Məhkəmə qərarları › İş №1(039)-116/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-116/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-116/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X5 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 İsmayıl oğlunun, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X3 iştirakları ilə xx xxxxx 1968-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 12 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində 12 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Kür küçəsi, ev 96-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17 radələrində «B» kateqorialı sürücülük vəsiqəsi ilə idarə etdiyi Mercedes Benz -300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax şəhəri, Vidadi küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə Yevlax şəhər 3 saylı orta məktəb istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21060” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs2 məxsus VAZ-21060” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan olan sərnişinlər Zərərçəkmiş şəxs2 İİ-İV bel fəqərələrinin sol yan çıxıntılarının qəlpəli sınığı ilə müşayiət edilən sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 başın təpə nahiyyəsinin çapılmış yarası, hər iki tərəf qabırğaların, sol sirkə kasasının qapalı sınığı ilə nəticələnən sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri və Zərərçəkmiş şəxs3 sağ körpücük sümüyünün qapalı sınığı, dalağın zədələnməsi ilə ağırlaşan qarının küt travması ilə nəticələnən törənən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində «BC» kateqorialı sürücülük vəsiqəsi ilə idarə etdiyi “VAZ-21060” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə Yevlax şəhər 3 saylı orta məktəb istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti istiqamətində yolayrıcı qarşısında quraşdırılmış 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə riayət etmədən yolayrıcına daxil olmaqla Yevlax şəhəri Vidadi küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz-300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan özünə məxsus VAZ-21060” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan olan sərnişinlər Zərərçəkmiş şəxs2 İİ-İV bel fəqərələrinin sol yan çıxıntılarının qəlpəli sınığı ilə müşayiət edilən sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 başın təpə nahiyyəsinin çapılmış yarası, hər iki tərəf qabırğaların, sol sirkə kasasının qapalı sınığı ilə nəticələnən sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri və Zərərçəkmiş şəxs3 sağ körpücük sümüyünün qapalı sınığı, dalağın zədələnməsi ilə ağırlaşan qarının küt travması ilə nəticələnən törənən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi Mercedes Benz-300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili baş etibarnamə əsasında idarə edir və avtomobilləri idarə etməyə hüquq verən B dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi Mercedes Benz-300 D markalı avtomobil ilə Qazel markalı avtomaşına ehtiyyat hissələri almaq üçün Yevlax şəhərinə getmişdir. Ehtiyat hissələri aldıqdan sonra Yevlax şəhəri, Vidadi küçəsi ilə H.Əliyev prospekti istiqamətində 50 km/saat sürətlə idarə edərkən Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21060 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamalı olduğu halda hərəkətinə davam etdirərək onun avtomaşının vurmuşdur. O və avtomobilində olan sərnişinlər xəsarət almasada, Vaz- 21060 markalı avtomaşının salonunda olan sonradan adını bildiyi sərnişinlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Buna görə ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəsarət alan şəxsləri Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Özü isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi VAZ-21060 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi Vaz-21060 markalı avtomobil ilə Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə Yevlax şəhəri 3 saylı tam orta məktəb istiqamətində hərəkədə olub Yevlax şəhəri, Vidadi küçəsinin kəsişməsində qoyulmuş yol nişanın tələbinə əsasən avtomaşını tam dayandırdıqdan sonra yolda avtomobil olmadığını güman edərək 20 km/saat sürətlə avtomaşını idarə edərkən, Vidadi küçəsindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz-300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə edərək onun avtomobilinin sağ orta hissəsindən vurmuşdur. O, zərbədən idarə etməni itirmiş və avtomaşın aşmışdır. Həmin vaxt avtomaşının salonunda olan sonradan adını bildiyi sərnişinlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xəsarət aldıqlarını bilmişdir. O, həmin sərnişinləri ətrafa toplaşan tanımadığı şəxslər ilə birlikdə avtomaşından çıxarmışdır. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəsarət alan şəxsləri Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Özü isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 İsmayıl oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs3 ilə birlikdə Yevlax şəhəri, Aytən şadlıq sarayında keçirilən toyda iştirak etdikdən sonra saat 17 radələrində şadlıq sarayının qarşısında dayanmış taksilik fəaliyyəti ilə məşğul olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21060 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Faiqə avtomaşını Yevlax şəhər avtovağzalına sürməsini demişdir. Faiqdə avtomaşını işə salaraq onları Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə təxminən 80 km/saat sürətlə idarə edərək avtovağzal istiqamətində hərəkət etmişdir. Yevlax şəhəri, Vidadi küçəsinin kəsişməsində avtomaşının surətin azaldıb yol ayrıcına daxil olarkən, sağ tərəfdən hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz-300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksək surətlə hərəkətdə olaraq onların olduğu avtomobilin sağ tərəfindən vurmuş və zərbədən atomobil qarşıya sürütlənərək aşmışdır. Onları avtomaşından oraya toplaşmış tanımadıqları şəxslər avtomaşından çıxarmışlar. O, həyat yoldaşı Lətifə və Rauf xəsarət almışlar. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onları Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onların barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X6 Zərərçəkmiş şəxs2 İsmayıl oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər və məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş olan ziyanın ödənilməsini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, onların barəsində yüngül cəza təyin edilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Goranboy rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 149 №-li rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol orbitanın lateral divarının və sol almacıq qövsünün yerdəyişmiş sınıqları, bər küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 93 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarət-İİ, İİİ, İV bel fəqərələrinin sol yan çıxıntılarının qəlpəli sınığı küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törədilməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 152 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarət-başın təpə nahiyəsinin çapılmış yarası, hər iki tərəf qabırğaların, sol sirkə kasasının qapalı sınığı küt alətin təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa az ağır zərar vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 153 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ körpücük sümüyünün qapalı sınığı, dalağın zədələnməsi ilə ağırlaşan (splenoekotomiya) qarının küt travması bərk küt alətin təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/580 №-li rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən ;

1. VAZ-21060 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 «Yol verin» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Mercedes Benz-300 D markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AB seriyalı 710060 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 B kateqoriyalı sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AC seriyalı 906578 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 BC kateqoriyalı sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 İsmayıl oğlunun, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X6 ayrı-ayrılıqda ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə onların barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.ci maddələri ilə təqsirləndirilmələrində dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə, təqsirləndirlən şəxslər zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı ödədiklərindən, xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsinlər. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar