Məhkəmə qərarları › İş №1(039)-116/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-116/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-116/2025 16.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1979-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 5, mənzil 11-də qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 01 iyun 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 103,55 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitə olan qurudulmuş marixuananın 0,29 qram və 0,31 qram olan hissəsini 02 (iki) ədəd ayrı-ayrı kağız bükümlərdə 31 may 2025-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində “Dədə Qorqud” parkının yaxınlığında tanışı Şahid5 20 manat pul müqabilində satmış, qalan narkotik vasitə olan qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri - 0,52 qram, 0,44 qram, 0,42 qram, 0,49 qram, 0,42 qram, 0,46 qram, 0,33 qram, 0,46 qram, 0,50 qram, 0,40 qram, 0,36 qram, 0,45 qram, 0,37 qram, 0,48 qram, 0,44 qram, 0,46 qram, 0,58 qram, 0,71 qram olmaqla ümumi təmiz çəkisi - 8,29 qram olan hissəsini 16 (on altı) ədəd kağız bükümdə və 02 (iki) ədəd sellofan bükümlərdə qablaşdıraraq 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisinə yığmaqla və ayrı-ayrılıqda təmiz çəkiləri - 5,18 qram, 5,20 qram, 5,11 qram, 4,92 qram, 5,11 qram, 5,15 qram, 5,18 qram, 4,97 qram, 4,99 qram, 4,94 qram, 5,16 qram, 4,94 qram, 5,01 qram, 4,95 qram, 3,87 qram, 4,84 qram, 5,24 qram, 4,92 qram olmaqla ümumi təmiz çəkisi - 89,68 qram olan hissəsini isə 18 (on səkkiz) ədəd sellofan bükümlərdə qablaşdıraraq 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisinə yığmaqla yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsi, 5 saylı yaşayış binasının qarşısında olan özünə məxsus quşların saxlanılması üçün düzəldilmiş damın içərisində gizlədərək saxlamış, ümumi təmiz çəkisi - 4,98 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə 01 (bir) ədəd sellofan bükülüdə qablaşdıraraq üzərində saxlamış, 01 iyun 2025-ci il tarixdə saat 12:54-də Şahid5 və Şahid6 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami prospektində "xxxx" MMC-nin Yevlax filialının yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 12:54-dən 13:12-dək olan müddət ərzində video çəkilişlə Şahid5 və Şahid6 üstünün yoxlanılması nəticəsində Şahid5 əynindəki şalvarının sağ yan cibindən Şahid6 ilə birlikdə hər birinə 10 manat pul qoymaqla özünün tək olaraq Təqsirləndirilən şəxslə görüşüb sonuncudan ümumilikdə 20 manat pul müqabilində 02 ədəd bükümdə olmaqla alaraq əldə etdiyi və Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi quş damından aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan həmin narkotik vasitənin 01 (bir) ədəd kağız bükülüdəki 0,29 qram miqdarında hissəsi olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, habelə Şahid6 əynindəki şalvarının sağ yan cibindən Şahid5la birlikdə hər birinə 10 manat pul qoymaqla cəmi 20 manat pul müqabilində Şahid5 özünün tək olaraq Təqsirləndirilən şəxslə görüşüb sonuncudan ümumilikdə 20 manat pul müqabilində əldə edərək və sonra bir bükümünü ona verdiyi 01 (bir) ədəd kağız bükülüdə olan, Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi quş damından aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan 0,31 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:25-də narkotik vasitələri qanunsuz saxlamada və satmaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.Quliyev küçəsində D.Qorqud parkının yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 18:25-dən 18:34-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə üzərində saxladığı və Şahid5 satdığı narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan 01 (bir) ədəd sellofan bükümdə - 4,98 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18:53-dən saat 19:08-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsi, 5 saylı yaşayış binasının qarşısında olan sonuncuya məxsus quşların saxlanılması üçün düzəldilmiş dama keçirilən baxış zamanı oradan satış məqsədi ilə üzərində saxladığı və Şahid5 satdığı narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 16 (on altı) ədəd kağız bükümdə və 02 (iki) ədəd sellofan bükümlərdə qablaşdırılmış, ayrıayrılıqda təmiz çəkiləri - 0,52 qram, 0,44 qram, 0,42 qram, 0,49 qram, 0,42 qram, 0,46 qram, 0,33 qram, 0,46 qram, 0,50 qram, 0,40 qram, 0,36 qram, 0,45 qram, 0,37 qram, 0,48 qram, 0,44 qram, 0,46 qram, 0,58 qram, 0,71 qram olmaqla ümumi təmiz çəkisi - 8,29 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində, 18 (on səkkiz) ədəd sellofan bükümlərdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri - 5,18 qram, 5,20 qram, 5,11 qram, 4,92 qram, 5,11 qram, 5,15 qram, 5,18 qram, 4,97 qram, 4,99 qram, 4,94 qram, 5,16 qram, 4,94 qram, 5,01 qram, 4,95 qram, 3,87 qram, 4,84 qram, 5,24 qram, 4,92 qram olmaqla ümumi təmiz çəkisi - 89,68 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tapmış, həmin narkotik vasitə olan marixuanadan Bəxtiyar və Yaşar adlı şəxslərə satmış, qalan hissəsini isə yaşadığı evdə quş damında gizlətmişdir. Polis əməkdaşları onu Dədə Qorqud parkında saxlayaraq, üzərinə baxış keçirmişlər və sonra polis şöbəsinə gətirmişlər. Saxlınalın zaman və üzərinə baxış keçirilən zaman ona heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Əməlindən səmimi peşmandır, himayəsində iki uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri Bəxtiyar və Yaşar adlı şəxslər tərəflərindən saxlanılmışlar. Həmin şəxslərin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Verilən suallara cavab olaraq narkotik vasitəni 20 manat müqabilində Elməddin adlı şəxsdən aldıqlarını və özləri istifadə etmək üçün üzərlərində saxladıqlarını bildirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Elməddin adlı şəxsin şəxsiyyəti və yeri müəyyən edilmişdir. Elməddin özünə məxsus taksi kimi fəaliyyət göstərdiyi avtomobilində əyləşən zaman Yevlax rayonunda yerləşən Dədə Qorqud parkında saxlanılmış və saxlanılma səbəbi ona izah edilmişdir. Həmin vaxt Elməddin üzərində saxladığı narkotik vasitəni təqdim etmiş, öz yaşadığı mənzilin qarşısında olan quş damında da narkotik vasitə olan marixuana gizlətdiyini bildirmiş və Bəxtiyar və Yaşar adlı şəxslərə narkotik vasitə satdığını etiraf etmişdir. Elmədin Şahverdiyevin təqdim etdiyi və əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evin qarşısında yerləşən quş damından aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 3-4 ay əvvəl 3 saylı məktəbin yaxınlığından tapdığını, ehtiyacı olduğu üçün satmaq məqsədi ilə yaşadığı mənzilin qarşısında olan quş damında gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rəfail oğlu verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəziəsində işləyir. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyatçılar tərəfindən iki nəfər şəxs saxlanılmış və həmin şəxslər onlardan aşkar olunmuş narkotik vasitəni Elməddin adlı şəxsdən aldıqlarını bildirmişlər. Həmin gün Elməddin adlı şəxsin şəxsiyyəti və yaşayış yeri müəyyən edilmişdir. Elməddin adlı şəxs özünə məxsus avtomobildə olan zaman saxlanılmış və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs Bəxtiyar və Yaşar adlı şəxslərə narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmişdir. Sonra yaşadığı evin qarşısında olan quş damında sellofan paketdə və bükümlərdə narkotok vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Yevlax rayonu ərazisində yerləşən üç nömrəli məktəbin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin axtarş üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyun 2025-ci il tarixdə Yevlax rayon sakinləri Bəxtiyar və Yaşar adlı şəxslərin üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunmuş və əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılmış və onların üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur. Verilən suala cavab olaraq həmin narkotik vasitəni Elməddin adlı şəxsdən 20 manata aldıqlarını bildirmişlər. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Elməddin adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun Dədə Qorqud parkının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olması barədə məlumaları olmuşdur. Təqsirləndirilən şəxs Dədə Qorqud parkının yanında görüb ona yaxınlaşaraq, özlərini təqdim edib narkotik vasitədən istifadə etməsi və satışı ilə məşğul olmasında şübhəli olması bildirilmişdir. Ona üzərində qanunsuz əsyalar, predmet və narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Elməddin üzərində olan əşyaları, eyni zamanda üzərində olan bükümdə narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Verilən suala cavab olaraq həmin kütlənin narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitədən evinin qarşısında olan quş damında da olduğunu bildirmişdir. Elməddin həmin narkotik vasitəni də təqdim etmiş və verilən suala cavab olaraq narkotik vasitələri Yevlax rayonu ərazisində yerləşən 3 saylı məktəbin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyun 2025-ci il tarixdə saat 12:54 radələrində Yevlax RPŞ-nin CAB-ə Yevlax şəhəri Nizami prospektində yerləşən "xxxx" MMC-nin yaxınlığında ** EU *** dövlət qeydiyyat nişanlı avtamobilin sürücüsü və sərnişinlərdə qanunla qadağan olunmuş narkotik vasitə olan marixuana olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış qrupu yaradılm və həmin yerə getmişlər. Onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlara yaxınlaşmaqlarının səbəblərini izah etmişlər. Həmin şəxslərin üzərinə baxış keçirilmiş və onların üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin şəxslər onlardan aşkar olunmuş narkotik vasitəni hərəsi 10 manat qoymaqla, 20 manat pul müqabilində Elməddin adlı şəxsdən aldıqlarını bildirmişlər. Elməddin adlı şəxsin şəxsiyyəti və yeri müəyyən edilmiş və əməliyyataxtarış tədbirləri davam etdirilmişdir. Həmin gün Dədə Qorqud parkının yaxınlığında Q.Quliyev küçəsində ağ rəngli VAZ 06 markalı avtomobildə Elmədinin dayandığını görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək, yaxınlaşmaqlarının səbəbini izah etmişlər. Elməddinin üzərinə baxış zamanı özü könüllü olaraq şalvarının sağ yan cibində olan bükümü, yəni narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq, ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sonra Elməddin narkotik vasitəni satış məqsədi ilə saxladığını və həmin narkotik vasitədən evinin qarşısında olan quş damında da olduğunu bildirmişdir. Əməliyyataxtarış tədbirlərinin davamı olaraq, Elməddinin ünvanına baxış keçirmişlər. Baxış zamanı Elməddinin evinin qarşısında olan quş damından 2 ədəd ağ və sarı rəngdə sellofan bükümlər aşkar edilmişdir. Bükümlərin birindən 16 ədəd, digərindən 18 ədəd kağız bükümlər aşkar olunmuş və tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Elməddin həmin narkotik vasitəni bir neçə ay əvvəl tapdığını, satış məqsədi ilə saxladığını və müxtəlif qiymətlərə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə dostu Yaşar ona zəng edərək, istifadə etmək üçün marixuana götürməsini təklif etmişdir. O, Elməddin adlı şəxsə zəng etmiş və ondan 20 manat müqabilində 2 büküm narkotik vasitə olan marixuana almışlar. Sonra polis əməkdaşları tərəfindən tutulmuşlar. Saxlama zamanı üzərlərinə baxış keçirilmiş və onlardan narkotik vasitə marixuana aşkar olunmuşdur. Sonra polis əməkdaşları həmin narkotik vasitəni kimdən və nə üçün əldə etdiklərini soruşmuşlar. Onlar da həmin narkotik vasitə olan marixuananı Elməddin adlı şəxsdən özləri istifadə etmək üçün aldıqlarını bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ibtibai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində dostu Şahid5 ilə görüşərək söhbət etməyə başlamış, söhbət zamanı o, Şahid5 narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyini bildirmiş və Şahid5 narkotik vasitə qurudulmuş marixuana satan şəxs tanıyıb-tanımadığını soruşmuşdur. Şahid5 ona əvvəllər narkotik vasitə aldığı Elməddin adlı Yevlax şəhər sakini olduğunu, Elməddindən narkotik vasitə qurudulmuş marixuana ala biləcəklərini bildirmişdir. Şahid5 əvvəllər də ayrı-ayrı vaxtlarda Yevlax şəhərində müxtəlif ünvanlarda Elməddindən narkotik vasitə qurudulmuş marixuana aldığı üçün Elməddinin bir ədəd bükümü, yəni bir siqaret giləsini tütünlə birlikdə dolduracaq narkotik vasitə qurudulmuş marixuananı 10 (on) manata satdığını bildiyini, Şahid5 ona 10 (on) manat müqabilində Elməddindən 01 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana ala biləcəklərini və onun da pulunun olduğunu, onun da Elməddindən 10 (on) manatlıq narkotik vasitə qurudulmuş marixuana alacağını bildirmişdir. Bundan sonra Şahid5 özünə məxsus olan mobil telefon ilə Elməddinin mobil telefon nömrəsinə zəng edərək Elməddindən narkotik vasitə qurudulmuş marixuana almaq üçün görüşmək istədiyini demişdir. Elməddin də 20 dəqiqə sonra görüşə biləcəklərini bildirdiyindən onlar pullarını cəmləyərək ümumilikdə 20 (iyirmi) manat pulu götürərək Şahid5 atası İslam Məmmədova məxsus olan “Azsamand” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahid5la birlikdə Yevlax şəhərinə getmişdirlər. Şahid5 Yevlax şəhərində Elməddinə zəng etdikdə Elməddin Şahid5 Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsinə gəlməsini istəmişdir. Şahid5 Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində D.Qorqud parkının yaxınlığında Elməddinin “VAZ 2106” markalı ağ rəngli avtomobilini görərək öz avtomobilini saxlamış və avtomobildən düşərək avtomobildə oturmuş vəziyyətdə olan Elməddinə yaxınlaşmışdır. O, avtomobilin içərisindən Elməddinlə Bəxtiyarı görmüşdür. Şahid5 Elməddinə yaxınlaşaraq əlində olan 20 (iyirmi) manat pulu Elməddinə vermiş və bunun qarşılığında Elməddindən 02 (iki) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Şahid5 avtomobilə qayıtdıqda həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülülərdən birini ona vermişdir. Bundan sonra o, Şahid5la birlikdə Malbinəsi kəndinə qayıtmışdır. Həmin gün gec olduğundan onlar Elməddindən aldıqları narkotik vasitəni istifadə etməmişlər. Onlar 01 iyun 2025-ci il tarixdə saat 11 radələrində Şahid5la birlikdə sonuncunun atasına məxsus olan həmin avtomobillə yaşadıqları Malbinəsi kəndindən çıxaraq Yevlax şəhərinə gəlmişlər. Onlar üzərlərində olan Elməddindən aldıqları narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün Yevlax şəhəri Nizami prospekti ilə Azərtoxum istiqamətində hərəkət edərək avtomobili yolun əks istiqamətinə döndərməklə üzü Yevlax şəhəri istiqamətində saxlamışlar. Şahid5 avtomobili saxlayaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək istəmişdir. Lakin bu zaman saat 12:50 radələrində Yevlax RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələri qanusuz olaraq əldə edib saxlamaqda şübhəli olduqlarını bildirmiş və orada Şahid5la onun üzərində baxış keçirmişlər. Baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən Elməddindən 1 bükümünü 10 manata aldıqları 01 (bir) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim ediləcəyi bildirilməklə polis əməkdaşları tərəfindən 01 ədəd zərfə yerləşdirilməklə qablaşdırılmışdır. O, digər iştirakçılarla birlikdə zərfin üzərini imzalamış və zərfin üzəri şöbənin möhrü ilə möhürlənərək qablaşdırılmışdır. Həmçinin həmin vaxt Şahid5 üzərinə də baxış keçirilmiş və baxış zamanı Şahid5 əynində olan şalvarın sağ yan cibindən Elməddindən 1 bükümünü 10 manata aldığı 01 (bir) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid5 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim ediləcəyi bildirilməklə polis əməkdaşları tərəfindən 01 ədəd zərfə yerləşdirilməklə qablaşdırılmışdır. Şahid5 digər iştirakçılarla birlikdə zərfin üzərini imzalamış və zərfin üzəri şöbənin möhrü ilə möhürlənərək qablaşdırılmışdır. Həmçinin baxış zamanı onun üzərində istifadə etdiyi “Samsung” markalı mobil telefon, Şahid5 üzərindən isə “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları tərəfindən Yevlax RPŞ-nin inzibati binasına aparılmış və təhqiqatçıya təhvil verilmişdir. X5 tərəfindən onun üzərindən aşkarlanmış, yəni əynindəki şalvarının sağ yan cibindən aşkarlanaraq götürülmüş 01 ədəd kağız bükümün içərisinə baxış keçirildikdən sonra ekspertizaya göndərilməsi üçün həmin içərisində qurudulmuş marixuana olan kağız bükülü bir ədəd zərfin içərisinə yerləşdirilərək qablaşdırılmışdır. O, həmin zərfin üzərini imzalayaraq təsdiqləmişdir. Kənan Firudunlu tərəfindən onun üzərində küçədə keçirilən baxış və götürməni özündə əks etdirən videogörüntülər kompyuter vasitəsi ilə ona izlədilmişdir. O, X5ya səmimi olaraq narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, 31 may 2025-ci il tarixdə saat təxminən 20-21 radələrində Elməddin adlı Yevlax şəhər sakinindən 1 ədədini 10 (on) manata olmaqla, ümumilikdə 2 ədəd bükümü 20 (iyirmi) manata aldığını etiraf etmişdir. Bundan sonra X5 tərəfindən ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiə edilməsi üçün vəkil Zaur Bərxudarovu özünə müdafiəçi seçmiş və Kənan Firudunlu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2025-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza X7 Bölməsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, 17/392 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən və yaşadığı binanın qarşısındakı quş damından aşkar edilmiş kütlələr..» sözlər, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 4,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindəki 16 (on altı) ədəd kağız bükümlərdə və 02 (iki) ədəd sellofan bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qr., 0,44 qr., 0,42 qr., 0,49 qr., 0,42 qr., 0,46 qr., 0,33 qr., 0,46 qr., 0,50 qr. 0,40 qr., 0,36 qr., 0,45 qr., 0,37 qr., 0,48 qr., 0,44 qr., 0,46 qr., 0,58 qr., 0,71 qr., ümumi təmiz çəkisi 8,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindəki 18 (on səkkiz) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -5,18 qr., 5,20 qr., 5,11 qr., 4,92 qr., 5,11 qr., 5,15 qr., 5,18 qr., 4,97 qr., 4,99 qr., 4,94 qr., 5,16 qr., 4,94 qr., 5,01 qr, 4,95 qr., 3,87 qr., 4,84 qr., 5,24 qr., 4,92 qr., ümumi təmiz çəkisi 89,68 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, ümumilikdə 16 (on altı) ədəd kağız bükümlərdə və 21 (iyirmi bir) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (marixuananın ümumi təmiz çəkisi 102,95 qr., tədqiqata sərf edildi 0,74 qr. (hər bir obyektdən 0,02 qra), qalıq 102,21 qr.). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza X7 Bölməsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, 17/393 saylı rəydən görünür ki, Şahid5 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza X7 Bölməsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, 17/391 saylı rəydən görünür ki, Şahid6 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(039)-65/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza X7 Bölməsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 17/493 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «ümumilikdə 16 (on altı) ədəd kağız və 21 (iyirmi bir) ədəd sellofan bükümlərdə qurudulmuş marixuanalar. Təqsirləndirilən şəxs og.» yazısı və digər yazılar yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki ümumilikdə 16 (on alti) ədəd kağız və 21 (iyirmi bir) ədəd sellofan bükümlərdə, ümumi çəkiləri 102,21 qram (ilkin tədqiqat zamanı ümumi çəkiləri 102,95 qram) olan qurudulmuş marixuanalar ilə üzərində «01 (bir) ədəd kağız bükümdə qurudulmuş marixuana. Şahid5 oğ.» yazısı və digər yazılar yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,27 qram (ilkin tədqiqat zamanı təmiz çəkisi- 0,29 qram) olan qurudulmuş marixuana və üzərində «01 (bir) ədəd bükümdə qurudulmuş marixuana. Şahid6 oğ.» yazısı və digər yazılar yazılmiş 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,29 qram (ilkin tədqiqat zamani təmiz çəkisi 0,31 qram) olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 1138 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui - istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 X8 Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 496 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F60.3) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, anamnestik məlumatlar sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ittiham olunduğu əmələ münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altna düşmür. Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Buna baxmayaraq Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi emosional davamsız şəxsiyyət pozuntusu ifadə olunma dərəcəsinə görə onu törətdiyi cinayət əməli dövründə öz hərəkətləninin faktiki xarakterini ve ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etməmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 101,47 qram, 0,25 qram, 0,27 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut olan 10 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 142,46 (bir yüz qırx iki manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 məhkəmə dövrü göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 66 (altmş altı) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 01 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 101,47 qram, 0,25 qram və 0,27 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə cəmi 142,46 (bir yüz qırx iki manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 6 (alt) saat hüquqi yardıma görə 66 (altmş altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar