Məhkəmə qərarları › İş №1(039)-115/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-115/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-115/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq , m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin əmlakını gizli talama məqsədi ilə, 2020-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fəaliyyəti dayandırılmış saxlanc yeri hesab olunan çörək sexinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sexin həyətindən və sexin otağından 01 ədəd 110 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “TM-160/10- U1” markalı 160 kvt transformatoru. 01 ədəd 30 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “AQİDEL-M” markalı “AQİDEL-M VÜN-1” modelli su nasosunu, 360 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş “AVVQ 4 X70” markalı 3 jilalı 30 metr alüminium kabelini, 910 manat dəyərində 07 ədəd 4 kv markalı 400 amperli elektrik açarlarını və 01 ədəd 230 manat dəyərində “BK- G4T“ markalı qaz sayğacını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumil 1,640 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram miqdarında narkotik vasitə heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi 21 mart 2021-ci il tarixdə saat 10:30 radələrində, Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində saat 11:10 dəqiqədən saat 11:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçi vəkilin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0.217 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədi ilə, 25 aprel 2021-ci il tarixdə saat təxminən 23 radələrində və 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23 radələrində vahid niyyətlə X1 məxsus yaşayış sahəsi hesab olunan Yevlax şəhəri Şahid1 küçəsi. 85 nömrəli evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki otaqdan 01 ədəd 900 manat dəyərində elektrikli şirə soyudan aparatı, 01 ədəd 500 manat dəyərində qaynaq aparatını, 01 ədəd 670 manat dəyərində elektrikli çörək bişirən sobanı, 01 ədəd "BK” markalı kondisionerin daxilində olan 50 manat dəyərində mis materialları, hər birinin ayrı-ayrılıqda qiyməti 60 manat olan 04 ədəd alüminium materialdan olan 50 litr su tutumuna malik bidonları, hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan 05 ədəd çuqun materialdan olan qazanları, hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan 04 ədəd 10 litr su tutumuna malik şüşə balonları, hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat olan 02 ədəd 5 litr su tutumıınba malik şüşə balonları, içərisində 1,000 manat dəyərində 50 litr bal olan 01 ədəd 60 manat dəyərində alüminium materialdan olan bidonu, içərisində 250 manat dəyərində 50 litr yağ olan 01 ədəd 60 manat dəyərində alüminium materialdan olan bidonu qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs İlahə Məmmədovaya ümumilikdə 3,832 (üç min səkkiz yüz otuz iki) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, heç yerdə işləmir, metal tullantıları toplayıb metal qəbulu məntəqəsinə verərək özünü maddi cəhətdən təmin edir. 21 mart 2021-ci il tarixdə səhər saatlarında piyada Yevlax şəhəri, H.Əliyev prospekti ilə Bazar istiqamətində gedən zaman prospektdə yerdə bir ədəd “LD” markalı siqaret qutusunun olduğunu görmüşdür. Belə güman etmişdir ki, siqaret qutusunda siqaret ola bilər və bu səbəbdən siqareti yerdən götürmüşdür. İçinə baxdıqda içində gümüşü rəngli bir ədəd kağız bükülünün olduğunu görmüşdür. Bükülünü açdıqda isə içində narkotik vasitə heroinin olduğunu görmüşdür. Həmin narkotik vasitəni sonradan istifadə etmək məqsədi ilə bükülünü siqaret qutusunun içində əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bir az məsafə qət etdikdən sonra, H.Əliyev prospektində yerləşən məscidin yanında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onu Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparmaqla üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmiş və üzərində olan digər əşyalarla birlikdə yoldan tapdığı, içində heroin olan siqaret qutusunu da təqdim etmişdir. Polis əməkdaşları siqaret qutusunun içindəki bükülüdə nə olduğunu soruşduqda, etiraf etmişdir ki, narkotik vasitədir, öz istifadəsi çün üzərində saxlamışdır. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Narkotik vasitələrdən mütəmadi istifadə etdiyi üçün çox vaxt metal tullantıların satışından əldə etdiyi pul onun tələbatını ödəmir. 25 aprel 2021-ci il tarixdə Yevlax şəhəri, Aydın Məmmədov küçəsində yerləşən, əvvəllər də tanıdığı İlahə Məmmədovaya məxsus 85 nömrəli evdə yaşayış olmadığı üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 25 aprel 2021-ci il tarixdə saat təxminən 23:00-da İlahə Məmmədovaya məxsus evin həyətinin hasarının üstündən aşaraq evin həyətinə daxil olmuşdur. Evin ikinci mərtəbəsinin qapısı bağlı olduğu üçün oraya daxil ola bilməmişdir. Evin birinci mərtəbəsində yerləşən otaqların qapısında qıfıl olmadığı üçün birinin qapısını açaraq içəri daxil olmuş və içəridə köhnə mətbəx, məişət və s. bu kimi çoxlu sayda köhnə əşyaların olduğunu görmüşdür. Bu otaqdan köhnə kondisionerin hissələrini, yəni tərkibində misdən olan əşyaları, 1 ədəd qaynaq aparatını, 4 ədəd 50 litrlik alüminium su bidonlarını, 1 ədəd şirə soyutmaq üçün elektrik aparatı və 1 ədəd çörək bişirmək üçün elektriklə işləyən sobanı götürmüş, həmin əşyaları otaqdan götürdükcə qapının çölünə qoymuş, daha sonra isə həmin əşyaları küçədə yerləşən oğurluq etdiyi evin yaxınlığındakı yarımçıq tikiliyə yığmışdır. Bundan sonra 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00-da yenidən həmin evə daxil olmuş və evin birinci mərtəbəsində yerləşən digər otağa girmiş, həmin otaqdan 5 ədəd böyük çuqun qazanı, 4 ədəd 10 litrlik şüşə su balonu və 2 ədəd 5 litrlik şüşə su balonunu götürərək evin iki taylı qapısından (darvazadan) çıxarmışdır. Həmin əşyaları əvvəl qoymuş olduğu əşyaların yanına, yəni həmin küçədə yerləşən yarımçıq tikiliyə yığmışdır. Növbəti gün saat təxminən 09:00-da tanıdığı taksi sürücüsü Şahid1 görüb onun idarə etdiyi avtomobili saxlamış və ona özünə məxsus olan əşyalar olduğunu, bu əşyaları metal qəbulu sexinə vermək lazım olduğunu bildirmişdir. Aqillə razılaşdıqdan sonra avtomobillə Şahid1 küçəsinə getmişlər. Orada, oğurladığı əşyaları yığdığı yarımçıq tikilidən metal qəbulu sexinin götürə biləcəyi əşyaları avtomobilin yük yerinə yığmış və Aqildən xahiş etmişdir ki, avtomobili Yevlax-Bərdə yolunun üzərində yerləşən İlham Qurbanovun metal qəbulu sexinə sürsün. Yolla gedən zaman Aqilə bildirmişdir ki, metal qəbulu sexinin müdirinin oğlu Səddamla dalaşdığı üçün sonuncu ondan metal götürməyəcək və Aqildən xahiş etmişdir ki, həmin əşyaları Səddama o, özü satsın. Aqil onun xahişini nəzərə alaraq həmin əşyaları sexə sataraq qayıtmış və yolun kənarında avtomobilə əyləşib Yevlax şəhərinə qayıtmışlar. Aqil həmin əşyaları 60 manata satdığını deyərək pulu ona vermişdir, həmin puldan Aqilə yol haqqı olaraq 5 manat pul vermişdir. Bundan sonra 29 aprel 2021-ci il tarixdə taksi olan “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri, Şahid1 küçəsinə getmiş və küçədəki yarımçıq tikilidə olan əşyalardan bir ədəd şirə soyudan aparatı, bir ədəd qaynaq aparatını, 4 ədəd 50 litrlik alüminium su bidonlarını, 6 ədəd şüşə balonları və bir ədəd çörək bişirən elektrik sobanı həmin avtomobilin yük yerinə yığaraq Bərdə şəhər ərazisindəki “Köhnə bazar” adlanan ərazidə istifadə olunmuş əşyaların satıldığı yerə aparmış, həmin əşyaların hamısını birlikdə tanımadığı şəxsə cəmi 90 manata satmışdır. İlahə Məmmədovaya məxsus evdən dörd ədəd 50 litr su tutumuna malik olan alüminium bidonlar oğurlamış, lakin həmin bidonların içində bal və ya yağ olmamışdır, bidonlar boş olmuşdur. Ona qarşı ittiham sürülsə də, Zərərçəkmiş şəxs tanımır, ona məxsus Yevlax şəhəri Vaqif küçəsində yerləşən fəaliyyətini dayandırmış çörək sexinin harada olmasından belə məlumatsız olmuşdur. Belə ki, istintaq zamanı narkotik vasitələrin təsiri altında olduğundan bunun nəticəsini anlamadan həmin sexdən oğurluq etdiyini etiraf etmişdir. Həmin sexə hadisə yerinə baxış üçün aparılan zaman belə, narkotik vasitəyə ehtiyacı olduğundan bədən ağrıları olmuş, bu səbəbdən oğurluq etdiyi barədə yalan ifadə vermişdir. Həmin ifadə həqiqəti əks etdirmir. Orada əvvəllər ümumiyyətlə olmamış, oradan heç bir əşya götürməmişdir. Əməlindən peşman olduğunu, himayəsində yaşlı valideynlərinin olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X2 bildirmişdir ki, Yevlax şəhəri, Şahid1 küçəsi, 85 ünvanında yerləşən ev ona məxsus olsa da, ailəsi ilə birgə başqa ünvanda yaşayır. Buna baxmayaraq həmin ünvanda özünə məxsus əşyaları saxlayır və bir gündən bir həmin evə gəlib baş çəkir. 28 aprel 2021-ci il tarixdə həmin evə getdikdə evin birinci mərtəbəsində olan iki otağın qapısının açıq olduğun görmüşdür. Otaqlardan birinə baxdıqda 1 ədəd 320 voltluq işlək vəziyyətdə olan, qiyməti təxminən 500 manat olan qaynaq aparatının, 4 ədəd alimunumdan olan, hər birinin qiyməti 100 manat olan 50 litrlik su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı olan bidonların, 1 ədəd 2018-ci ildə alınmış, qiyməti 900 manat olan istifadə edilmiş, istifadəyə yararlı olan elektrikli şirə soyudan aparatın, 1 ədəd 2019-cu ildə alınmış, qiyməti 670 manat olan işlədilməmiş və istifadəyə yararlı elektrikli çörək bişirən sobanın, digər otaqdan isə qiymə ümumi 300 manat olan 5 ədəd müxtəlif ölçülərdə olan çuqun materialdan olan istifadə edilmiş, lakin istifadəyə yararlı qazanların, qiyməti ümumi 100 manat olan 4 ədəd 10 litr su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı şüşə balonların, ümumi qiyməti 30 manat olan 2 ədəd 5 litr su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı şüşə balonların oğurlanmış olduğunu və daha sonra 01 ədəd alüminiumdan olan 50 litrlik içində bal olan, ümumi dəyəri 1,000 manat olan bidon və 01 ədəd alüminiumdan olan 50 letirlik içində yağ olan, ümumi dəyərri 250 manat olan bidonun oğurlanmış olduğunu aşkar etmişdir. Həmin otaqda olan “BK” markalı kondisionerin içindəki mis materialdan olan avadanlıqların da sökülərək aparıldığını bilmiş, bununla da ona təxmini 50 manat ziyan dəymişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş və sonradan müəyyən edilmişdir ki, həmin oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir qonşu kimi tanımış, həmişə ona maddi yardım göstərmişdir. Buna baxmayaraq Saleh onun evdə olmadığından istifadə edib radan oğurluq etmişdir. Oraya başqa adamın girməsini düşünmür, belə ki, sonuncu dəfə oğurluğu aşkar etdiyi gündən 3 gün öncə həmin evdə olanda həmin əşyaları yerində olmuşdur. Oğurlanan əşyalardan yalnız 5 ədəd çuqun qazan ona qaytarılmışdır. Digər ziyan ona ödənilməmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid1 istintaq zamanı ifadəsində bildirmişdir ki, ara-sıra atasına məxsus avtomobillə sərnişin daşıyıb pul qazanmaqla məşğuldur. Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanımışdır. 28 aprel 2021-ci il tarixdə avtomobillə gedərkən Saleh onu saxlamış və bildirmişdir ki, Şahid1 küçəsində özünə məxsus əşyalar var, həmin əşyaları metal qəbulu sexinə aparmaq lazımdır. Razılaşdıqları 5 manat pul müqabilində Salehi oraya aparmış, Saleh oradan 5 ədəd müxtəlif ölçüdə qazanları avtomobilin yük yerinə qoymuş və avtomobilə əyləşərək İlhama məxsus metal qəbulu sexinə sürməyi xahiş etmişdir. Sexə çatmağa az qalmış Saleh bildirmişdir ki, İlhamın oğlu Səddamla dalaşdığı üçün ondan heçnə almır, həmin qazanları da qəbul etməyəcək və xahiş etmişdir ki, metalı özü Səddama satsın. Bunu deyəndən sonra avtomobili saxlamış, Saleh avtomobildən enmiş, özü isə metal qəbulu sexinə getmişdir. Qazanları Səddama vermiş və çəkisi 30 kiloqram olan qazanların müqabilində Səddam ona 60 manat pul vermişdir. Qayıdaraq Salehi götürmüş və pulu Salehə vermişdir. Saleh avtomobildən enərkən 5 manat ona pul vermişdir. Qazanlar köhnə olduğuna görə oğurluq olacağını düşünməmişdir. Şahid2 bildirmişdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrini üzərində saxlaması barədə 21 mart 2021-ci il tarixdə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Onun müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupa PPXB-nin polis nəfəri Şahid3 və təhqiqatçı X3 daxil edilmişdir. Həmin günü saat təxminən 10:00-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Əliyev prospektində saxlamış və Polis Şöbəsinə dəvət etmişlər. Saleh buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə, video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Saleh əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “LD” siqaret qutusu çıxararaq təqdim etmişdir. Siqaret qutusunun içində isə gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Saleh bildirmişdir ki, bükülünün içində aşkar edilmiş maddə narkotik vasitə olan heroindir, qutunu həmin gün Yevlax şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahidlər Şahid4 və Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexi ona məxsusdur. Həmin sex fəaliyyət göstərmədiyindən yalnız ara-sıra oraya gedib nəzarət etmişdir. 18 dekabr 2020-ci il tarixdə tanışı Həsən həmin sexə gedərək baxdıqdan sonra ona obyektdin həyətində olan transformatorun bəzi hissələrinin, həyətdə olan su motorunun, transformatordan sexin içərisnə gələn təxminən 30 metr uzunluqda olan naqqilli elektrik kabelinin, sexin içərisindən isə elektrik lövhəsinin içərisində olan elektrik açarlarının oğurlanması, həyətdə olan qaz xəttinin üzərində olan qaz ayğacının qırılaraq yarasız hala salınması barədə məlumat vermişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin zaman “Covid” xəstəsi olduğuna görə ərizə və izahat vermək üçün Yevlax RPŞ-nə gələ bilməmişdir. Tam sağalandan sonra, yəni 01 yanvar 2021-ci il tarixdə polis şöbəsinə getmiş, polis əməkdaşları ilə birlikdə obyektə gedərək sexə baxış keçirmişlər. Baxış zamanı binanın həyətində olan su çəninin altında quraşdırılmış 150 nanat dəyərində bir ədəd su motorunun, 480 manat dəyərində 30 metr uzunluqda 3 naqili elektrik kabelinin oğurlandığını, sonra binanın pəncərəsinə vurulmuş metal barmaqlığın çıxarılaraq yerə atıldığını, binanın içərisində olan 140 manat dəyərində 7 ədəd elektirik açarlarının, təxminən 2,000 manat dəyərində transformatorun hissələrinin oğurlandığını, bundan başqa qaz sayğacının sındırılması nəticəsində 100 manat ziyan vurulduğunu görmüşdür. Həmin əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamıdır. Belə ki, polis əməkdaşları ilə və Təqsirləndirilən şəxsla birlikdə oraya baxış keçirilən zaman Saleh həmin əşyaların yerlərini düzgün göstərməmişdir. Salehin özünü orada aparmasından belə nəticəyə gəlmişdir ki, Saleh orada ümumiyyətlə olmamışdır. Bu hissədə Təqsirləndirilən şəxs günahkar olmadığını bildirərək oğurluq etmiş şəxsin müəyyən edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Şahid5 bildirmişdir ki, Yevlax - Bərdə avtomobil yolunun kənarında “metal qəbulu” məntəqəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər Yevlax şəhər sakini kimi tanımışdır. Belə ki, Saleh bir neçə dəfə onun yanına gələrək metal tullantılar gətirmişdir. Hər dəfə onun gətirdiyi metal tullantıları çəkib pulunu ona vermişdir. Lakin, sonradan eşitmişdir ki, Saleh oğurluqla məşğuldur və belə qərara almışdır ki, Salehin gətirdiyi metal tullantıları qəbul etməsin. Bu barədə Salehin özünə də bildirmişdir. Sonuncu dəfə Saleh onun yanına təxminən 2020-ci ilin iyun ayında gəlmiş və metal tullantılar gətirmişdir. Həmin zaman gətirdiyi metal əşyalar qaynaq aparatının qırıqlarına bənzəyirdi, yararsız halda idi. Qeyd etdiyi səbəbə görə həmin metal tullantıları ondan qəbul etməkdən imtina etmişdir. 28 aprel 2021-ci il tarixdə, günorta saatlarında taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi VAZ-21010 markalı avtomobillə işlədiyi məntəqəyə gəlib avtomobilin arxa yük yerindən 05 ədəd müxtəlif ölçülərdə olan qazanları çıxarıb ona təqdim edərək satmaq istədiyini bildirmişdir. Aqili tanıdığı üçün həmin qazanların kimə məxsus olduğunu soruşmamış, qazanlara baxmış, çuqun materialdan olduğunu görmüş, həmin qazanları tərəzidə çəkmişdir. 30 kq çəkidə olan qazanlara grə Aqilə 60 manat pul vermişdir. Həmin qazanları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 aprel 2021-ci il tarixli 9/1630 saylı rəyində qeyd olunur ki, 1 ədəd İşlək vəziyyətdə olan TM-160/10-U1” markalı, 160 kvt, Rusiya istehsallı, 1995-ci ildə alınmış transformator ümumi dəyəri 110 manat, 1 ədəd İşlək vəziyyətdə olan “Aqidel-M” markalı, “Aqidel-M VÜN-1” modelli 1995-ci ildə alınmış, Rusiya istehsallı su nasosu ümumi dəyəri 30 manat, 30 metr 3 jilalı elektrik kabeli Rusiya istehsallı, “AWQ 4X70” markalı alüminium kabel 30 ümumi dəyəri 360 manat, 1 ədəd İşlək vəziyyətdə olan Rusiya istehsallı, 1995-ci ildə alınmış 4 kv markalı 400 amperli elektrik açarı ümumi dəyəri 910 manat, 1 ədəd BK-G4T markalı qaz sayğacı ümumi dəyəri 230 manat, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiymət təxminən 1,640.00 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021-ci il tarixli 9/4042 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin aprel-may aylarına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:4 ədəd istifadə edilmiş, istifadəyə yararlı, alüminiumdan olan, 50 litrlik su tutumuna malik bidon -240,00 (4əd. x 60man.), 5 ədəd təqdim olunmuş fotoşəkillərə əsasən çuqun materialdan olan, qazanların (biri qapaqlı) xarici görünüşünə görə uzun müddət istismarda olduğu və onların səthi üzərində qaralma, zədələr olduğu müşahidə olundu - 50,00 (5əd. x 10man.) manat; 4 ədəd istifadə edilmiş, istifadəyə yararlı 10 litr su tutumuna malik şüşə balonlar -40.00 (4əd. x 10man.) manat; 2 ədəd istifadə edilmiş, istifadəyə yararlı 5 litr su tutumuna malik şüşə balonlar -12,00 (2əd. x 6man.) manat; 1 ədəd alüminiumdan olan 50 litrlik, içərisində bal (balın mənşəyi, tərkibi, keyfiyyəti məlum olmadığından qiymətləndirmə aparılmadı) olan bidon - 60,00 manat; 1 ədəd alüminiumdan olan 50 litrlik, içərisində yağ (yağın mənşəyi, tərkibi, keyfiyyəti məlum olmadığından qiymətləndirmə aparılmadı) olan bidon - 60,00 manat, digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.(səhv 72-74). Məhkəmə Ekspertizası Mərkəzinin X4 22 mart 2021-ci il tarixli 17/214 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “21.03.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ kağız bükümdə, təmiz çəkisi-0,217 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.94) Məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 637 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.76) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən bükülünün, içində isə maddənin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən edilmiş oğurluqla bağlı təqsirli olmasının təsdiqi olaraq Təqsirləndirilən şəxs, zərər çəkmiş Zərərçəkmiş şəxs, Şahid5 istintaq zamanı verdiyi ifadələrə istinad edir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ünvandan oğurluq etmədiyini bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən ona məxsus əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamış, polis əməkdaşları ilə və Təqsirləndirilən şəxsla birlikdə oraya baxış keçirilən zaman Saleh həmin əşyaların yerlərini düzgün göstərməmişdir. Salehin özünü orada aparmasından belə nəticəyə gəlmişdir ki, Saleh orada ümumiyyətlə olmamışdır. Bundan başqa, Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayında onun işlədiyi metal qəbulu məntəqəsinə gətirdiyi metal tullantılarının məhz ünvan 2 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən oğurlanmış əşyalarla eynilik təşkil etməsini də müəyyən etmək mümkün olmamışdır. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən oğurluq etməsi sübuta yetmir. Cinayət Prosessual Məcəllə: Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən edilmiş oğurluqda təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Yevlax şəhəri, Şahid1 küçəsi, 85 ünvanında yerləşən zərər çəkmiş şəxs İlahə Məmmədovaya məxsus evdən edilmiş oğurluqla əlaqəli mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin evdən edilmiş oğurluqda özünü qismən təqsirli bilsə də, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, onun həmin yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurması, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxs İlahə Məmmədovanın və Şahid1 ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı oğurluqla bağlı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməlindən yalnız İlahə Məmmədovanın evindən edilmiş oğurluq sübuta yetirildiyindən və bununla da təkrarlıq istisna olunduğundan onun əməli tam olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əhatə olunur. Bu səbəbdən Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ona verilmiş ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, baxış keçirilməsinə dair video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs, Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə ayrı ayrılıqda cəza təyin edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, maddi sübut olan 05 ədəd qazanın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 169.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 102 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 02 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 05 ədəd qazanların zərər çəkmiş şəxs X1 verilməsi nəzərə alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,167 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 169 (bir yüz altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 102 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar