Məhkəmə qərarları › İş №1(039)-115/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-115/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-115/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qoşqar oğlunun iştirakı ilə xx.xx.1978-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhslli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və hazırda həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 04 iyul 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən fermanının yanında olarkən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ağacla və əli ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbə vuraraq ona YÜNGÜL dərəcəli bədən xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı Aran qəsəbəsi ərazisində kiçik həcmli ferması vardır. Həmin fermada həm qoyun həmdə iri buynuzlu heyvanlar saxlayır, qonşuluğunda fermada yaşayan Zərərçəkmiş şəxs yaxından tanıyır və əvvəllər aralarında mübahisələri olmamışdır. Lakin son 5 ildir ki, aralarında torpaq sahəsi üstündə bir qərara gələ bilmədikləri üçün işləri məhkəməyədək çatmışdır. Hazırda həmin torpaq sahəsi üstündə işlərinə məhkəmədə baxılır. 2023-cü ilin may ayının 13-də təxminən saat 10 radələrində qonşu fermada yaşayan Zərərçəkmiş şəxs bir sürü qoyun heyvanını həmin mübahisəli torpaq sahəsində otarmaq üçün aparmışdır. Buna görə də Kərimə öz etirazını bildirmiş və bu səbəbdən də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı, Zərərçəkmiş şəxs onun yaxasından tutaraq boğmuş, söyüb təhqir etmişdir. O, da Kərimin bu hərəkətlərindən əsəbləşərək Kərimi bir dəfə əlindən vurmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Qoşqar oğlu ifadəsində göstərdi ki, yaşadığı Aran qəsəbəsi ərazisində kiçik həcmli ferması vardır. Həmin fermada həm qoyun həmdə iri buynuzlu heyvalarar saxlayır. Qonşuluğunda fermada yaşayan Təqsirləndirilən şəxs Yusuf oğlunu 8 ildir ki, tanıyır. Əvvəllər aralarında mübahisələri olmamışdır. Lakin son 5-6 ildir ki, aralarında torpaq sahəsi üstündə mübahisələri başlamışdır. Yaşadığı fermlarının yaxınlığında qardaşı Quliyev Eldara məxsus 2.48 sot əkin üçün yaralı torpaq sahəsi var və qardaşı ona həmin sahədə heyvanların otarması üçün icazə vermişdir. Lakin qonşu fermada yaşayan Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək qardaşına məxsus sahədə heyvanlarını otarmağına mane olmuşdur. Sonuncu dəfə 2023-cü ilin may ayının 13-də təxminən saat 10:20 radələrində heyvanlarını qardaşının sahəsində otarmaq üçün apararakən Təqsirləndirilən şəxs onun heyvanlarının qarşısını kəsmişdir. Bu səbəbdən də aralarında mübahisə baş vermiş və mübahisə zamanı, Təqsirləndirilən şəxs vurmamış, söyməmiş, təhqir etməməmişdir. Həmin mübahisə vaxtı Təqsirləndirilən şəxs əlində olan ağacla onun sol əlinin üstündən vurmuş, sonra isə onu yerə yıxaraq sürümüşdür. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şifahi vəsatəti əsasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Yevlax şəhər İHB-nın Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Yevlax rayon Aran qəsəbə sakini kimi tanıyır. Rövşənlə Kərimin münasibətləri əvvəllər normal olsa da son 5-6 ildir ki, onlar torpaq sahəsindən istifadə ilə əlaqədar olaraq birbirləri ilə mütəmadi olaraq mübahisə etmişlər. Sonuncu dəfə 13 may 2023-cü il tarixdə əraziyə baxış keçirmək üçün torpaq sahəsində olarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüş və onlara yaxınlaşaraq sakitləşdirməyə çalışmışdır. O, Rövşəngilə yaxınlaşan zaman onların bir-birinin yaxasından tutduğunu, Kərimin əynində olan paltarlarının cırılaraq yararsız hala düşdüyünü və əlinin üzərində qan izləri olduğunu görmüşdür. Daha sonra o, Kərimlə Rövşəni ayıraraq aralarında olan mübahisənin daha da böyüməsinin qarşısını almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “MTE və PA Birliyi”nin Yevlax rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 252 nömrəli ekspert Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol əlin arxa səthinin, sıyrığı, akriv və passiv hərəkətin məhdudluğu ilə müşayət olunan sol dizin ön səthinin şişkinliyi və sıyrığı, alt dodağın selikli qişasının əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərcəsi sağlamlığa “YÜNGÜL” zərərə vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyəti Başçısının Aran qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 43 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərci yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərilmiş 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 18 (on səkkiz) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar