminatlı ailələrə tam şəkildə paylamalı olduğu halda bunu etməyərək təhvil aldığı hər birinin dəyəri 65 manat olan 20 ədəd (qutu) ərzaq payının 19 ədədini göstərişə uyğun olmayaraq natamam şəkildə paylamaqla, yəni Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid16, Şahid17, Şahid18 və Şahid19 verilməli olan ümumilikdə dəyəri 1235 manat dəyərində ərzaq paylarından 284,68 manat dəyərindəkiərzaq məhsullarını digər aztəminatlı ailələrə təqdim etmək adı ilə götürmüş, lakin həmin ailələrə təqdim etməyərək dövlətin, habelə təmsil etdiyi dövlət qurumunun və cəmiyyətin koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının qarşısının alınması, onun neqativ təsirlərinin aradan qaldırılması, habelə mövcud vəziyyətlə əlaqədar gəlirlərindən məhrum olmuş aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı həyata keçirdiyi sosial siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə, son dəfə isə 2012-ci il dekabr ayından 2020-ci il may ayının 5-ə qədər Yevlax rayon İcra Hakimiyyətinin Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. X10 tərəfindən “Covid-19” pandemiyası ilə bağlı aztəminatlı ailələrə verilən 20 ədəd ərzaq payları onun tərəfindən rayon icra hakimiyyətindən təhvil alınıb inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu Qaraməmmədli və Rüstəmli kəndlərində yaşayan 20 nəfər aztəminatlı şəxsə paylanılmışdır. Ərzaq payları bağlı şəkildə onun tərəfindən təhvil alınmış, elə həmin gün də sahiblərinə çatdırılmış, yəni adlı siyahıda olan vətəndaşlara paylanılmışdır. xx.xx.2020-ci ildə aztəminatlı ailələrə göndərilən ərzaq paylarını 20 sayda - 10 qutu olmaqla 2 dəfəyə götürüb özüməməxsus avtomobillə əvvəlcə Yevlax rayonu Rüstəmli kəndinə, sonra isə Qaraməmmədli kəndinə aparmışdır. Birinci dəfə payları aparanda Rüstəmli kəndinin girəcəyində özünə məxsus “VAZ 2106” markalı, ** FA *** qeydiyyat nömrə nişanlı avtomobili saxlayıb ərzaq məhsullarının olduğu ərzaq paylarının 6 ədədini açıb içində olan müxtəlif ərzaq məhsullarını adını indi dəqiq xatırlamadığı yağ, makaron və müxtəlif adda olan müxtəlif növdən olan ərzaq məhsullarını xatırlamadağı sayda qutulardan götürüb maşının yük hissəsinə açıq şəkildə qoymuşdur. Bundan sonra rayon icra hakimiyyətindən tapşırıldığı üçün videoçəkən X4 zəng edib kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında dayandığı yerə gəlməsini demişdir. Gündüz gələndən sonra ərzaq məhsullarını aztəminatlı ailələlərə çatdırılmalı olduqlarını, payları verəndə çəkiliş edib şəkilləri icra hakimiyyətinin işçilərinə göndərməli olduqlarını bildirmişdir. Onunla birlikdə ərzaq paylarını Rüstəmli kəndində yaşayan siyahı üzrə müəyyən edilmiş aztəminatlı ailələrə aparıb paylamışlar. Bundan sonra Gündüzü kənddə düşürüb xəstə olan həyat yoldaşını həkimə aparmışdır. Axşamüstü arvadını evə gətirəndən sonra bu dəfə Qaraməmmədli kəndində yaşayan 10 ailə üçün ayrılmış ərzaq yardımı payını götürüb kəndə qayıtmışdır. Yuxarı Qarabağ kanalını keçəndən sonra maşını saxlamış və həmin paylardan bu dəfə də 6 ədədini açıb içində olan məhsullardan müxtəlif sayda və növdə götürüb avtomobilin yük yerinə qoymuşdur. Yenidən qutuları bağlayıb, Gündüzə zəng edib bu payları da paylamağa kömək etməsini, həm də çəkiliş etməsini bildirmişdir. Bu dəfə də həmin payları aztəminatlı ailələrə paylamışlar. Təqribən gecə yarıya qədər bir-bir ünvanlarda olub payları təhvil vermiş, Gündüz də çıxıb evinə getmişdir. Qutulardan götürdüyü məhsullar isə maşının yük yerində qalmışdır. Məqsədi həmin götürdüyü ərzaq məhsullarını kənddə yaşayan digər imkansız şəxslərə vermək olmuşdur. Çünki karantin rejimi elan olunandan sonra kənd sakinlərindən ona çox sayda müraciətlər daxil olmuş, kənd sakinləri maddi vəziyyətinin aşağı olmasından şikayətlənmişlər. Qaraməmmədli və Rüstəmli kəndlərində ümumilikdə 3140 nəfər şəxs yaşayır ki, bunlardan da 430-450 ailə aztəminatlı ailələrdir. xx.xx.2020-ci ildə niyyəti hər iki kəndi gəzib ərzaq bağlamalarından götürdüyü məhsulları ehtiyacı olan şəxslərə paylamaq olmuş, ancaq həmin gün idarəyə gələn şəxslərə açıq şəkildə ayrı-ayrı ərzaq məhsulları verilə biləcəyini bildirdikdə onlar yardımı ancaq qutu ilə birlikdə qəbul edəcəklərini, tək-tək götürməyəcəklərini bildirmişlər. Beləliklə həmin məhsullar 3 gün avtomobilin yük yerində qalmışdır. Nə ailəsindən, nə də başqa kimsədən həmin məhsulların avtomobilin yük yerində olmasını bilən olmamış, həmin ərzaqları avtomobildə gəzdirmişdir. Avtomobilin yük yeri bağlı olmuşdur. Həmin məhsulları götürən olmadığından toyuqların da köhnəlib qoxu verdiyini hiss edib hamısını 23-xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində hava qaralmağa başlayanda Yevlax rayonun Malbinəsi kəndi ərazisindən keçən Yuxarı Qarabağ kanalına atmışdır. Sonradan 2020-ci ilin may ayının 3-də rayon icra hakimiyyətindən gəlib maddi yardım paylanan ünvanlara baxış keçirilmiş, paylanan ərzaq məhsullarının paylanma vəziyyəti yoxlanılmışdır. Yoxlama aparıldıqdan sonra həmin şəxslər akt tərtib etmiş, o da həmin aktı imzalamış, lakin məzmununu oxumamışdır. Ərzaq paylarının olduğu qutuları rayon icra hakimiyyətinin nümayəndələri olan Anar və Allahverdi müəllimdən bütöv şəkildə şifahi qaydada qəbul etmişdir. Toyuq məhsulları isə ayrıca qutularda yardım verilən əhalinin sayına uyğun, yəni hər ailəyə 2 toyuq olmaqla, cəmi 40 ədəd toyuğu qəbul etmişdir. Verilən ərzaq paylarının olduğu qutuları, aztəminatlı ailələrə tərtib etdiyi cədvəl üzrə vermiş, alandan sonra da şəxsən imzalamışlar. Ərzaq payı olan qutuların verilməsi dəvət edilmiş X6 tərəfindən mobil telefonu vasitəsilə çəkiliş aparılmışdır. O, aztəminatlı ailələrin adının yazıldığı və ərzaq məhsullarını təhvil alan aztəminatlı ailələr tərəfindən imzalanmış sənədi ərzaq paylarını tam təhvil verdikdən sonra lazımsız olduğunu düşünüb cırıb atmışdır. O, icra nümayəndəliyinə müraciət edən imkansız, aztəminatlı şəxslər çox olduğu üçün payları təhvil alandan sonra həmin payları açıb içindəki ərzaqdan biraz götürüb, habelə toyuq məhsulunu da bir-bir siyahıda adları olan ailələrə payladıqdan sonra yerdə qalan ərzaq məhsullarını və toyuqları müraciət edən digər aztəminatlı kənd sakinlərinə verməyi planlaşdırmışdır. Məqsədi digər imkansız şəxslərə də ərzaq yardımı etmək olmuşdur. O, ərzaq məhsullarının olduğu qutulardan neçəsini dəqiq olaraq açdığını və içərisindən hansı ərzaq məhsullarını götürdüyünü tam xatırlamır. O, həmin ərzaqları nə özü, nə ailəsi, nə də qohumları üçün götürməmişdir. O, ərzaqları imkansız şəxslərə vermək üçün götürmüşdür. O, qutuları özü tək açmışdır. Bu barədə nə ailə üzvlərinə, nə də digər şəxslərə bildirməmişdir. Heç kim ərzaq məhsullarını açıq şəkildə qəbul etməyəcəyini dediyinə görə heç kimə götürdüyü ərzaqları verə bilməmişdir. Avtomobilin yük yerindən qoxu gəldiyini görüb, həmin məhsulları israf olmasın deyə balıqların yeməsi üçün Yuxarı Qarabağ kanalına atmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, vurulmuş 285 manat ziyanın tərəfindən ödənildiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki,Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən şəhər icra hakimiyyətinə X10 tərəfindən göndərilmiş ərzaq payının olduğu 20 qutunun aztəminatlı ailələrə verilməsi üçün Yevlax rayonu Qaraməmmədli kəndinin sabiq icra nümayəndəsi Təqsirləndirilən şəxs onun tərəfindən təhvil verilmişdir. Qutular təhvil verilərkən ağzı bağlı şəkildə olmuş və hər qutunun üzərində iki ədəd “Mərcan” markalı toyuq verilmişdir. Bundan başqa 20 qutunun hər birində ayrı-ayrılıqda 1 ədəd 800 qram çəkidə “Azərçay” markalı çay, 2 ədəd 800 qram çəkidə “Azərşəkər” markalı kəllə qənd, 2 ədəd 800 qram çəkidə qram çəkidə “Richmond” və ya “Evim” markalı şəkər tozu, 3 ədəd 800 qram çəkidə “Richmond” və ya “Domaşneye” markalı düyü, 1 ədəd 800 qram çəkidə qram çəkidə “Richmond” və ya “Domaşneye” markalı bulqur, 4 ədəd 500 qram çəkidə makaron, 2 ədəd 1 kq çəkidə vermişel, 1 ədəd 800 qram çəkidə “Richmond” və ya “Domaşneye” markalı noxud, 1 ədəd 800 qram çəkidə “Mizzo” markalı mərcimək, 1 ədəd 1 litr çəkidə “Yurdum” markalı günəbaxan yağı, 2 ədəd 910 qram çəkidə “Ana-Bala” markalı əridilmiş yağ, 3 ədəd 1kq çəkidə un, 1 ədəd 275 qram çəkidə “Blendo” markalı tomat pastası, 1 ədəd 1 kq çəkidə “Salute” markalı duz, 1 ədəd 1 kq çəkidə “Kometa” markalı konfet olmuşdur. Zərərçəkmiş şəxsnə daxil olmuş məlumat əsasında Qaraməmmədli kənd icra nümayəndəsi tərəfindən ərzaq paylarının olduğu qutunun vətəndaşlara açıq şəkildə verildiyi, bundan əlavə həmin qutuda verilməsi nəzərdə tutulan ərzaqların müəyyən hissəsinin götürüldüyü müəyyən edilmişdir. Bundan sonra orada akt tərtib olunmuş və Qaraməmmədli kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs həmin akta imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutunu evdə açarkən qutuda çay, qənd, yağ, konfet, 2 ədəd toyuq, makaron, vermişel, noxud və başqa ərzaq məhsulları olmuşdur. Təxminən 2 həftə sonra rayon icra hakimiyyətindən əməkdaşlar gəlib qutunun içərisində hansı növdə və miqdarda ərzaq məhsullarının olması, həmçinin qutu verilərkən ağzının açıq olub-olmaması ilə maraqlanmışlar və məlum olmuşdur ki, ona verilən qutunun içərisindən mərci ərzaq məhsulu götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif növ ərzaq məhsulları olsa da, vermişel,mərci, günəbaxan yağı, tomat pastası, duz olmamışdır. Təqsirləndirilən şəxs fotoşəkilləri çəkdirərkən 2 toyuğu ərzaq payının olduğu qutunun üzərinə qoysa da, sonradan toyuqlardan birini götürmüş və başqa şəxslərə çatmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif növ ərzaq məhsulları olsa da, vermişel olmamışdır. İki həftə sonra rayon icra hakimiyyətinin əməkdaşları onlara gəlib qutunun içərisində verilmiş ərzaq məhsullarının adları və miqdarı ilə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif adda ərzaq məhsulları olmuşdur. Bundan təxminən 2 həftə sonra Zərərçəkmiş şəxs əməkdaşları onlara gəlib ona verilmiş sovqat qutusunda hansı ərzaqların olması ilə bağlı maraqlanmışlar və hər hansı əskik ərzaq məhsulu aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif növdə ərzaq məhsulları olmuşdur, o cümlədən qutunun üzərində 1 ədəd də toyuq broyler vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda 1 ədəd toyuq olmuş, vermişel, noxud, duz olmamışdır. Təqsirləndirilən şəxs ərzaq payı olan qutunu verərkən Gündüz adlı həmkəndlisi də şəkillərini çəkmiş, həmin vaxt qutunun üzərinə 2 ədəd toyuq qoyulsa da, Mikayıl onlardan birini götürmüş və Fond tərəfindən toyuqların əskik göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yardım qutusunu ona vermiş, Gündüz adlı şəxs də yardım qutusu ilə birlikdə onun şəklini çəkmiş və çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif növ ərzaq məhsulları olsa da, vermişel, mərci olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Rüstəmli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. qutuda müxtəliv növ ərzaq məhsulları, o cümlədən 1 ədəd toyuq olmuş, vermişel, mərci olmamışdır. 2 həftə sonra rayon icra hakimiyyətindən gələrək qutuda nə olmasını soruşmuşlar, o da müəyyən ərzaqların qutuda olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində bildirmişdir ki,Yevlax rayonu Rüstəmli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif adda ərzaq məhsulları olsa da, vermişel və mərci olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda müxtəlif adda ərzaq məhsulları olsa da, vermişel olmamışdır. Təqsirləndirilən şəxs ərzaq paylarının olduğu qutunu təqdim edərkən 2 ədəd toyuq versə də şəkil çəkildikdən sonra toyuqlardan birini götürmüşdür. 2 həftə sonra Zərərçəkmiş şəxsndən gəlib qutunun içərisində hansı ərzaq məhsullarının olması ilə maraqlanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlara çatası olan bəzi ərzaq məhsullarını vermədiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Ona verilən ərzaq məhsullarının içərisində vermişel, tomat pastası olmamışdır. Təqsirləndirilən şəxs ərzaq paylarının olduğu qutunu təqdim edərkən 2 ədəd toyuq versə də, şəkil çəkildikdən sonra toyuqlardan birini çatmadığı üçün götürdüyünü bildirmişdir. Təxminən 2 həftə sonra Zərərçəkmiş şəxsndən gəlib qutunun içərisində hansı ərzaq məhsullarının olması ilə maraqlanmışlar. Yardım verilərkən qutunun tamlığı pozulmuşdu, yəni qutunun ağzı açıq halda olmuş, qutunun içərisində siyahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda çay, vermişel, günəbaxan yağı, duz və un olmamışdır. Təxminən 2 həftə sonra Zərərçəkmiş şəxsndən gəlib qutunun içərisində hansı ərzaq məhsullarının olması ilə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda çay, vermişel, günəbaxan yağı, duz və un olmamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxsndən gəlib qutunun içərisində hansı ərzaq məhsullarının olması ilə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Pandemiya ilə əlaqədar aztəminatlı ailə olaraq ona da yardım veriləcəyi bildirilmişdir və bu səbəbdən o, şəxsiyyət vəsiqəsini kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qutu yardım təqdim etmişdir. Qutuda tomat pastası və konfet olmamışdır. 2 həftə sonra Zərərçəkmiş şəxsndən gəlib qutunun içərisində hansı ərzaq məhsullarının olması ilə maraqlanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlara çatası olan bəzi ərzaq məhsullarını vermədiyini başa düşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2341 №li rəyindən görünür ki, 1 qutu ərzaq bağlamasının 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 65 manat, 13 qutu bağlamanın ümumilikdə dəyəri 845manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (İ cild iş vər. 184-187); Yevlax şəhər üzrə Maliyyə Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli mütəxəsis rəyindən görünür ki, 19 qutuda olan və ümumilikdə dəyəri 1235 manat olan ərzaq məhsullarından 284,68 manat dəyərində ərzaq məhsulları vətəndaşlara təqdim olunmamışdır. (İİ cild iş vər. 40-42); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild iş vər. 101-102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (İ cild iş vər. 56); “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 285 manat məbləğində ziyan ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əsədov X5 Məcəlləsinin308.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə əsas cəza və müəyyən vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 10 (on) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, 150 (bir yüz əlli) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-115/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-115/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver