Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-115/2022 06.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin fevral ayının 7-də Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri, Neftkəməri küçəsi, 8 nömrəli evin 20 nömrəli mənzilinə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq evin otaqlarından 1 ədədi 4 manat olmaqla, ümumilikdə 64 manat dəyərində 16 ədəd can dəsmalını, 1 ədədi 2 manat olmaqla, ümumilikdə 32 manat dəyərində 16 ədəd əl-üz məhrəbası, 1 ədədi 5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 3 ədəd parçanı, 1 ədədi 1 manat olmaqla, ümumilikdə 10 manat dəyərində 10 ədəd xırda həcmli çay dəsmalını, 1 ədədi 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 2 ədəd yorğan üzünü, 1 ədədi 15 manat olmaqla, ümumilikdə 45 manat dəyərində 3 ədəd iri alüminium ləyəni, 1 ədədi 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 2 ədəd paxlava bişirmək üçün iri mis sinini, 1 ədədi 10 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 3 ədəd qazanı, 1 ədədi 0.30 manat olmaqla, ümumilikdə 10.50 manat dəyərində 35 ədəd qaşıq və çəngəl dəstini, 1 ədədi 5 manat olmaqla, ümumilikdə 50 manat dəyərində 5 ədəd şüşə materialdan meyvə qabını, 1 ədədi 0.50 manat olmaqla, ümumilikdə 5 manat dəyərində 10 ədəd stəkan, 1 ədədi 0.30 manat olmaqla, ümumilikdə 3 manat dəyərində 10 ədəd stəkan nəlbəki dəstini, 35 manat dəyərində 1 ədəd qoşa divan örtüyünü, 12 manat dəyərində 1 ədəd kreslo üzlüyünü, 20 manat dəyərində 1 ədəd 2 metrlik masa süfrəsini, 140 manat dəyərində 1 ədəd iri həcmli mis qazanı, 45 manat dəyərində 1 ədəd kiçik ölçülü elektrikli samovarını, 1 metri 1 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 20 metr işıq kabelini, 30 manat dəyərində dəsmal dəstini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 696.5 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını vahid niyyətlə qəsdən gizli olaraq talamaq məqsədilə 2022-ci ilin fevral ayının 18-də gecə saatlarında və 2022-ci ilin fevral ayının 27-də gecə saatlarında Yevlax şəhəri, Neft Kəməri küçəsində yerləşən "xxxx" ASCnin tikinti sahəsində saxlanc yeri hesab edilən yardımçı tikiliyə açıq sahədən daxil olaraq oradan "xxxx" ASC-yə məxsus olan 1 metri 60 manat olmaqla 4 x 95 kv/mm diametr ölçüdə ümumilikdə 100 metr olmaqla 6,000 manat dəyərində elektrik naqilini qəsdən talamaqla "xxxx" ASC-yə ümumilikdə xeyli miqdarda ziyan vurmaqla qəsdən saxlanc yerinə daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs bir qonşu kimi tanımış, onun Yevlax şəhəri, Neftkəməri küçəsi, 8 nömrəli evin 20 nömrəli mənzilində yaşadığını bilmişdir. Lakin, məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs həmin mənzildə bir müddətdir yaşamır. 07 fevral 2022-ci il tarixdə, günorta saat təxminən 13:00-da həmin ünvana getmiş və Zərərçəkmiş şəxs mənzilinin pəncərəsinin açıq olduğunu görmüşdür. Bu səbəbdən mənzilin yerləşdiyi ikinci mərtəbəyə qalxaraq pəncərədə olan toru əli ilə cırmış və içəri daxil olmuşdur. Mənzildən sayını dəqiq bilmədiyi can və əl-üz dəsmalları, parçalar, çay dəsmalları, qoşa divan örtüyü, 2 ədəd yorğan üzü, 1 ədəd kreslo üzlüyü, 1 ədəd masa üstü süfrə, iri alüminium ləyənlər, 1 ədəd iri mis qazan, iri mis sini, 3 ədəd qazan, işıq kabeli, qutuda dəsmal dəstini götürərək torbaya yığmış və mənzildən çıxmışdır. Küçədə tanımadığı avtomobili saxlamış və onu Yevlax şəhərində dəmiryolunun yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmağı xahiş etmişdir. Orada mənzildən oğurladığı dəmir və mis əşyaları Elnur adlı şəxsə 96 manata satmışdır. Oğurladığı digər malları isə öz evinə aparmışdır. Daha sonra, 18 fevral 2022-ci il tarixdə, gecə saatlarında, Yevlax rayonu, Neftkəməri küçəsində yerləşən "xxxx" ASC-nin tikinti sahəsinə getmiş, orada yerləşən binaların içinə daxil olaraq, binanın içində olan elektrik kabellərini dəmir kəsən mişarla uzunluğunu dəqiq bilmədiyi hissədə kəsib götürərək zibillikdə əridib metal ərintisi halına salmış və tanımadığı avtomobillə Yevlax şəhərində, Səfərbərlik və Hərbi çağırış xidmətinin Yevlax rayon şöbəsinin inzibati binasının yanında yerləşən metal qəbulu məntəqəsinə apararaq orada Samir adlı şəxsə 240 manata satmışdır. Bundan bir neçə gün sonra, təxminən 27 fevral 2022-ci il tarixdə həmin yerə gedib elektrik kabellərin bir hissəsini kəsib əridib qeyd edilən məntəqədə Samir adlı şəxsə 180 manata satmışdır. Qeyd edilən oğurluqları tək etmiş, bu zaman heç kimin yardımından istifadə etməmişdir. Oğurladığı malları satarkən həmin malların onun özünə məxsus olduğunu bildirmişdir. Maddi imkanı olmadığı üçün vurulmuş ziyanı zərər çəkmiş şəxslərə ödəyə bilməmişdir. Əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq əməliyyat olunduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. Özü hal-hazırda ünvan 3 ünvanda uzun müddətdir ki, heç kim yaşamır. Lakin mütəmadi olaraq həmin evə gəlir və ona məxsus evə daxil olub yoxlayır. Oğurluq hadisəsi baş verməmişdən qabaq sonuncu dəfə 2021-ci ilin dekabr ayının 24-25 ona məxsus olan həmin ünvana getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saat 15:00 radələrində keçmiş qaynanası Kərimova Asya ona zəng edərək Yevlax şəhəri Neftkəməri küçəsində yaşayan qonşusu Raya adlı şəxsin ona məxsus həmin evə oğru girdiyini dediyini bildirmişdir. Bundan sonra yoldaşı X1 ilə birlikdə oğurluq olan həmin evə getmiş və ona verilən məlumatın doğru olduğunu görmüşdür. Belə ki, ona məxsus ev 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Evə daxil olaraq oğurluq edən şəxs və ya şəxslər evin pəncərəsində olan setkanı cırmış və pəncərəni onlara məlum olmayan üsulla açaraq evə daxil olmuşdur. Evin qapısını açaraq evə daxil olmuş və evdə olan ona məxsus bəzi məişət əşyalarının yəni, 1 ədədi 12 manat olmaqla ümumilikdə 192 manat dəyərində 16 ədəd can dəsmalının, 1 ədədi 6 manat olmaqla ümumilikdə 96 manat dəyərində 16 ədəd əl-üz məhrəbanın, 1 ədədi 14 manat olmaqla ümumilikdə 42 manat dəyərində 3 ədəd parçanın, 1 ədədi 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd xırda həcmli çay dəsmalının, 1 ədədi 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 2 ədəd yorğan üzünün, 1 ədədi 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd iri alüminium ləyənin, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd paxlava bişirmək üçün iri mis sininin, 1 ədədi 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 3 ədəd qazanın, 1 ədədi 1 manat olmaqla ümumilikdə 35 manat dəyərində 35 ədəd qaşıq və çəngəl dəstinin, 1 ədədi 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 5 ədəd şüşə materialdan meyvə qabının, 1 ədədi 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd stəkan-nəlbəki dəstinin, 35 manat dəyərində 1 ədəd qoşa divan örtüyünün, 12 manat dəyərində 1 ədəd kreslo üzlüyünün, 20 manat dəyərində 1 ədəd 2 metrlik masa süfrəsinin, 140 manat dəyərində 1 ədəd iri həcmli mis qazanın, 45 manat dəyərində 1 ədəd kiçik ölçülü elektrikli samovarının, 1 metri 1 manat olmaqla ümumilikdə 20 manat dəyərində 20 metr işıq kabelinin, 30 manat dəyərində dəsmal dəstinin oğurlandığını müəyyən etmişlər. Zərər çəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" ASC Yevlax şəhərinin içməli su qurğuları kompleksinin inşası ilə məşğuldur. "xxxx" ASC Yevlax şəhəri “köhnə körpü” adlanan ərazi Kür çayının sağ sahilində iki stansiya quraşdırmışdır. Bu məqsədlə, həmin ərazidə yerləşən qapalı məkanlarda, yardımçı tikililərdə 4x95 kv/mm diametrdə mis materialdan olan 4 jilalı elektrik naqil saxlanılmaqdadır. 15 mart 2022-ci il tarixdə həmin kabel topasından təxminən 100 metr oğurlandığını aşkar etmiş və bu barədə polis orqanlarına müraciət etmişdir. Kabelin bir metrinin təxmini qiyməti 97 manat təşkil edir. Sonradan məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs etmişdir. Vurulmuş ziyan onun tərəfindən ödənilməmişdir. Şahid3 bildirmişdi ki, Yevlax şəhərində, Səfərbərlik və Hərbi çağırış xidmətinin Yevlax rayon şöbəsinin inzibati binasının yanında yerləşən metal qəbulu məntəqəsində işləyir. 19 fevral 2022-ci il tarixdə tanımadığı şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və torbada ərinmiş mis gətirdiyini və satmaq istədiyini bildimişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədi ona göstərmişdir. Suallara cavab olaraq Orxan bildirmişdir ki, həmin ərinmiş mis ona məxsusdur. Misi tərəzidə çəkdikdə 20 kiloqram olduğunu müəyyən olunmuşdur. Bunun müqabilində Orxana 1 kiloqramı 12 manat hesabı ilə, cəmi 240 manat pul vermişdir. Təxminən bir həftə sonra Orxan növbəti dəfə 15 kiloqram ərinti mis gətirmiş və bunun müqabilində Orxana 180 manat pul ödəmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli 9/2447 saylı rəyində qeyd olunur ki, Ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş qara rəngli izolyasiyalı, ümumi diametri 45 mm, 4 jilalı, hər birinin diametri 14 mm, üzərində markalanma göstəriciləri olmayan mis əsaslı elektrik kabelinin 1 metri 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 60.00 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən 12 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 309.50 manat müəyyən edilir. Digər ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 8 adda mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, ölçüsü, materialı, texniki göstəriciləri, çəkisi və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. (səh. 200-201). Ekspertiza rəyində qeyd edilməyən 2 ədəd iri mis sininin, 3 ədəd qazanın, 1 ədəd qoşa divan örtüyünün, 1 ədəd dəsmal dəstinin, 1 ədəd 2 metrlik masa süfrəsinin, 1 ədəd iri həcmli mis qazanın, 20 metr işıq kabelinin, 1 ədəd kreslo üzlüyünün qiyməti zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdiyi qiymətlər əsasında müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, həmin qiymətlər təqsirləndirilən şəxs tərəfindən mübahisə edilmədiyindən və ağlabatan olduğundan olduğu kimi qəbul edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, yəni yaşayış sahələrinə təkrarən daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadəsi, ekspertiza rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir, belə ki, vurulmuş ziyan onun tərəfindən ödənilməmiş, buna cəhd edilməmişdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd parça, 2 ədəd can dəsmalı, 1 ədəd əl-üz məhrəbası və 4 ədəd çay dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 36 manat haqq dövlət büdcəsindən ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 13 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Maddi sübut 1 ədəd parça, 2 ədəd can dəsmalı, 1 ədəd əl-üz məhrəbası və 4 ədəd çay dəsmalı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin . Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-115/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-115/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver