Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-116/2020 10.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 85-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, o, özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq açıq talamaqla ələ keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 12:30 radələrində, Yevlax şəhəri H.Əliyev prospekti 51 ünvanda yerləşən Zərərçəkmiş şəxs meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu mağazada sonuncuya məxsus 220 manat dəyərində olan “Samsung Galaxy J5” markalı bir ədəd mobil telefonu, 3 manat dəyərində olan ***-***-**-** saylı cin danışıq kartı ilə birlikdə mağazanın içərisindəki masanın üzərindən Zərərçəkmiş şəxs gözü qarşısında götürüb oradan qaçaraq açıq talamaqla Zərərçəkmiş şəxs 223 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Yevlax şəhərində yaşamış Zərərçəkmiş şəxs kiçik yaşlarından tanımayır. Həmin vaxt onun Sadiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Sadiqlə münasibəti 1998-ci ilədək davam etmişdir. Bundan sonra o, Rusiya Federasiyasına getdiyi üçün, sonralar isə cəzaçəkmə müəssisəsilərində cəza çəkdiyi üçün Sadiqlə görüşə bilməmişdir. 2020-ci ilin may ayının sonlarında Sadiqi Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən meyvə-tərəvəz mağazasının qarşısında görmüşdür. Sadiqlə görüşmüş və hal-əhvalını soruşmuşdur. xx xxx 2020-ci il tarixdə siqaret və yemək almaq üçün pula ehtiyacı olmuşdur. Pulu olmadığı üçün ehtiyaclarını qarşılaya bilməmişdir. Bundan sonra o, yaşadığı evdə olmuş üç ədəd xalçanı satmaq qərarına gəlmişdir. Sadiq mağazada işlədiyi üçün sonuncunun xalçaları alacağını hesab etmişdir. O, Sadiqlə görüşməyi, satmaq istədiyi üç ədəd xalçanı almağı təklif etməyi qərara almışdır. Bu səbəbdən də xx xxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq Sadiqin işlədiyi mağazaya getmişdir. Həmin vaxt Sadiq mağazada olmuşdur və mağazanın içərisindəki stulda əyləşmişdir. Sadiqə üç ədəd satlıq xalçasının olduğunu, iyirmi manat pul verməsini demiş və həmin xalçaları almağı təklif etmişdir. Sadiq ona xalça almadığını və pulunun olmadığını demişdir. Həmin vaxt o, Sadiqə məxsus mobil telefonun masanın üzərində olduğunu görmüşdür. O, həmin mobil telefonu götürərək qaçmağı və sataraq pul əldə etməyi qərara almışdır. Sadiqin diqqətinin yayınması üçün sonuncudan bir ədəd banan meyvəsi istəmişdir. Sadiq ona bir ədəd banan meyvəsi vermişdir. Sadiqlə söhbət edərkən masanın üzərindəki mobil telefonu əlinə götürmüşdür. Sadiq telefonu götürdüyünü görmüşdür. O, mağazadan çıxaraq H.Əliyev prospekti ilə qaçmağa başlamışdır. Sadiq qışqıraraq dayanmağını, mobil telefonunu qaytarmağını demişdir. Lakin o, Sadiqə məhəl qoymamış, dayanmayaraq yoluna davam etmişdir. Sadiq onun arxasınca qaçmış, lakin ona çata bilmədiyi üçün geriyə qayıtmışdır. Yevlax şəhərində yaşamış tanışı Şükürlə görüşmüşdür. O, telefonu Şükürə girov şəklində verərək sonuncudan 20 manat borc pul almışdır. Şükürə telefonu saxlamasını, satmamasını, bir neçə gün müddətində 20 manat pul əldə edib borcunu qaytaracağını və telefonu götürəcəyini demişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişlər. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan yəni, bir ədəd mobil telefonun ona qaytarıldığını, lakin telefonun tam yararsız halda olmasını, mobil telefonun ona qaytarılmasına baxmayaraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayının sonlarında o, Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Bəxtiyar adlı şəxsə məxsus mağazanı qeyri-rəsmi olaraq icarəyə götürmüşdür. Mağaza ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşmişdir. Mağazanın ağ rəngli plastik materialdan düzəldilmiş bir ədəd giriş-çıxış qapısı olmuşdur. Qapının yuxarı tərəfindəki hasara “meyvə-tərəvəz” sözü yazılmış elan lövhəciyi bağlanmışdır. Mağaza bir otaqdan ibarət olmuşdur. O, mağazanın içərisinə meyvə-tərəvəzləri yığmaq üçün bir neçə ədəd masa qoymuş və meyvə və tərəvəzlərin satışı ilə məşğul olmuşdur. Hər gün saat 08 radələrində mağazanı açaraq işə başlamış və saat 21 radələrinədək mağazada işdə olmuşdur. Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs 1992-ci ildə tanımışdır. Həmin vaxt onun Kamalla yaxın münasibəti olmuşdur. Onun Kamalla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 1997-ci il tarixdə o, Kamalın düzgün işlərlə məşğul olmadığını, cinayət törətməyə meyl etdiyini eşitmişdir. Bundan sonra Kamalla münasibətini kəsmişdir. Həmin vaxtdan sonra o, Kamalı görməmiş, sonuncu ilə heç bir münasibəti olmamışdır. 2020-ci ilin may ayının sonlarında Kamal onun işlədiyi mağazaya gələrək onunla görüşmüşdür. xx xxx 2020-ci il tarixdə saat 12:30 radələrində işlədiyi mağazada olmuşdur. İstifadə etdiyi “Samsung Galaxy J5” markalı bir ədəd mobil telefonunu mağazadakı masanın üstünə qoymuşdur. Həmin vaxt Kamal mağazaya gələrək ona “üç ədəd xalçam var, 20 manat ver, satım sənə” demişdir. O, Kamala “xalça almıram, 20 manat da pulum yoxdur” demişdir. Kamal ona “bir dənə banan ver yeyim” demişdir. O, Kamala bir ədəd banan vermişdir. Həmin vaxt Kamal masanın üzərindəki onun mobil telefonunu götürərək mağazadan çölə çıxmış və qaçmışdır. O, Kamalın arxasınca qaçmış və telefonunu ona qaytarmasını demişdir. Lakin, Kamal dayanmamış və telefonunu ona verməmişdir. O, Kamala çata bilməmiş, sonuncu uzaqlaşaraq getmişdir. Bundan sonra o, Yevlax rayon polis şöbəsinə gələrək Kamalın barəsində şikayət ərizəsi yazmışdır. “Samsung Galaxy J5” markalı bir ədəd mobil telefonu təxminən üç il əvvəl Yevlax şəhərində yerləşən “Bakcell” mağazasından almışdır. Telefonu üç ildir ki istifadə edir və telefon işlək vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. Hadisədən sonra Şahid1 telefonu ilə Kamalın götürüb apardığı ona məxsus telefona zəng etmiş, lakin Kamal zəngə cavab verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və valideyinləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, dolanmaq üçün Yevlax şəhəri, Nizami prospektində yerləşən Çingiz adlı şəxsə məxsus Rauf adlı şəxsin icarəyə götürdüyü obyektdə satıcı işləmişdir. Həmin mağazada mobil telefon və aksessuarlarının alqı-satqısı ilə məşğuldur. Onun işlədiyi mağazanın sağ tərəfinə bitişik mağazada isə Zərərçəkmiş şəxs meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Sadiq onun yaxın qonşusu olmuşdur. Onun Sadiqlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 12:30 radələrində işlədiyi mobil telefon mağazasında olmuşdur. Həmin vaxt çöldə Sadiqin “telefonumu apardı” deyərək qışqırdığını eşitmişdir. O, dərhal mağazadan çölə çıxmış və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs Sadiqə məxsus mağazanın qarşı tərəfindən H.Əliyev prospekti ilə Yevlax şəhər Avtovağzal istiqamətində qaçdığını görmüşdür. Sadiq ona Kamalın mobil telefonunu gözünün qarşısında mağazadan götürüb qaçdığını demişdir. Sadiq Kamalın arxasınca qaçmış, qışqıraraq dayanmasını, mobil telefonunu qaytarmasını demişdir. Lakin, Kamal dayanmamış və qaçaraq həmin ərazidən uzaqlaşmışdır. O, mağazanı sahibsiz qoya bilməmiş, Kamalın arxasınca qaça bilməmiş və sonuncunu tutmaqda Sadiqə kömək edə bilməmişdir. Sadiq qayıdaraq Kamalın dayanmadığını, sonuncuya çata bilmədiyini, Kamalın mobil telefonunu apardığını demişdir. Sadiq ona istifadə etdiyi telefonla sonuncunun telefon nömrəsinə zəng etməyini, Kamalın zəngə cavab verəcəyi halda telefonunu qaytarmasını deyəcəyini bildirmişdir. O, istifadə etdiyi telefonundakı ***- ***-**-** və ya ***-***-**-** saylı nömrələrdən biri ilə Sadiqin istifadə etdiyi, Kamalın götürüb qaçdığı mobil telefondakı ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Lakin, Kamal zəngə cavab verməmiş, bu səbəbdən də Sadiq Kamalla danışa bilməmişdir. Bundan sonra Sadiq Kamalın barəsində Yevlax rayon polis şöbəsinə şikayət edəcəyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Q.B.Zakir küçəsində qardaşı Şükürlə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. 2020-ci ilin iyun ayının əvvəlində qardaşı Şükür ona “Samsung Galaxy J5” markalı bir ədəd mobil telefonunun olduğunu, həmin telefonu istifadə edə bilmədiyini, ona vermək istədiyini demişdir. O, həmin telefonun işlək vəziyyətdə olduğunu görmüşdür. O, Şükürə telefonu istifadə edə biləcəyini, telefonu ona verməsini demişdir. Bundan sonra Şükür telefonu ona vermişdir. O, telefonda olmuş bir ədəd danışıq nömrəsini çıxararaq küçəyə atmışdır. Özünə məxsus olmuş ***-***-**-** saylı nömrəni həmin telefona taxaraq istifadə etmişdir. 2020-ci ilin iyul ayının əvvəlində gecə vaxtı o, Yevlax şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt “Samsung Galaxy J5” markalı mobil telefonunun enerjisi qurtardığı üçün sönmüşdür. Bir nəfər tanışına zəng etmək üçün “Samsung Galaxy J5” markalı telefonda olmuş ***-***-**-** saylı nömrəni çıxararaq “Nokia” markalı digər telefonuna taxmışdır. “Samsung Galaxy J5” markalı telefonunu cibinə qoymuşdur. O, “Nokia” markalı mobil telefonu ilə tanışına zəng edərək danışa-danışa piyada olaraq yaşadığı evə getmişdir. Evə çatdıqda “Samsung Galaxy J5” markalı mobil telefonunun cibində olmadığını, düşüb itdiyini bilmişdir. Piyada gəldiyi yola baxmış, lakin, həmin telefonu tapa bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası psixonevroloji dispanserinin xx xxxxxx 2020-ci il tarixli 430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri narkoloji dispanserinin xx xxxxxx 2020-ci il tarixli 656 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhəri narkoloji dispanseri Yevlax rayon Narkoloji Kabinetinin xx xxxx 2020-ci il tarixli 968 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən narkomaniya (heroin) diaqnozu ilə həmin kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin xx xxxx 2020-ci il tarixli 1038 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu diaqnozu ilə həmin kabinetdə dispanser müşahidəsində dayanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/2672 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir ədəd “Samsung Galaxy J5” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ilin may ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 220,00 manat, cin danışıq kartı ilə birlikdə 223,0 manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:00-də X4 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(039)-34/2020 il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, cəzasını çəkib qurtarmadan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan ona məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan ona məcburi müalicə tətbiq edilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-116/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-116/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver