Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-117/2022 29.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncəri istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində üzərində gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs soyuq silah olan xəncəri əldə edib üzərində gəzdirməsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılarkən o, üzərində olan soyuq silah hesab edilən xəncəri Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə gətirilib həmin gün saat 03:10-dan saat 03:30-dək olan müddət ərzində ona məxsus olan soyuq silah hesab edilən xəncərə video çəkilişlə baxış keçirilmiş və baxış nəticəsində həmin soyuq silah qanunauyğun qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, təxminən 2 il öncə Bakı şəhərində işlədiyi zaman 15 manata bir ədəd bıçaq almışdır. Belə ki, həmin bıçağı almaqda məqsədi istirahətə gedən zaman istifadə etmək olmuşdur. 03 aprel 2022-ci il tarixdə, gecə saatlarında dostu ilə görüşməyə gedən zaman həmin bıçağı dostuna göstərmək məqsədi ilə özü ilə götürmüşdür. Yevlax şəhəri, H. Əliyev prospektində, "xxxx" ASC-nin inzibati binasının qarşısında polis əməkdaşları ona yaxınlaşmış və ondan sənədlərini istəmişlər. Bu zaman polis əməkdaşları kəmərinin altında olan bıçağı görüb onun təqdim etməyi tələb etmişlər. Polis əməkdaşlarının tələbinə tabe olaraq bıçağı onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla bıçaq ondan götürülmüşdür. Suallara cavab olaraq səmimi etiraf etmişdir ki, həmin bıçaq ona məxsusdur, iki il öncə Bakı şəhərində olan zaman almışdır. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid Əsgərov X1 bildirmişdir ki, Yevlax Rayon Polis X2 Xidməti Bölməsinin polis nəfəri vəzifəsində işləyir. 03 aprel 2022-ci il tarixdə Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospektində xidmətdə olmuşlar. Gecə, təxminən saat 02:00-da, "xxxx" ASC-nin inzibati binasının yaxınlığında bir şəxsin keçdiyi görmüşlər. Həmin şəxs özünü şübhəli apardığından onun şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq qərarına gəlmişlər. Bu şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməyi xahiş etmişlər. Bu zaman onun belində olan kəmərin altında bıçaq olduğunu görmüşlər. Ondan bıçağın təqdim edilməsini tələb etmişlər və onu saxlayaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Burada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təhqiqatçının xidməti otağında video çəkiliş aparılmaqla həmin bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bıçaq onun özünə məxsusdur, Bakı şəhərindən almışdır. Şahid1 oxşar məzmunlu ifadə verərək, 03 aprel 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Yevlax şəhəri, H. Əliyev prospektində saxlanılmasında iştirak etdiyini, bu zaman onun üzərində bıçağın olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, soyuq silah hesab edilən bıçağın ona məxsus olduğunu bildirməsi təsdiqini tapmışdır. Məhkəmə ballistik ekspertizanın 03 aprel 2022-ci il tarixli 17/297 nömrəli rəyində qeyd edilir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet, zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab olunur, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirli olması, yəni satış məqsədi olmadan qanunsuz olaraq soyuq silah hesab edilən xəncəri əldə etməsi və gəzdirməsi özünün etirafı, şahidlərin ifadəsi, xəncərin götürülməsi ilə bağlı video yazı, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Onun, 03 aprel 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübut olan xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 30.60 manat Təqsirləndirilən şəxs dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-117/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-117/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver