Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-116/2021 04.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, İsmayılova Dilrubə Zaməddin qızının və Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax rayonu Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayon Gülövşə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mircəlal küçəsi ev 7, mənzil 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.03.2021-ci il tarixdə saat 16 radələrində AC 077827 nömrəli sürücülük vəsiqəsi ilə Zərərçəkmiş şəxs6 məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Xaldan avtomobil yolunun Yevlax rayonu Əkşəm kəndinin ərazisindən keçən hissəsində, Mingəçevir şəhəri istiqamətində təxminən 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə edərək üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfiqi nişanlanma xətti) kəsərək qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə hərəkət etdirməli halda bunlara əməl etməyib qarşı tərəfində onunla eyni istiqamətdə hərəkətdə olan sürücüsü və qeydiyyat nömrəsi istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötmək üçün idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına istiqamətləndirmiş, həmin vaxt əks hərəkət zolağı ilə Yevlax rayonu Xaldan kəndi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuş, daha sonra “Hyundai Sonata” markalı avtomobil hərəkətini davam etdirərək “VAZ-2106” markalı avtomobilin arxa tərəfində eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Mercedes Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2106” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, sonuncunun qızı 29.12.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan, X1 ölümünə səbəb olan, sonuncunun oğlu 18.10.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirilməsinə səbəb olan, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 məxsus “VAZ- 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2301 manat məbləğində maddi ziyan vurulması, Zərərçəkmiş şəxs5 məxsus “Mercedes Benz E240” markalı **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobilə 3305 manat məbləğində maddi ziyan vurulması Zərərçəkmiş şəxs6 məxsus “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7500 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə saat təxminən 16 radələrində “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonu Gülövşə kəndindən çıxaraq Xaldan qəsəbəsi ilə Mingeçevir şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin avtomobili özü idarə etmiş və həmin vaxt avtomobildə tək olmuşdur. Onun hərəkət etdiyi yol bir gediş və bir də gəliş olmaqla iki zolaqdan ibarət olmuşdur. O, Xaldan qəsəbəsindən keçib Mingeçevir şəhərinə gedən zaman hərəkət etdiyi zolaqda onun qarşısında təxminən 5 avtomobil hərəkət etmişdir. Onun qarşısında olan avtomobil ötmə əməliyyatını etmək üçün əks istiqamətli hərəkət zolağına çıxmış və bu zaman o da onun arxası ilə qarşıdakı avtomobilləri ötmək məqsədi ilə əks istiqamətli hərəkət zolağına çıxmışdır. O, hərəkətdə olan iki avtomobili keçdikdən sonra ondan əvvəl ötmə əməliyyatı edən avtomobil ötməni bitirmiş və öz hərəkət zolağına qayıtmışdır. Bu zaman o, həmin avtomobili də ötmüş və qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobilin arxasına girmək məqsədilə həmin avtomobili ötən zaman əks istiqamətli hərəkət zolağında, yəni Mingeçevir şəhərindən Yevlax şəhəri Xaldan qəsəbəsi istiqamətində hərəkət edən “VAZ- 2106” markal avtomobil ilə toqquşmuşdur. O, həmin avtomobillə toqquşduqdan sonra özünü itirmiş və Mingeçevir şəhəri istiqamətində yolun sağ tərəfində hərəkət hissəsinin kənarında dayanmışdır. Onun hərəkət etdiyi yolda maksimum sürət həddi 80 km/saat olmuşdur. Hadisə baş verən zaman hərəkət etdiyi maksimum sürət həddi 70-80 km/saat olmuşdur. O, hərəkət etdiyi zolaqda hərəkət edən avtomobilləri ötmək üçün əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatını edən zaman qarşıdan toqquşmuş olduğu “VAZ-2106” markalı avtomobilin gəldiyini görmüşdür. Lakin o, öz hərəkət zolağına vaxtında qayıda bilmədiyi üçün həmin avtomobil ilə toqquşmuşdur. O, “VAZ-2106” markalı avtomobil ilə toqquşduqdan sonra özünü itirdiyi üçün “Mercedes Benz” markalı avtomobil ilə necə toqquşduğumu bilməmişdir. O, həmin yol nəqliyyat hadisəsində hər hansı bir xəsarət almamışdır. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə1 ifadəsində bildirmişdir ki, X2 onun arvadıdır. Onlar 2003-cü ildə birgə nikaha girmiş və birgə nikahlarından 2 övladları olmuşdur. 20 mart 2021-ci il tarixdə saat 13 radələrində evdə olarkən Səmimi ona Yevlax rayon Gülövşə kəndində yaşayan anası Səyyarənin evinə gedəcəyini demişdir. Həmin gün saat 18 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasından ona zəng olunmuş və arvadı Səmimi Tanırverdiyevanın yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və xəstəxanaya gəlməli olduğunu bildirmişlər. O, dərhal xəstəxanaya getmiş və ona məlum olmuşdur ki, arvadı Səmimi Tanırverdiyeva ölmüşdür. Həmin hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə anası Səmimi Tanırverdiyeva, xalası Zərərçəkmiş şəxs3 və onun qızı Nuray və xalası Billurənin oğlu Şahid2 ilə birlikdə nənəsi Səyyarənin evinə getmək üçün taksi ilə yola çıxmışdır. Yolda gedərkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı o, yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs tərəfindən oğlu Camala vurulmuş ziyanın ödənildiyini, sonuncu ilə barışdığını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş ziyan ödənilib və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhərindən Yevlax rayonu Ərəş kəndi istiqamətində özünə məxsus “Mercedess Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət etmişdir. Onun hərəkət etdiyi yol bir gediş və bir də gəliş olmaqla iki zolaqdan ibarət olmuşdur. O, hərəkət etdiyi zolaqda onun qarşısında “VAZ 2106” markalı avtomobil getmişdir. Onun qarşısında hərəkət edən “VAZ 2106” markalı avtomobil, hərəkət etdiyi zolaqda qarşısına çıxan “Hyundai Sonata” markalı avtomobil ilə toqquşmuşdur. Belə ki, “Hyundai Sonata” markalı avtomobil qəfildən qarşısında hərəkət edən “Kamaz” markalı yük avtomobilini ötmək üçün əks istiqamətli, yəni onların hərəkət etdiyi yola çıxmış və onun qarşısında hərəkət edən “VAZ-2106” markalı avtomobili vurmuşdur. O, həmin hadisəni görən zaman avtomobili dayandırmaq üçün əyləci basmış, ancaq “Hyundai” markalı avtomobil “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində fırlana-fırlana gələrək arxa hissəsi onun idarə etdiyi avtomobilin sol qabaq tərəfinə dəymiş və Mingəçevir şəhəri istiqamətində yolun sağ tərəfində dayanmışdır. Onun avtomobilində xalası Fəranə və onun əri Qəhrəman olmuşdur. Qəhrəman onun avtomobilində ön sağ oturacaqda, xalası Fəranə isə sağ arxa oturacaqda əyləşmişdir. O, xalası Fəranə və onun əri Qəhrəman hər hansı bir xəsarət almamışdır. Avtomobilinə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş ziyan ödənilib və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili sürmək üçün etibarnamə ilə dostu Təqsirləndirilən şəxs vermişdir. 20.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mingəçevir-Xaldan avtomobil yolunda həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı tam şəkildə ona ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atası X5 məxsusdur. Atası Şəmil həmin avtomobili sürmək üçün ona etibarnamə vermişdir. 20 mart 2021-ci il tarixdə saat 15:30 radələrində işlədiyi taksi xidmətindən ona sifariş gəlmiş və həmin sifariş əsasında o, Mingəçevir şəhərindəki toxuculuq kombinatının önündəki dayanacağa getmiş və iki qadın, iki oğlan, bir qız olmaqla üç yetkinlik yaşına çatmayan uşaq avtomobildə əyləşmişdir. Həmin oğlanlardan biri ön sağ oturacaqda, digər sərnişinləri isə arxa oturacaqda əyləşmişdirlər. Onlar Yevlax rayonu Gülövşə kəndinə gedəcəklərini bildirmişdir. O, Mingəçevir şəhərindən Yevlax rayonu Xaldan kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Yevlax rayonu Əkşəm kəndinin ərazisindən keçərkən yolun Mingəçevir şəhərindən Xaldan kəndinə gedən istiqamətində anidən “Hyundai Sonata” markalı avtomobil sola tərəf, yəni onun idarə etdiyi avtomobilə tərəf istiqamətlənmiş və onun idarə etdiyi avtomobilin sol yan tərəfinə çırpılmışdır. Bu zaman onun idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxmış və Xaldan kəndi istiqamətində yoldan kənarda dayanmışdır. Həmin hadisə anidən baş verdiyi üçün o, heç nə edə bilməmişdir. Həmçinin “Hyundai Sonata” markalı avtomobil hadisə zamanı yüksək sürətlə hərəkətdə olmuşdur. Bundan sonra həmin hadisəni görən şəxslər onu və digər sərnişinləri avtomobildən çıxartmışdır. Onun çanaqlığı və sol ayağı bir neçə yerdən qırılmış və avtomobilinə ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ziyanın aradan qaldırılması üçün ona 2800 manat ödənilsə də, həmin məbləğ onun sağlamlığını bərpa etməsi üçün kifayət etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə bacısı Səmimi Tanırverdiyeva, öz qızı Nuray, Səmiminin oğlu Zərərçəkmiş şəxs2 və bacısı Billurənin oğlu İsrail ilə birlikdə yaşadığı evdən çıxaraq taksi xidmətindən sifariş etdiyi “VAZ-2106” markalı avtomobilə əyləşmiş və Yevlax rayonu Gülövşə kəndində yerləşən anası Səyyarə Fərəcovanın evinə getmək üçün yola çıxmışdır. O, həmin avtomobilinin sürücüsü Muradı tanımamışdır. Həmin avtomobildə sürücünün arxa hissəsində, yəni arxa sol oturacaqda mərhum bacısı Səmimi Tanırverdiyeva, onun sağ tərəfində o, onun sağ tərəfində qızı Nuray, Nurayın sağ tərəfində, yəni arxa sağ oturacaqda bacısı Billurənin oğlu İsrail, ön sağ oturacağında bacısı Səmiminin oğlu Zərərçəkmiş şəxs2 əyləşmişdir. Onlar Mingeçevir şəhərindən Xaldan kəndi istiqamətində hərəkət etmişdir. Lakin onun yaddaşında həmin hadisə ilə bağlı hər hansı bir hal qalmamışdır. Həmin yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına ağır zərər dəymişdir. Təqsirləndirilən şəxsi bağışlaya bilmədiyini və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə anası Dilrubə və xalası Səmimi, xalası oğlu Camal və İsrail ilə birlikdə nənəsi Səyyarənin evinə getmək üçün taksi ilə yola çıxmışdır. Yolda gedərkən yol nəqliyyat hadisəsi baş vermiş və o, gözlərindən xəsarət almışdır. Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2 təqsirləndirilən şəxs tərəfindən Nurayın müalicəsi üçün ona 1000 manat pul verildiyini, Təqsirləndirilən şəxsla barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı Fəranə Fərəcova ilə birlikdə 20 mart 2021-ci il tarixdə saat 16 radələrində qohumu Zərərçəkmiş şəxs5 idarə etdiyi avtomobil ilə Mingeçevir şəhərindən Yevlax rayon Xaldan qəsəbəsi istiqamətində yaşadığı Ərəş kəndinə doğru yola çıxmışdır. O, həmin avtomobilin ön sağ oturacağında, həyat yoldaşı Fəranə isə arxa sağ oturacağında əyləşmişdir. Onlar Yevlax rayonu Ərəş kəndindən keçən zaman “Sedmoy” yeməkxanasının yaxınlığında olarkən “Hyundai” markalı avtomobil onların hərəkət etdiyi zolaqda hərəkət edən “VAZ 2106” markalı avtomobili vurmuş və “VAZ-2106” markalı avtomobil Yevlax rayonu istiqamətində yolun hərəkət hissəsindən kənara çıxaraq dayanmışdır. Bu zaman “Hyundai” markalı avtomobil zərbədən fırlanaraq arxa hissəsi onların olduğu avtomobilin sol qabaq tərəfinə dəymişdir. Hadisə zamanı o, hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı Şahid1 ilə birlikdə 20 mart 2021-ci il tarixdə saat 16 radələrində qohumu Zərərçəkmiş şəxs5 idarə etdiyi avtomobil ilə Mingeçevir şəhərindən Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində yaşadıqları Ərəş kəndinə doğru yola çıxmışdır. O, həmin avtomobilin arxa sağ oturacağında, həyat yoldaşı Şahid1 isə ön sağ oturacağında əyləşmişdir. O, anidən içərisində olduqları avtomobilin ön tərəfinə zərbəylə nəyinsə dəydiyini hiss etmişdir. Bu zaman onların olduğu avtomobil dayanmışdır. Həmin hadisələr anidən baş vermişdir. O, avtomobilin arxa oturacağında oturduğu üçün hadisəni görə bilməmişdir. Hadisə zamanıo, hər hansı bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu Yevlax rayonu Əkşəm kəndinin ərazisidir və yaşayış məntəqəsinə daxil deyil. Avtomobil yolu asfalt-beton örtükdən ibarətdir. Yol örtüyünü eni 8 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4 metrdir. Hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Hərəkət surətinin yuxarı həddi 80 km/saatdır. Toqquşma yeri Xaldan kəndindən Mingəçevir şəhəri istiqamətinə görə yolun sol hərəkət hissəsidir. (iş vər.4-17); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş 20 mart 2021-ci il tarixli 47 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2020-ci il tarixdə saat 19:35-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.19); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 06.06.2018-ci il tarixdə verdiyi AC seriyalı 077827 nömrəli sürücülük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə 06.06.2028-ci ilədək qüvvədədir. (iş vər.47); məhkəmə-tibb ekspertizasının 20 mart 2021-ci il tarixli, 09 №li rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X1 ölümü meyitin meyitxanadakı müayinəsindən 4-6 saat əvvəl baş vermişdir; -X1 ölümünün səbəbi sol bud sümüyünün, çanaq sümüklərinin qapalı çoxqəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq sınıqları nəticəsində inkişaf edən travmatik şok olmuşdur; -X1 meyitində aşkar edilmiş xəsarətlər nəqliyyat vasitələrinin salonunda olan hissələrin təsirindən əmələ gəlmişdir, zərbə bədənin sol hissəsindən dəymişdir, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər; -X1 bədənində insan əli ilə yetirilməyə xarakterik xəsarətlər aşkar olunmamış, meyitin bədəninin üzərində olan xəsarətlərin nəqliyyat taravması ilə əlaqəsi vardır, zərərçəkənin daxili müayinəsi zamanı hər hansı bir xəstəliyin əlamətləri aşkar olunmamış, zərərçəkənin ölməmişdən əvvəl alkoqol, narkotik vasitə, dərman, uyuşdurucu-kefləndirici və digər maddələri qəbul etməsi təyin olunmamışdır. (iş vər.131-134); məhkəmə-tibb ekspertizasının 21 mart 2021-ci il tarixli, 163 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər: sol budunda qançır 20.03.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. (iş vər.135); məhkəmə-tibb ekspertizasının 21 mart 2021-ci il tarixli, 171 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər: sol baldır sümüklərinin diafizinin çoxsaylı yerdəyişmiş sınığı,daban sümüyünün sınığı, sol qalça qanadının və qasıq oturaq sümüklərinin sınıqları qərarda göstərilən 20.03.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ biləndirlər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (iş vər.136); məhkəmə-tibb ekspertizasının 21 mart 2021-ci il tarixli, 164 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Arzu qızının məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlər sağ gözün korneo-skleral dəlib keçən yaralanması, qüzehli qişanın boğulması, sol göz buynuz qişanın eroziyası,(sağ gözdə görmə 0.2, sol gözdə 0.1 faiz qərarda göstərilən 20.03.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ biləndir, ağırlıq dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çoxunun daimi itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (iş vər.146); məhkəmə-tibb ekspertizasının 21 mart 2021-ci il tarixli, 172 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər döş qəfəsinin qapalı travması, sol 2-3-4-5-6-7-8-9-10-cu qabırğaların qapalı yerdəyişən sınıqları, qərarda göstərilən 20.03.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ biləndir, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (iş vər.152); Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətinin 16.04.2021-ci il tarixli rəyindən görünür ki, yol nəqliyyatı hadisəsi zamanı “Mersedes-Benz E240” markalı **-GE-*** nömrə nişanlı avtomobilə 3305 manat dəyərində ziyan vurulmuşdur.(iş vər.154); Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətinin 06.05.2021-ci il tarixli rəyindən görünür ki, yol nəqliyyatı hadisəsi zamanı “VAZ 2106” markalı **-BC-*** nömrə nişanlı avtomobilə 2301 manat dəyərində ziyan vurulmuşdur.(iş vər.155); Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətinin 06.05.2021-ci il tarixli rəyindən görünür ki, yol nəqliyyatı hadisəsi zamanı “Hyundai-Sonata” markalı **-VS-*** nömrə nişanlı avtomobilə 7500 manat dəyərində ziyan vurulmuşdur.(iş vər.156); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 aprel 2021-ci il tarixli, 8/790 saylı rəyindən görünür ki, “Hyundai Sonata” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; -sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.(iş vər.184-188); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyun 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər. 253-254); maddi sübut kimi tanınma haqqında 20 mart 2021-ci il tarixli qərardan görünür ki, “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E 240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir. (iş vər.26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07.04.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 153); AZE seriyalı 10737413 nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28.06.2009-cu il təvəllüdlü və 09.09.2015-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 177-178) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs Səmimi Tanırverdiyevanın hüquqi varisi, eyni zamanda digər Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ilə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə barışmasını, onlara vurulmuş ziyanı ödəməsini, digər zərəçəkmiş şəxslərlə barışmağa cəhd etməsini, onlara vurulmuş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut hesab edilən avtomobillər sahiblərinə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Hyundai Sonata” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 və “Mercedes Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs5 qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi oğlunun göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-116/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-116/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver