Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-117/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Eldar oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonu Yalman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Göyçay rayonu Yalman kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 02:50 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 21150" minik markalı **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 285-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət yolunda "Yol verin" üstünlük yol nişanının olmasını və sağ tərəfdən, Bakı-Qazax- Gürcüstan yolu ilə baş yolda "HOWO 3257N3847A" yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi avtomobili "HOWO 3257N3847A" yük markalı avtomobilin hərəkət yoluna daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan "HOWO 3257N3847A" yük markalı avtomobilə yol verməli və bundan sonra hərəkətini davam etdirməli olduğu halda, bunu etməyərək 70 km/saat sürətlə ikinci dərəcəli yol olan Bərdə rayon istiqamətində olan yoldan birinci dərəcəli yola, Qazax rayon istiqamətində olan zolağa daxil olmuş və idarə etdiyi avtomobilin qabaq hissəsi Zərərçəkmiş şəxs3 Qazax rayon istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə idarə etdiyi "HOWO 3257N3847A" yük markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə dəyərək, Qazax rayon istiqamətində dairədən sağa H.Əliyev prospektinə doğru 6,5 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan, idarə etdiyi "VAZ 21150" minik markalı avtomobildə olmuş sərnişin X4 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, alının, burunun əzilmiş yaraları, burun və xəlbir sümüklərinin, sağ İİİ-İV-V-Vİİİ-İX-X, sol İİ-İİİ-İV-V qabırğalarının qapalı yerdəyişən sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsinə, bundan başqa sürücü Zərərçəkmiş şəxs3 mülkiyyətində olan "HOWO 3257N3847A" yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2610 manat məbləğində maddi zərər vurulmasına və eyni zamanda idarə etdiyi X2 mülkiyyətində olan "VAZ 21150" minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2687 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması barədə protokollar, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Göyçay rayonu Yalman kəndində yaşayır. Sürücülük vəsiqəsi yoxdur. "VAZ 21150" minik markalı **-CS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhər sakini X3 məxsusdur. 24 mart 2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs2 ona zəng edərək, onu Tərtər rayonu Sarıcalı kəndinə aparmasını xahiş etmişdir. O da bir həmkəndli kimi Habili aparmağa razılıq vermiş və onlar birlikdə Tərtər rayonuna getmişlər. 24 mart 2021-ci il tarixdən 25 mart 2021-ci il tarixə keçən gecə Habillə birlikdə idarə etdiyi avtomobillə Göyçay rayonuna yaşadıqları kəndə getmək üçün yola çıxmışlar. Həmin vaxt Habil arxada oturmuşdur ki, yolda yatsın. Yevlax rayonunun ərazisinə çatdıqda onu bir anlıq yuxu tutmuş və toqquşma səsinə ayılmışdır. Ayılanda görmüşdür ki, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yük avtomobilinin qabaq hissəsi toqquşmuşdur. Hadisə nəticəsində o və Habil xəsarət almışlar, onları təcili tibbi yardımla Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə və yol nəqliyyatı hadisəsi törətdiyinə görə peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 25 mart 2021-ci il tarixdə idarə etdiyi yük avtomobili ilə Bakı şəhərindən Gədəbəy rayonuna mişar daşı aparmaq üçün yola çıxmışdır. Avtomobilində 15 ton daş yükü olmuşdur. Avtomobildə tək olmuşdur. Saat 02:50 radələrində idarə etdiyi avtomobillə Yevlax şəhərinin girəcəyində olan dairəvi yola çatıb, dairəni Qazax rayon istiqamətində keçən zaman, soldan, yəni Bərdə rayon istiqamətindən markasını və qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21150" minik markalı **-CS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yüksək sürətlə gəlib onun hərəkətdə olduğu zolağa daxil olmuş və qabaq hissəsi ilə onun avtomobilinin qabaq sol hissəsindən vuraraq toqquşmuşdur. O, qarşıya hərəkət edib avtomobili qarşıda yolun sağında saxlamışdır. Hadisə zamanı xəsarət almamışdır. Təqsirləndirilən şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 24 mart 2021-ci il tarixdə həmkəndlisi Nicata demişdir ki, onu Tərtər rayonunun Sarıcalı kəndinə aparsın. Nicat onunla razılaşmış, onlar birlikdə yola çıxmış və Tərtər rayonuna getmişlər. Tərtər rayonundan yaşadıqları kəndə qayıdarkən yorğun olduğu üçün avtomobildə arxa oturacağında oturmuşdur. Yolda onu yuxu tutmuş və o, toqquşma səsinə yuxudan ayılmışdır. Hadisə zamanı xəsarət almış və uzun müddət müalicə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi "VAZ 21150" minik markalı **-CS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, o, avtomobili Nicata 14 ay müddətinə kreditlə satmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər dəymişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 285-ci kilometrliyidir. Avtomobil yolu asfalt-beton örtükdən ibarətdir, yolun hərəkət hissəsi düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol örtüyünün eni 9,5 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 8 metrdir. (iş vər.7-28); məhkəmə-tibbi ekspertizasının 25 mart 2021-ci il tarixli, 140 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- qapalıkəllə-beyin travması, baş-beyin silkələnməsi, alının, burunun əzilmiş yaraları, burun və xəlbir sümüklərinin, sağ İİİ-İV-V-Vİİİ-İX-X, sol İİ-İİİ-İV-V qabırğalarının qapalı yerdəyişən sınığı- küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 25.03.2021-ci il tarixə uyğun gəlir. Xəsarətlərin yol nəqliyyat hadisəsi zaman əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.65-66); “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 25 mart 2021-ci il tarixli, 57 №li aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi vaxtı ayıq olmuşdur (iş vər.31); Azərbaycan Respublikası BDYPİ Gəncə RQİ və TBŞ-nin 05.04.2021-ci il tarixli, 313-1614-1221 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. (iş vər.55); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 aprel 2021-ci il tarixli, 8/785 saylı rəyindən görünür ki, "VAZ 21150" minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. (iş vər.59-62); Gəncə 1 saylı “Avtokomission” mağazası tərəfindən tərtib olunmuş rəydən görünür ki, “HOWO 3257N3847A" yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2610 manat məbləğində zərər dəymişdir. (iş vər.48); "xxxx" MMC tərəfindən tərtib olunmuş rəydən görünür ki, “VAZ 21150” markalı **-CS- *** qeydiyyat nömrə nişanlı avtomobilə 2687 manat məbləğində zərər dəymişdir. (iş vər.106); “avtomobilin maddi sübut hesab edilməsi haqqında” 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, “VAZ-21150” markalı **-CS-*** dövlət qeydiyyat nömrə nişanlı və “HOWO 3257N3847A” markalı **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmiş və sahiblərinə qaytarılmışdır. (iş vər.109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər.135); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 184); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilib, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, , maddi sübut və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübut olan avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-117/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-117/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver